Məhkəmə qərarları › İş №e-2(060)-3214/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3214/2023

11.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3214/2023 11.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sumqayıt şəhər 1 saylı notariat ofisini cəlb etməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Etiqat qızı, Cavabdeh4, Cavabdeh5, Muradova (Nüsrətova) Bəsti Etiqat qızı, Cavabdeh7 və X6 qarşı "miras əmlakda vərəsələrin paylarının müəyyən edilməsi, ləyaqətsiz vərəsə hesab edilmə və pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Etiqat qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı "miras əmlakda vərəsələrin paylarının müəyyən edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1980-ci ildən etibarən qəhrəman ana kimi anası X12 dövlət tərəfindən verilmiş Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan D\Y, Y\M- də yerləşən 2 saylı evin 17 saylı mənzilində yaşamışdır. 2007-ci il tarixdə ailə qurmuş və həmin mənzildə yaşamışdır. İki övladı da həmin mənzildə doğulmuşlar. Təxminən 7 il əvvəl qardaşı Babək onu həmin mənzildə döydü, bədəninə müxtəlif xəsarətlər yetirdi və bundan sonra o, ailəsi ilə birlikdə həmin mənzili məcburi şəkildə tərk etməli oldu. İndiyə kimi də müxtəlif kirayə evlərdə yaşayır. 2019-cu ilin fevral ayında anası vəfat etdi. Anası vəfat edənə kimi də öz mənzilində yaşamış və elə həmin mənzildə də vəfat etmişdir. Anasının yas mərasimini o və bacıları birlikdə təşkil etmişlər, Zeynalabdin qəsəbə qəbirsanlığında dəfn etmişlər. Babək nə iddiaçı ilə, nə də bacıları ilə yola getmədiyi üçün anasına məxsus mənzildə yaşamaq qeyri-mümkündür. Sonuncu dəfə isə Babək iddiaçını 2022-ci ilin dekabr ayında çox dəhşətli şəkildə döymüş, 8-ci və 9-cu qabırğalarını sındırmış və məhkəmə tərəfindən onun barəsində hökm çıxmışdır. Halhazırda isə analarından miras qalmış mənzil, avtomaşın, dükan, torpaq və sair əmlakların vərəsələr arasında bölünməsinə razılıq vermir və bütün mirasın özünə məxsus olduğunu bildirir. Qanunla müəyyən edilmiş müddətdə vərəsələr notariusa ərizə ilə müraciət etmiş və miras əmlakı qəbul etmişlər. Lakin mirasda payları qarşılıqlı razılıqla bölüşdürmək mümkün olmamışdır. Ona görə də anası X7 miras qalmış əmlaklarda payların məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Göstərilənlərə əsasən xx.xx.2019cu il tarixdə vəfat etmiş X7 miras qalmış Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Şirvan D\Y, Y\M, 2 saylı evin 17 saylı mənzili, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Şirvan D\Y, Y\M, 0,003 ha torpaq sahəsinə dair icarə hüquqları və **-CM-*** qeydiyyat nişanlı, QAZ - 33021 yük markalı avtomaşına dair vərəsəlik üzrə bərabər pay hüququnun müəyyən edilməsi, tərəflərə aid paylara uyğun vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sonradan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X7 miras qalmış Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan D/Y, Y/M, 2 saylı evin 17 saylı mənzili, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan D/Y, Y/M, 0,003 ha torpaq sahəsinə dair icarə hüquqları və **-CM-*** dövlət qeydiyyat nişanlı, QAZ -33021 yük markalı avtomaşına dair vərəsəlik üzrə iddiaçı və cavabdehlər -Muradova (Nüsrətova) Bəsti Etiqat qızı, Camalova (Nüsrətova) Şəfa Etiqad qızı, Cavabdeh2 və Cavabdeh1 arasında bərabər pay hüquqlarının müəyyən edilməsi, paylara uyğun vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi və miras əmlaklar üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına və digər cavabdehlər Cavabdeh5 və Cavabdeh4 anasına münasibətdə ləyaqətsiz vərəsə hesab edilərək miras əmlakdakı pay hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilərək, X12 məxsus olan qeyri-yaşayış sahəsinin icarəsindən mənimsənilmiş 29150 manat məbləğində pulun da Cavabdeh5 alınaraq vərəsələr arasında bölünməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. Daha sonra İddiaçı məhkəməyə ərizə təqdim edərək, mərhum bacısı Ulduz Süleymanovanın övladları Cavabdeh7 və X5 cavabdehlər qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

6. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələblərini müdafiə edərək, tələblərin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

7. Məhkəmə iclasında Cavabdeh3 ərizə təqdim edərək, iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Eyni zamanda, bildirmişdir ki, o, öz payına düşən əmlakı iddiaçı və onun uşaqlarına bağışlamağa razıdır. Mübahisələndirilən əmlakdan cavabdehlər Cavabdeh5 və Nərmin Nüsrətovaya pay düşməsinə isə razı deyildir. Onların Aygün adlı bacıları da olmuşdur. Cavabdeh5 atası və anasını baş verən cinayət hadisəsinə görə davamlı təhdid etmişdir. Belə ki, onların bacısı Aygünün harda olmasından ümumiyyətlə məlumatı yoxdur. Sonuncu dəfə atası anası ilə birlikdə Aygünün əşyalarını yığaraq Aygünü evdən aparıblar. Aygünü öldürüb-öldürməmələri barədə məlumatı yoxdur. Bu hadisəyə görə atası hər zaman anasına hədə-qorxu gəlmişdir. Belə ki, Aygünün işlədiyi zaman Nurəddin adlı müdiri var idi. Aygünün kassada pul əksiklikləri olmuşdur. Belə ki, müdir Aygünlə birlikdə olmaq üçün bilərəkdən kassada əksikliklər yaratmağa çalışmışdır. Bundan sonra, Aygün gələrək atasına və anasına başına gələnləri və müdürinin onu şantaj etdiyini bildirdi. Bu hadisədən sonra Aygün qohumları ilə evləndi. Aygün Nurəddin adlı müdirindən hamilə qaldıqdan sonra həyat yoldaşı ilə birlikdə Sumqayıtda kirayədə yaşamağa başladılar. Bu hadisələrdən Aygünün həyat yoldaşının məlumatı yox idi. Bir müddət sonra Aygünün uşağı dünyaya gəldi. Lakin anası və bacısı Aygün uşaqdan imtina etdilər və uşağı başqa birinə satdılar. Aygün xəstəxanadan çıxandan sonra valideynləri Aygünü evə gətirdilər və otağa kilitlədilər. Aygünə yemək vermirdilər, verdikləri zaman isə yeməyinə dərman qataraq onu öldürməyə çalışırdılar. Aygün həftələrlə ac-susuz otaqda qalmışdır. Bundan sonra, bacısı Bəsti Aygünün qaldığı otağın qapısını açdı və Aygün evdən qaçdı. Aygün Nurəddindən kömək istəməyə getdi. Atası və anası Aygün evdən qaçdıqdan sonra Nurəddinin evinə onu öldürməyə getmişdirlər. Daha sonra Aygünü evə gətirdilər və sonuncu dəfə atası və anası Aygünün əşyalarını yığaraq Aygünü apardılar. Həmin vaxtdan Aygündən xəbərləri yoxdur. Bundan əlavə, anası sağ ikən mağaza icarəyə verilmişdir. Mağazanı anası ilə bərabər digər bacıları da işlədirdilər. Cavabdeh5 mağazanın idarə edilməsində heç bir köməklik göstərməmişdir. Bacısı Bəsti mağazanı icarəyə verənin adına VÖEN açdırmalı olduqlarını bildirmişdir. Bundan sonra anasının adına VÖEN açılmışdır.

8. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbinə etiraz edərək bildirmişdir ki, X36 vəfat etməmişdən əvvəl mübahisələndirilən əmlakların iki qardaş, yəni iddiaçı və Cavabdeh5 arasında bölünməsi ilə bağlı vəsiyyəti olmuşdur. O və qardaşı Babək anaları ilə həmişə mehriban olmuşlar. Bundan əlavə, onların Aygün adında bacıları olmuşdur. Onu sonuncu dəfə evlənəndən sonra görmüşdür. Belə ki, Aygün başqa bir oğlanla evdən qaçmışdır.

9. Məhkəmə iclasında Cavabdeh5 iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, sözügedən ünvanda tək yaşayır. Həmin ünvanda iddiaçı ilə aralarında məişət əşyaları üstündə mübahisə olmuşdur. O, iddiaçıya dəfələrlə maddi yardım göstərmişdir. Həmçinin bildirir ki, iddia ərizəsində qeyd edilənlər tamamən yalan məlumatlardır. Anası vəfat etməmişdən əvvəl qeyri-rəsmi şəkildə əmlak bölgüsünü etmişdir. O, anasına əmlak bölgüsünü rəsmiləşdirməyi təklif etmişdir. Əmlak bölündükdən sonra o, öz payına düşən mülkü qəbul etmiş və həmin mülkdən əldə etdiyi gəlirlə işini böyütmüşdür. Sözügedən evin təmiri ilə bağlı bütün xərcləri o qarşılamışdır. Əgər ev bölünəcəksə, bu halda evin xərclərinin ona qaytarıldıqdan sonra bölünməsini xahiş edir. Bundan əlavə, o, kommunal haqlarını, torpağın icarə haqqını, vergi ödənişlərini şəxsən həyata keçirmişdir. Həmçinin, anası ilə şəxsi münasibətləri yaxşı olub və uzun müddət bir evdə yaşamışlar. Anası dəmiryolunda işlədiyi üçün hazırda mübahisələndirilən mənzil anasının istifadəsi üçün verilmişdir. O, anasından miras qalmış əmlaklarda təmir-tikinti, abadlıq və təsərrüfat işlərini həyata keçirmişdir. Bu səbəbdən də miras əmlakı faktiki olaraq qəbul etmişdir. Miras əmlakın digər vərəsələr arasında bölünməsinə əsas yoxdur. Onun Aygün adında bacısı olmuşdur. O, həmin vaxtlar azyaşlı idi. Daha sonra Aygünün başqa oğlanlarla evdən qaçdığını eşidirdi. Bu hadisələr 1990-cı illərdə baş vermişdir. Atası Aygünü heç kəsin olmadığı yerə apararaq başına çəkic vuraraq öldürmüşdür. Bundan əlavə, 2001-ci ildə inşa edilən mağaza 21 kv. metr olmuşdur. Aztəminatlı ailə olduqları üçün sözügedən mağaza anasının adına qeydiyyatdan keçirilmişdir. Mağazanı o, inşa etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

10. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 ərizə təqdim edərək, bildirmişdir ki, iddia tələbini qəbul edir. Eyni zamanda bildirmişdir ki, anası vəfat etməmişdən əvvəl atası Cavabdeh2 tərəfindən çox əziyyətlər çəkmişdir. Həmçinin qeyd edir ki, Cavabdeh5 onları şantaj etmiş və atasının cinayətinin üstünü pərdələmişdir. Hazırda mübahisələndirilən ev anasına 10 uşaqlı olduğu üçün 1982-ci il fevral ayının 25-i dövlət tərəfindən verilmişdir. Həmin vaxt qardaşı Babək hələ doğulmamışdı. Atası Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməlidir. Cavabdeh4 dostları ilə görüşməsinə mane olduğu üçün Cavabdeh4 anası ilə münasibətləri yaxşı deyildi. Cavabdeh5 analarına dəfələrlə şiddət göstərmişdir. Hətta bununla bağlı polis idarəsində anasının müraciətləri də vardır. Sözügedən marketi anası, o və qardaşı Vətən işlətdiyi üçün qazanılan gəlirləri sadəcə onlar bilirdilər. Cavabdeh4 o hələ uşaq olandan anasını təhqir edir, ona şiddət göstərirdi. Həmçinin, Cavabdeh5 onun anası ilə əlaqə saxlamağına davamlı maneçilik yaradırdı. X36 şifahi və ya yazılı vəsiyyəti ilə razı deyildir. Sözügedən avtomobili işlətdikləri marketdən əldə olunan gəlirlərlə anası qardaşı Vətən üçün almışdır. Anası Zahidə uşaqları arasında heç bir pay bölgüsü etməmişdir. Mağaza inşa edilən zaman Cavabdeh5 mağazanın təmirində iştirak etdiyini görməmişdir. Evin təmiri və tikinti işlərində çəkilən bütün xərcləri anası qarşılamışdır. O, Cavabdeh5 mübahisələndirilən mənzili təmir etdirməyinə şahid olmamışdır. Qeyd olunanlara əsasən, mübahisələndirilən əmlakdan hər kəsə bərabər payların bölünməsini məhkəmədən xahiş etmişdir.

11. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Bundan əlavə sözügedən mağaza ilk vaxtlar köşk olmuşdur. Həmin köşkü o, özü şəxsən almış və orada işləmişdir. Həmçinin qeyd edir ki, sözügedən mağazanın yerləşdiyi torpaq ərazisi əvvəlcə 30 kv.m olmuşdur. Daha sonra isə əlavə torpaq sahəsi alaraq, həmin ərazininin sahəsini artırıb 40 kv.m etmişlər. Bundan başqa bildirir ki, həyat yoldaşı Zahidə Nüsrətova vəfat etməmişdən əvvəl sözügedən mağazanı oğlu Babəkə, “QAZ -33021” yük markalı avtomaşını isə oğlu Vətənə vermişdir. Əlavə olaraq qeyd edir ki, qızı Aygün 3 dəfə evlənmiş və boşanmışdır. Belə ki, Aygün davamlı evi tərk edib gedirdi və o, Aygünü tapıb evə gətirirdi. Belə ki, hər dəfə Aygünü axtarmaq məcburiyyətində deyildi. Aygün sonuncu dəfə evi tərk edəndə evə gəldi və evdə olmadığını gördü. Bu hadisədən illər sonra Aygün barəsində Rusiyaya, hətta Dubaya getməsi ilə bağlı söz-söhbətlər eşitməyə başladı. Aygünün vəfat edib-etməməsi ilə bağlı məlumatı yoxdur. Qızı Aygünü çox axtarmışdır. Sonuncu dəfə Rusiyaya və Dubaya getdiyini eşitmişdir. Təxminən 1990-cı illərdə Aygün haqqında eşitmişdir və o vaxtdan sonra heç bir məlumatı olmamışdır. Mağazanın bütün xərclərini oğlu Babək çəkmişdir. Mağazaların üçünündə sənədləşmə işlərini o etmişdir. Evin Vətən ilə Babək arasında bölünməsinə etiraz etmir. Həyat yoldaşı Zahidə xanım 21 kv.metr sahəsi olan mağazanı oğlu Babəkə vermişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

12. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Muradova (Nüsrətova) Bəsti Etiqat qızı ərizə təqdim edərək, iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Eyni zamanda bildirmişdir ki, anası vəfat etməmişdən 2 saat əvvəl onun yanında olmuşdur. Həmin vaxt anası ona sadəcə Aygünün harda olduğunu bilmədiyini demişdir. Lakin ölümü ilə bağlı heç bir məlumat verməmişdir.

13. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh7 nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

14. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, X8 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sumqayıt şəhər 1 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

15. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

16. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X38 öz ifadəsində göstərmişdir ki, tərəflər bacısı uşaqlarıdır. Bacısı Zahidə vəfat etməmişdən əvvəl mübahisələndirilən mənzilin 1 otağını və “QAZ -33021” yük markalı avtomobili İddiaçı, həmin mənzilin bir otağını və marketi isə Cavabdeh5 vermişdir. Bacısı əmlakın bölünməsi ilə bağlı qeyd etdiklərini onun yanında olarkən demişdir. Sözügedən market 2002-ci ildə tikilmişdir.

18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 öz ifadəsində göstərmişdir ki, tərəflərlə qohumluq əlaqələri var. Sözügedən mağazanı onlar inşa etmişlər. Zahidə Nüsrətova vəfat etməmişdən əvvəl mağazanı Cavabdeh5, “QAZ -33021” yük markalı avtomobili isə İddiaçı verdiyini bildirmişdir. Mağazanın artırılması ilə bağlı tikinti işlərini o həyata keçirmişdir. Sumqayıt şəhəri, Yaşma bağlarına iddiaçı ilə birlikdə getmişlər. İddiaçı ona heç bir təzyiq göstərməmişdir. Həmin ünvanda mağaza var idi və o, orada fəhlə kimi işləyirdi. Mağazada tikinti işləri zamanı işlədiyi müddət 10 günü belə keçməmişdir. O, avtomobilin sənədlərini görməmişdir. Zahidə xanım özü avtomobili iddiaçıya verdiyini bildirmişdir.

19. İş materiallarında olan Dəvəçi rayon ZAQS şöbəsi tərəfindən xx.xx.1972-ci il tarixdə verilmiş AЗ № 190227 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X24 nikahlarını 15 mart 1972-ci il tarixdə bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 17 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Nüsrətova soyadı verilmişdir.

20. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 154 saylı sərəncamından görünür ki, “Torpaq sahəsinin verilməsi və geri alınması” komissiyasının 2 saylı, 10 fevral 1996-cı il tarixli protokoluna əsasən Şirvan yaşayış sahəsi, 2 nömrəli evin 17-ci mənzilinin sakini qəhrəman ana X2 köşkü qoyulması üçün Şirvan yaşayış sahəsi ərazisində Hacı Zeynalabdin qəsəbəsindəki İcra Hakimiyyəti nümayəndəliyinə 6 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır.

21. İş materiallarında olan Sumqayıt şəhəri X31 Şurasının 27 aprel 2001-ci il tarixli, 04 nömrəli qərarına əsasən X12 Şirvan yaşayış sahəsi, 2 nömrəli yataqxananın ərazisində 24 kv.m torpaq sahəsi kommersiya məqsədilə beş illik icarəyə verilmişdir.

22. İş materiallarında olan Sumqayıt şəhər “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İİ № 001644 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2019-cu il tarixdə ürəyin hipertenziv xəstəliyindən ölmüşdür.

23. İş materiallarında olan Dəvəçi rayon ZAQS şöbəsi tərəfindən xx.xx.1972-ci il tarixdə verilmiş İ-ЖГ № 347194 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1967-ci ildə Dəvəçi şəhərində anadan olmuş, atası Cavabdeh2, anası X13r.

24. İş materiallarında olan Binəqədi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ № 187529 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2021-ci il tarixdə ölmüşdür.

25. İş materiallarında olan Dəvəçi rayon ZAQS şöbəsi tərəfindən xx.xx.1973-cü il tarixdə verilmiş İİ-ЖГ № 334310 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 xx.xx.1973-cü ildə Dəvəçi şəhərində anadan olmuş, atası Cavabdeh2, anası X13r.

26. İş materiallarında olan Dəvəçi rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1974-cü il tarixdə verilmiş İİİ-ЖГ № 290535 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx.xx.1974-cü ildə Dəvəçi şəhərində anadan olmuş, atası Cavabdeh2, anası X13r.

27. İş materiallarında olan Sumqayıt şəhər Nikah evi tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş Vİİ-ЖГ № 262902 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X47 ilə X33 nikahlarını 19 oktyabr 1995-ci il tarixdə bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 768 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Camalova soyadı verilmişdir.

28. İş materiallarında olan Şabran rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-T № 082909 nömrəli doğum haqqında şəhadətnamənin təkrarının surətindən görünür ki, X26 xx.xx.1976-cı ildə Şabran rayonunda anadan olmuş, atası Cavabdeh2, anası X13r.

29. İş materiallarında olan Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsi İcra nümayəndəliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-T № 014479 saylı nikah haqqında şəhadətnamənin təkrarının surətindən görünür ki, X54 ilə X26 nikahlarını xx.xx.2000-cı il tarixdə bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2000-ci il tarixdə 42 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Muradova soyadı verilmişdir.

30. İş materiallarında olan Şabran rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-T № 082907 nömrəli doğum haqqında şəhadətnamənin təkrarının surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Şabran rayonunda anadan olmuş, atası Cavabdeh2, anası X13r.

31. İş materiallarında olan Şabran rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-T № 082908 nömrəli doğum haqqında şəhadətnamənin təkrarının surətindən görünür ki, Cavabdeh1 xx.xx.1982-ci ildə Şabran rayonunda anadan olmuş, atası Cavabdeh2, anası X13r.

32. İş materiallarında olan Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1983-cü il tarixdə verilmiş İX-ЖГ № 336436 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh5 xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh2, anası X13r.

33. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, İddiaçı xx.xx.2007-ci ildən etibarən X14, Cavabdeh6, X27, X34, X39, Cavabdeh1, X35, X22, X40, X41, Cavabdeh5 ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, D/Y, Y/M, ev 2, 17 saylı mənzildə qeydiyyatdadırlar.

34. İş materiallarında olan Cavabdeh3 Etiqat qızının Sumqayıt şəhər 1 saylı notariat ofisinə ünvanladığı **********796 saylı, xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, D/Y, Y/M, ev 2, 17 saylı mənzildə qeydiyyatda olmuş xx.xx.2019-cu il tarixdə vəfat etmiş anası X7 miras qalmış əmlakı qəbul edir. Miras əmlak “QAZ-33021” yük markalı, **-CM-*** qeydiyyat nişanlı maşından, ev və torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olubolmaması barədə məlumat verməyinin zəruriliyi notarius tərəfindən ona izah edildi. Bildirir ki, başqa vərəsələr: oğlu İddiaçı, qızı Cavabdeh1, X26. Göstərilən əmlakdan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir.

35. İş materiallarında olan Cavabdeh2 Sumqayıt şəhər 1 saylı notariat ofisinə ünvanladığı **********800 saylı, xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, D/Y, Y/M, ev 2, 17 saylı mənzildə qeydiyyatda olmuş xx.xx.2019-cu il tarixdə vəfat etmiş həyat yoldaşı X7 miras qalmış əmlakı qəbul edir. Miras əmlak “QAZ-33021” yük markalı, **-CM-*** qeydiyyat nişanlı maşından, ev və torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olubolmaması barədə məlumat verməyinin zəruriliyi notarius tərəfindən ona izah edildi. Bildirir ki, başqa vərəsələr: qızı Cavabdeh3 Etiqat qızı, oğlu İddiaçı, qızı Cavabdeh1, X26, Cavabdeh5. Göstərilən əmlakdan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir.

36. İş materiallarında olan Cavabdeh5 Sumqayıt şəhər 1 saylı notariat ofisinə ünvanladığı **********806 saylı, xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, D/Y, Y/M, ev 2, 17 saylı mənzildə qeydiyyatda olmuş xx.xx.2019-cu il tarixdə vəfat etmiş anası X7 miras qalmış əmlakı qəbul edir. Miras əmlak “QAZ-33021” yük markalı, **-CM-*** qeydiyyat nişanlı maşından, ev və torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyinin zəruriliyi notarius tərəfindən ona izah edildi. Bildirir ki, başqa vərəsələr: qızı Cavabdeh3 Etiqat qızı, oğlu İddiaçı, qızı Cavabdeh1, X26, Cavabdeh2. Göstərilən əmlakdan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir.

37. İş materiallarında olan Cavabdeh4 Sumqayıt şəhər 1 saylı notariat ofisinə ünvanladığı **********247 saylı, xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, D/Y, Y/M, ev 2, 17 saylı mənzildə qeydiyyatda olmuş xx.xx.2019-cu il tarixdə vəfat etmiş anası X7 miras qalmış əmlakı qəbul edir. Miras əmlak “QAZ-33021” yük markalı, **-CM-*** qeydiyyat nişanlı maşından, ev və torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyinin zəruriliyi notarius tərəfindən ona izah edildi. Bildirir ki, başqa vərəsələr: qızı Cavabdeh3 Etiqat qızı, əri Cavabdeh2, oğlu Cavabdeh5, qızı X20. Göstərilən əmlakdan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir.

38. İş materiallarında olan X9 Sumqayıt şəhər 1 saylı notariat ofisinə ünvanladığı **********248 saylı, xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, D/Y, Y/M, ev 2, 17 saylı mənzildə qeydiyyatda olmuş xx.xx.2019-cu il tarixdə vəfat etmiş anası X7 miras qalmış əmlakı qəbul edir. Miras əmlak “QAZ-33021” yük markalı, **-CM-*** qeydiyyat nişanlı maşından, ev və torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyinin zəruriliyi notarius tərəfindən ona izah edildi. Bildirir ki, başqa vərəsələr: qızı Cavabdeh3 Etiqat qızı, əri Cavabdeh2, oğlu Cavabdeh5, qızı Cavabdeh4. Göstərilən əmlakdan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir.

39. İş materiallarında olan İddiaçı Sumqayıt şəhər 1 saylı notariat ofisinə ünvanladığı **********824 saylı, xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, D/Y, Y/M, ev 2, 17 saylı mənzildə qeydiyyatda olmuş xx.xx.2019-cu il tarixdə vəfat etmiş anası X7 miras qalmış əmlakı qəbul edir. Miras əmlak “QAZ-33021” yük markalı **-CM-*** qeydiyyat nişanlı maşından, ev və torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyinin zəruriliyi notarius tərəfindən ona izah edildi. Bildirir ki, başqa vərəsələr: qızı Cavabdeh3 Etiqat qızı, oğlu Cavabdeh5, qızı Cavabdeh1, X26, əri Cavabdeh2. Göstərilən əmlakdan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir.

40. İş materiallarında olan Cavabdeh6 Sumqayıt şəhər 1 saylı notariat ofisinə ünvanladığı **********848 saylı, xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, D/Y, Y/M, ev 2, 17 saylı mənzildə qeydiyyatda olmuş xx.xx.2019-cu il tarixdə vəfat etmiş anası X7 miras qalmış əmlakı qəbul edir. Miras əmlak “QAZ-33021” yük markalı, **-CM-*** qeydiyyat nişanlı maşından, ev və torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyinin zəruriliyi notarius tərəfindən ona izah edildi. Bildirir ki, başqa vərəsələr: qızı Cavabdeh3 Etiqat qızı, oğlu Cavabdeh5, Cavabdeh1, İddiaçı, əri Cavabdeh2. Göstərilən əmlakdan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir.

41. İş materiallarında olan Cavabdeh1 Sumqayıt şəhər 1 saylı notariat ofisinə ünvanladığı **********858 saylı, xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, D/Y, Y/M, ev 2, 17 saylı mənzildə qeydiyyatda olmuş xx.xx.2019-cu il tarixdə vəfat etmiş anası X7 miras qalmış əmlakı qəbul edir. Miras əmlak “QAZ-33021” yük markalı, **-CM-*** qeydiyyat nişanlı maşından, ev və torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyinin zəruriliyi notarius tərəfindən ona izah edildi. Bildirir ki, başqa vərəsələr: qızı Cavabdeh3 Etiqat qızı, oğlu Cavabdeh5, Cavabdeh6, İddiaçı, əri Cavabdeh2. Göstərilən əmlakdan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir.

42. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arxiv çıxarışından görünür ki, Sumqayıt şəhər X45 İcraiyyə Komitəsinin xx.xx.1982-ci il tarixli, 4 № protokolundan çıxarışdan görünür ki, mənzil 17, yaşayış sahəsi 59,84 kv.m X12 təqdim edilmişdir. 1975-ci ildən işləyir. Ailə tərkibi 10 nəfərdir.

43. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir yol yaşayış massivi, ev, mənzil 17 X10 adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2013-cü il tarixdə 205 saylı reyestr kitabının 14 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.

44. İş materiallarında olan AB № 888429 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1999-cu il buraxılışlı, **-CM-*** dövlət qeydiyyat nişanlı minik nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdən X10 adına qeydiyyata alınmışdır.

45. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 0,003 ha torpaq sahəsi X10 adına hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2014-cü il tarixdə 81 saylı reyestr kitabının 53 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.

46. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-216/2023 saylı hökmü ilə Cavabdeh5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsili bilinmiş və onun 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hökm edilmişdir.

47. Həmin hökmdən görünür ki, Cavabdeh5 qardaşı İddiaçı qəsdən sağlamlığa az ağır zərərvurmya aid xəsarət yetirmişdir.

48. İş materiallarında olan Sumqayıt şəhər 1 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı 11 fevral 2019-cu il tarixdə vəfat etmiş X10 vərəsəsidir (oğlu) və miras qalmış əmlakdan irs amalıdır (vərəsələr arasında miras payla bağlı mübahisə olduğundan miras əmlakda pay nisbəti müəyyən edilməmişdir). Bundan əlavə, miras qoyanın digər vərəsələri əri- Cavabdeh2, qızı- Cavabdeh3, qızı - Cavabdeh6, qızı - Cavabdeh4, qızı X20, oğlu- Cavabdeh5, qızı - Cavabdeh1dır. Miras qalmış əmlak Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan D/Y, Y/M, ev 2, mənzil 17, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 0,003 ha torpaq sahəsinə dair icarə hüquqları və **-CM-*** dövlət qeydiyyat nişanlı, QAZ -33021 yük markalı avtomaşından ibarətdir.

49. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən 17 saylı mənzil Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının Mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli 9/587 nömrəli order, Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X15 23 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 245 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında X10 adına qeydiyyata alınmış, xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan, mərhum X10 vərəsəsi Cavabdeh3 Etiqat qızının etibarnamə ilə nümayəndəsi Nümayəndə1 dublikat çıxarışının alınması ilə bağlı idarəyə müraciət etmiş və mərhum X10 adına xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmçinin bildirilir ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində yerləşən 0.003 ha torpaq sahəsi üzərində icarə hüququ mərhum X10 adına dövlət reyestrində qeydiyyata alınmamışdır.

50. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X65 İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, DİN Baş X65 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “QAZ 33021” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.1999-cu il tarixdə X28 adına qeydiyyata alınmış, xx.xx.2013-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və nəqliyyat vasitəsinə yeni **-CM-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq X10 adına rəsmiləşdirilmişdir. Eyni zamanda diqqətə çatdırılır ki, “QAZ 33021” markalı **- CM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2013-cü il tarixdə X10 adına rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir.

51. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh2 ilə X19 arasında bağlanmış nikahdan doğulmuş uşaqlar bunlardır: X29 (xx.xx.1972), Cavabdeh4 (xx.xx.1973), X33 (xx.xx.1974), İddiaçı (xx.xx.1978), Cavabdeh1 (xx.xx.1982)

52. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Vətəndaşlıq Vəziyyəti aktları” X3 Sistemində vətəndaş X18 ölüm haqqında akt qeydi aşkar edilməmişdir.

53. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X30 barəsində dəqiq təyinedici məlumatlar (doğum tarixi, pasport nömrəsi) olmadığından sorğunun cavablandırılması imkan xaricindədir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

54. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, X19 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun vərəsələri Cavabdeh2, İddiaçı, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, X20, Cavabdeh5, Cavabdeh1dır. X4 miras qalmış əmlak Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan D/Y, Y/M, ev 2, mənzil 17, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 0,003 ha torpaq sahəsinə dair icarə hüquqları və **-CM-*** dövlət qeydiyyat nişanlı, QAZ -33021 yük markalı avtomaşındır. X1 xx.xx.2021-ci ildə vəfat etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

55. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakları qeyd etməyi zəruri hesab edir.

56. Məhkəmə ilk öncə Cavabdeh7 və X5 cavabdehlər qismində işə cəlb edilməsi ilə bağlı qeyd edir ki, mərhum X10 vəfatında sonra qızı X20 vərəsə kimi tanınmış və bununla əlaqədar notariat ofisinə ərizə təqdim etmişdir. Lakin miras payı qəbul edənədək vəfat etmişdir. Belə olan halda iddiaçı mərhum X9 övladlarının cavabdehlər qismində işə cəlb edilməsində haqlı olmuşdur.

57. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

58. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

59. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən, əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır.

60. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.

61. Məhkəmə iddia tələbinin “Cavabdeh5 və Cavabdeh4 anasına münasibətdə ləyaqətsiz vərəsə hesab edilərək miras əmlakdakı pay hüququndan məhrum edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

62. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.

63. Miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur.

64. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir.

65. Yuxarıda qeyd olunduğu kimi vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır.

66. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.

67. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir.

68. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər.

69. Ləyaqətsiz adam mənəvi keyfiyyətlərdən məhrum və əxlaqi davranış qaydalarına yad bir fərd kimi, özünün qanunla uzlaşmayan şəxsi marağı naminə istənilən hüquq pozuntusunu, o cümlədən ən ağır cinayət əməlini törətməyə hazır olan bir subyektdir.

70. Məhkəmə qeyd edir ki, ləyaqətsiz vərəsənin qanunsuz hərəkəti bir halda miras qoyanın hələ vəsiyyətnamədə ifadə edilməmiş, son iradəsini həyata keçirməsinin əleyhinə, digər halda isə miras qoyanın artıq vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı yönəlir. Ləyaqətsiz vərəsənin miras qoyanın, ümumiyyətlə, son iradəsinin həyata keçirilməsinə qarşı hərəkəti, onun qəsdən törətdiyi maneə şəklində özünü göstərir. Ləyaqətsiz vərəsənin miras qoyanın vəsiyyətnamədə göstərilmiş son iradəsinin həyata keçirilməsinə qarşı yönəlmiş hərəkətləri onun qəsdən cinayət və digər əxlaqsız hərəkətlər törətməsində özünü göstərir.

71. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsində qeyd edilmiş halların (miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmək, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmək) cavabdehlər tərəfindən həyata keçirilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

72. Qanunda nəzərdə tutulmuş ciddi əsaslar dedikdə, şərh olunan maddənin məzmunundan göründüyü kimi, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar anlaşılır. Ümumiyyətlə, vərəsəlik hüququndan məhrum etməyə əsas olan hallar dedikdə, MM-in 1137-ci maddəsində nəzərdə tutulmuş ləyaqətsiz vərəsə, 1138ci maddəsində nəzərdə tutulmuş valideynlər və miras qoyanı saxlamaqdan qəti imtina etmiş şəxs kimi tanınmasına əsas olmuş hallar anlaşılır.

73. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “…Vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203- cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur”.

74. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, araşdırma zamanı İddiaçı Mülki Məcəllənin 1137-ci maddəsinin tələbləri baxımından cavabdehlər Cavabdeh5 və Cavabdeh4 ləyaqətsiz vərəsə olmasını təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, eyni zamanda iddia tələbinə əlavə edilmiş sənədlər (səs yazısı və s.) isə cavabdehlərin ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas yaratmamışdır.

75. Məhkəmə iddia tələbinin “Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan D/Y, Y/M, 2 saylı evin 17 saylı mənzilə və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan D/Y, Y/M, 0,003 ha torpaq sahəsinə dair icarə hüquqlarına dair vərəsəlik üzrə iddiaçı və cavabdehlər Muradova (Nüsrətova) Bəsti Etiqat qızı, Camalova (Nüsrətova) Şəfa Etiqad qızı, Cavabdeh2 və Cavabdeh1 arasında bərabər pay hüquqlarının müəyyən edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

76. Məhkəmə, hazırkı mübahisənin obyektiv həlli üçün ilk növbədə mübahisəli əmlakların qanunvericiliyin tələblərinə görə birgə nikah dövründə əldə edilmiş ümumi əmlak olub-olmadığının araşdırılmasını məqsədəmüvafiq hesab edir.

77. Ər-arvadın hər birinin ayrıca mülkiyyətini müəyyən edən Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

78. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün ilk növbədə əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalı və əmlak nikah dövründə əvəzli qaydada, ərarvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır.

79. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan D/Y, Y/M, 2 saylı evin 17 saylı mənzili və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan D/Y, Y/M, 0,003 ha torpaq sahəsinə dair icarə hüquqları mərhum X19 tərəfindən nikah dövründə əldə olunmasına baxmayaraq, əvəzsiz əqd əsasında əldə edildiyindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən ərarvadın birgə mülkiyyəti sayılmır.

80. Bundan əlavə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 ilə X10 nikahlarından X30 adlı övladları olmuşdur. Onun sağ olub-olmaması ilə bağlı məlumat yoxdur. Bununla əlaqədar məhkəmə tərəfindən tərəflərin hərəkətlərində cinayətin əlamətlərinə dəlalət edən faktların araşdırılması üçün Sumqayıt Şəhər Prokurorluğuna məlumat verilmişdir.

81. Belə olan təqdirdə məhkəmə hesab edir ki, X21 münasibətdə pay açıq saxlanılmalıdır.

82. Məhkəmə işin yuxarıda sadalanan hallarını və işin materiallarını nəzərdən keçirib hesab edir ki, miras qalmış mübahisəli əmlaklara tərəflərin bərabər şəkildə pay hüquqları müəyyən edilməlidir.

83. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

84. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

85. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

86. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

87. Göstərilən Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

88. Eyni Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

89. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

90. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2019-cu ildə vəfat etmiş X7 miras qalmış Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir yol yaşayış massivi, ev 2, mənzil 17-yə və Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 0,003 ha torpaq sahəsinə İddiaçı 1/9 hissədə, Cavabdeh2 1/9 hissədə, Cavabdeh3 Etiqat qızının 1/9 hissədə, Cavabdeh6 1/9 hissədə, Cavabdeh4 1/9 hissədə, Cavabdeh5 1/9 hissədə, Cavabdeh1 1/9 hissədə, X9 övladları - Cavabdeh7 və X5 1/9 hissədə vərəsəlik payları müəyyən edilməli, qalan 1/9 hissə X21 münasibətdə açıq saxlanılmalıdır.

91. Məhkəmə iddia tələbinin “**-CM-*** dövlət qeydiyyat nişanlı, QAZ-33021 yük markalı avtomaşına dair vərəsəlik üzrə iddiaçı və cavabdehlər-Muradova (Nüsrətova) Bəsti Etiqat qızı, Camalova (Nüsrətova) Şəfa Etiqad qızı, Cavabdeh2 və Cavabdeh1 arasında bərabər pay hüquqlarının müəyyən edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir.

92. Məhkəmə, hazırkı mübahisənin obyektiv həlli üçün ilk növbədə mübahisəli nəqliyyat vasitəsinin qanunvericiliyin tələblərinə görə birgə nikah dövründə əldə edilmiş ümumi əmlak olub-olmadığının araşdırılmasını məqsədəmüvafiq hesab edir.

93. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 və 225.2ci maddələrinin tələblərinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

94. Eyni zamanda Ailə Məcəlləsinin 32.1-32.3 və 37.1-ci maddələrinə uyğun olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

95. Azərbaycan Respublikası Ailə Məcəlləsinin, eləcə də Mülki Məcəllənin tələblərindən göründüyü kimi, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

96. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, **-CM-*** dövlət qeydiyyat nişanlı, “QAZ -33021” yük markalı avtomobil Cavabdeh2 ilə X10 birgə nikahları dövründə əldə edilmişdir.

97. Belə olan halda, məhkəmə hesab edir ki, xx.xx.2019-cu ildə vəfat etmiş X7 miras qalmış **-CM-*** dövlət qeydiyyat nişanlı, QAZ -33021 yük markalı avtomaşın birgə nikah dövründə əldə olunan daşınar əmlak kimi bərabər paylarla bölünməli və həmin əmlak üzərində X10 ½ və Cavabdeh2 1/2 pay üzrə mülkiyyət hüquqları tanınmalı, **-CM-*** dövlət qeydiyyat nişanlı, QAZ -33021 yük markalı avtomaşının X12 məxsus ½ hissəsinə İddiaçı 1/9 hissədə, Cavabdeh2 1/9 hissədə, Cavabdeh3 Etiqat qızının 1/9 hissədə, Cavabdeh6 1/9 hissədə, Cavabdeh4 1/9 hissədə, Cavabdeh5 1/9 hissədə, Cavabdeh1 1/9 hissədə, X9 övladları - Cavabdeh7 və X5 1/9 hissədə vərəsəlik payları müəyyən edilməli, qalan 1/9 hissə X21 münasibətdə açıq saxlanılmalıdır.

98. Məhkəmə iddia tələbinin “X12 məxsus olan qeyri-yaşayış sahəsinin icarəsindən mənimsənilmiş 29150 manat məbləğində pulun da Cavabdeh5 alınaraq vərəsələr arasında bölünməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

99. Belə ki, İddiaçı Cavabdeh5 tərəfindən 54 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini müxtəlif şəxslərə 550 manata icarəyə verilməklə, ötən 4 il 5 ay ərzində 29150 manat pulun mənimsənildiyini bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.

100. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

101. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

102. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

103. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

104. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

105. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

106. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

107. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2019-cu ildə vəfat etmiş X7 miras qalmış Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir yol yaşayış massivi, ev 2 , mənzil 17-yə və Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 0,003 ha torpaq sahəsinə İddiaçı 1/9 hissədə, Cavabdeh2 1/9 hissədə, Cavabdeh3 1/9 hissədə, Cavabdeh6 1/9 hissədə, Cavabdeh4 1/9 hissədə, Cavabdeh5 1/9 hissədə, Cavabdeh1 1/9 hissədə, X9 övladları - Cavabdeh7 və X5 1/9 hissədə vərəsəlik payları müəyyən edilməli, qalan 1/9 hissə X21 münasibətdə açıq saxlanılmalı, xx.xx.2019-cu ildə vəfat etmiş X7 miras qalmış **-CM-*** dövlət qeydiyyat nişanlı, QAZ -33021 yük markalı avtomaşın birgə nikah dövründə əldə olunan daşınar əmlak kimi bərabər paylarla bölünməli və həmin əmlak üzərində X10 ½ və Cavabdeh2 1/2 pay üzrə mülkiyyət hüquqları tanınmalı, **-CM-*** dövlət qeydiyyat nişanlı, QAZ -33021 yük markalı avtomaşının X12 məxsus ½ hissəsinə İddiaçı 1/9 hissədə, Cavabdeh2 1/9 hissədə, Cavabdeh3 1/9 hissədə, Cavabdeh6 1/9 hissədə, Cavabdeh4 1/9 hissədə, Cavabdeh5 1/9 hissədə, Cavabdeh1 1/9 hissədə, X9 övladları - Cavabdeh7 və X5 1/9 hissədə vərəsəlik payları müəyyən edilməli, qalan 1/9 hissə X21 münasibətdə açıq saxlanılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

108. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

109. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

110. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

111. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

112. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

113. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2019-cu ildə vəfat etmiş X7 miras qalmış Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir yol yaşayış massivi, ev 2 , mənzil 17-yə və Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 0,003 ha torpaq sahəsinə İddiaçı 1/9 hissədə, Cavabdeh2 1/9 hissədə, Cavabdeh3 1/9 hissədə, Cavabdeh6 1/9 hissədə, Cavabdeh4 1/9 hissədə, Cavabdeh5 1/9 hissədə, Cavabdeh1 1/9 hissədə, X9 övladları - Cavabdeh7 və X5 1/9 hissədə vərəsəlik payları müəyyən edilsin. Qalan 1/9 hissə X21 münasibətdə açıq saxlanılsın. xx.xx.2019-cu ildə vəfat etmiş X7 miras qalmış **-CM-*** dövlət qeydiyyat nişanlı, “QAZ - 33021” yük markalı avtomaşın birgə nikah dövründə əldə olunan daşınar əmlak kimi bərabər paylarla bölünsün və həmin əmlak üzərində X10 ½ və Cavabdeh2 ½ pay üzrə mülkiyyət hüquqları tanınsın. **-CM-*** dövlət qeydiyyat nişanlı, “QAZ -33021” yük markalı avtomaşının X12 məxsus ½ hissəsinə - İddiaçı 1/9 hissədə, Cavabdeh2 1/9 hissədə, Cavabdeh3 1/9 hissədə, Cavabdeh6 1/9 hissədə, Cavabdeh4 1/9 hissədə, Cavabdeh5 1/9 hissədə, Cavabdeh1 1/9 hissədə, X9 övladları - Cavabdeh7 və X5 1/9 hissədə vərəsəlik payları müəyyən edilsin. Qalan 1/9 hissə X21 münasibətdə açıq saxlanılsın. Qətnamə miras əmlaklar üzərində mülkiyyət hüquqlarının qeydə alınması və miras əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin verilməsi üçün əsasdır. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar