Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3321/2023 12.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx"ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx"ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2354,62 (iki min üç yüz əlli dörd manat, altmış iki qəpik) manat sığorta ödənişinin, 43,55 (qırx üç manat, əlli beş qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqınının əvəzinin, cəmi 2398,57 (iki min üç yüz doxsan səkkiz manat, 57 qəpik) manatın tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh2 məxsus olan “Kia Ceed” markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də (bundan sonra ASC) “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər vurmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində "xxxx" markalı, ** PV *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı tərəflərindən 7286 (yeddi min iki yüzsəksən altı manat) manat sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, "xxxx" markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən “avtokasko” risklərindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı elektron qərardan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinmiş və Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış” dan və ƏN-Vİİİ 466750 nömrəli, xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, Kia Ceed” markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2dur. İddia ərizəsinə əlavə edilmiş qiymətləndirmə aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində"xxxx" markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilə 7286 (yeddi min iki yüzsəksən altı manat) manat ziyan dəymişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZ0015452 saylı ödəniş tapşırığının surətindən görünür ki,"xxxx" markalı, ** PV *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı ASC tərəfindən 7286 (yeddi min iki yüz səksən altı manat) manat sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş İSB.az portalından çıxarışdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt Cavabdeh2 məxsus olan “Kia Ceed” markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti"xxxx" ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-C-23/0826 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki,Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş7286 (yeddi min iki yüz səksən altı manat) manat məbləğində sığorta ödənişinin 2354,62 (iki min üç yüz əlli dörd manat, altmış iki qəpik) manat məbləğində olan hissəsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia tələblərinin müdafiə etdiklərini və məhkəmə iclaslarını iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etmədi. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından olan: - xx.xx.2021-ci il tarixli, ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, "xxxx" markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən “avtokasko” risklərindən sığortalanmışdır. - xx.xx.2022-ci il tarixli, TP ******* saylı elektron qərardan müəyyən olunur ki, yolnəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinmiş və Azərbaycan Respublikası İXM-in 327.1-cimaddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. - “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış” dan və ƏN-Vİİİ 466750 nömrəli, xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, Kia Ceed” markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2dur. - qiymətləndirmə aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində"xxxx" markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilə 7286 (yeddi min iki yüzsəksən altı manat) manat ziyan dəymişdir. - xx.xx.2023-cü il tarixli, AZ0015452 saylı ödəniş tapşırığının surətindən görünür ki,"xxxx" markalı, ** PV *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı ASC tərəfindən 7286 (yeddi min iki yüz səksən altı manat) manat sığorta ödənişi həyata keçirilmişdir. - İSB.az portalından çıxarışdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt Cavabdeh2 məxsus olan “Kia Ceed” markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti"xxxx" ASC tərəfindən sığortalanmışdır. - xx.xx.2023-cü il tarixli, BS-C-23/0826 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 7286 (yeddi min iki yüz səksən altı manat) manat məbləğində sığorta ödənişinin 2354,62 (iki min üç yüz əlli dörd manat, altmış iki qəpik) manat məbləğində olan hissəsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 sentyabr 2023-cü il tarixli, 9/4370 saylı ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Fiat Fiorino” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6699 manat müəyyən edilir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh2 məxsus olan “Kia Ceed” markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də (bundan sonra ASC) “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış” dan və ƏN-Vİİİ 466750 nömrəli, xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, Kia Ceed” markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2dur. Qeyd edilən avtomobilin mülkiyyətçisinin Cavabdeh2 olmasına baxmayaraq Cavabdeh1 etibarnamə əsasında avtomobili idarə etmişdir. Buna görə də sığorta ödənişi Cavabdeh1 tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 sentyabr 2023-cü il tarixli, 9/4370 saylı ekspert rəyi ilə, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Fiat Fiorino” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6699 manat müəyyən edilmişdir. Ekspert rəyində göstərilən 6699 manatdan "xxxx" ASC tərəfindən ödənilmiş 4931,38 manat çıxıldıqdan sonra qalıq 1767,62 manat zərər Cavabdeh1 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər olmalıdır. (Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 1767,6 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 43,55 manat dövlət rüsumunun 37,7 əvəzi Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, 5,85 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 1767,62 manat sığorta ödənişi və 37,7 manat ödənilmiş dövlət rüsumu və 0,4 manat xidmət haqqının əvəzi "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220,və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1767,62 manat sığorta ödənişi və 37,7 manat ödənilmiş dövlət rüsumu və 0,4 manat xidmət haqqının əvəzi "xxxx" ASC-nin xeyrinə tutulsun. Ödənilmiş 5,85 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-3321/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3321/2023
12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver