Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3182/2023 17.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN LED tv üçün 185 (yüz səksən beş) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********60065 HUAWEİ MEDİAPAD T5 markalı tablet üçün 219.2 (iki yüz on doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 21.8 (iyirmi bir manat səksən qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********77745 XİAOMİ REDMİ NOTE 9S markalı telefon üçün 409.4 (dörd yüz doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 40.6 (qırx manat altmış qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********63525 XİAOMİ REDMİ 9T markalı telefon, İmei kodu **********99805 XİAOMİ REDMİ 9T markalı telefon üçün 784 (yeddi yüz səksən dörd) manat ödənilməmiş hissə, 78 (yetmiş səkkiz) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********16486 XİAOMİ REDMİ 9T markalı telefon, İmei kodu **********99805 XİAOMİ REDMİ 9T markalı telefon üçün 1050.5 (bir min əlli manat əlli qəpik) manat ödənilməmiş hissə, 105.5 (yüz beş manat əlli qəpik) manat cərimə olmaqla, ümumilikdə 2912 manat borc və 49.12 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, HOFFMANN LED tv, İmei kodu **********60065 HUAWEİ MEDİAPAD T5 markalı tablet,İmei kodu **********77745 XİAOMİ REDMİ NOTE 9S markalı telefon, İmei kodu **********63525 XİAOMİ REDMİ 9T markalı telefon, İmei kodu **********99805 XİAOMİ REDMİ 9T markalı telefon, İmei kodu **********16486 XİAOMİ REDMİ 9T markalı telefon, İmei kodu **********99805 XİAOMİ REDMİ 9T markalı telefon almış və nəticədə 2912 (iki min doqquz yüz on iki) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 846 (səkkiz yüz qırx altı) manat (12 ay x 62 manat + 102 manat ilkin ödəniş) olan HOFFMANN LED tvüçün 203 (iki yüz üç) manat olmaqla ondan, 185 (yüz səksən beş) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 508.4 (beş yüz səkkiz manat qırx qəpik) manat (12 ay x 36.6 manat + 69.2 manat ilkin ödəniş) olan İmei kodu **********60065 HUAWEİ MEDİAPAD T5 markalı tablet üçün 241 (iki yüz qırx bir) manat olmaqla ondan 219.2 (iki yüz on doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 21.8 (iyirmi bir manat səksən qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 809 (səkkiz yüz doqquz) (12 ay x 58.5 manat + 107 manat ilkin ödəniş) olan İmei kodu **********77745 XİAOMİ REDMİ NOTE 9S markalı telefoünçün 450 (dörd yüz əlli) manat olmaqla ondan 409.4 (dörd yüz doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 40.6 (qırx manat altmış qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1320.5 (bir min üç yüz iyirmi manat əlli qəpik) manat (12 ay x 98 manat + 144.5 manat ilkin ödəniş) olan İmei kodu **********63525 XİAOMİ REDMİ 9T markalı telefon, İmei kodu **********99805 XİAOMİ REDMİ 9T markalı telefon üçün 862 (səkkiz yüz altmış iki ) manat olmaqla ondan 784 (yeddi yüz səksən dörd) manat ödənilməmiş hissə, 78 (yetmiş səkkiz) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1190 (bir min yüz doxsan) manat (12 ay x 95.5 manat + 44 manat ilkin ödəniş) olan , İmei kodu **********16486 XİAOMİ REDMİ 9T markalı telefon, İmei kodu **********99805 XİAOMİ REDMİ 9T markalı telefon üçün 1156 (bir min yüz əlli altı) manat olmaqla ondan 1050.5 (bir min əlli manat əlli qəpik) manat ödənilməmiş hissə, 105.5 (yüz beş manat əlli qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2025.8 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir.Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23113954 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********63525 XİAOMİ REDMİ 9T markalı telefon, İmei kodu **********99805 XİAOMİ REDMİ 9T markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23219154 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən iki ədəd XİAOMİ REDMİ 9T markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 21259529 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən HOFFMANN LED tv almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********77745 XİAOMİ REDMİ NOTE 9S markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22199314 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********60065 HUAWEİ MEDİAPAD T5 markalı tablet almışdır. İş materiallarında olan 17 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə müqavilə üzrə 2912 manat ödənilməmiş hissə məbləğində borcu vardır. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmış, iddiaçı tərəf müqavilər üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələri üzrə yaranmış 2648,1 (185+219,2+409,4+784+1050,5) manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 263,9 (18+21,8+40,6+78+105,5) manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 100 (10+15+20+25+30) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu əsas hissədə kimi ödədiyi 49.12 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 185 (bir yüz səksən beş) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 219,2 (iki yüz on doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 409,4 (dörd yüz doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 784 (yeddi yüz səksən dörd) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, xx.xx.2021ci il tarixli müqaviləyə əsasən 1050,5 (bir min əlli manat əlli qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə olmaqla, ümumilikdə 2748,1 (iki min yeddi yüz qırx səkkiz manat on qəpik) manat borc və 49,12 (qırx doqquz manat on iki qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-3182/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3182/2023
17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver