Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3249/2023 30.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********79032 HUAWEİ Y6 2019 markalı telefon, imei kodu **********84352 REALME C3 markalı telefon üçün, 311.5 (üç yüz on bir manat əlli qəpik) manat ödənilməmiş hissə, 31.5 (otuz bir manat əlli qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, EPİLYATOR PANASONİC, FEN PHİLİPS üçün, 343.2 (üç yüz qırx üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 34.8 (otuz dörd manat səksən qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, ÜTÜ BRAUN üçün 212.4 (iki yüz on iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 21.6 (iyirmi bir manat altmış qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********61238 SAMSUNG GALAXY A21S markalı telefon, X2, ƏTÇƏKƏN PANASONİC üçün 658.8 (altı yüz əlli səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 65.2 (altmış beş manat iyirmi qəpik) manat cərimə, ümumilikdə 1679 manat borc və 36.79 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021 -ci il tarixlərindəki müqavilələrinə əsasən, İmei kodu **********79032 HUAWEİ Y6 2019 markalı telefon, imei kodu **********84352 REALME C3 markalı telefon, EPİLYATOR PANASONİC, FEN PHİLİPS, ÜTÜ BRAUN, İmei kodu **********61238 SAMSUNG GALAXY A21S markalı telefon, X2, ƏTÇƏKƏN PANASONİC almış və nəticədə 1679 (bir min altı yüz yetmiş doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 747.6 (yeddi yüz qırx yeddi manat altmış qəpik) manat (12 ay x 62.3 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********79032 HUAWEİ Y6 2019 markalı telefon, imei kodu **********84352 REALME C3 markalı telefon üçün 343 (üç yüz qırx üç) manat olmaqla ondan, 311.5 (üç yüz on bir manat əlli qəpik) manat ödənilməmiş hissə, 31.5 (otuz bir manat əlli qəpik) manat cərimə pulu, xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 514.8 (beş yüz on dörd manat səksən qəpik) manat (12 ay x 42.9 manat + 0 manat ilkin ödəniş) olan EPİLYATOR PANASONİC, FEN PHİLİPS üçün 378 (üç yüz yetmiş səkkiz) manat olmaqla ondan, 343.2 (üç yüz qırx üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 34.8 (otuz dörd manat səksən qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 212.4 (iki yüz on iki manat qırx qəpik) (12 ay x 17.7 manat + 0 manat ilkin ödəniş) olan ÜTÜ BRAUN üçün 234 (iki yüz otuz dörd) manat olmaqla ondan 212.4 (iki yüz on iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 21.6 (iyirmi bir manat altmış qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 878.4 (səkkiz yüz yetmiş səkkiz manat qırx qəpik) manat (12 ay x 73.2 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********61238 SAMSUNG GALAXY A21S markalı telefon, X2, ƏTÇƏKƏN PANASONİC üçün 724 (yeddi yüz iyirmi dörd ) manat olmaqla ondan 658.8 (altı yüz əlli səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 65.2 (altmış beş manat iyirmi qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 827.3 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, ünvanda yaşamadığı üçün poçt müəssisəsi tərəfindən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № 22381883 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 878,4 manat olan İmei kodu **********61238 Samsung Galaxy A21S markalı telefon, X2 Ətçəkən Panasonic almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, №22052314 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 747,6 manat olan İMEİ Kodu**********79032 Huavei Y6 2019 markalı telefon, İmei Kodu **********84352 Realme C3 markalı telefon almışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, №22295205 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 514,8 manat olan Epilyator Panasonic, Fen Philips almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № 23133030 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 212,4 manat olan Ütü Braun almışdır. İş materiallarında olan əşyaların təhvil-təslim aktından görünür ki, İmei kodu **********79032 HUAWEİ Y6 2019 markalı telefon, imei kodu **********84352 REALME C3 markalı telefon, EPİLYATOR PANASONİC, FEN PHİLİPS, ÜTÜ BRAUN, İmei kodu **********61238 SAMSUNG GALAXY A21S markalı telefon, X2, ƏTÇƏKƏN PANASONİC Cavabdeh təhvil verilmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 12 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 62,3 manat olmaqla, İMEİ Kodu **********79032 Huavei Y6 2019 markalı telefon, İmei Kodu **********84352 Realme C3 markalı telefon almış və 436,1 manat ödəniş etmiş, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 12 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 42,9 manat olmaqla, Epilyator Panasonic, Fen Philips almış və 171,6 manat ödəniş etmiş, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 12 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 17,7 manat olmaqla, Ütü Braun almış və 0 manat ödəniş etmiş, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 12 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 73,2 manat olmaqla, İMEİ Kodu **********61238 SAMSUNG GALAXY A21S markalı telefon, X2, ƏTÇƏKƏN PANASONİC almış və 219,6 manat ödəniş etmişdir. İşdə olan "xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən aldığı malın 747,6 manat olan ümumi dəyərindən 436,1 manat ödəniş etmiş və nəticədə 343 manat borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı malın 514,8 manat olan ümumi dəyərindən 171,6 manat ödəniş etmiş və nəticədə 378 manat borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı malın 212,4 manat olan ümumi dəyərindən 0 manat ödəniş etmiş və nəticədə 234 manat borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı malın 878,4 manat olan ümumi dəyərindən 219,6 manat ödəniş etmiş və nəticədə 724 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ümumilikdə 1525 (bir min beş yüz iyirmi beş) manat 90 (doxsan) qəpik ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə borc, 36 (otuz altı) manat 79 (yetmiş doqquz) qəpik dövlət rüsumu, cəmi 1587 (bir min beş yüz səksən yeddi) manat 69 (altmış doqquz) qəpik məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ümumilikdə 1525 (bir min beş yüz iyirmi beş) manat 90 (doxsan) qəpik ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə borc, 36 (otuz altı) manat 79 (yetmiş doqquz) qəpik dövlət rüsumu, cəmi 1587 (bir min beş yüz səksən yeddi) manat 69 (altmış doqquz) qəpik məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-3249/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3249/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver