Məhkəmə qərarları › İş №e-2(060)-3386/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-3386/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-3386/2023 08.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ümumilikdə 1175,4 manat borc və 31,76 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək aşağıdakı nəticəyə gəlir. Müəyyən edilmişdir ki, iddiaçı analoji tərəblə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2944/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş, ərizə və əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Qərardadda həmçinin iddiaçının xx.xx.2023cü il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 31,76 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinin vəsaiti hesabından iddiaçıya qaytarılması qərara alınmışdır. Müəyyən olunmuşdur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumilikdə 1175,4 manat borcun və 31,76 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmiş, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi ********** nömrəli qəbzi iddia ərizəsinə əlavə etmişdir. Halbuki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ********** nömrəli qəbzə əsasən ödədiyi dövlət rüsumunun dövlət büdcəsindən geri qaytarılması qərara alınmışdır. Bu səbəbdən ********** nömrəli qəbz iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir (150.1.2.). İddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.5.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı 1175,4 manat pulun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar