Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3142/2025 18.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil və maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı tərəf Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.1983-cü il təvəllüdlü Abasov Cəlal Əfsər oğlunun fəaliyyət qabiliyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1983-cü il təvəllüdlü qardaşı Abasov Cəlal Əfsər oğlu ünvan 1 ünvanında onun himayəsində yaşayır. Cəlalın anadan gəlmə ağıl zəifliyi var və psixi xəstədir. Cəlal məktəb oxumamışdır və uşaqlıqdan psixi xəstəliyi ilə bağlı əlilliyə görə pensiya alır. Cəlal həmçinin “üzvi mənşəli (epilepsiya nəfəskəsəndə) şəxsiyyət pozuntusu, qıcolma” diqanozu ilə Azərbaycan Respublikası Sumqayıt şəhər Tibb Mərkəzi Sumqayıt 1 nömrəli şəhər xəstəxanası poliklinikası şöbəsində psixiatrik kabinetdə qeydiyyatdadır. Cəlalın hazırda 42 yaşı var və özünü sərbəst idarə edə bilmədiyi üçün hüquqlarını həyata keçirə bilmir. Ona görə də onun fəaliyyət qabiliyyətinin olmaması məhkəmə qətnaməsi ilə təsdiq olunmalıdır. Məhkəmə qətnaməsi Cəlalın qəyyumluğunun rəsmiləşdirilməsi və onun adından sənədləşmə işlərinin aparılması məqsədilə lazımdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verdi. Əlavə olaraq qeyd etdi ki, rəy daxil olmuş və fəaliyyət qabiliyyəti olmayan hesab edilə bilər deyə qeyd edilmişdir. Məhkəmə iclasında maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 izahatında bildirdi ki, məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə, ərizəçi və maraqlı şəxsin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: -Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 361713 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Abasov Əfsər Hüseynqulu oğlu xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023 ilin 07 ayının 25 günündə 886 № ilə qeyd edilmişdir. -1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 391076 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018 ilin 04 ayının 28 günündə 799 № ilə qeyd edilmişdir. -Sumqayıt şəhər Tibb Mərkəzi Sumqayıt 1 nömrəli şəhər xəstəxanası poliklinika şöbəsinin xx.xx.2025-ci il tarixli, 71 nömrəli arayışından görünür ki, ünvan 2 ünvanında yaşayan 1983-cü il təvəllüdlü Abasov Cəlal Əfsər oğlu “üzvi mənşəli (epilepsiya nəfəskəsəndə) şəxsiyyət pozuntusu, qıcolma” diqanozu ilə 1 nömrəli şəhər xəstəxanası poliklinikası şöbəsinin psixiatrik kabinetində dispanser və ya ambulator müşahidədədir. -İX-ЖГ seriyalı, 450911 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Abasov Cəlal Əfsər oğlu Sumqayıt şəhərində anadan olmuşdur.Atası Abasov Əfsər Hüseynqulu oğlu, anası X2r. - Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 019357 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Abasov X8 rayon, Boradigah kəndində doğulmuşdur. Atası Abasov Əfsər Hüseynquli oğlu, anası X1r. - AR Səhiyyə Nazirliyi Məhkəmə X6 Hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli, 2292 saylı rəyindən görünür ki, Abasov Cəlal Əfsər oğlunda üzvi (epilepsiya mənşəli) şəxsiyyət pozuntusu aşkar edilmişdiƏrizəçi Cəlal Əfsər oğlu psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Abasov Cəlal Əfsər oğlunu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 10 dekabr 1983-cü il təvəllüdlü Abasov Cəlal Əfsər oğlu ərizəçinin qardaşıdır. Qardaşına “üzvi mənşəli (epilepsiya nəfəskəsəndə) şəxsiyyət pozuntusu, qıcolma” diqanozu qoyulmuşdur. Onun daim kənar şəxslərin köməyinə ehtiyacı vardır və öz hərəkətlərini idarə edə bilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 2292 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 10 dekabr 1983-cü il təvəllüdlü Abasov Cəlal Əfsər oğlunda üzvi (epilepsiya mənşəli) şəxsiyyət pozuntusu aşkar edilmişdir. Abasov Cəlal Əfsər oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Buna görə də Abasov Cəlal Əfsər oğlu tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Abasov Cəlal Əfsər oğlunda müəyyən edilən üzvi (epilepsiya mənşəli) şəxsiyyət pozuntusu, psixi qüsur halı ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Bu Məcəllənin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bu Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Bu Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmədə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabilyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Bu Məcəllənin 321-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan 10 dekabr 1983-cü il təvəllüdlü Abasov Cəlal Əfsər oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan qardaşı Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən 10 dekabr 1983-cü il təvəllüdlü Abasov Cəlal Əfsər oğlunun öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, 10 dekabr 1983-cü il təvəllüdlü Abasov Cəlal Əfsər oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi tərəfindən verilmiş ərizə təmin edilsin. 10 dekabr 1983-cü il təvəllüdlü Abasov Cəlal Əfsər oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. 10 dekabr 1983-cü il təvəllüdlü Abasov Cəlal Əfsər oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi onun üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-3142/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3142/2025
18.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver