Məhkəmə qərarları › İş №e-2(060)-3265/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3265/2025

26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3265/2025 26.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Guseinov Gasanın iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin və borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı MMC Cavabdeh qarşı “dəymiş zərərin və borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 yanvar 2024-cü il tarixli, AZL-1574 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar LD” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “X1”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17% mükafat məbləği hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 465,14 manat, ümumilikdə isə 25327 manat məbləğində pulu vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 25327 manatın 19120 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar LD” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə 27 dekabr 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 8930,99 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda, Cavabdeh AZL-1574 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 27 dekabr 2024-cü il tarixə ümumilikdə 1519,09 manat məbləğində gecikmə borcu yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh 13 yanvar 2024-cü il tarixli AZL-1574 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 27 dekabr 2024cü il tarixə ödənilməmiş 541,25 manat gecikdirilmiş əsas, 339,30 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 638,54 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar LD” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 8930,99 manat, ümumilikdə 10450,08 manat borc və ödənilmiş 121,35 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Guseinov Gasa izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, o, dəfələrlə iddiaçıya maşının onda qalması və xərclərin nəzərə alınaraq müqavilədə nəzərdə tutulan ayların artırılması ilə bağlı müraciət etmişdir. Həmçinin maşını heç kimə etibarnamə ilə verməyəcəyi ilə bağlı da öhdəlik götürməyi təklif etmişdir. İddiaçı tərəfindən ona məlumat veriləcəyi bildirilsə də, hələ də bu barədə heç bir xəbər yoxdur. Ekspertlər tərəfindən qəza ərazisinə baxış keçirilmişdir və qəzaya səbəbin yüksək sürətin olmadığı müəyyən edilmişdir. O, belindən zədə aldığı üçün işdən də çıxarılmışdır. Avtomobilə dəyən zərər iddiaçı tərəfindən 8900 manat dəyərində hesablanmışdır. Buna baxmayaraq, avtomobilin təkcə tavan hissəsinə zərər dəymişdir. Avtomobil hal-hazırda onun istifadəsində deyil. Şirkətlə zəng vasitəsilə əlaqə saxlamışdır. Zərərin 8900 manat məbləğində olduğunu qəbul etmir.

5. Sonuncu məhkəmə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 yanvar 2024-cü il tarixli, AZL-1574 saylı X1ndən görünür ki, İddiaçı MMC Cavabdeh sifarişi ilə “Khazar LD minik” markalı, ban nömrəsi NVAW21HHFRSA51195 olan avtomobili 19120 manata mülkiyyətinə almağı və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verməyi, Cavabdeh isə bu müqavilənin imzalandığı gün 3000 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi, ödənilmiş 3000 manat lizinq ödənişinin lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğinin 48 ay müddətinə, illik 17 % hesablanmaqla pul vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür.

9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, lizinq verən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra edərək, “Khazar LD minik” markalı avtomobili lizinq alan Cavabdeh təhvil vermişdir. Lizinq alan həmin avtomobili təhvil almışdır.

10. İş materiallarında olan «X2» MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qüsur aktdan görünür ki, lizinq predmeti olan “Khazar LD minik” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 8930,99 manat məbləğində ziyan dəymişdir.

11. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 13 yanvar 2024-cü il tarixli, AZL-1574 nömrəli X1 üzrə 541,25 manat əsas, 339,30 manat faiz borcu, 638,54 manat cərimə borcu olmaqla, cəmi 1519,09 manat borcu vardır.

12. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanladığı bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təkliflər edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

13. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AS 09-051/25 saylı mütəxəssis rəyindən görünür ki, kapot- 1 ədəd 120 manat, dam- 1 ədəd 45 manat, damın sol ön stoykası- 1 ədəd 30 manat, damın sol yan stoykası- 1 ədəd 30 manat, sol arxa qapı- 1 ədəd 120 manat, baqaj- 1 ədəd 55 manat, sol arxa qanad- 1 ədəd 60 manat, sağ ön qapı- 1 ədəd 135 manat, sağ arxa qapı- 1 ədəd 135 manat, ön bufer- 1 ədəd 105 manat, arxa bufer- 1 ədəd 100 manat, sol stop- 1 ədəd 25 manat, fara (sağ, sol)- 2 ədəd 120 manat, duman (sağ, sol)- 2 ədəd 20 manat, ön bufer salaska (sağ sol)- 2 ədəd 2 manat, arxa bufer salaska- 1 ədəd 2 manat, padnojka plasması (sağ sol) - 2 ədəd 63 manat, ön podress- 1 ədəd 90 manat, arxa balka- 1 ədəd 624 manat, traves- 1 ədəd 40 manat, sol ön amartizator- 1 ədəd 65 manat, sol stupisa podşipnik- 1 ədəd 20 manat, sol çaşka- 1 ədəd 30 manat, sol qranat sbor- 1 ədəd 70 manat, orta kojik- 1 ədəd 100 manat, ekran- 1 ədəd 55 manat, su radiator- 1 ədəd 95 manat, kondisioner radiator- 1 ədəd 30 manat, difizor- 1 ədəd 10 manat, pər- 2 ədəd 1 manat, pər mator- 2 ədəd 15 manat, şam – 4 ədəd 0,7 manat, cəmi 2441 manat, görülmüş bərpa-təmir işləri: dəmirçi işi-1000 manat, aramaturçu işi- 500 manat, rəngsaz işi-1000 manat, çilingər işi-350 manat, mühərrik işi-70 manat, elektrik işi-200 manat olmaqla, cəmi 3120 manat olmaqla, ümumilikdə 5561 manat. Beləliklə, aparılmış hesablamalara və təhlillər nəticəsində, mülki işə əlavə edilmiş fotoşəkillər, qüsur aktı ümumilikdə nəzərə alınmaqla “Khazar LD” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 5561 manat təşkil edir. Ekspertiza xərci 300 manat təşkil edir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

17. Eyni Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Göründüyü kimi cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

20. Həmin Məcələnin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

22. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinin tələbinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır.

23. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (həmin Məcəllənin 748-2.1-ci maddəsi).

24. Məhkəmə iddia tələbinin əsas borcun və gecikdirilmiş mükafatın tutulması ilə bağlı hissəsi üzrə qeyd edir ki, cavabdeh müqavilə üzrə borcun olması öz təsdiqini tapdığından, həmin hissədə tələb əsaslı hesab edilməli və təmin edilməlidir.

25. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

26. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu hissəsində qismən təmin edilərək, dəbbə pulu 50 (əlli) manat məbləğində müəyyən edilməlidir.

27. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Khazar LD minik” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobil yararsız vəziyyətdə iddiaçıya təhvil verilmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, qüsur aktına əsasən “Khazar LD minik” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərər 8930,99 manat təşkil edir.

28. Məhkəmə, həmçinin ziyanın məbləği ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktı mübahisələndirildiyindən məbləğin yenidən qiymətləndirilməsinə zərurət qalmışdır.

29. İşin materiallarında olan məhkəmənin qərardadı əsasında keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, “Khazar LD minik” markalı, **-YG- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 5561 manat məbləğində ziyan dəymişdir.

30. Məhkəmə hesab edir ki, avtomobilə dəymiş zərər 5561 manat məbləğində müəyyən edilməlidir.

31. Bundan əlavə, iş üzrə cavabdeh tərəfindən iddiaçıya 3000 manat ilkin ödəniş edildiyi işin mübahisəsiz halıdır. Həmçinin müəyyən edilmişdir ki, lizinq obyekti olan “Khazar LD minik” markalı avtomaşın da faktiki olaraq iddiaçıdadır. Belə olan halda ilkin ödəniş kimi lizinq verənə ödənilən vəsait lizinq obyektindən istifadəyə görə alınmış vəsait kimi dəyərləndirilməsi istisna olunur. Lizinq obyekti olan avtomaşın lizinq alan cavabdehdə qaldığı halda həmin məbləğ lizinq ödənişi dəyərləndirilə bilərdi. İddiaçı lizinq şirkəti cavabdehin hesabına 3000 manat pul əldə etməklə əsassız varlanmışdır.

32. Mülki qanunvericilik lizinq münasibətləri üzrə ilkin ödəniş şərtini müəyyən etməsə və belə müqavilə şərti daha çox nisyə alqı-satqı müqavilələri üçün xarakterik olsa da, tərəflərin iradəsi əsasında lizinq müqaviləsində ilkin ödənişin müəyyən olunması istisna edilmir. Mülki Məcəllənin 748-10.1-ci maddəsinin mənasına görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə edilmiş ilkin ödəniş də lizinq ödənişi hesab edilir. Xüsusilə nəzərə alınmalıdır ki, baxılan iş üzrə lizinq obyekti iddiaçıya qaytarıldığı üçün cavabdehin müqaviləyə əsasən lizinq predmetini əldə etmək imkanı istisna edilir. Əks yanaşma, yəni həm lizinq obyektinin lizinq verənə qaytarılması, həm də ilkin ödəniş qismində ödənilmiş vəsaitin ümumi lizinq ödənişlərinə aid edilməməklə lizinq verəndə saxlanılması lizinq hüquq münasibətlərinin mahiyyətinə ziddir, həmçinin son nəticədə lizinq verənin əsassız varlanması ilə nəticələnə bilər.

33. Mülki Məcəlləyə müvafiq olaraq, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1).

34. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ödənilmiş 3000 manat ilkin ödəniş nəzərə alınmaqla, avtomobilə dəymiş zərərin məbləği 2561 manat (5561-3000) olmaqla iddiaçının xeyrinə tutulmalıdır.

35. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 541,25 (beş yüz qırx bir manat, iyirmi beş qəpik) manat gecikdirilmiş əsas, 339,30 (üç yüz otuz doqquz manat, otuz qəpik) manat gecikdirilmiş mükafat, 50 (əlli) manat dəbbə pulu, 2561 (iki min beş yüz altmış bir) manat dəymiş zərər, ümumilikdə 3491,55 (üç min dörd yüz doxsan bir manat, əlli beş qəpik) manat məbləğində pul və ödənilmiş 54,91 (əlli dörd manat, doxsan bir qəpik) dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Həmçinin Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müntənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. İş materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən dövlət büdcəsinə 121,35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi (3491,55 AZN) qismən təmin olunduğundan cavabdehdən qeyd olunan 54,91 manat (rüsum kalkulyatoruna əsasən) tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

43. Həmçinin, "xxxx" MMC tərəfindən aparılmış ekspertiza rəyinin haqqı olan 300 (üç yüz) manat məbləğində pul İddiaçı MMC-dən və Cavabdeh müştərək qaydada tutularaq "xxxx" MMC-nin "xxxx" ASC “Mərkəz” filialı, Kod 200026, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, H/Hesab AZ74AİİB400600F**********112, S.W.İ.F.T. AİİBAZ2XXXX hesabına köçürülməlidir.

Nəticə hissəsi:

44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 541,25 (beş yüz qırx bir manat, iyirmi beş qəpik) manat gecikdirilmiş əsas, 339,30 (üç yüz otuz doqquz manat, otuz qəpik) manat gecikdirilmiş mükafat, 50 (əlli) manat dəbbə pulu, 2561 (iki min beş yüz altmış bir) manat dəymiş zərər, ümumilikdə 3491,55 (üç min dörd yüz doxsan bir manat, əlli beş qəpik) manat məbləğində pul və ödənilmiş 54,91 (əlli dörd manat, doxsan bir qəpik) dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilsin. "xxxx" MMC tərəfindən aparılmış ekspertiza rəyinin haqqı olan 300 (üç yüz) manat məbləğində pul İddiaçı MMC-dən və Cavabdeh müştərək qaydada tutularaq "xxxx" MMCnin "xxxx" ASC “Mərkəz” filialı, Kod 200026, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, H/Hesab AZ74AİİB400600F**********112, S.W.İ.F.T. AİİBAZ2XXXX hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar