Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3159/2023 17.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, ASOS - YATAQ - DOLAB, ASOS - YATAQ - TERMO, 2 ədəd ASOS - YATAQ - TUMBA, 2 ədəd ASOS - YATAQ – ÇARPAYİ üçün 1236 (bir min iki yüz otuz altı) manat ödənilməmiş hissə, 123 (yüz iyirmi üç) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN MRAC kondisioner üçün 1092.5 (bir min doxsan iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 109.5 (yüz doqquz manat əlli qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, LG musiqi mərkəzi üçün 683.6 (altı yüz səksən üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 68.4 (altmış səkkiz manat qırx qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********96278 SAMSUNG GALAXY A31 markalı telefon üçün 547.1 (beş yüz qırx yeddi manat on qəpik) manat ödənilməmiş hissə, 54.9 (əlli dörd manat doxsan qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********28740 XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün 231.8 (iki yüz otuz bir manat səksən qəpik) manat ödənilməmiş hissə, 23.2 (iyirmi üç manat iyirmi qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, ƏTÇƏKƏN PANASONİC, ASPİRATOR GORENJE, PLİTƏ GORENJE üçün 90 (doxsan) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə olmaqla, ümumilikdə 4260 manat borcun və 62.60 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, ASOS - YATAQ - DOLAB, ASOS - YATAQ - TERMO, 2 ədəd ASOS - YATAQ - TUMBA, 2 ədəd ASOS - YATAQ – ÇARPAYİ, HOFFMANN MRAC kondisioner, LG musiqi mərkəzi, İmei kod **********96278 SAMSUNG GALAXY A31 markalı telefon, İmei kodu **********28740 XİAOMİ REDMİ NOTE 9 markalı telefon, ƏTÇƏKƏN PANASONİC, ASPİRATOR GORENJE, PLİTƏ GORENJE almış və nəticədə 4260 (dörd min iki yüz altmış) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1236 (bir min iki yüz otuz altı) manat (20 ay x 61.8 manat + 0 manat ilkin ödəniş) olan ASOS - YATAQ - DOLAB, ASOS - YATAQ - TERMO, 2 ədəd ASOS - YATAQ - TUMBA, 2 ədədASOS - YATAQ – CARPAYüİçün 1359 (bir min üç yüz əlli doqquz) manat olmaqla ondan, 1236 (bir min iki yüz otuz altı) manat ödənilməmiş hissə, 123 (yüz iyirmi üç) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1140 (bir min yüz qırx) manat (24 ay x 47.5 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN MRAC kondisioner üçün 1202 (bir min iki yüz iki) manat olmaqla ondan 1092.5 (bir min doxsan iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 109.5 (yüz doqquz manat əlli qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 956 (doqquz yüz əlli altı) (10 ay x 95.6 manat + 0 manat ilkin ödəniş) olan LG musiqi mərkəzi üçün 752 (yeddi yüz əlli iki) manat olmaqla ondan 683.6 (altı yüz səksən üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 68.4 (altmış səkkiz manat qırx qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 657.6 (altı yüz əlli yeddi manat altmış qəpik) manat (12 ay x 54.8 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********96278 SAMSUNG GALAXY A31 markalı telefon üçün 602 (altı yüz iki) manat olmaqla ondan 547.1 (beş yüz qırx yeddi manat on qəpik) manat ödənilməmiş hissə, 54.9 (əlli dörd manat doxsan qəpik) manat cərimə miqdarında borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 702 (yeddi yüz iki) manat (18 ay x 39manat + 0 manat ilkin ödəniş) olan , İmei kodu **********28740 XİAOMİ REDMİ NOTE 9 markalı telefoünçün 255 (iki yüz əlli beş) manat olmaqla ondan 231.8 (iki yüz otuz bir manat səksən qəpik) manat ödənilməmiş hissə, 23.2 (iyirmi üç manat iyirmi qəpik) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 813.7 (səkkiz yüz on üç manat yetmiş qəpik) manat (3 ay x 263 manat + 24.7 manat ilkin ödəniş) olan , ƏTÇƏKƏN PANASONİC, ASPİRATOR GORENJE, PLİTƏ GORENüJçEün 90 (doxsan) manat olmaqla ondan 90 (doxsan) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1624.3 manat təşkil edir. Cavabdehlə arada bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22455075 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən LG musiqi mərkəzi almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22454232 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən , İmei kod **********96278 SAMSUNG GALAXY A31 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23184533 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən HOFFMANN MRAC kondisioner almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23071281 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ƏTÇƏKƏN PANASONİC, ASPİRATOR GORENJE, PLİTƏ GORENJE almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21207683 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********28740 XİAOMİ REDMİ NOTE 9 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23183153 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ASOS - YATAQ - DOLAB, ASOS - YATAQ - TERMO, 2 ədəd ASOS - YATAQ - TUMBA, 2 ədəd ASOS - YATAQ – ÇARPAYİ almışdır. İş materiallarında olan 14 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə müqavilə üzrə 4260 manat ödənilməmiş hissə məbləğində borcu vardır. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, 22455075 nömrəli, xx.xx.2021-ci il tarixli, 22454232 nömrəli, xx.xx.2021-ci il tarixli, 23184533 nömrəli, xx.xx.2021-ci il tarixli, 23071281 nömrəli, xx.xx.2020-ci il tarixli, 21207683 nömrəli və xx.xx.2021-ci il tarixli, 23183153 nömrəli müqavilələr bağlanmış, iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələri üzrə yaranmış 3881 (1236+1092,5+683,6+547,1+231,8+90) manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 379 (123+109.5+68.4+54.9+23.2) manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 105 (35+25+20+15+10) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu əsas hissədə kimi ödədiyi 62.60 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 1236 (bir min iki yüz otuz altı) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 1092,5 (bir min doxsan iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 683,6 (altı yüz səksən üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 547,1 (beş yüz qırx yeddi manat on qəpik) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 231,8 (iki yüz otuz bir manat səksən qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 90 (doxsan) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 3986 (üç min doqquz yüz səksən altı) manat borc və 62,60 (altmış iki manat altmış qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-3159/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3159/2023
17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver