Məhkəmə qərarları › İş №e-2(060)-3512/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3512/2022

24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3512/2022 24.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, LG OLED TV üçün 3198 (üç min bir yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 955 (doqquz yüz əlli beş) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, SAMSUNG LED TV üçün 1957 (min doqquz əlli yeddi) manat ödənilməmiş hissə, 587 (beş yüz səksən yeddi) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********38613 XİAOMİ REDMİ NOTE üçün 712 (yeddi yüz on iki) manat ödənilməmiş hissə, 209 (iki yüz doqquz) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********17879 XİAOMİ REDMİ üçün 132 (yüz otuz iki) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Ümumilikdə 7789 manat borc və 97,89 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, LG OLED TV, SAMSUNG LED TV, İMEİ kodu **********38613 XİAOMİ REDMİ NOTE 9 markalı telefon, İMEİ kodu **********17879 XİAOMİ REDMİ 7 markalı telefon almış və nəticədə 7789 (yeddi min yeddi yüz səksən doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3763,2 (üç min yeddi yüz altmış üç, iyirmi qəp) manat (18 ay x 199,9 manat + 165 manat ilkin ödəniş) LG OLED TV üçün 4153 (dörd min bir yüz əlli üç) manat olmaqla ondan, 3198 (üç min bir yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 955 (doqquz yüz əlli beş) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 2472 (iki min dörd yüz yetmiş iki) manat (24 ay x 103 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG LED TV üçün 2544 (iki min beş yüz qırx dörd) manat olmaqla ondan, 1957 (min doqquz əlli yeddi) manat ödənilməmiş hissə, 587 (beş yüz səksən yeddi) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 754,2 (yeddi yüz əlli dörd, iyirmi qəp) manat (18 ay x 41.9 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********38613 XİAOMİ REDMİ NOTEü9çün 921 (doqquz yüz iyirmi bir) manat olmaqla ondan,712 (yeddi yüz on iki) manat ödənilməmiş hissə, 209 (iki yüz doqquz) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 396 (üç yüz doxsan altı) manat (12 ay x 33 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********17879 XİAOMİ REDMİ 7 üçün 171 (yüz yetmiş bir) manat olmaqla ondan 132 (yüz otuz iki) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1386,4 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrdən görünür ki, həmin müqavilələrə əsasən LG OLED TV, SAMSUNG LED TV, İMEİ kodu **********38613 XİAOMİ REDMİ NOTE 9 markalı telefon, İMEİ kodu **********17879 XİAOMİ REDMİ 7 markalı telefon almış, malların 7385,4 manat olan ümumi dəyərindən 1386,4 manat ödəniş etmiş, cavabdehin ümumilikdə 5999 manat borcu yaranmışdır. - İddiaçı MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən alınmış malların 7385,4 manat olan ümumi dəyərindən 1386,4 manat ödəniş etmişdir. Bununla da 5999 manat məbləğində əsas, 1790 manat məbləğində dəbbə borcu yaranmışdır. - İddiaçıMMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı MMC ilə bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən aldığı məhsulların 7385,4 manat olan ümumi dəyərindən cəmi 1386,4 manat ödəniş etmiş və nəticədə 5999 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh malların 7385,4 manat olan ümumi dəyərindən 1386,4 manat ödəniş etmiş və nəticədə 5999 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi ödənilməmiş hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, əsas borcun yaranması və onun məbləği əsaslı hesab olunduğundan 955 manat, 587 manat, 209 manat və 39 cərimə mütənasiblik baxımından məqsədəmüvafiqdir. Odur ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. (Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 7789 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 97,89 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, LG OLED TV üçün 3198 (üç min bir yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 955 (doqquz yüz əlli beş) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, SAMSUNG LED TV üçün 1957 (min doqquz əlli yeddi) manat ödənilməmiş hissə, 587 (beş yüz səksən yeddi) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********38613 XİAOMİ REDMİ NOTE üçün 712 (yeddi yüz on iki) manat ödənilməmiş hissə, 209 (iki yüz doqquz) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********17879 XİAOMİ REDMİ üçün 132 (yüz otuz iki) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat dəbbə, ümumilikdə 7789 manat borc və 97,89 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" MMC-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən LG OLED TV üçün 3198 (üç min bir yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 955 (doqquz yüz əlli beş) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən SAMSUNG LED TV üçün 1957 (min doqquz əlli yeddi) manat ödənilməmiş hissə, 587 (beş yüz səksən yeddi) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********38613 XİAOMİ REDMİ NOTE üçün 712 (yeddi yüz on iki) manat ödənilməmiş hissə, 209 (iki yüz doqquz) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********17879 XİAOMİ REDMİ üçün 132 (yüz otuz iki) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat dəbbə, ümumilikdə 7789 manat borc və 97,89 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar