Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-330/2024 08.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi ilə, İlkin iddia üzrə cavabdehin – qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh MMC tərəfindən İddiaçı tərəfindən ödənilmiş məbləğin və iddiaçının mənzilinə vurulmuş ziyanın dəyərinin cəmi olan 66046 (altmış altı min qırx altı) manat və 3000 (üç min) manat dəyərində kirayə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehə məxsus mebellərin iddiaçının mənzilindən cavabdehin hesabına sökülərək çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra ilkin iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən İddiaçı qüsurlu mebellərin ümumi dəyəri və iddiaçının mənzilinə vurulmuş ziyanın dəyərinin cəmi olan 29196 (iyirmi doqquz min yüz doxsan altı) manat və 3000 (üç min) manat dəyərində kirayə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı 18000 manat və 144 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq Cavabdeh MMC-yə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ilkin iddia üzrə cavabdehin – qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 barışıq sazişi təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İlkin iddia üzrə cavabdehin – qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. İlkin iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında razılıq əldə edilərək barışıq sazişi imzalandığını bildirmişdir. Barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdim edilən saziş aşağıda qeyd edilən məzmundadır.
1. Tərəflər təsdiq edir ki, öz maraqları naminə və çəkişməli məhkəmə proseslərinin davam etməməsi üçün Cavabdeh MMC tərəfindən İddiaçı ödəniləcək borc məbləğinin 29000 (iyirmi doqquz min) Azərbaycan manatı dəyərində müəyyənləşdirilməsi barədə razılığa gəlirlər. Həmçinin İddiaçı məxsus mənzilə Cavabdeh MMC tərəfindən quraşdırılmış və yerləşdirilmiş bütün mebellərin və hissələrinin geri qaytarılması ilə bağlı da razılıq əldə olunmuşdur.
2. İddiaçı borc məbləğinin, yəni 29000 (iyirmi doqquz min) Azərbaycan manatı dəyərində borc məbləğinin Cavabdeh MMC tərəfindən ödənilməsi müqabilində ilkin iddia tələbindən imtina edir. Cavabdeh MMC bütün mebellərin geri qaytarılması müqabilində qarşılıqlı iddia tələbindən imtina edir.
3. Cavabdeh MMC 3 ay müddətində 29000 (iyirmi doqquz min) Azərbaycan manatı məbləğində borcu hissəli şəkildə ödəməyi öhdəsinə götürür və bütün mebellər İddiaçı tərəfindən Cavabdeh MMC-ə qaytarılır.
4. Ödəniş qaydası: xx.xx.2024-cü il tarixdən gec olmayaraq 9500 (doqquz min beş yüz) Azərbaycan manatı, xx.xx.2024-cü il tarixdən gec olmayaraq 9500 (doqquz min beş yüz) Azərbaycan manatı, xx.xx.2024-cü il tarixdən gec olmayaraq 10000 (on min) Azərbaycan manatı pul Cavabdeh MMC tərəfindən İddiaçı ödəniləcəkdir.
5. Mebellərin və hissələrinin qaytarılması xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həyata keçiriləcəkdir.
6. Ödəniş üsulu: Ödənişlər nağd qaydada və ya bank köçürməsi yolu ilə həyata keçiriləcəkdir.
7. Tərəflər bu sazişin 1-ci bəndində qeyd olunan iddia tələbləri ilə bağlı gələcəkdə birbirinə qarşı hər hansı tələbi irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Həmin məsələlər gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz.
8. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respulikasının qanunvericiliyi ilə tənzim olunur.
9. Barışıq sazişi, digər məhkəmə xərcləri, digər zəruri məsrəfləri Tərəflər bərabər şəkildə qarşılamağı öhdəsinə götürür.
10. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. Məhkəməyə təqdim olunmuş barışıq sazişindən görünür ki, tərəflər mübahisəni qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək Mülki Məcəllənin 881-ci maddəsinin tələbləri qaydasında müvafiq saziş bağlamışlar. Həmin sazişlə tərəflər mübahisənin həlli qaydasını müəyyənləşdirərək bununla bağlı üzərilərinə müvafiq öhdəliklər götürmüşlər. Həmçinin iddiaçı və cavabdehlər ayrı-ayrılıqda məhkəməyə müraciət edərək bağladıqları barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətlə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə isə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 261.0.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin təqdim etdiyi barışıq sazişi Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinin tələblərinə uyğun verilmişdir, qanuna zidd deyildir və hər hansı başqa bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261-264, 267- 268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ :
İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə barışıq sazişi aşağıda qeyd edilən şərtlərlə təsdiq olunsun. Barışıq sazişinin şərtlərinə görə:
1. Tərəflər təsdiq edir ki, öz maraqları naminə və çəkişməli məhkəmə proseslərinin davam etməməsi üçün Cavabdeh MMC tərəfindən İddiaçı ödəniləcək borc məbləğinin 29000 (iyirmi doqquz min) Azərbaycan manatı dəyərində müəyyənləşdirilməsi barədə razılığa gəlirlər. Həmçinin İddiaçı məxsus mənzilə Cavabdeh MMC tərəfindən quraşdırılmış və yerləşdirilmiş bütün mebellərin və hissələrinin geri qaytarılması ilə bağlı da razılıq əldə olunmuşdur.
2. İddiaçı borc məbləğinin, yəni 29000 (iyirmi doqquz min) Azərbaycan manatı dəyərində borc məbləğinin Cavabdeh MMC tərəfindən ödənilməsi müqabilində ilkin iddia tələbindən imtina edir. Cavabdeh MMC bütün mebellərin geri qaytarılması müqabilində qarşılıqlı iddia tələbindən imtina edir.
3. Cavabdeh MMC 3 ay müddətində 29000 (iyirmi doqquz min) Azərbaycan manatı məbləğində borcu hissəli şəkildə ödəməyi öhdəsinə götürür və bütün mebellər İddiaçı tərəfindən Cavabdeh MMC-ə qaytarılır.
4. Ödəniş qaydası: xx.xx.2024-cü il tarixdən gec olmayaraq 9500 (doqquz min beş yüz) Azərbaycan manatı, xx.xx.2024-cü il tarixdən gec olmayaraq 9500 (doqquz min beş yüz) Azərbaycan manatı, xx.xx.2024-cü il tarixdən gec olmayaraq 10000 (on min) Azərbaycan manatı pul Cavabdeh MMC tərəfindən İddiaçı ödəniləcəkdir.
5. Mebellərin və hissələrinin qaytarılması xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həyata keçiriləcəkdir.
6. Ödəniş üsulu: Ödənişlər nağd qaydada və ya bank köçürməsi yolu ilə həyata keçiriləcəkdir.
7. Tərəflər bu sazişin 1-ci bəndində qeyd olunan iddia tələbləri ilə bağlı gələcəkdə birbirinə qarşı hər hansı tələbi irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Həmin məsələlər gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz.
8. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respulikasının qanunvericiliyi ilə tənzim olunur.
9. Barışıq sazişi, digər məhkəmə xərcləri, digər zəruri məsrəfləri Tərəflər bərabər şəkildə qarşılamağı öhdəsinə götürür.
10. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. Mülki iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verə bilərlər.
Hakim Elmir Hüseynov