Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-3187/2023 28.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı Oktay qızının cavabdehlər Maraqlı şəxs1, Maraqlı şəxs2 və X2 qarşı şəhadətnamələrin ləğvi və payların yenidən bölüşdürülməsinə dair ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq müəyyən etdi : İddiaçı Oktay qızı cavabdehlər Maraqlı şəxs1, Maraqlı şəxs2 və X2 qarşı şəhadətnamələrin ləğvi və payların yenidən bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2161 nömrəli xx.xx.2022-ci il tarixli və 2127 nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 27 saylı mənzildə payların yenidən bölüşdürülərək ümumi olaraq 6/10 hissədə payının, digər vərəsələr olan X4, X5, qayınanası Maraqlı şəxs2 və qayınatası Maraqlı şəxs1 isə hər birinin 1/10 hissədə payının müəyyən edilməsi öhdəliyinin 1 saylı Sumqayıt Regional”Asan xidmət” mərkəzində notariat ofisinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Oktay qızı tərəfindən verilmiş ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verildiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı Oktay qızı tərəfindən verilmiş ərizənin forma və məzmun tələbinə əməl etməmiş, mübahisənin məhkəməyədək həllinə dair cavabdeh qismində qeyd etdiyi 1 saylı Sumqayıt Regional”Asan xidmət” mərkəzində notariat ofisinin müraciət olunması və bundan imtina edilməsi barədə 1 saylı Sumqayıt Regional”Asan xidmət” mərkəzində notariat ofisinin vərəsələrə arasında ixtilafın olmasına dair (mübahisənin) olmasına dair sənəd əlavə etməmişdir. Bundan əlavə elektron qaydada verilmiş iddia ərizəsinin forma və məzmun tələblərinə əməl olunmamış, 1 saylı Sumqayıt Regional”Asan xidmət” mərkəzini cavabdeh qismində qeyd etməmiş, maraqlı şəxslər olan cavabdehləri maraqlı şəxs qismində və PDF formatında olan ərizə hissəsində əksinə cavabdehləri üçüncü şəxslər qismində qeyd etməklə iddia ərizəsinin forma və məzmun tələblərinə əməl edilməmişdir. Həmçinin elektron formada verilmiş ərizədə maraqlı şəxslər qismində qeyd olunmuş (PDF formatında cavabdehlər olaraq) Maraqlı şəxs2 və X1 rəsmi qaydada qeydiyyatda olduqları ünvan İsmayıllı rayonu, X6 küçəsi, D-4, ev 1-A olmasına baxmayaraq aiddiyyət qayadalarına əməl etməyərək Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Hazırkı iş üzrə məhkəmə qanunvericiliyin aşağıdakı normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 149.2.2-ci və 149.2.3, 149.2.4-cü maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) və iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə geri qaytarır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, ərizə məhkəməyə verilərkən MPM-nin tələbləri pozulduğundan iddia ərizəsi geri qaytarılmalı, X3 göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Oktay qızının cavabdehlər Maraqlı şəxs1, Maraqlı şəxs2 və X2 qarşı şəhadətnamələrin ləğvi və payların yenidən bölüşdürülməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı Oktay qızına göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-3187/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-3187/2023
28.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver