Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3306/2023 12.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhəri Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, “Dnepr” markalı yataq, “Dnepr” markalı dolab, “Dnepr” markalı termo, “Dnepr” markalı tumba, “Alyans- Paris” masa, “Paris–Jurnal” masa, “Venetsiya” mebel, matras və “Electrolux” markalı paltaryuyan almış və nəticədə 1496 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2541,6 manat olan, “Dnepr” markalı yataq, “Dnepr” markalı dolab, “Dnepr” markalı termo, “Dnepr” markalı tumba, “Alyans-Paris” masa, “Paris–Jurnal” masa, “Venetsiya” mebel, matras üçün ümumilikdə 1423 manat olmaqla, ondan 1293,2 manat ödənilməmiş hissə və 129,8 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 873 manat olan “Electrolux” markalı paltaryuyan üçün ümumilikdə 73 manat olmaqla, ondan 66,5 manat ödənilməmiş hissə və 6,5 manat cərimə borcu mövcuddur. Cavabdehin cəmi ödədiyi məbləğ 2054,9 manat təşkil edir. Tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehə göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda da göründüyü kimi, mübahisənin məhkəmədənkənar həll olunması və onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, “Dnepr” markalı yataq, “Dnepr” markalı dolab, “Dnepr” markalı termo, “Dnepr” markalı tumba, “Alyans-Paris” masa, “Paris–Jurnal” masa, “Venetsiya” mebel, matras üçün 1293,2 manat ödənilməmiş hissə, 129,8 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “Electrolux” markalı paltaryuyan üçün 66,5 manat ödənilməmiş hissə və 6,5 manat cərimə, ümumilikdə 1496 manat borc və 34,96 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə:
7. İş materiallarından olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 21245952 saylı əşyanın alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC “Electrolux” markalı paltaryuyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə, aylıq 45,8 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
8. İş materiallarından olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 21245829 saylı əşyanın alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC “Dnepr” markalı yataq, “Dnepr” markalı dolab, “Dnepr” markalı termo, “Dnepr” markalı tumba, “Alyans-Paris” masa, “Paris–Jurnal” masa, “Venetsiya” mebel və matrası Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə, aylıq 141,2 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
9. İş materiallarından olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 26 aprel 2023-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1293,2 manat ödənilməmiş borcu və 129,8 manat məbləğində cərimə borcu, cəmi 1423 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 66,5 manat ödənilməmiş borcu və 6,5 manat cərimə borcu olmaqla, ümumilikdə 1496 manat məbləğində borcu mövcuddur.
10. İş materiallarından olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
12. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
13. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
14. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
15. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
16. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
17. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
18. Hazırkı halda məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə iddia cərimə məbləği ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılaraq, 20 (iyirmi) manat məbləğində müəyyən edilməlidir.
19. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 34,96 (otuz dörd manat, doxsan altı qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir.
21. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1293,2 (bir min iki yüz doxsan üç manat, iyirmi qəpik) manat ödənilməmiş hissə və 20 (iyirmi) manat məbləğində cərimə borcu, cəmi 1313,2 (bir min üç yüz on üç manat, iyirmi qəpik) manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 66,5 (altmış altı manat, əlli qəpik) manat ödənilməmiş hissə və 6,5 (altı manat, əlli qəpik) manat cərimə borcu, cəmi 73 (yetmiş üç) manat, ümumilikdə 1386,2 (bir min üç yüz səksən altı manat, iyirmi qəpik) manat məbləğində pul və 34,96 (otuz dörd manat, doxsan altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
24. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1293,2 (bir min iki yüz doxsan üç manat, iyirmi qəpik) manat ödənilməmiş hissə və 20 (iyirmi) manat məbləğində cərimə borcu, cəmi 1313,2 (bir min üç yüz on üç manat, iyirmi qəpik) manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 66,5 (altmış altı manat, əlli qəpik) manat ödənilməmiş hissə və 6,5 (altı manat, əlli qəpik) manat cərimə borcu, cəmi 73 (yetmiş üç) manat, ümumilikdə 1386,2 (bir min üç yüz səksən altı manat, iyirmi qəpik) manat məbləğində pul və 34,96 (otuz dörd manat, doxsan altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" MMCyə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Şəbnəm Həxiyeva