Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3202/2022 13.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 Cavabdeh X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə S3K4714689 saylı müqavilə üzrə 101 (bir yüz bir) manat əsas borc, 30 (otuz) manat faiz borcu, 30 (otuz) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 161 (bir yüz altmış bir) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ********** saylı VÖEN əsasında fəaliyyət göstərən Sumqayıt şəhərində yerləşən “Soliton” mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 23.04.2018-ci il tarixində alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh 23.04.2018-ci il tarixli S3K4714689 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1343 (bir min üç yüz qırx üç) manat olan 1 ədəd “Beko” markalı soyuducu, 1 ədəd “Riffel” markalı aspirator və 1 ədəd “Riffel” markalı soba almış, ilkin ödəniş olaraq 67 (altmış yeddi) manat ödəniş etmiş, nəticədə 1276 (bir min iki yetmiş altı) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 23 aprel 2018-ci il tarixli S3K4714689 saylı müqavlə üzrə sonuncu dəfə 28.04.2019-cu il tarixdə 5 (beş) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımi qaydada icra edilməmiş və alqı-satqı qiyməti 1343 (bir min üç yüz qırx üç) manat olan 1 ədəd “Beko” markalı soyuducu, 1 ədəd “Riffel” markalı aspirator və 1 ədəd “Riffel” markalı soba üçün ümumilikdə 101 (bir yüz bir) manat ödənilməmiş hissə, 30 (otuz) manat faiz borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh İddiaçı xeyrinə S3K4714689 saylı müqavilə üzrə 101 (bir yüz bir) manat əsas borc, 30 (otuz) manat faiz borcu, 30 (otuz) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 161 (bir yüz altmış bir) manat tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək səhhətində olan probləmlərlə bağlı olaraq məhkəmə iclasında iştirak etməyi mümkün olmayacaqdır. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, “Soliton” mağazasından götürdüyü soyuducuda yaranmış problemlə bağlı ödəniş etməmişdir. Belə ki, o, bu barədə mağazaya məlumat versə də, soyuducu təmiri ilə bağlı iddiaçı tərəfindən heç bir tədbir görülməmişdir. Bu səbəbdən o, sonuncu ayın ödənişin etməmişdir. Hazırda soyuducu təmir edildiyi halda ödənişi edəcəkdir. Bu səbəbdən iddia tələbini əsassız hesab edir. Məhkəmə Cavabdeh izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsasldır və təmin edilməlidir. İş materiallarında olan 23.04.2018-ci il tarixli № S3K4714689 saylı, Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) qiyməti 1343 manat avadanlığı Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 11 ay müddətinə ayda 116 manat olmaqla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh S3K4714689 saylı müqavilə üzrə 101 (bir yüz bir) manat əsas borc, 30 (otuz) manat faiz borcu, 30 (otuz) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 161 (bir yüz altmış bir) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh S3K4714689 saylı müqavilə üzrə 101 (bir yüz bir) manat əsas borc, 30 (otuz) manat faiz borcu, 30 (otuz) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 161 (bir yüz altmış bir) manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə tutulsun. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(060)-3202/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3202/2022
13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver