Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3423/2023 20.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, MSİ kompüter üçün 2002.4 (iki min iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 200.6 (iki yüz manat altmış qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, XİAOMİ Mİ BAND 5, Mİ REDMİ AİRDOTS, İmei kod **********59329 SAMSUNG GALAXY A41 markalı telefon üçün 73.1 (yetmiş üç manat on qəpik) manat ödənilməmiş hissə, 7.9 (yeddi manat doxsan qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********44489 XİAOMİ REDMİ NOTE 9S markalı telefon, POWER BANK HİPER, İmei kod **********42848 XİAOMİ REDMİ NOTE 9S markalı telefon, Mİ REDMİ AİRDOTS üçün 496.8 (dörd yüz doxsan altı manat səksən qəpik) manat ödənilməmiş hissə, 49.2 (qırx doqquz manat iyirmi qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********64932 XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün 55.8 (əlli beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 5.2 (beş manat iyirmi qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********76932 XİAOMİ REDMİ NOTE 8 PRO markalı telefon üçün 370.4 (üç yüz yetmiş manat qırx qəpik) manat ödənilməmiş hissə, 37.6 (otuz yeddi manat altmış qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********01776 XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün 183.2 (yüz səksən üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 18.8 (on səkkiz manat səksən qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********01330 HUAWEİ MATEPAD T10 markalı planşet üçün 159.7 (yüz əlli doqquz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 15.3 (on beş manat otuz qəpik) manat cərimə olmaqla, ümumilikdə 3676 manat borc və 56.76 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il il tarixlərindəki müqavilələrə əsasən, MSİ kompüter, XİAOMİ Mİ BAND 5, Mİ REDMİ AİRDOTS, İmei kod **********59329 SAMSUNG GALAXY A41 markalı telefon, İmei kod **********44489 XİAOMİ REDMİ NOTE 9S markalı telefon, POWER BANK HİPER, İmei kod **********42848 XİAOMİ REDMİ NOTE 9S markalı telefon, Mİ REDMİ AİRDOTS, İmei kod **********64932 XİAOMİ REDMİ NOTE 9 markalı telefon, İmei kod **********76932 XİAOMİ REDMİ NOTE 8 PRO markalı telefon, İmei kod **********01776 XİAOMİ REDMİ NOTE 9 markalı telefon, İmei kod **********01330 HUAWEİ MATEPAD T10 markalı planşet almış və nəticədə 3676 (üç min altı yüz yetmiş altı) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2660.4 (iki min altı yüz altmış manat qırx qəpik) manat (12 ay x 221.7 manat + 0 manat ilkin ödəniş) olan MSİ kompüter üçün 2203 (iki min iki yüz üç) manat olmaqla ondan, 2002.4 (iki min iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 200.6 (iki yüz manat altmış qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 888 (səkkiz yüz səksən səkkiz) manat (12 ay x 74 manat + 0 manat ilkin ödəniş) olan XİAOMİ Mİ BAND 5, Mİ REDMİ AİRDOTS, İmei kod **********59329 SAMSUNG GALAXY A41 markalı telefon üçün 81 (səksən bir) manat olmaqla ondan 73.1 (yetmiş üç manat on qəpik) manat ödənilməmiş hissə, 7.9 (yeddi manat doxsan qəpik) manat cərimə, xx.xx.2020ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1490.4 (bir min dörd yüz doxsan manat qırx qəpik) manat (12 ay x 124.2 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********44489 XİAOMİ REDMİ NOTE 9S markalı telefon, POWER BANK HİPER, İmei kod **********42848 XİAOMİ REDMİ NOTE 9S markalı telefon, Mİ REDMİ AİRDOTS üçün 546 (beş yüz qırx altı) manat olmaqla ondan 496.8 (dörd yüz doxsan altı manat səksən qəpik) manat ödənilməmiş hissə, 49.2 (qırx doqquz manat iyirmi qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 670.8 (altı yüz yetmiş manat səksən qəpik) manat (12 ay x 55.9 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********64932 XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün 61 (altmış bir) manat olmaqla ondan 55.8 (əlli beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 5.2 (beş manat iyirmi qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 705.6 (yeddi yüz beş manat altmış qəpik) manat (18 ay x 39.2 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********76932 XİAOMİ REDMİ NOTE 8 PRO markalı telefon üçün 408 (dörd yüz səkkiz) manat olmaqla ondan 370.4 (üç yüz yetmiş manat qırx qəpik) manat ödənilməmiş hissə, 37.6 (otuz yeddi manat altmış qəpik) manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 550.8 (beş yüz əlli manat səksən qəpik) manat (12 ay x 45.9 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********01776 XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün 202 (iki yüz iki) manat olmaqla ondan 183.2 (yüz səksən üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 18.8 (on səkkiz manat səksən qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 480 (dörd yüz səksən) manat (12 ay x 40 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********01330 HUAWEİ MATEPAD T10 markalı planşetüçün 175 (yüz yetmiş beş) manat olmaqla ondan 159.7 (yüz əlli doqquz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 15.3 (on beş manat otuz qəpik) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4104.6 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020ci il il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22108944 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kod **********01330 HUAWEİ MATEPAD T10 markalı planşet almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22137349 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kod **********01776 XİAOMİ REDMİ NOTE 9 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22268914 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kod **********76932 XİAOMİ REDMİ NOTE 8 PRO markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21144507 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kod **********64932 XİAOMİ REDMİ NOTE 9 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22071059 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kod **********44489 XİAOMİ REDMİ NOTE 9S markalı telefon, POWER BANK HİPER, İmei kod **********42848 XİAOMİ REDMİ NOTE 9S markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21122746 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kod **********59329 SAMSUNG GALAXY A41 markalı telefon, XİAOMİ Mİ BAND 5, Mİ REDMİ AİRDOTS almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22457679 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən MSİ kompüter almışdır. İş materiallarında olan 02 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə müqavilə üzrə 3676 manat ödənilməmiş hissə məbləğində borcu vardır. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020ci il il tarixli müqavilələr bağlanmış, iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 3341,4 (2002.4+73.1+496.8+55.8+370.4+183.2+159.7) manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 200.6 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 100 manat pul tutulmalıdır. Lakin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il il tarixli müqavilələr üzrə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 134 (7.9+49.2+5.2+37.6+18.8+15.3) manat məbləğində dəbbə pulu kreditorun həm əmlak, həm də bütun əsaslı mənafelərinə uyğundur, tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 56.76 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2002,4 (iki min iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 73,1 (yetmiş üç manat on qəpik) manat ödənilməmiş hissə, 7,9 (yeddi manat doxsan qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 496,8 (dörd yüz doxsan altı manat səksən qəpik) manat ödənilməmiş hissə, 49,2 (qırx doqquz manat iyirmi qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 55,8 (əlli beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 5,2 (beş manat iyirmi qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 370,4 (üç yüz yetmiş manat qırx qəpik) manat ödənilməmiş hissə, 37,6 (otuz yeddi manat altmış qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 183,2 (bir yüz səksən üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 18,8 (on səkkiz manat səksən qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 159,7 (bir yüz əlli doqquz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 15,3 (on beş manat otuz qəpik) manat cərimə olmaqla, ümumilikdə 3575,4 (üç min beş yüz yetmiş beş manat qırx qəpik) manat borc və 56.76 (əlli altı manat yetmiş altı qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-3423/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3423/2023
20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver