Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3375/2022 17.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.11.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 15.04.2021-ci il tarixli müqaviləyə əsasən, İmei Kodu **********23068 Samsung galaxy A10s markalı telefon üçün 78 (yetmiş səkkiz) manat ödənilməmiş hissə, 13.03.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 15.04.2021-ci il tarixli müqaviləyə əsasən, İmei Kodu **********59700 Samsung galaxy A10 markalı telefon üçün 126 (yüz iyirmi altı) manat ödənilməmiş hissə, 27.06.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 15.04.2021-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN LED Tv, Səs Ucaldıcı üçün 238 (iki yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 21.01.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 15.04.2021-ci il tarixli müqaviləyə əsasən, X1 üçün 887 (səkkiz yüz səksən yeddi) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 1329 manat borc və 33.29 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 13.11.2019-cu il, 13.03.2020-ci il, 27.06.2019-cu il, 21.01.2020-ci il tarixlərindəki müqavilələrə əsasən, İmei Kodu **********23068 Samsung galaxy A10s markalı telefon, İmei Kodu **********59700 Samsung galaxy A10 markalı telefon, HOFFMANN LED Tv, Səs Ucaldıcı, X1 almışdır. Cavabdehin 13.11.2019-cu il, 13.03.2020-ci il, 27.06.2019-cu il, 21.01.2020-ci il tarixli müqavilələri 15.04.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, restrukturizasiya edilmişdir və restrukturizasiyadan sonra mağazaya 1329 (min üç yüz iyirmi doqquz) manat borcu yaranmışdır. 13.11.2019cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 15.04.2021-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 156 (yüz əlli altı) manat (7 ay x 19.5 manat + 19.5 manat ilkin ödəniş) olan İmei Kodu **********23068 Samsung galaxy A10s markalı telefon üçün 78 (yetmiş səkkiz) manat olmaqla ondan, 78 (yetmiş səkkiz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, 13.03.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 15.04.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 194.4 (yüz doxsan dörd, qırx qəp) manat (11 ay x 16.2 manat + 16.2 manat ilkin ödəniş) olan İmei Kodu **********59700 Samsung galaxy A10 markalı telefon üçün 126 (yüz iyirmi altı) manat olmaqla ondan, 126 (yüz iyirmi altı) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, 27.06.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 15.04.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 328.44 (üç yüz iyirmi səkkiz, qırx dörd qəp) manat (13 ay x 23.46 manat + 23.46 manat ilkin ödəniş) olan HOFFMANN LED Tv, Səs Ucaldıcı üçün 238 (iki yüz otuz səkkiz) manat olmaqla ondan 238 (iki yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, 21.01.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 15.04.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 966.96 ( doqquz yüz altmış altı, doxsan altı qəp) manat (35 ay x 26.86 manat + 26.86 manat ilkin ödəniş) olan X1 üçün 887 (səkkiz yüz səksən yeddi) manat olmaqla ondan 887 (səkkiz yüz səksən yeddi) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 316.8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 13.11.2019-cu il, 13.03.2020-ci il, 27.06.2019-cu il, 21.01.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 06.04.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27.06.2019-cu il tarixli, 00747309 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" HOFFMANN LED Tv, Səs Ucaldıcı almışdır. 00747309 nömrəli Müqavilə üzrə 1 saylı, 15.04.2021-ci il tarixli Əlavədən görünür ki, cavabdeh 15.05.2021-ci il tarixdən 15.05.2022-ci il tarixədək hər ay 23,46 manat olmaqla, ümumilikdə 328,49 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.11.2019-cu il tarixli, 01047464 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" İmei Kodu **********23068 Samsung galaxyA10s markalı telefon almışdır. 01047464 nömrəli Müqavilə üzrə 1 saylı, 15.04.2021-ci il tarixli Əlavədən görünür ki, cavabdeh 15.05.2021-ci il tarixdən 15.11.2021-ci il tarixədək hər ay 19,50 manat olmaqla, ümumilikdə 155,99 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11.02.2020-ci il tarixli, 20093844 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" X1 almışdır. 20093844 nömrəli Müqavilə üzrə 1 saylı, 15.04.2021-ci il tarixli Əlavədən görünür ki, cavabdeh 15.05.2021-ci il tarixdən 15.03.2024-cü il tarixədək hər ay 26,86 manat olmaqla, ümumilikdə 967,01 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.03.2020-ci il tarixli, 20171872 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" İmei Kodu **********59700 Samsung galaxy A10 markalı telefon almışdır. 20171872 nömrəli Müqavilə üzrə 1 saylı, 15.04.2021-ci il tarixli Əlavədən görünür ki, cavabdeh 15.05.2021-ci il tarixdən 15.03.2022-ci il tarixədək hər ay 16,20 manat olmaqla, ümumilikdə 194,41 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 15.04.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə müqavilələr üzrə cəmi 1329 manat ödənilməmiş hissə məbləğində borcu vardır. İşdə olan 06.04.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 13.11.2019cu il, 13.03.2020-ci il, 27.06.2019-cu il, 21.01.2020-ci il tarixli alqı-satqı müqavilələri və həmin müqavilələrə 15.04.2021-ci il tarixli əlavə bağlanmış, iddiaçı tərəf hər bir müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mA 11arda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallarıarı sübut etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsi üzrə yaranmış 1329 (78+126+238+887) manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 33,29 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 13.11.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 15.04.2021-ci il tarixli müqaviləyə əsasən, İmei Kodu **********23068 Samsung galaxy A10s markalı telefon üçün 78 (yetmiş səkkiz) manat ödənilməmiş hissə, 13.03.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 15.04.2021-ci il tarixli müqaviləyə əsasən, İmei Kodu **********59700 Samsung galaxy A10 markalı telefon üçün 126 (bir yüz iyirmi altı) manat ödənilməmiş hissə, 27.06.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 15.04.2021-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN LED Tv, Səs Ucaldıcı üçün 238 (iki yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 21.01.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 15.04.2021-ci il tarixli müqaviləyə əsasən, X1 üçün 887 (səkkiz yüz səksən yeddi) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 1329 (bir min üç yüz iyirmi doqquz) manat borc və 33,29 (otuz üç manat iyirmi doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-3375/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3375/2022
17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver