Məhkəmə qərarları › İş №e-2(060)-3332/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3332/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3332/2025 22.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şirəliyeva Vəfa Zavrulla qızı İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 24,7 manat əsas, 3,7 manat cərimə, cəmi 28,4 manat borc, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 27,9 manat əsas, 4,1 manat cərimə, cəmi 32 manat borc, xx.xx.2023-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 63,4 manat əsas, 9,5 manat cərimə, cəmi 72,9 manat borc, xx.xx.2024-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 73,9 manat əsas, 11 manat cərimə, cəmi 84,9 manat borc, ümumilikdə dörd müqavilə üzrə 189,9 manat əsas, 28,3 manat cərimə, 218,2 manat cəmi borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli, ********* saylı, xx.xx.2023-cü il tarixli, ********* saylı, xx.xx.2023-cü il tarixli, ********* saylı, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilələr bağlanmışdır. Cavabdeh alqı-satqı qiyməti 146,20 manat olan səs ucaldıcı, alqı-satqı qiyməti 239,90 manat olan «Samsung» markalı tozsoran, alqı-satqı qiyməti 439,90 manat olan “Daevoo” markalı soyuducu və alqı-satqı qiyməti 239,90 manat olan «Xiaomi» markalı mobil telefon almışdır. Tərəflər xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 18 ay müddətində hər ay 8 manat məbləğində, xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 18 ay müddətində hər ay 14 manat məbləğində, xx.xx.2023-ci il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 18 ay müddətində hər ay 25 manat məbləğində və xx.xx.2024-ci il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 12 ay müddətində hər ay 20 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişdirlər. xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən əsas borc üzrə 1 manat məbləğində, xx.xx.2023-cü il tarixli, ********* saylı alqısatqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən əsas borc üzrə 1 manat məbləğində, xx.xx.2023-ci il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən əsas borc üzrə 3,50 manat məbləğində və xx.xx.2024-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən əsas borc üzrə 25 manat məbləğində son ödəniş edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə, xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 24,70 manat ödənilməmiş hissə, 37 manat cərimə, xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 27,90 manat ödənilməmiş hissə, 41 manat cərimə, xx.xx.2023-ci il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 63,40 manat ödənilməmiş hissə, 95 manat cərimə, xx.xx.2024-cü il tarixli, ********* alqı-satqı müqaviləsi üzrə 73,90 manat ödənilməmiş hissə, 110 manat cərimə borcu yaranmışdır. Nisyə alqısatqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğlərinə 90% güzəşt olunaraq cavabdeh tərəfindən ödənilməli cərimə məbləği xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 3,70 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 4,10 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 9,50 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 11 manat müəyyən edilmişdir. Cavabdehdən tutulmalı olan cəmi məbləğ xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 28,40 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 32 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 72,90 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 84,90 manat təşkil edir.

Tədqiq olunan sübutlar:

3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, İddiaçı MMC Cavabdeh ödəniş müddəti 18 ay, aylıq ödəniş 8 manat olmaqla 146,29 manat məbləğində səs ucaldıcını satmağı, Cavabdeh isə bunun müqabilində həmin əşyanın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

4. xx.xx.2023-cü il tarixli məhsulların təhvil-təslim aktından görünür ki, Cavabdeh səs ucaldıcını təhvil almışdır.

5. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə tərəflər alqısatqı predmeti olmuş mal üçün 30 iyun 2023-cü il tarixdən 30 oktyabr 2024-cü il tarixədək hər ay 8 manat, 30 noyabr 2024-cü il tarixdə isə 10,29 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişdirlər.

6. İddiaçı MMC tərəfindən tərtib edilmiş 11 mart 2025-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 24,7 manat əsas borc, 37 manat cərimə olmaqla, cəmi 61,70 manat borcu vardır.

7. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, İddiaçı MMC Cavabdeh ödəniş müddəti 18 ay, aylıq ödəniş 14 manat olmaqla 239,99 manat məbləğində «Samsung» markalı tozsoranı satmağı, Cavabdeh isə bunun müqabilində həmin əşyanın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

8. xx.xx.2023-cü il tarixli məhsulların təhvil-təslim aktından görünür ki, Cavabdeh «Samsung» markalı tozsoranı təhvil almışdır.

9. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə tərəflər alqısatqı predmeti olmuş mal üçün 30 iyun 2023-cü il tarixdən 30 oktyabr 2023-cü il tarixədək hər ay 14 manat, 30 noyabr 2024-cü il tarixdə isə 1,99 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişdirlər.

10. İddiaçı MMC tərəfindən tərtib edilmiş 11 mart 2025-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 27,9 manat əsas borc, 41 manat cərimə olmaqla, cəmi 68,90 manat borcu vardır.

11. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, İddiaçı MMC Cavabdeh ödəniş müddəti 18 ay, aylıq ödəniş 25 manat olmaqla 439,9 manat məbləğində «Daewoo» markalı soyuducunu satmağı, Cavabdeh isə bunun müqabilində həmin əşyanın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

12. xx.xx.2023-cü il tarixli məhsulların təhvil-təslim aktından görünür ki, Cavabdeh «Daewoo» markalı soyuducunu təhvil almışdır.

13. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə tərəflər alqı-satqı predmeti olmuş mal üçün 30 iyun 2023-cü il tarixdən 30 oktyabr 2024-cü il tarixədək hər ay 25 manat, 30 noyabr 2024-cü il tarixdə isə 14,99 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişdirlər.

14. İddiaçı MMC tərəfindən tərtib edilmiş 11 mart 2025-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 63,4 manat əsas borc, 95 manat cərimə olmaqla, cəmi 158,40 manat borcu vardır.

15. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, İddiaçı MMC Cavabdeh ödəniş müddəti 12 ay, aylıq ödəniş 20 manat olmaqla 239,9 manat məbləğində «Xiaomi Redmi A2» markalı telefonu satmağı, Cavabdeh isə bunun müqabilində həmin əşyanın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

16. xx.xx.2024-cü il tarixli məhsulların təhvil-təslim aktından görünür ki, Cavabdeh «Xiaomi Redmi A2» markalı telefonu təhvil almışdır.

17. xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə tərəflər alqı-satqı predmeti olmuş mal üçün 02 mart 2024-cü il tarixdən 02 yanvar 2025-ci il tarixədək hər ay 20 manat, 02 fevral 2025-ci il tarixdə isə 19,99 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişdirlər.

18. İddiaçı MMC tərəfindən tərtib edilmiş 11 mart 2025-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 73,9 manat əsas borc, 110 manat cərimə olmaqla, cəmi 183,90 manat borcu vardır.

19. 17.03.2025-ci il tarixdə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh müqavilə üzrə yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

Məhkəmə baxışının hədləri:

20. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :

- 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

23. Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur.

24. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

25. Belə ki, Mülki Məcəllənin tələbinə görə nisyə alqı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

26. Hazırki işdə də iş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələrin predmeti olan əşyalar cavabdehə təhvil verilmişdir. Sözügedən müqavilələr üzrə ödənişlərin müddətləri və məbləğləri müəyyən edilmişdir.

27. Cavabdeh tərəfindən müqavilələr üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

28. Beləliklə, satıcı, yəni iddiaçı qeyd olunan müqavilələr üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək müqavilələrin predmeti olan əşyaları cavabdehə təhvil vermiş və onlar öz aralarında ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin alıcı Cavabdeh müqavilələrdən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyaların dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

29. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

30. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

31. Məhkəmə iddianın cavabdehdən cərimələrin tutulması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrə əlavənin 3-cü bəndində qeyd edilmişdir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir.

32. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, cərimə məbləğlərinin 22,3 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

33. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borc qismində 24,7 manat, cərimə borcu qismində 3,7 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borc qismində 27,9 manat, cərimə borcu qismində 4,1 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borc qismində 63,4 manat əsas, 9,5 manat cərimə, olmaqla, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borc qismində 73,9 manat əsas, 5 manat cərimə, olmaqla, ümumilikdə, 212 (iki yüz on iki) manat, 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

Nəticə:

34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borc qismində 24,7 manat, cərimə borcu qismində 3,7 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borc qismində 27,9 manat, cərimə borcu qismində 4,1 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borc qismində 63,4 manat əsas, 9,5 manat cərimə, olmaqla, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borc qismində 73,9 manat əsas, 5 manat cərimə, olmaqla, ümumilikdə, 212 (iki yüz on iki) manat, 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar