Məhkəmə qərarları › İş №e-2(060)-3387/2022

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(060)-3387/2022

17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3387/2022 17.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «borcun tutulması tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 6300 manat və ödənilmiş dövlət rüsumuna görə 83 manat olmaqla cəmi 6383 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 004 saylı 11 oktyabr 2021-ci il tarixli texniki xidmət işlərinin görülməsi və avadanlıqların satışına dair müqaviləyə əsasən, cavabdeh ev üçün mebel komplektlərini hazırlayıb iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Cavabdeh, tərəflər arasında mövcud olmuş müqavilə şərtlərinə uyğun olaraq, müqavilənin ümumi məbləğinin 50% dəyərini, yəni 3000 (üç min) manat vəsaiti qabaqcadan avans olaraq, müqavilənin ayrılmaz hissəsini təşkil edən “Əlavə”də imza edilməsi üçün nəzərdə tutulmuş müvafiq xanaya imza etməklə xx.xx.2021-ci il tarixdə iddiaçıdan qəbul etdiyini təsdiq etmişdir. Müqavilənin ümumi məbləğinin qalan hissəsi, yəni 3000 (üç min) manat vəsait və sonradan iki tərəfli qaydada razılaşdırılmış əlavə olaraq 300 (üç yüz) manat vəsait olmaqla, ümumilikdə 3300 (üç min üç yüz) manat vəsait isə müxtəlif tarixlərdə ödəniş terminal vasitəsilə iddiaçı tərəfindən cavabehə köçürülmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən, ilkin ödəniş həyata keçirildiyi tarixdən etibarən 30 (otuz) gün müddətində ev üçün nəzərdə tutulmuş mebel komplektləri cavabdeh tətəfindən iddiaçıya təhvil verilməli idi. Lakin, tərəflər arasında mövcud olmuş müqavilə şərtləri pozulmuş və cavabdeh tərəfindən mebel komplektlərinin hazırlanaraq iddiaçıya göndərilməsi təmin edilməmişdir. Nəticədə, cavabdehin iddiaçıya ümumilikdə 6300 manat məbləğində borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, cavabdehdən əsas borca görə 6300 manat və ödənilmiş dövlət rüsumuna görə 83 manat olmaqla cəmi 6383 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh MMC qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılmalıdır. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan “Texniki xidmət işlərinin görülməsi və avadanlığın satışına dair” 004 saylı, xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC ev üçün mebel komplektlərini hazırlayıb İddiaçı satmağı öhdəsinə götürmüşdür. Cavabdeh MMC tərəflər arasında mövcud olmuş müqavilə şərtlərinə uyğun olaraq, müqavilənin ümumi məbləğinin 50% dəyərini, yəni 3000 (üç min) manat vəsaiti qabaqcadan avans olaraq, müqavilənin ayrılmaz hissəsini təşkil edən “Əlavə”də imza edilməsi üçün nəzərdə tutulmuş müvafiq xanaya imza etməklə xx.xx.2021-ci il tarixdə İddiaçı qəbul etdiyini təsdiq etmişdir. İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, İddiaçı tərəfindən ödəniş terminalı vasitəsi ilə ümumilikdə 3300 (üç min üç yüz) manat ödənişlər etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar alətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkətdə etməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 83 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən əsas borca görə 6300 (altı min üç yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 83 (səksən üç) manat olmaqla, cəmi 6383 (altı min üç yüz səksən üç) manat vəsaitin tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiy yətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-240 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ : İddia təmin edilsin. Cavabdeh MMC-dən əsas borca görə 6300 (altı min üç yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 83 (səksən üç) manat olmaqla, cəmi 6383 (altı min üç yüz səksən üç) manat vəsaitin tutularaq İddiaçı ödənilsin. Cavabdeh T-Grup” MMC qətnamənin surətini aldıqdan sonra, 10 (on) gün müddətinə həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar