Məhkəmə qərarları › İş №e-2(060)-3267/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3267/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3267/2022 07.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə Mətbəx mebeli üçün 2465 manat ödənilməmiş hissə, 739 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə “Samsung” markalı soyuducu və «LG» markalı paltaryuyan üçün 2112 manat ödənilməmiş hissə, 633 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə «HOFFMANN» markalı kondisioner üçün 615 manat ödənilməmiş hissə, 184 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə «Samsung Galaxy A20» markalı telefon, X4 üçün 506 manat ödənilməmiş hissə, 156 manat dəbbə pulu, ümumilikdə 7410 manat borc və 94,1 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7504,1 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən Mətbəx mebeli, “Samsung” markalı soyuducu və «LG» markalı paltaryuyan, «HOFFMANN» markalı kondisioner, «Samsung Galaxy A20» markalı telefon, X4 almış, nəticədə 7410 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2900 manat Mətbəx mebeli üçün ümumilikdə 3204 manat olmaqla onun 2465 manat ödənilməmiş hissə, 739 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3177 manat olan “Samsung” markalı soyuducu və «LG» markalı paltaryuyan üçün ümumilikdə 2745 manat olmaqla onun 2112 manat ödənilməmiş hissə, 633 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1360 manat olan “HOFFMANN” markalı kondisioner üçün ümumilikdə 799 manat olmaqla onun 615 manat ödənilməmiş hissə, 184 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 624 manat olan «Samsung Galaxy A20» markalı telefon, X4 üçün ümumilikdə 662 manat olmaqla onun 506 manat ödənilməmiş hissə, 156 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2363 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı ilə bağlı müvafiq qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1994-cü ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00850869 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə Samsung Galaxy A20» markalı telefon, X4 satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 52 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh “Samsung Galaxy A20» markalı telefon, X4-ni iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00631180 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə “HOFFMANN” markalı kondisioner satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 11 ay müddətində hər ay 123 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh ““HOFFMANN” markalı kondisioneri iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00631082 müqaviləyə əsasən iddiaçı cavabdehə “Samsung” markalı soyuducu və «LG» markalı paltaryuyan satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 176 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh “LG” markalı paltaryuyanı iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00672136 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə Mətbəx mebeli satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh Mətbəx mebelini iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdeh alqı-satqı qiyməti 2900 manat olan Mətbəx mebeli üçün ilkin ödənişsiz 435 manat ödəniş etmişdir. Cavabdehin 2465 manat ödənilməmiş hissə və 739 manat cərimə olmaqla, cəmi 3204 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 3177 manat olan “Samsung” markalı soyuducu və «LG» markalı paltaryuyan üçün ilkin ödəniş 9 manat olmaqla, 1065 manat ödəniş etmişdir. Cavabdehin 2112 manat ödənilməmiş hissə və 633 manat cərimə olmaqla, cəmi 2745 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 1360 manat olan “HOFFMANN” markalı kondisioner üçün ilkin ödəniş 7 manat olmaqla, 745 manat ödəniş etmişdir. Cavabdehin 615 manat ödənilməmiş hissə və 184 manat cərimə olmaqla, cəmi 799 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 624 manat olan “Samsung Galaxy A20» markalı telefon, X4 üçün ilkin ödənişsiz, 118 manat ödəniş etmişdir. Cavabdehin 506 manat ödənilməmiş hissə və 156 manat cərimə olmaqla, cəmi 662 manat borcu qalmışdır. Ümumilikdə cavabdehin 5698 manat ödənilməmiş hissə və 1712 manat cərimə olmaqla, cəmi 7410 manat borcu qalmışdır. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 94,1 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 7410 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı 5698 manatı tələb etməkdə haqlı olmuşdur. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 5698 manat əsas borc məbləğinə 2493 manat cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 520 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 94,1 manat dövlət rüsumunun 60 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 5698 manat ödənilməmiş hissə və 520 manat dəbbə pulu olmaqla, cəmi 6218 (altı min iki yüz on səkkiz) manat borc və 60 (altmış) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar