Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3171/2022 18.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.02.2020-ci il tarixli müqavilə üzrə Samsung Galaxy A10 markalı telefon və 2 ədəd aksesuar üçün 224 manat, 23.12.2019-cu il tarixli müqavilə üzrə X1 8 markalı telefon, Power bank üçün 280 manat, 20.05.2020-ci il tarixli müqavilə üzrə 6.5” Smart Segway holder üçün 293 manat, 19.09.2019-cu il tarixli müqavilə üzrə Samsung Galaxy A40 markalı telefon üçün 186 manat, 13.08.2019-cu il tarixli müqavilə üzrə HOFFMANN ətçəkən üçün 20 manat, 21.07.2019-cu il tarixli müqavilə üzrə HOFFMANN LED TV üçün 199 manat ödənilməmiş hissə, ümumilikdə 1202 manat borc və 32.02 manat dövlət rüsumu pulun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09.02.2020, 23.12.2019, 20.05.2020, 19.09.2019, 13.08.2019 və 21.07.2019-cu il tarixli müqavilələrə əsasən Samsung Galaxy A10 markalı telefon və 2 ədəd aksesuar, X1 8 markalı telefon, Power bank, 6.5” Smart Segway holder, Samsung Galaxy A40 markalı telefon, HOFFMANN ətçəkən, HOFFMANN LED TV almış və nəticədə 1202 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, nəticədə 09.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 395.2 manat olan Samsung Galaxy A10 markalı telefon və 2 ədəd aksesuara görə 224 manat, 23.12.2019-cu il tarixli müqaviləyə əsasən isə alqı-satqı qiyməti 577.2 manat təşkil edən X1 8 markalı telefon, Power bankna görə 280 manat, 20.05.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 480 manat olan 6.5” Smart Segway holderə görə 293 manat, 19.09.2019-cu il tarixli müqaviləyə əsasən isə alqı-satqı qiyməti 660 manat təşkil edən Samsung Galaxy A40 markalı telefona görə 186 manat, 13.08.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 220 manat təşkil edən HOFFMANN ətçəkənə görə 20 manat, 21.07.2019-cu il tarixli müqaviləyə əsasən isə alqı-satqı qiyməti 486 manat təşkil edən HOFFMANN LED TV-yə görə 199 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1616.4 manat təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin 5000 (beş min) manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etdi. İş materiallarından görünür ki, iddia ərizəsi 12.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosesual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh 22.04.2022-ci il tarixdə məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 08 aprel 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 09.02.2020-ci il tarixli müqaviləyə əsasən ilkin ödəniş 28 manat olmaqla, qalan məbləği 12 ay müddətində hər ay 30.6 manat ödəmək şərti ilə aldığı, alqısatqı qiyməti 395.2 manat təşkil edən Samsung Galaxy A10 markalı telefon və 2 ədəd aksesuara görə 171.2 manat ödəniş etmiş və 224 manat ödənilməmiş borcu qalmış, 23.12.2019-cu il tarixli müqaviləyə əsasən 12 ay müddətində hər ay 48.1 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 577.2 manat təşkil edən X1 8 markalı telefon, Power banka görə 297.2 manat ödəniş etmiş və 280 manat ödənilməmiş borcu qalmış, 20.05.2020-ci il tarixli müqaviləyə əsasən 12 ay müddətində hər ay 40 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 480 manat təşkil edən 6.5” Smart Segway holderə görə 187 manat ödəniş etmiş və 293 manat ödənilməmiş borcu qalmış, 19.09.2019-cu il tarixli müqaviləyə əsasən 12 ay müddətində hər ay 55 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 660 manat təşkil edən Samsung Galaxy A40 markalı telefonna görə 474 manat ödəniş etmiş və 186 manat ödənilməmiş borcu qalmış, 13.08.2019-cu il tarixli müqaviləyə əsasən 11 ay müddətində hər ay 20 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 220 manat təşkil edən HOFFMANN ətçəkənə görə 200 manat ödəniş etmiş və 20 manat ödənilməmiş borcu qalmış, 21.07.2019-cu il tarixli müqaviləyə əsasən 18 ay müddətində hər ay 27 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 486 manat təşkil edən HOFFMANN LED TV-yə görə 287 manat ödəniş etmiş və 199 manat ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 09.02.2020-ci il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən Samsung Galaxy A10 markalı telefon və 2 ədəd aksesuar almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 09.02.2020-ci il tarixli müqavilədə nəzərdə tutulmuş Samsung Galaxy A10 markalı telefon və 2 ədəd aksesuarı tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 12 ay müddətində hər ay 30.6 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 23.12.2019cu il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən X1 8 markalı telefon, Power bank almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 23.12.2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş X1 8 markalı telefon, Power bankı tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 12 ay müddətində hər ay 48.1 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 20.05.2020-ci il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən 6.5” Smart Segway holder almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 20.05.2020-ci il tarixli müqavilədə nəzərdə tutulmuş 6.5” Smart Segway holderi tam qüsursuz halda təhvil almış və 12 ay müddətində hər ay 40 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 19.09.2019cu il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən Samsung Galaxy A40 markalı telefon almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 19.09.2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş Samsung Galaxy A40 markalı telefonu tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 12 ay müddətində hər ay 55 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 13.08.2019cu il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən HOFFMANN ətçəkən almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 13.08.2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş HOFFMANN ətçəkəni tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən Cavabdeh 13.08.2019-cu il tarixli müqavilə üzrə 11 ay müddətində hər ay 20 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 21.07.2019cu il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən HOFFMANN LED TV almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 21.07.2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş HOFFMANN LED TV-ni tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 18 ay müddətində hər ay 27 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC 19.08.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh 09.02.2020, 23.12.2019, 20.05.2020, 19.09.2019, 13.08.2019 və 21.07.2019-cu il tarixlərdə bağlanmış müqavilələrə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilələrin şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh 09.02.2020, 23.12.2019, 20.05.2020, 19.09.2019, 13.08.2019 və 21.07.2019-cu il tarixli müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh 1202 (min iki yüz iki) manat borc və ödənilmiş 32.02 (otuz iki manat iki qəpik) manat dövlət rüsumunun tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 284-1 – 284-6, 216-220-ci və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1202 (min iki yüz iki) manat borc və ödənilmiş 32.02 (otuz iki manat iki qəpik) manat dövlət rüsumu məbləğində pul alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-3171/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3171/2022
18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver