Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3114/2022 13.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx"MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05.10.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED TV, Sonorous Surefix asqıüçün 331 (üç yüz otuz bir) manat ödənilməmiş hissə, 09.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********96563 X2 8 markalı telefon üçün 145 (yüz qırx beş)manat ödənilməmiş hissə, 09.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********83239 Xiaomi Redmi 8 markalı telefonüçün 392 (üç yüz doxsan iki) manat ödənilməmiş hissə, 17.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Philips Tozsoran üçün 435 (dörd yüz otuz beş) manat ödənilməmiş hissə, ümumilikdə, 1303 manat borc və 33,03 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 05.10.2019-cu il, 09.11.2019-cu il, 09.11.2019, 17.11.2019-cu il tarixli müqavilələrə əsasən Samsung LED TV, Sonorous Surefix asqı, İMEİ kodu **********96563 X2 8, İMEİ kodu **********83239 Xiaomi Redmi 8 markalı telefonlar, Philips Tozsoran almış və nəticədə 1303 (min üç yüz üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1152 (min yüz əlli iki) manat (18 ay x 64 manat + 0 manat ilkin ödəniş) Samsung LED TV, Sonorous Surefix asqı üçün ümumilikdə, 331 (üç yüz otuz bir) manat olmaqla ondan, 331 (üç yüz otuz bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə; 09.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 700 (yeddi yüz) manat (20 ay x 35 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********96563 X2 8 markalı telefon üçün ümumilikdə, 145 (yüz qırx beş) manat olmaqla ondan, 145 (yüz qırx beş)manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə; 09.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 516 (beş yüz on altı) manat (18 ay x 28 manat + 12 manat ilkin ödəniş) İMEİ kodu **********83239 Xiaomi Redmi 8 markalı telefon üçün ümumilikdə, 392 (üç yüz doxsan iki) manat olmaqla ondan, 392 (üç yüz doxsan iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə; 17.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 744 (yeddi yüz qırx dörd) manat (24 ay x 31 manat + 0 manat ilkin ödəniş) Philips Tozsoran üçün ümumilikdə, 435 (dörd yüz otuz beş) manat olmaqla ondan, 435 (dörd yüz otuz beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1809 manat təşkil edir. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.10.2019-cu il tarixli 00960700 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1152 (min yüz əlli iki) manat olan Samsung LED TV, Sonorous Surefix asqı almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.11.2019-cu il tarixli 01039890 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 700 (yeddi yüz) manat olan İMEİ kodu **********96563 X2 8 markalı telefon almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.11.2019-cu il tarixli 01039943 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 516 (beş yüz on altı) manat olan İMEİ kodu **********83239 Xiaomi Redmi 8 markalı telefon almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17.11.2019-cu il tarixli 01057365 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 744 (yeddi yüz qırx dörd) olan Philips Tozsoran almışdır. - 05.10.2019-cu il, 09.11.2019-cu il, 09.11.2019, 17.11.2019-cu il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Samsung LED TV, Sonorous Surefix asqı, İMEİ kodu **********96563 X2 8, İMEİ kodu **********83239 Xiaomi Redmi 8 markalı telefonlar, X1 Adil Sabir oğlu təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 64 manat olmaqla, Samsung LED TV, Sonorous Surefix asqı, 20 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 35 manat olmaqla İMEİ kodu **********96563 X2 8, 18 ay müddətinə, ilkin 12 manat ödənişlə, aylıq ödəniş 28 manat olmaqla İMEİ kodu **********83239 Xiaomi Redmi 8 markalı telefon, 24 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 31 manat olmaqla Philips Tozsoran almış və 1809 manat ödəniş etmişdir. -"xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış 05.10.2019-cu il, 09.11.2019-cu il, 09.11.2019, 17.11.2019-cu il tarixli müqavilələrinə əsasən alınan malların 3112 manat olan ümumi dəyərindən cəmi 1809 manat ödəniş etmiş və nəticədə 1303 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.10.2019-cu il, 09.11.2019-cu il, 09.11.2019, 17.11.2019cu il tarixli əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqavilələridir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malların 3112 manat ümumi dəyərindən cəmi 1809 manat ödəniş etmiş və nəticədə 1303 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 33,03 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 05.10.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung LED TV, Sonorous Surefix asqı üçün 331 (üç yüz otuz bir) manat ödənilməmiş hissə, 09.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********96563 X2 8 markalı telefon üçün 145 (yüz qırx beş) manat ödənilməmiş hissə, 09.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********83239 Xiaomi Redmi 8 markalı telefon üçün 392 (üç yüz doxsan iki) manat ödənilməmiş hissə, 17.11.2019-cu il tarixli müqaviləyə əsasən, Philips Tozsoran üçün 435 (dörd yüz otuz beş) manat ödənilməmiş hissə, ümumilikdə, 1303 manat borc və 33,03 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-3114/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3114/2022
13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver