Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3139/2025 19.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, Təsviri hissə: 1.İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ödənişin təminatı xidməti, zəmanət + 1 İL xidməti, PLAYSTATİON 5 SLİM üçün 1110.96 (min yüz on manat, 96 qəpik) manat ödənilməmiş hissə, 111.10 (yüz on bir manat, 10 qəpik) manat cərimə, xx.xx.2024-cu il tarixli müqaviləyə əsasən, APPLE AİRPODS 3 qulaqlıq üçün, 324.20 (üç yüz iyirmi dörd manat, 20 qəp) manat ödənilməmiş hissə, 32.42 (otuz iki manat, 42 qəp) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU R8YX409C9QJ SAMSUNG GALAXY TAB A9 markalı planşet üçün 250.30 (iki yüz əlli manat, 30 qəp) manat ödənilməmiş hissə, 25.03 (iyirmi beş manat, 03 qəp) manat cərimə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, DEFUNC TRUE Qulaqlıq üçün, 61.70 (altmış bir manat, 70 qəp) manat ödənilməmiş hissə, 6.17 (altı manat,17 qəp) manat cərimə olmaqla, ümumilikdə 1921.88 manat borcun və 39.22 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il, xx.xx.2023cü il tarixli müqavilələrə əsasən, ödənişin təminatı xidməti, zəmanət + 1 İL xidməti, PLAYSTATİON 5 SLİM , APPLE AİRPODS 3 qulaqlıq , İMEİ KODU R8YX409C9QJ SAMSUNG GALAXY TAB A9 markalı planşet, DEFUNC TRUE Qulaqlıq almış və nəticədə 1921.88 (min doqquz yüz iyirmi bir manat, 88 qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1590.96 (min beş yüz doxsan manat, 96 qəpik) manat (12 ay x 102.58 manat + 360 manat ilkin ödəniş) ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, ZƏMANƏT + 1 İL xidməti, PLAYSTATİON 5 SLİMüçün ümumilikdə, 1222.06 (min iki yüz iyirmi iki manat, 06 qəpik) manat olmaqla ondan, 1110.96 (min yüz on manat, 96 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 111.10 (yüz on bir manat, 10 qəpik) manat cərimə; xx.xx.2024-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 531 (beş yüz otuz bir) manat (18 ay x 29.5 manat + 0 manat ilkin ödəniş) APPLE AİRPODS 3 qulaqlıqüçün ümumilikdə, 356.62 (üç yüz əlli altı manat, 62 qəpik) manat olmaqla ondan, 324.20 (üç yüz iyirmi dörd manat, 20 qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 32.42 (otuz iki manat, 42 qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 376.20 (üç yüz yetmiş altı manat, 20 qəp) manat (18 ay x 20.90 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU R8YX409C9QJ SAMSUNG GALAXY TAB A9 markalı planüşçeütn ümumilikdə, 275.33 (iki yüz yetmiş beş manat, 33 qəpik) manat olmaqla ondan, 250.30 (iki yüz əlli manat, 30 qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 25.03 (iyirmi beş manat, 03 qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 160.02 (yüz altmış manat, 02 qəp) manat (18 ay x 8.89 manat + 0 manat ilkin ödəniş) DEFUNC TRUE Qulaqlıq üçün ümumilikdə, 67.87 (altmış yeddi manat, 87 qəpik) manat olmaqla ondan, 61.70 (altmış bir manat, 70 qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 6.17 (altı manat,17 qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, ZƏMANƏT +1 İL xidmətindən xx.xx.2024-cü il tarixində imtina etmiş və məhsul 72 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 408 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 72 manat, ümumilikdə, 480 manat təşkil edir. Cəmi ödədiyi məbləğ 431.02 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cu il, xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
3. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 12142352 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ KODU R8YX409C9QJ SAMSUNG GALAXY TAB A9 markalı planşet almışdır. 4.İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 09646319 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ KODU R8YX409C9QJ SAMSUNG GALAXY TAB A9 markalı planşet almışdır. 5.İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən APPLE AİRPODS 3 qulaqlıq almışdır. 6.İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 04096079 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən DEFUNC TRUE Qulaqlıq almışdır.
7. İş materiallarında olan 14 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə müqavilə üzrə 1921.88 manat ödənilməmiş hissə məbləğində borcu vardır.
8. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 12142352 nömrəli, xx.xx.2024-cü il tarixli, 09646319 nömrəli, xx.xx.2024-cü il tarixli, ********* nömrəli və xx.xx.2023-cü il tarixli, 04096079 nömrəli müqavilələr bağlanmış, iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
11. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
12. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
13. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləyə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.
14. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısındaməsuliyyət daşıyır (445.2.1).
15. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsi üzrə yaranmış 1747.16 (1110.98+324.2+250.3+61.7) manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
17. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2024-cü il tarixli, 09646319 nömrəli müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış dəbbə pulu 110.96 manat tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 30 manat pul tutulmalıdır. 18.Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2024-cü il tarixli, 12142352 nömrəli, xx.xx.2024-cü il tarixli, ********* nömrəli və xx.xx.2023-cü il tarixli, 04096079 nömrəli müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 63.62 (32.42+25.03+6.17) manat məbləğində dəbbə pulu kreditorun həm əmlak, həm də bütun əsaslı mənafelərinə uyğundur, tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən iddia həmin hissədə təmin edilməlidir.
19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumukimi ödədiyi 39.22 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir.
21. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
23. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
Nəticə hissəsi: 24.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1110,96 (bir min yüz on manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 324,20 (üç yüz iyirmi dörd manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 32,42 (otuz iki manat, qırx iki qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 250,30 (iki yüz əlli manat, otuz qəpik) manat ödənilməmiş hissə, 25,03 (iyirmi beş manat, üç qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 61,70 (altmış bir manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 6,17 (altı manat, on yeddi qəpik) manat cərimə olmaqla, ümumilikdə 1840,78 (bir min səkkiz yüz qırx manat yetmiş səkkiz qəpik) manat borc və 39,22 (otuz doqquz manat iyirmi iki qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva