Məhkəmə qərarları › İş №e-2(060)-321/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-321/2025

01.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-321/2025 01.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı X28 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 cəlb edilməklə Cavabdehnə qarşı “miras əmlak üzərində payın müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı X48 Cavabdehnə qarşı iddia qaldıraraq, xx.xx.2021-ci ildə Sumqayıt şəhərində vəfat etmiş xalası X25 miras qalmış ünvan 1 ünvanında yerləşən 44 saylı mənzil üzərində miras payının ½ hissədə müəyyən olunması və bu barədə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X48 xx xxxxxx 1957-ci ildə ünvan 2ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. X1 anası, X49 isə xalasıdır. X26 Vasilyevna xx.xx.1993-cü ildə, xalası X49 isə xx.xx.2021-ci ildə vəfat etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-5474/2019 saylı qətnaməsi ilə xalası X27 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2019-cu il tarixli 307 nömrəli sərəncamı ilə o xalası X27 üzərində qəyyum təyin edilmişdir. Sumqayıt şəhəri, 9-cu mkr, ev 2/13A, mənzil 44 xüsusi mülkiyyət hüququ ilə xalası X27 mülkiyyətində olmuşdur. O, xalası X25 miras qalmış əmlakın qəbulu ilə bağlı ünvan 8 müraciət etmişdir. Orada ondan həm anası X3, həm də xalası X27 qohumluğunu təsdiq edən sənəd tələb olunmuşdur. O, həmin sənədləri, yəni doğum haqqında şəhadətnamələri aidiyyatı orqana təqdim edə bilməmişdir. Ona görə də ona izah olunmuşdur ki, qohumluq faktının müəyyən olunması üçün məhkəməyə müraciət etsin. Ona görə də o faktın müəyyən edilməsi üçün xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Hüquqa dair mübahisə olduğundan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1111/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş baxılmamış saxlanılmışdır. Bundan sonra o, eyni tələblə iddia icraatı qaydasında məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-650?2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. O, həmin qərardaddan Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Məhkəmə qərardadı ilə şikayəti təmin olunmuşdur. Həmin qərardadda Kollegiya izah etmişdir ki, hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququnu (əldə olunması (məsələn miraspayının müəyyən olunması, hüquqmüəyyənedici sənədin verilməsi) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı (məsələn şəxslərin qohumluq münasibətlərində olması faktını) sübuta yetirməlidir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edir. Hesab edir ki, xalası X25 miras qalmış ünvan 4 ünvanında yerləşən 44 saylı mənzil üzərində miras payının ½ hissədə müəyyən olunmalı və bu barədə ona hüquqmüəyyənedici sənəd verilməlidir. Anası StrekalovaYekaterina Vasilyevna ilə xalası X27 bacı olmasını təsdiq edən şahidləri var. O faktın müəyyən olunması üçün xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Hüquq haqqında mübahisə olduğundan MPM-nin 259.0.10-cu maddəsinə əsasən ərizə baxılmamış saxlanılmışdır. Həmin məhkəmə iclasında iştirak edən üçüncü şəxs X50 xx.xx.1993-cü ildə Sumqayıt şəhərində vəfat etmiş anası X4 ilə xx.xx.2021-ci ildə Sumqayıt şəhərində vəfat ermiş xalası X27 qohum olduqlarını, yəni onların bacı olduqlarını təsdiq etmişdir. Bu isə məhkəmə iclas protokolunda və video görüntüdə öz əksini tapır.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı X28 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, X21 anası X5. İddiaçı soyadı Popkova olmuşdur. Vəsiyyətnamə ilə evi bir dəfə də ona bağışlamışdır. Ev Nadejdadan sonra Anastasiyaya, daha sonra isə Mariyaya bağışlanmışdır. İddia tələbini tam şəkildə müdafiə edir. Məhkəmə iclasında qohumluq münasibətləri olan şahidlər də faktı kifayət qədər təsdiq etmişlər. Nadejda həmin ailədə gəlin olmuşdur. Təsdiq etdilər ki, X51 ilə X4 bacıdırlar. Bu ata adlarından da bəlli olur. Digər məhkəmə iclasında üçüncü şəxs tərəfindən dəvət olunmuş Nikolay Popkov adlı şəxs bildirmişdir ki, Kazımi Nadejdanın və Oksana Uzdenovanın dayısı oğludur. Əslində o da Anna Papkovanın vərəsəsidir. Əgər qohumluq münasibəti olmasa idi, Fərid müəllim həmin iclasda onun vərəsəsi olmadığını deyərdi. Vərəsə olmasa idi, həmin şəxsi də üçüncü şəxs qismində işə cəlb etməzdir. X59 Popkovanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə məhkəməyə müraciət etmişdir. Yaxın qohumu olmuş və iddia qaldıraraq üzərində qəyyum təyin olunmuşdur. Elektron Notariatdan verilmiş çıxarışdan da görünür ki, X22 vəsiyyət olunanlar içərisində vardır. X21 özü də onunla yaxın qohumdur ki, həmin mənzil həmin şəxsə vəsiyyət edilmişdir. Hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh xx.xx.2025-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, işin çoxluğu nəzərə alınaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə ola halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etidiyi şəxs bildirir ki, Yekaterina onun xalası deyildir. Onun doğma xalası olduğunu birmənalı şəkildə təkzib edir. Ata adlarında da fərqlilik vardır. Kolyanın atasının adı İvandır. Annanın yalnızca Nikolay adında qardaşı vardır. Kolya ilə Oksana doğma bacı-qardaş deyildirlər. Annanın, Mariyanın İvan adında qardaşı yoxdur. Qəbir olan şəkildə də Anna ilə Nikolayın qəbrləri yanbayandır. Hesab etsələr ki, Kolya doğmasıdır, onda belə onun atasının adı İvandır. Hesab edir ki, digər məhkəmədəki şahidlərin ifadələri mötəbər sübut hesab oluna bilməz. Heç bir sübutun məhkəmə tərəfindən öncədən müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. Hər bir sübut digər sübutlarla əlaqəli şəkildə yoxlanılır və qiymət verilir. Şahidlər Nadejdanın özü və həyat yoldaşı tərəfindən gətirilmiş qohumlardır. Bu işdə ən mötəbər sənəd Milli Arxiv İdarəsinin Şamaxı filialından verilmiş sənəddir. İddiaçının nümayəndəsi bildirdi ki, 3-4 sənəd vardır. Bəs nə üçün onların heç birində X9 adı çıxmır. Deməli belə bir adam onun ailə tərkibinə daxil olan şəxs olmamışdır ki, onun da adı çıxmır. Totya ümumi bir anlayışdır. Hesab etsələr ki, Papkov Nikolay ifadə vermişdir ki, Nadejda və Uzdenova onun bibisi qızlarıdır. O belə arxiv sənədi ilə təkzib olunur. Çünki Nikolayın atasının adı İvandır. Arxiv sənədində də göstərilir ki, Popkova Annanın, Mariyanın bir dənə Nikolay adlarında qardaşı vardır. Əgər doğma olsa idi, deməli atasının adı Nikolay olmalı idi. Nadejdadan sonra bütün payını öz bacısına vəsiyyət etmişdir. Əgər istəsə idi Nadejdanın payına dəyməz idi. Şəkil doğma qardaş və bacı olmasını təsdiq edən sübut deyildir. Qəbirstanlıqda olan şəkil də həmin faktı təsdiq etmir. Hər hansı qohumluq əlaqələri olsa da, bacı-qardaş kimi qohumluq əlaqələri yoxdur. Ona görə də hesab edir ki, iddia tələbi əsassızdır. Buna görə də iddia tələbi təmin olunmamalıdır.

Şahid ifadələri:

6. Məhkəmə iclasında şahid qismində iştirak edən X15 ifadəsində bildirdi ki, İddiaçı onun bibisi oğlunun yoldaşıdır. X52 doğma xalasıdır. Onun bibisi oğlu ilə evlənməmişdən öncə onu da, onun bacılarını da tanımışlar. Xeyirlərində, şərlərində, toylarında iştirak etmişlər. Anasının adı Yekaterina olmuş və 9-cu mikrorayonda yaşamışlar. X56 Nadejdanın dayısı oğludur. Onlar əvvəl çox olmuş, lakin çoxusu ölmüşdür. Ölə-ölə 3 qız və 1 oğlan qalmışdır. Kolya hal-hazırda rəhmətə getmişdir. Popkova və Yekaterina bacıdırlar. Eyni zamanda Nadejdanın və Oksananın xalasıdırlar. Anna Popkova hündürlükdən yıxılmış və başında müəyyən problemlər yaranmışdır. Annanın böyük bacısı sağ olarkən o baxmışdır. Annanın bacısı poçtalyon işləmiş və işlədiyi müddətdə ona baxmışdır. Daha sonra xəstələnmiş və evdən çıxa bilməmişdir. Nadejda da bütün yeməkləri daşımışdır. Hər ikisinə də baxmışdır. Nadya işə başladıqdan sonra Annanın evinə qızını köçürtmüşdür. Albina daha sonra onun qayğısına qalmağa başlamışdır. Albina da Nedajdanın kiçik qızıdır. Popkova Annanı görmüşdür. Xəstələnən zaman Nadejda ilə onun yanına da getmişlər. Annanın 3 bacı və bir qardaşdan ibarət ailə tərkibi olmuşdur. Kolya Katyanın, Annanın, Mariyanın qardaşıdır. Yekaterina, Mariya və Anna bacıdırlar. Kolyanı Nadejdanın dayısı oğlu kimi tanıyır. Nadejdanın dayısının adını isə bilmir. O qədər dərinliklərə getməmişdir. Oksananın anasının adı Mariyadır.

7. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid ifadəsində bildirdi ki, İddiaçı onun qardaşının yoldaşıdır. Zavodda işləmiş və qardaşı ilə tanış olmuş, ailə qurmuşlar. Nadejdanın anasının adı Yekaterina Popkovadır. Ondan başqa iki bacısı vardır. Onlar da Anna Popkova və Mariya Popkovadır. Dekabr ayında Anna, təxminən sentyabr-oktyabr aylarında isə Mariya rəhmətə getmişdir. Mariyanın oğlu da rəhmətə getmişdir. Yekaterinanın bir qızı – Nadejda olmuşdur. Popkova Anna hündürlükdən yıxılmış, başı dəymiş və pozulmuşdur. Nadejda həm ona həm də Mariyaya köməklik etmişdir. Nadejdanın qızı da onlara baxmışdır. X7r. Onun 2 oğlu və bir qızı olmuşdur. Yekaterina Nadejdanın anasıdır. Annanın vəziyyətinin pis olmasına baxmayaraq, onu tanımışdır. X16 nəyi olduğunu bilmir. Kolyanı Mariya ölərkən görmüşdür. Lakin adını eşitmişdir. Nadejda qardaşı olduğunu demişdir.

Tədqiq olunan sübutlar:

8. AZ-İİ 223575 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X51 13 dekabr 2021-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 18 dekabr 2021-ci il tarixdə 2538 nömrə ilə qeyd edilmişdir.

9. AZ-İİ 256030 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1993cü ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 10 fevral 1993-cü idə 146 nömrə ilə qeyd edilmişdir.

10. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X44 10 may 2022-ci il tarixli arxiv çıxarışından görünür ki, Şamaxı rayon İcra Hakimiyyətinin Çuxuryurd İƏD-si nümayəndəliyinin 1954-1956-cı illərin Kirovka kəndi üzrə Qaytanlanmış təsərrüfatbaşına kitablarında Kirovka kənd sakini şəxsi hesab 442 olan X24 təsərrüfatında ailə tərkibi- ailə başçısı X46 (1898-ci il), X35 (1935-ci il), X47 (xx.xx.1937-ci il),X36 (1940-cı il).

11. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X44 Şamaxı Regional “Asan Xidmət” Mərkəzinə ünvanladığı 28 aprel 2022-ci il tarixli məktubunda Şamaxı rayon qeydiyyat şöbəsinin 1929-1945-cillərin doğum haqqında bərpa kitablarında və Kirovka kənd icra nümayəndəliyinin təsərrüfatbaşına kitablarında X3 doğumunun aşkar edilmədiyi qeyd edilmişdir.

12. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X44 18 oktyabr 2018ci il tarixli Şamaxı rayonu Çuxuryurd kənd ZDS İcraiyyə Komitəsinin təsərrüfatbaşına kitablarından arxiv çıxarışından görünür ki, Şamaxı rayonu Çuxuryurd kən ZDS İcraiyyə Komitəsinin 1951-1953-cü illərin Kirovka kəndində təsərrüfatbaşına kitablarında X17 mərhum anası X29 təsərrüfatında 1940-ci ildə anadan olması qeyd edilmişdir. X37 (1940cı il)- X54 atası, X53 anası.

13. 1-ИЕ 045107 saylı Evlənmək haqqında şəhadətnamədən görünür ki, X38 ilə X10 arasında 25 yanvar 1956-c; ildə nikah qeydə alınmışdır. Evlənmə qeyd ediləndən sonra aravada “Strekalova” soyadı verilmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı Notariat ofisinin X30 ünvanladığı 24 avqust 2022-ci il tarixli məktubdan görünür ki, 13 dekabr 2021-ci ildə vəfat etmiş mərhum xalası X51 ilə qohumluq münasibətini təsdiq edən sənədlərin olmaması səbəbindən aidiyyatı üzrə məhkəməyə müraciət etməlidir.

15. Suqmayıt Şəhər Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(060)- 5474/2019 saylı qətnaməsindən görünür ki, ərizəçi X28 məhkəməyə ərizə ilə müraciəti əsasında X51 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 28 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış aparılarkən anna Popkovanın nikahı, nikahının pozulması, eləcə də ailə üzvləri haqqında hər hansı məlumat aşkar olunmamışdır. “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma üzrə adıçəkilən şəxs tərəfindən xx.xx.1988-ci il tarixdə Şamaxı rayonu dövlət notariat ofisində və Bakı şəhəri, 10 saylı notariat ofisində X18, X11, X21 və X6 adına, xx.xx.1995-ci il tarixdə Sumqayıt şəhər 2 saylı dövlət notariat ofisində X18, X12, X21 və X6 adına, xx.xx.1995-ci il tarixdə Sumqayıt şəhər 2 saylı dövlət notariat ofisində X13 adına vəsiyyətnamə qoyulduğu müəyyən olunmuşdur.

17. X8 mirasın qəbulu müddətinin uzadılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4954/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, X31 miras qalmış Suqmayıt şəhəri, 9cu mikrorayon (köhnə), ev 2/13A, 44 saylı mənzilin iddiaçı X32 tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzürlü hesab edilərək uzadılması qət edilmişdir.

18. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 307 saylı, 21 oktyabr 2019-cu il tarixli “Qəyyum təyin etmə barədə” sərəncamından görünür ki, X48, 13 dekabr 1937-ci il təvəllüdlü X33 üzərində qəyyum təyin edilmişdir.

Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin toplusu daxildir. 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılır: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən (əvvəlki redaksiya) vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1ci maddəsinə görə (əvvəlki redaksiya) mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2-ci maddəsinə əsasən (əvvəlki redaksiya) bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

20. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, X51 13 dekabr 2021-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 18 dekabr 2021-ci il tarixdə 2538 nömrə ilə qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı X33 birinci dərəcəli vərəsələrinin, yəni atası, anası, əri, övladlarının olmadığı müəyyən edilmişdir. X33 bacısı Uzdenova (Popkova) Mariya Vasilyevna 23 iyul 2019-cu il tarixddə vəfat etmiş və onun qızı X23 xalasından qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat orqanına müraciət etmiş, notarius tərəfindən onun miras əmlakı qəbul etməsi müddətinin ötürməsi səbəbindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bundan sonra X23 mirasın qəbulu müddətinin uzadılmasına dair tələblə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 2(060)-4954/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə X31 miras qalmış Suqmayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 2/13A, 44 saylı mənzilin iddiaçı X32 tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzürlü hesab edilərək uzadılması qət edilmişdir.

21. Hazırki iş üzrə iddiaçı X48 da X39 xalası olmasını iddia edərək miras əmlak üzərində payın müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsini məhkəmədən xahiş edir. O, bundan öncə məhkəməyə qohumluq faktının müəyyən edilməsinə dair ərizə ilə müraciət etmiş, hüquq haqqında mübahisə olduğuna görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-650/2024 saylı qərardadı ilə ərizəsi baxılmamış saxlanılmışdır.

22. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə ilk növbədə X28 mərhum X51 ilə qohumluq münasibətlərinə qiymət verilməlidir.

23. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, X48 X33 bacısının qızıdır:

24. Belə ki, məhkəmə tərəfindən sorğu edilməsinə baxmayaraq X2 doğum haqqında akt qeydi məhkəməyə təqdim edilməmiş, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X44 Şamaxı Regional “Asan Xidmət” Mərkəzinə ünvanladığı 28 aprel 2022-ci il tarixli məktubunda Şamaxı rayon qeydiyyat şöbəsinin 1929-1945-cillərin doğum haqqında bərpa kitablarında və Kirovka kənd icra nümayəndəliyinin təsərrüfatbaşına kitablarında X3 doğumunun aşkar edilmədiyi qeyd edilmişdir.

25. Buna baxmayaraq, X8 mirasın qəbulu müddətinin uzadılmasına dair tələbi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2-(060)-4954 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsində üçüncü şəxs qismində həmçinin Nikolay Papkov iştirak etmiş və izahatında bildirmişdir ki, “o iddiaçının və Kazımi Nadejdanın dayısı oğludur. Yəni, əslində o, da Anna Popkovanın vərəsəsidir. Lakin, o öz payından imtina edir və miras əmlakla bağlı notariat orqanına müraciət etməyib.” X45 iddiaçı X23 həmin məhkəmə işi üzrə iddia ərizəsində müstəqdil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd etmiş və maraqlarına toxunan şəxs qismində işə cəlb etmişdir. X23 həmin şəxsə hüquqi məsələrin həll edilməsi məqsədilə etibarnamə də vermişdir. Bir növ X50 X8 mənafelərindən çıxış etmişdir. Məhz həmin şəxsin məhkəmə iclasında verdiyi izahatı əsasında Kazımi Nadejdanın X33 bacısı qızı olması öz təsdiqini tapmışdır. Həmin şəxs hal-hazırda vəfat etdiyindən məhkəmə iclasında dindirilməsi mümkün olmamışdır.

26. İş materiallarına əlavə edilmiş X3 “Evlənmək haqında” şəhadətnaməsinin surətindən də görünür ki, onun soyadı əvəllər “Popkova” olmuş, evləndikdən sonra ərinin soyadına dəyişdirilərək “Strekalova” qeyd edilmişdir.

27. Bundan əlavə Kazımi Nadejdanın ərizəsi əsasında Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(060)-5474/2019 saylı qətnaməsi ilə X51 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 307 saylı, 21 oktyabr 2019-cu il tarixli “Qəyyum təyin etmə barədə” sərəncamı ilə X48 13 dekabr 1937-ci il təvəllüdlü X33 üzərində qəyyum təyin edilmişdir. X51 vəfat edənədək ona Kazımi Nadejda baxmışdır. Bunda başqa məhkəmə iclasında tərəflər mərhuma məxsus əmlakın Kazımi Nadejdanın idarəçiliyində olmasını da təkzib etməmişlər.

28. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə mərhumun, habelə iddiaçı və üçüncü şəxslərin birlikdə səmimi münasibətlərinin olduğunu əks etdirən foto şəkillər də təqdim edilmişdir. Eyni soyada, eyni ata adına məxsus, hətta doğum yerləri (Şamaxı şəhəri) belə eyni olan şəxslərin (X51, Strekalova (Popkova) Yekaterina Vasilyevna) birbirilə qarşılıqlı münasibətlərinin təsadüfi olması ağlabatan görünmür. Məhkəməyə Strekalova (Popkova) Yekaterina Vasilyevnanın doğum haqqında akt qeydi təqdim edilməsə də ona məxsus yuxarıda adı çəkilən “Evlənmə haqqında şəhadətnamə”də doğum yeri kimi Şamaxı rayonu qeyd edilmişdir.

29. Hazırki halda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 miras əmlaka tam yiyələnməsi kimi bir mənafeyinin olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, onun əmlak mənafeləri baxımından iddiaçının X33 bacısı qızı olmasını təkzib etməsi ehtimalı da mövcuddur.

30. Beləliklə məhkəmə hesab edir ki, X28 mərhum X33 bacısı qızı olması yuxarıda qeyd edilənlər əsasında öz təsdiqini tapır.

31. X28 miras payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlər əsasında müəyyən olunur ki, X48 həmin dövrdə qüvvədə olan qanunvericilik ilə müəyyən edilmiş müddətdə, yəni 10 iyun 2022-ci il tarixdə ərizə ilə miras əmlakın qəbulu ilə bağlı ünvan 8 müraciət etmişdir.

32. Notariat ofisi tərəfindən iddiaçının vəfat etmiş şəxslə qohumluq münasibətlərinin olmasını təsdiq edən sənədin təqdim edilməməsi səbəbindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir.

33. X33 ailə üzvlərinin müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq məhkəməyə başqa şəxsə məxsus (başqa X41) məlumatlar təqdim edilmişdir. Həmin şəxsin iki övladının olması səbəbindən həmin şəxslərlə bağlı müvafiq araşdırmalar aparılmış, müvafiq sorğular verilmişdir. Nəticədə müəyyən edilmişdir ki, məhkəməyə barəsində məlumat təqdim edilmiş şəxsin təvəllüdü fərqli olmaqla, həmin məlumatların hazırki iş üzrə iddiaçının mərhum xalası ilə bağlı heç bir əlaqəsi yoxdur.

34. Ümumilikdə məhkəmə araşdırması zamanı mərhum X33 birinci növbə vərəsələrinin olması müəyyən edilməmişdir (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 28 aprel 2025-ci il tarixli məktubu). X51 tərəfindən 3 (üç) ədəd vəsiyyətnamənin qoyulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin ünvan 8 ünvanladığı 12 iyun 2022-ci il tarixli məktubunda X55 tərəfindən Bakı şəhəri, 10 saylı dövlət notariat ofisində 30 iyun 1988-ci il tarixdə K-8-1650 reyestr nömrəli vəsiyyətnaməni Sumqayıt şəhəri, 2 saylı dövlət notariat ofisində 05 iyun 1995-ci il tarixdə 2B-2/149 reyestr nömrəli yeni vəsiyyətnamə qoyaraq qismən dəyişdirdiyi qeyd edilmişdir. 05 iyun 1995-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X51 Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 13a/2-də yerləşən 44 saylı mənzili X19 vəsiyyət etmişdir. Lakin həmin vəsiyyətnamədə adı qeyd edilən X34 miras qoyandan öncə vəfat etmişdir. Digər vəsiyyətnamə isə Şamaxı rayonunda yerləşən əmlakla bağlı verilmişdir.

35. Miras qoyanın ikinci növbə vərəsələri olan bacıları Strekalova (Popkova) Yekaterina Vasilyevna və Uzdenova (Popkova) Mariya Vasilyevna mirasın açıldığı vaxt sağ olmamışdırlar.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinin tələbləri baxımından onların uşaqları X48 və X23 mirası qoyanın vərəsəsi ola biləcək valideynlərinin sağ olmaması səbəbindən mərhum xalaları X33 vərəsəsidirlər.

37. Qeyd olunmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı).

38. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1243.3-cü maddəsinin tələbi baxımından, iddiaçının xalasının ölümü ilə ondan miras qalmış əmlaka vərəsəlik hüquqları yaranmış olur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüquqları vərəsəlik hüququndan əmələ gəlir. Bu hüquq yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır (Mülki Məcəllənin 1243.2-ci maddəsi).

39. Nəzərə alınmalıdır ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquqlar (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və s. əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə müvafiq olaraq vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).Hazırki halda bu faktların mövcudluğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mərhum xalasından qalmış miras əmlakdan pay almaq hüququ vardır. Məhkəmə iddiaçədan başqa X8 da vərəsə X33 vərəsəsi olmasını nəzərə alaraq hesab edir ki, iddiaçının ünvan 1 ünvanında yerləşən 44 saylı mənzil üzərində ½ hissədə payın müəyyən edilməsinə dair tələbi əsaslıdır.

40. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı X28xx.xx.2021-ci ildə Sumqayıt şəhərində vəfat etmiş xalası X31 miras qalmış ünvan 1 ünvanında yerləşən 44 saylı mənzil üzərində ½ hissədə payı müəyyən olunmalı və bu barədə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir.

Nəticə hissəsi:

41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 475, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı X28xx.xx.2021-ci ildə Sumqayıt şəhərində vəfat etmiş xalası X31 miras qalmış ünvan 1 ünvanında yerləşən 44 saylı mənzil üzərində ½ hissədə payı müəyyən olunsun və bu barədə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar