Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3350/2023 12.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ilə "xxxx" MMC arasında 07 mart 2017-ci il tarixli 180 saylı X9 müqaviləsi bağlanmışdır. X9 müqaviləsinə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan ümumi dəyəri 17.500 manat olan “VAZ 21214 minik” markalı avtomobil X3 lizinqə verilmişdir. Bununla bağlı, X4 ilə "xxxx" MMC arasında 07 mart 2017ci il tarixində X9 müqaviləsi bağlanmışdır. Bundan sonra, X4 "xxxx" MMC-yə müraciət edərək 07 mart 2017-ci il tarixli daxili maliyyə lizinq müqaviləsi üzrə öhdəliklərini Cavabdeh2 ötürülməsini xahiş etmişdir. Bununla bağlı Cavabdeh2 ilə "xxxx" MMC arasında 23 may 2019-cu il tarixli, öhdəliyin icrası ilə bağlı saziş bağlanmışdır. 23 may 2019-cu il tarixli öhdəliyin icrası ilə bağlı sazişə əsasən X1 07 mart 2017-ci il tarixli 180 saylı X9 müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh2 ötürülmüşdür. 23 may 2019-cu il tarixli öhəliyin icrası ilə bağlı sazişin təminatı olaraq Cavabdeh1 ilə 23 may 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 cəmiyyətin razılığı olmadan lizinq predmeti olan nəqliyyat vasitəsini etibarnaməsiz başqa şəxsə satmışdır. Həmin şəxs lizinq predmeti olan nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə lizinq predmeti olan nəqliyyat vasitəsinə ziyan dəymişdir. 23 may 2019-cu il tarixli öhdəliyin icrası ilə bağlı sazişə əsasən, Cavabdeh2 03 oktyabr 2019-cu il tarixinə 5817,76 manat əsas borc, 825,93 manat fаiz bоrcu olmaqla, cəmi 6643,69 manat məbləğində borcu ödənilməmiş qаlmışdır. Göründüyü kimi cаvаbdеhlər 23 may 2019-cu il tarixli öhdəliyin icrası ilə bağlı sazişi əhəmiyyətli dərəcədə pоzmuş və vurduğu zərər nəticəsində "xxxx" MMC-nin müqаvilə bаğlаnаrkən ümid еtməyə hаqqı çаtаnlаrdаn məhrum еtmişdir. Bоrcun ödənilməsi tələbi ilə cаvаbdеhlərə dəfələrlə şifahi və yazılı mürаciət оlunmаsınа, tərəflərindən məsələnin məhkəmədənkənаr qаydаdа həll еdilməsi üçün mümkün оlаn bütün tədbirlərin görülməsinə bахmаyаrаq, Cavabdeh2 bоrcunun qаytаrılmаsı üçün hеç bir təşəbbüs göstərməmişdir. Bununlа dа cаvаbdеh, öhdəliyin icrası ilə bağlı sazişdə nəzərdə tutulmuş öhdəliyini yеrinə yеtirməmiş və еyni zаmаndа hеsаblаrа, mühаsibаt uçоtunа dəqiq və düzgün əməl еtmədiyindən X9 Müqаviləsi üzrə yаrаnmış bоrcun məhkəmə qaydasında tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cаvаbdеhlərin, X9 müqаviləsinə əsаsən "xxxx" MMC-yə оlаn əsаs, faiz və оnа hеsаblаnmış dəbbə borcu 6643,69 manat təşkil еdir ki, bu bоrcun dа cаvаbdеhlər tərəfindən ödənilməsi təmin еdilməlidir. Göstrilənlərə əsasən, Cavabdeh2 "xxxx" MMC-yə olan 5817,76 manat əsas borc, 825,93 manat fаiz bоrcu olmaqla, cəmi 6643,69 manat məbləğində borcun və iddiа ərizəsinə görə ödənilmiş 87 mаnаt dövlət rüsumu ödənişinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X7 iddia tələbini müdafiə edərək, eyni məzmunlu izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə izahat verərək, iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Buna əsas kimi zaminlik müqaviləsindəki imzanın Cavabdeh1 məxsus olmadığı bildirilmişdir.
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan "xxxx" MMC ilə X4 arasında bağlanmış 07 mart 2017-ci il tarixli, 180 saylı X9 müqaviləsindən görünür ki, lizinq verən lizinq alan tərəfindən sifariş verilmiş əmlakı öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi, lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin ümumi məbləği 17500 manat təşkil edir və 36 ay müddətinə bağlanılır. Müqavilənin şərtlərinə əsasən məbləğin 1750 manatı avtomaşının sənədləri alıcıya verildikdən sonra avans şəklində satıcıya ödənilir, qalan məbləğin 15750 manat hissəsi tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra alıcı tərəfindən ödənilir.
9. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh2 və X6 arasında bağlanmış 23 may 2019-cu il tarixli öhdəliyin icrası ilə bağlı sazişdən görünür ki, öhdəlik ötürən X6 07 mart 2017-ci il tarixli, 180 saylı X9 müqaviləsi üzrə bütün öhdəliklərini Cavabdeh2 ötürmüşdür.
10. İş materiallarında olan 180 saylı 07 mart 2017-ci il tarixli “X9” müqaviləsinə dair 23 may 2019-cu il tarixli iltizamdan görünür ki, Cavabdeh2 "xxxx" MMC ilə aralarında bağlanmış 180 saylı nömrəli müqaviləyə olunmuş əlavəyə əsasən aldığı “VAZ 21214-013- 52” markalı, buraxılış ili 2016 olan avtomaşın ilə bağlı qrafik üzrə hər ayın 21-i ödənişdir. 30 gün ərzində ödənişi gecikdirərsə, "xxxx" MMC tərəfindən avtomobilin müsadirə edilməsinə heç bir etirazı yoxdur. "xxxx" MMC-yə qarşı heç bir iddiası yoxdur.
11. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 180 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 07 mart 2017-ci il tarixli 180 saylı “Daxili lizinq müqaviləsi” üzrə lizinq alanın öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür.
12. İş materiallarında olan 12 aprel 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 23 may 2019-cu il tarixli öhdəliyin icrası ilə bağlı sazişə əsasən 03 oktyabr 2019-cu il tarixinə olan əsas borc məbləği 5817,76 manat, faiz borcu 825,93 manat təşkil edir.
13. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 sentyabr 2023-cü il tarixli, 4/1276 №-li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Cavabdeh1 adına olan xx.xx.2019-cu il tarixli 180 saylı zaminlik müqaviləsində “Zamin” qrafasındakı imza – Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertiza xərci 110 (bir yüz on) manat təşkil edir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC Cavabdeh2 tərəfindən seçilmiş avtomobili öz mülkiyyətinə əldə etmiş və lizinq obyekti qismində, öhdəliyin ötürülməsi haqqında müqavilə əsasında Cavabdeh2 müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə vermiş, lakin Cavabdeh2 üzərinə düşən öhdəlikləri icra etməmiş, həmçinin Cavabdeh1 isə ona zamin durmuşdur.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
18. Eyni Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişlər və öhdəlikləri icra etmədikləri üçün iddiaçı qarşısında məsuliyyət daşıyırlar.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
21. Həmin Məcələnin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
22. Daxili lizinq müqaviləsinin 13.1.4-cü bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı, müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən lizinq obyektini mübahisəsiz geri almaq hüququna malikdir.
23. Müqavilənin 13.5-ci bəndinə görə lizinq obyekti geri alındıqda lizinq alan lizinq obyektini normal köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Əgər geri alınan lizinq obyektinin qaytarılan zaman real dəyəri lizinq alanın müqavilə üzrə lizinq verənə lizinq obyektinin dəyəri üzrə borc məbləğinin qalığından azdırsa, lizinq alan fərq məbləğini lizinq verənə ödəməlidir.
24. Həmin Müqavilənin 14.1-ci bəndinə görə lizinq alan lizinq ödənişlərini bu müqaviləyə əlavə № 2 (lizinq ödənişləri cədvəli) ilə müəyyən edilən müddətdə tam həyata keçirməsə, lizinq alan lizinq verənə hər gecikdirilmiş təqvim günü üçün vaxtında ödənilməmiş əsas məbləğdən 0,6% miqdarında dəbbə pulu ödəyir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
26. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinin tələbinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır.
27. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (həmin Məcəllənin 748-2.1-ci maddəsi).
28. İşin materiallarından və iddiaçının nümayəndəsinin izahatından da göründüyü kimi Cavabdeh2 lizinq obyektini istifadəsinə qəbul edərək, iddiaçıya müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə öhdəlik götürmüş, lakin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ödənişləri gecikdirmiş və beləliklə də iddiaçı ilə bağladığı müqavilənin şərtlərini pozmuşdur. Zamin Cavabdeh1 isə borclu (lizinq alan) ilə birlikdə kreditor (lizinq verən) qarşısında birgə məsuliyyət daşıyır.
29. Belə ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli 180 saylı zaminlik müqaviləsində “Zamin” qrafasındakı imza – Cavabdeh1 tərəfindən icra olunmuşdur. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
31. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
32. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5817,76 (beş min səkkiz yüz on yeddi manat, yetmiş altı qəpik) manat əsas borc, 825,93 (səkkiz yüz iyirmi beş manat, doxsan üç qəpik) manat fаiz bоrcu olmaqla, cəmi 6643,69 (altı min altı yüz qırx üç manat, altmış doqquz qəpik) manat məbləğində pul və ödənilmiş 87 (səksən yeddi) manat dövlət rüsumunun əvəzi alınaraq "xxxx" MMC-yə verilməlidir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
35. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat məbləğində pul Cavabdeh1 alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir.
Nəticə hissəsi:
41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5817,76 (beş min səkkiz yüz on yeddi manat, yetmiş altı qəpik) manat əsas borc, 825,93 (səkkiz yüz iyirmi beş manat, doxsan üç qəpik) manat fаiz bоrcu olmaqla, cəmi 6643,69 (altı min altı yüz qırx üç manat, altmış doqquz qəpik) manat məbləğində pul və ödənilmiş 87 (səksən yeddi) manat dövlət rüsumunun əvəzi alınaraq "xxxx" MMC-yə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat məbləğində pul Cavabdeh1 alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva