Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3270/2022 08.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə S3K4714292 saylı müqavilə üzrə 122 (bir yüz iyirmi iki) manat əsas borc, 37 (otuz yeddi) manat faiz borcu, S3K4714521 saylı müqavilə üzrə 107 (bir yüz yeddi) manat əsas borc, 32 (otuz iki) manat faiz borcu, S3K4551625 saylı müqavilə üzrə 252 (iki yüz əlli iki) manat əsas borc, 75 (yetmiş beş) manat faiz borcu, S3K4552582 saylı müqavilə üzrə 306 (üç yüz altı) manat əsas borc, 92 (doxsan iki) manat faiz borcu və 31 (otuz bir) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu, olmaqla ümumilikdə 1054 (bir min əlli dörd) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Sumqayıt şəhərində yerləşən “Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 17 mart 2018-ci il, 30 mart 2018-ci il, 27 iyun 2018-ci il və 08 oktyabr 2018-ci il tarixlərində “Alqı-satqı müqavilələri bağlanmışdır. Cavabdeh 17 mart 2018-ci il tarixli S3K4714292 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 498 (dörd yüz doxsan səkkiz) manat olan 1 ədəd “Samsung Galaxy J3” markalı telefon almış, ilkin ödəniş etməmiş, nəticədə 498 (dörd yüz doxsan səkkiz) manat borc yaranmış, 30 mart 2018-ci il tarixli S3K4714521 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 637 (altı yüz otuz yeddi) manat olan 1 ədəd “Xiaomi'* markalı telefon almış, ilkin ödəniş olaraq 40 (qırx) manat ödəniş etmiş, nəticədə 597 (beş yüz doxsan yeddi) manat borc yaranmış, 27 iyun 2018-ci il tarixli S3K4551625 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 637 (altı yüz otuz yeddi) manat olan 1 ədəd “Samsung Galaxy J6“ markalı telefon almış, ilkin ödəniş etməmiş, nəticədə 637 (altı yüz otuz yeddi) manat borc yaranmış və 08 oktyabr 2018-ci il tarixli S3K4552582 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 471 (dörd yüz yetmiş bir) manat olan 1 ədəd “Samsung Galaxy J4 markalı telefon almış, ilkin ödəniş olaraq 20 (iyirmi) manat ödəniş etmiş, nəticədə 451 (dörd yüz əlli bir) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 17 mart 2018-ci il tarixli S3K4714292 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixində 10 (on) manat, 30 mart 2018-ci il tarixli S3K4714521 saylı müqavilə üzrə xx.xx.2021 -ci il tarixində 30 (otuz) manat, 27 iyun 2018-ci il tarixli S3K4551625 saylı müqavilə üzrə xx.xx.2019-cu il tarixində 15 (on beş) manat və 08 oktyabr 2018-ci il tarixli S3K4552582 saylı müqavilə üzrə xx.xx.2019-cu il tarixində 15 (on beş) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və S3K4714292 saylı müqavilə üzrə alqı- satqı qiyməti ümumi 498 (dörd yüz doxsan səkkiz) manat olan 1 ədəd Samsung Galaxy J3” markalı telefon üçün ümumilikdə 122 (bir yüz iyirmi iki) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat faiz borcu, S3K4714521 saylı müqavilə üzrə alqı-satqı qiyməti ümumi 637 (altı yüz otuz yeddi) manat olan 1 ədəd “Xiaomi” markalı telefon üçün 107 (bir yüz yeddi) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat faiz borcu, S3K4551625 saylı müqavilə üzrə alqısatqı qiyməti ümumi 637 (altı yüz otuz yeddi) manat olan 1 ədəd “Samsung Galaxy J6” markalı telefon üçün 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, 75 (yetmiş beş) manat faiz borcu və S3K4552582 saylı müqavilə üzrə alqı-satqı qiyməti ümumi 471 (dörd yüz yetmiş bir) manat olan 1 ədəd “Samsung Galaxy J4” markalı telefon üçün 306 (üç yüz altı) manat ödənilməmiş hissə, 92 (doxsan iki) manat faiz borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh İddiaçı xeyrinə S3K4714292 saylı müqavilə üzrə 122 (bir yüz iyirmi iki) manat əsas borc, 37(otuz yeddi) manat faiz borcu, S3K4714521 saylı müqavilə üzrə 107(bir yüz yeddi) manat əsas borc, 32(otuz iki) manat faiz borcu, S3K4551625 saylı müqavilə üzrə 252 (iki yüz əlli iki) manat əsas borc, 75(yetmiş beş) manat faiz borcu, S3K4552582 saylı müqavilə üzrə 306 (üç yüz altı) manat əsas borc, 92(doxsan iki) manat faiz borcu və 31 (otuz bir) manat məbləğində tərəfimdən ödənilmiş dövlət rüsumu, olmaqla ümumilikdə 1054 (bir min əlli dörd) manat tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək səhhətində olan probləmlərlə bağlı olaraq məhkəmə iclasında iştirak etməyi mümkün olmayacaqdır. Cavabdehin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsasldır və təmin edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli № ******* saylı, Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) qiyməti 498 manat olan 1 ədəd “Samung Galaxy J3” markalı mobil telefonu Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı mobil telefonun qiymətini 12 ay müddətinə ayda 42 manat olmaqla ödəməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli № ******* saylı, Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) qiyməti 637 manat olan 1 ədəd “Xiaomi Mİ A1 64 GB Rose Gold” markalı mobil telefonu Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı mobil telefonun qiymətini 12 ay müddətinə ayda 50 manat olmaqla ödəməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli № S3K4551625 saylı, Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) qiyməti 637 manat olan 1 ədəd “Samsung Galaxy J6 2018” markalı mobil telefonu Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı mobil telefonun qiymətini 12 ay müddətinə ayda 54 manat olmaqla ödəməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli № 53K4552582 saylı, Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) qiyməti 471 manat olan 1 ədəd “Samsung Galaxy J4 SM-J400 Gold” markalı mobil telefonu Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı mobil telefonun qiymətini 12 ay müddətinə ayda 38 manat olmaqla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh S3K4714292 saylı müqavilə üzrə 122 (bir yüz iyirmi iki) manat əsas borc, 37 (otuz yeddi) manat faiz borcu, S3K4714521 saylı müqavilə üzrə 107 (bir yüz yeddi) manat əsas borc, 32 (otuz iki) manat faiz borcu, S3K4551625 saylı müqavilə üzrə 252 (iki yüz əlli iki) manat əsas borc, 75 (yetmiş beş) manat faiz borcu, S3K4552582 saylı müqavilə üzrə 306 (üç yüz altı) manat əsas borc, 92 (doxsan iki) manat faiz borcu və 31 (otuz bir) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu, olmaqla ümumilikdə 1054 (bir min əlli dörd) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh S3K4714292 saylı müqavilə üzrə 122 (bir yüz iyirmi iki) manat əsas borc, 37 (otuz yeddi) manat faiz borcu, S3K4714521 saylı müqavilə üzrə 107 (bir yüz yeddi) manat əsas borc, 32 (otuz iki) manat faiz borcu, S3K4551625 saylı müqavilə üzrə 252 (iki yüz əlli iki) manat əsas borc, 75 (yetmiş beş) manat faiz borcu, S3K4552582 saylı müqavilə üzrə 306 (üç yüz altı) manat əsas borc, 92 (doxsan iki) manat faiz borcu və 31 (otuz bir) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu, olmaqla ümumilikdə 1054 (bir min əlli dörd) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(060)-3270/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3270/2022
08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver