Məhkəmə qərarları › İş №e-2(060)-3275/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3275/2022

26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3275/2022 26.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə BSK4706999 saylı müqavilə üzrə 1272(bir min iki yüz yetmiş iki) manat əsas borc, 381 (üç yüz səksən bir) manat faiz borcu, 37(otuz yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 1690 (bir min altı yüz doxsan) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən "Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 15 oktaybr 2018-ci il tarixində "Alqı-satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh 15 oktyabr 2018-ci il tarixli BSK4706999 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1550(bir min beş yüz əlli) manat olan 1 ədəd “LG” markalı televizor almış, ilkin ödəniş olaraq 62(altmış iki) manat ödəniş etmiş, nəticədə 1488(bir min dörd yüz səksən səkkiz) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 15 oktaybr 2018-ci il tarixli BSK4706999 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 30(otuz) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdiyimiz yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti ümumi 1550(bir min beş yüz əlli) manat olan 1 ədəd "LG” markalı televizor üçün ümumilikdə 1272(bir min iki yüz yetmiş iki) manat ödənilməmiş hissə, 38İ(üçyüz səksən bir) manat faiz borcu yaranmışdır. Məhkəmə iclasında İddiaçı iştirak etməmişdir. 05 may 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiyini, Cavabdeh cəmi 1690 manat pulun iddiaçının xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən 1 ədəd "LG” markalı televizor almışdır. - ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı tərəfindən cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən "Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixində "Alqı-satqı" müqaviləsi bağlanmışdır. Cavabdeh xx.xx.2018-ci il tarixli BSK4706999 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1550 (min beş yüz əlli) manat olan 1 ədəd "LG” markalı televizor almış, ilkin ödəniş olaraq 62 manat ödəniş etmiş, nəticədə 1488 (min dörd yüz səksən səkkiz) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 02 fevral 2019-cu il tarixli S3K4577991 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019 -cu il tarixdə 46 (qırx altı) manat və 07 aprel 2019-cu il tarixli S3K5669370 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 48(qırx səkkiz) manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən 15 oktaybr 2018-ci il tarixli BSK4706999 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 30(otuz) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdiyimiz yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti ümumi 1550(bir min beş yüz əlli) manat olan 1 ədəd "LG” markalı televizor üçün ümumilikdə 1272(bir min iki yüz yetmiş iki) manat ödənilməmiş hissə, 381 (üç yüz səksən bir) manat faiz borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh X1 iddiaçıdan nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı məhsul üzrə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsinə əsasən öhdəliklərini icra etməyərək həmin müqavilənin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1%-i həcmində olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 1653 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 37 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh BSK4706999 saylı müqavilə üzrə 1272(bir min iki yüz yetmiş iki) manat əsas borc, 381 (üç yüz səksən bir) manat faiz borcu, 37(otuz yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 1690 (bir min altı yüz doxsan) manat borc İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh BSK4706999 saylı müqavilə üzrə 1272 (bir min iki yüz yetmiş iki) manat əsas borc, 381 (üç yüz səksən bir) manat faiz borcu, 37 (otuz yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 1690 (bir min altı yüz doxsan) manat borc İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar