Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3426/2024 24.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********72866 İPHONE 11 markalı telefon üçün, 1246.28 (bir min iki yüz qırx altı manat iyirmi səkkiz qəpik) manat ödənilməmiş hissə, 124.72 (yüz iyirmi dörd manat yetmiş iki qəpik) manat cərimə, xx.xx.2022-ci il, tarixli müqaviləsinə əsasən, İmei kod **********98988 XİAOMİ REDMİ 10C markalı telefon üçün, 279.98 (iki yüz yetmiş doqquz manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 27.02 (iyirmi yeddi manat iki qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod: **********66310 SAMSUNG GALAXY A03 markalı telefon üçün, 41.70 (qırx bir manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 4.3 (dörd manat otuz qəpik) manat cərimə, ümumilikdə 1724 manat borc, 37.24 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il. xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********72866 İPHONE 11 markalı telefon, İmei kod **********98988 XİAOMİ REDMİ 10C markalı telefon, İmei kod:**********66310 SAMSUNG GALAXY A03 markalı telefon üçün 1724 (bir min yeddi yüz iyirmi dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1982.88 (bir min doqquz yüz səksən iki manat səksən səkkiz qəpik) manat (18 ay x 110.16 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********72866 İPHONE 11 markalı telefon üçün ümumilikdə, 1371 (bir min üç yüz yetmiş bir) manat olmaqla ondan, 1246.28 (bir min iki yüz qırx altı manat iyirmi səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 124.72 (yüz iyirmi dörd manat yetmiş iki qəpik) manat cərimə, xx.xx.2022-ci il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 532.98 (beş yüz otuz iki manat doxsan səkkiz qəpik) manat (18 ay x 29.61 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********98988 XİAOMİ REDMİ 10C markalı telefon üçün ümumilikdə, 307 (üç yüz yeddi) manat olmaqla ondan, 279.98 (iki yüz yetmiş doqquz manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27.02 (iyirmi yeddi manat iki qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 459 (dörd yüz əlli doqquz) manat (18 ay x 25.5 manat + 0 manat ilkin ödəniş) olan İmei kod: **********66310 SAMSUNG GALAXYA03 markalı telefon üçün ümumilikdə, 46 (qırx altı) manat olmaqla ondan, 41.7 (qırx bir manat yetmiş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4.3 (dörd manat otuz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1406.9 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il. xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin qapı bağlı olduğuna görə poçt müəssisəsi tərəfindən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli, № 02002748 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 532,98 manat olan İmei kod **********98988 XİAOMİ REDMİ 10C markalı telefon almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № ******* saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 459 manat olan İmei kod: **********66310 SAMSUNG GALAXYA03 markalı telefon almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № 03771520 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1982,88 manat olan İmei kod **********72866 İPHONE 11 markalı telefon almışdır. İş materiallarında olan əşyaların təhvil-təslim aktından görünür ki, İmei kod **********72866 İPHONE 11 markalı telefon, İmei kod **********98988 XİAOMİ REDMİ 10C markalı telefon, İmei kod:**********66310 SAMSUNG GALAXY A03 markalı telefon cavabdehə təhvil verilmişdir. İşə əlavə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 manat, aylıq ödəniş 110,16 manat olmaqla, İmei kod **********72866 İPHONE 11 markalı telefon almış və 736,6 manat ödəniş etmiş, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 manat, aylıq ödəniş 29,61 manat olmaqla İmei kod **********98988 XİAOMİ REDMİ 10C markalı telefon almış və 253 manat ödəniş etmiş və xx.xx.2022-ci tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 manat, aylıq ödəniş 25,5 manat olmaqla, İmei kod:**********66310 SAMSUNG GALAXY A03 markalı telefon almış və 417,3 manat ödəniş etmişdir. İşdə olan "xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən aldığı malın 1982,88 manat olan ümumi dəyərindən 736,6 manat ödəniş etmiş və nəticədə 1246,28 manat borc, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən aldığı malın 532,98 manat olan ümumi dəyərindən 253 manat ödəniş etmiş və nəticədə 307 manat borc və xx.xx.2022-ci tarixli müqaviləyə əsasən aldığı malın 459 manat olan ümumi dəyərindən 417,3 manat ödəniş etmiş və nəticədə 46 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, ümumilikdə 156,04 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, cərimə pulu (penya) azaldılaraq 20 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Mirməməd oğlundan hər üç müqavilə üzrə ümumilikdə 1567 (bir min beş yüz altmış yeddi) manat 96 (doxsan altı) qəpik ödənilməmiş borc, 20 (iyirmi) manat cərimə borcu, 37 (otuz yeddi) manat 24 (iyirmi dörd) qəpik dövlət rüsumu, cəmi 1625 (bir min altı yüz iyirmi beş) manat 20 (iyirmi) qəpik məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-3426/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3426/2024
24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver