Məhkəmə qərarları › İş №e-2(060)-354/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-354/2023

28.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-354/2023 28.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X9 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı (üçüncü şəxs: 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi) miras əmlakın qəbul edilməsi müddətinin uzadılması və digər tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 3ində xx.xx.2011-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə 0,08 ha, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixində 0,08 ha həyətyanı torpaq sahələrinə, habelə ləğv olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarında adına JN-310F nömrəli şəhadətnamə ilə 0,12 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə onun qanun üzrə vərəsə kimi tanınmağı, miras əmlakın qəbul edilməsi müddətinin gecikdirilməsinin üzrlü sayılaraq uzadılması, miras əmlakın 1/3 hissəsinə onun payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X3 adına ünvan 3ində xx.xx.2011-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə 0,08 ha, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011ci il tarixində 0,08 ha həyətyanı torpaq sahələri qeydiyyata alınmışdır. Habelə ləğv olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarında adına JN-310F nömrəli şəhadətnamə ilə 0,12 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Lakin Sumqayıt “ASAN Xidmət” Mərkəzi notariat kontorunun xx.xx.2014-cü il tarixli, 2V-602, 2V-601, 2V/826 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında bacısı Cavabdeh1 adına xx.xx.2014-cü il tarixində qeydiyyata alınmışdır. İddiaçı mərhum atası X3 vəfatından xeyli sonra onun adına əmlakın olması barədə məlumat almışdır. Bu barədə vəkil sorğusu göndərildikdən sonra əmlakların Cavabdeh1 tərəfindən miras olaraq qəbul edildiyi və özgəninkiləşdiyi iddiaçıya məlum olmuşdur. İş materiallarından göründüyü kimi, iddiaçı da digər cavabdehlər olan Cavabdeh2 və Cavabdeh3 kimi birinci növbə vərəsə hesab olunur. Atası ölənə kimi onlarla birlikdə yaşamış və mübahisə predmeti olan torpaq sahələrinin mövcudluğundan xəbərsiz olmuşdur. Yəni, iddiaçı digər cavabdehlər olan Cavabdeh2 və Cavabdeh3 ilə ögey qardaş-bacı hesab edilir. 2020-ci ilin noyabr ayında Cavabdeh2 və Cavabdeh3 cavabdehlər Cavabdeh1 və Sumqayıt “ASAN Xidmət” Mərkəzi notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sentyabr 2014cü il tarixli, 2v-602, 2v-601 və 2v/826 reyestr nömrələri qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Cavabdeh1 adına aparılmış 17 oktyabr 2014-cü il tarixli qeydiyyatın ləğv edilməsi və miras əmlaka onların vərəsəlik hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə məhkəmə mübahisələri nəticəsində onların iddiası təmin edilmişdir. Hazırki iddia ərizəsi üzrə cavabdehlər iddiaçının atasının adına olan əmlaklara vərəsəlik hüquqları tanınmışdır. İddiaçı da birinci növbə vərəsə olaraq, mərhum atasının adına olan əmlaklara dairr qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə etmək üçün 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Müraciətinə cavab olaraq, bildirilmişdir ki, xx.xx.2012-ci il tarixində vəfat etmiş X2 miras qalmış əmlaka dair qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmiş vərəsələrə xx.xx.2014-cü il tarixində vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Odur ki, məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında bildirdi ki, iddiaçı mərhum Zəfər Məmmədovun oğlu, yəni cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ögey qardaşıdır. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə birgə Zəfər Məmmədovun qanun üzrə birinci dərəcəli vərəsəsidir. İddia ərizəsində də qeyd edildiyi kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 digər cavabdeh olan bibiləri Cavabdeh1 qarşı iddia qaldırmış, iş Ali Məhkəməyə qədər getmiş, nəticədə Cavabdeh2 və Cavabdeh3 vərəsəlik hüquqları tanınmış, qanun üzrə vərəsəlik hüququ haqqında Cavabdeh1 verilmiş şəhadətnamələrin etibarsız hesab edilməsi və qeydiyyatın ləğv edilməsi müəyyən edilmişdir. Cavabdeh1 mərhum Zəfər Məmmədovun bacısı, iddiaçı və digər cavabdehlərin bibisidir. İddiaçı o zaman 16 yaşında olduğu üçün vaxtında mirasın qəbulu üçün müvafiq notariat orqanına müraciət etməmişdir. Eyni şəkildə digər iş üzrə də cavabdehlər Cavabdeh2 və Cavabdeh3 də mirasın qəbulunu yetkinlik yaşına çatmadıqları üçün üzrlü səbəbdən ötürmüş, məhkəmə onların iddiasını təmin etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı atasının adına qeyd edilən əmlakların olmasından xəbərsiz olmuşdur. Cavabdehlər məhkəmədə iddia qaldırarkən iddiaçı onlara bildirib ki, onu da prosesə daxil etsinlər. Lakin, cavabdehlər iddiaçını prosesə daxil etməyiblər. Keçən ilin yay aylarında iddiaçı ona vəkil kimi müraciət etmiş və o, vəkil sorğusu əsasında notariusdan müvafiq əmlaklarla bağlı məlumat əldə etmişdir. Zəfər Məmmədov vəfat edən zaman iddiaçı yetkinlik yaşına çatmadığından mirasın qəbulu ilə bağlı ərizə verə bilməzdi. Cavabdehlərin miras əmlaka vərəsəlik hüquqları tanınıbsa, iddiaçının da vərəsəlik hüquqları tanınmalıdır. Qeyd edilənlərə əsaəsn iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Üçüncü şəxsin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından göründüyü kimi iddiaçı xx.xx.1995-ci ildə anadan olmuşdur. Cavabdeh1 xx.xx.1964-cü ildə, Qazax rayonu, Yenikənd kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh3 xx.xx.1999-cu ildə, Ağstafa rayonu, A.Kəsəmən kəndində anadan olmuş, həmin ərazidə də qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 3i ərazisində yerləşən 0,08 ha torpaq sahəsi xx.xx.2011-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə X3 adına rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 3i ərazisində yerləşən 0,08 hektar torpaq sahəsi xx.xx.2011-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə X3 adına rəsmiləşdirilmişdir. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən Zəfər Məmmədov xx.xx.2012-ci ildə vəfat etmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçı Zəfər Məmmədovun oğludur. xx.xx.2014-cü il tarixli tarixi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən X4 vərəsəsi Cavabdeh1 ünvan 3i ünvanında yerləşən ********** qeydiyyat nömrəsi ilə X3 adına rəsmiləşdirilmiş 0,08 hektar torpaq sahəsindən tam payda irs almalıdır. xx.xx.2014-cü il tarixli tarixi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən X4 vərəsəsi Cavabdeh1 ünvan 3i ünvanında yerləşən ********** qeydiyyat nömrəsi ilə X3 adına rəsmiləşdirilmiş 0,08 hektar torpaq sahəsindən tam payda irs almalıdır. xx.xx.2014-cü il tarixi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən X4 vərəsəsi Cavabdeh1 ünvan 3i ünvanında yerləşən 0,12 ha torpaq sahəsindən tam payda irs almalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1326/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 cavabdehlər Cavabdeh1 və Sumqayıt “ASAN Xidmət” Mərkəzinin Notariat Odisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və digər tələbinə dair iddiaları təmin edilmiş, Sumqayıt Regional “ASAN” Xidmət Mərkəzinin Notariat Ofisinin xx.xx.2014-cü il tarixli, 2V- 602, 2V-601, 2V/826 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilmiş və həmin şəhadətnamələr əsasında Cavabdeh1 adına aparılmış xx.xx.2014-cü il tarixli qeydiyyat ləğv edilməklə, həmin torpaq sahələrinə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 vərəsəlik hüquqları tanınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2135/2021 nömrəli iş üzrə 27 sentyabr 2021-ci il tarixli qətnaməsi iddiaçıların vərəsəlik hüquqlarının tanınması tələbinin rədd olunmasına dair hissədə ləğv edilmiş, iş həmin hissəyə yenidən baxılması üçün birinci instansiya instansiyası məhkəməsinə qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 fevral 2022-ci il tarixli, 2(102)-863/2022-nömrəli qərarı ilə iş üzrə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 2135/2021 nömrəli iş üzrə 27 sentyabr 2021-ci il tarixli qətnaməsi iddiaçıların vərəsəlik hüquqlarının tanınması tələbinin rədd olunmasına dair hissədə ləğv edilmiş, iş həmin hissəyə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1021/2022 saylı qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1326/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi iddiaçıların vərəsəlik hüquqlarının tanınması tələbinə dair hissədə dəyişdirilmədən saxlanılmış, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi vəkil sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubda bildirmişdir ki, Cavabdeh1 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixində Ağstafa rayonu, Aşağı Kəsəmər kəndində 0.08 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmış və Gəncə ASAN Xidmət ərkəzində notariat ofisinin 23 avqust 2019-cu il tarixli 4Ə-2450 reyestr nömrəli alqı- satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Cavabdeh1 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixində ünvan 3ində 0.08 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmış və Gəncə ASAN Xidmət mərkəzində notariat ofisinin 23 avqust 2019-cu il tarixli 4Ə-2449 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Cavabdeh1 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixində ünvan 3ində 0.12 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Cavabdeh1 tərəfindən “ASAN Xidmət” mərkəzi Notariat kontoruna ünvanlanmış xx.xx.2014-cü il tarixli, 264/2013 nömrəli ərizəyə əsasən Cavabdeh1 xx.xx.2012-ci il tarixdə vəfat etmiş qardaşı Zəfər Məmmədovdan miras qalmış ünvan 3i ünvanında yerləşən 0,16 ha torpaq sahəsini qəbul etmişdir. Sumqayıt “Asan Xidmət” Mərkəzində Notariat Kontorunun Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 15 saylı (Tovuz) ərazi idarəsinə ünvanladığı 3683 nömrəli məktuba əsasən mərhum Zəfər Məmmədovun bacısı Cavabdeh1 vərəsə kimi tanınmışdır. Mərhum Zəfər məmmədov Ağstafa rayon NK-da reyestr nömrəsi 4Ə/77 olan xx.xx.2011-ci il tarixə bağladığı alqı-satqı müqaviləsinə əssən Ağstafa rayon A. Kəsəmən kəndində yerləşən 0,08 ha torpaq sahəsinə və xx.xx.2011-ci il tarixdə həmin NK-da reyestr nömrəsi 4Ə/78 olan bağlanmış alqı-satqı müqaviləsinə əsasən Ağstafa rayon A.Kəsəmən kəndində yerləşən 0,08 ha torpaq sahəsinə dair həmin əmlaka sahiblik hüququ əldə etmişdir. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 15 saylı (Tovuz) ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Zəfər Məmmədovun mülkiyyətində olmuş ünvan 3ində xx.xx.2011-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə 0,08 ha, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixində 0,08 ha həyətyanı torpaq sahələri, habelə ləğv olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş JN-310F nömrəli şəhadətnamə ilə qeyd olunan 0,12 ha həyətyanı torpaq sahəsi Sumqayıt “ASAN Xidmət” Mərkəzi notariat kontorunun xx.xx.2014-cü il tarixli, 2V-602, 2V-601, 2V-826 reyestr nömərli qanun üzrə vərəsəlik şəhadətnamələrinə əsasən bacısı Cavabdeh1 adına xx.xx.2014-cü il tarixində qeydiyyata alınmışdır. Cavabdeh1 adına olan ********** və ********** qeydiyyatm nömrəsi ilə qeydə alınmış 0,08 hektar torpaq sahələri X1 adına özgəninkiləşdirilmişdir. Qeyd edilən torpaq sahələri üzərində reyestr nömrələrinə əsasən hər hansı həbsin olmadığı müəyyən edilmişdir. İddiaçı miras qalmış əmlakın qəbulu ilə bağlı üçüncü şəxsə müraciət etsə də, cavabdehin xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli məktublarında mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsi səbəbindən iddiaçıya imtina cavabı verilmiş və həmin müddətin bərpasının təmin edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (1243.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər (1248.1). Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mirasın qəbul edilməsi üçün qanunvericilik altı ay müddət müəyyən etmişdir. Həmin müddət ötürüldükdən sonra mirasın qəbul edilməsi üçün mirasın qəbul edilmə müddəti məhkəmə tərəfindən üzrlü sayılaraq uzadıla bilər. Bu halda vərəsə mirası həmin müddətdə qəbul etməsinə hansı üzrlü halların mane olduğunu əsaslandırmalı və bununla bağlı sübutlar təqdim etməlidir. İddiaçının əsas dəlilləri ondan ibarət olmuşdur ki, Zəfər Məmmədov vəfat edən vaxt iddiaçı yetkinlik yaşına çatmadığı üçün Zəfər Məmmədovdan miras qalmış əmlakın qəbulu üçün notariat orqanına ərizə verə bilməzdi. Həmçinin iddiaçı Zəfər Məmmədovun adına olan əmlaklar barədə məlumatsız olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. İşdən göründüyü kimi Zəfər Məmmədov xx.xx.2012-ci ildə vəfat etmiş, iddiaçı isə xx.xx.2013-cü ildə artıq yetkinlik yaşına çatmışdır. Həmin vaxt Zəfər Məmmədovdan miras qalmış əmlaklara dair Cavabdeh1 hələ də qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməmişdi. İddiaçıya həmin vaxt Zəfər Məmmədovdan miras qalmış əmlakın qəbulu üçün mane olan hal mövcud deyildi. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında iddiaçının Zəfər Məmmədovdan miras qalmış əmlaka dair məlumatının olmadığını bildirsə də, həmin əmlak barədə nə vaxt məlumat əldə etdiyini tam aydınlaşdıra bilməmişdir. Nümayəndə izahatında əvvəlcə bildirmişdir ki, Cavabdeh3 və Cavabdeh2 miras əmlaka dair məhkəmədə iddia qaldıran zaman iddiaçıya məlumat vermişlər. Sonradan isə iddiaçının ona müraciət etdiyini və vəkil sorğusu əsasında həmin əmlaka dair məlumat əldə edildiyini qeyd etmişdir. Göründüyü kimi nümayəndənin izahatında ziddiyyətli məqamlar olmuşdur. İşdən göründüyü kimi hazırkı iş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmədə Cavabdeh1 qarşı vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi və digər tələblərlə bağlı iddia qaldırmışlar. Tərəflər arasında 2021-2022-ci illərdə uzun sürən məhkəmə prosesləri getmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən iddia təmin edilmişdir. İddiaçı isə bütün bu məhkəmə prosesi tamamlandıqdan və yekun məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda isə iddiaçının həmin məhkəmə mübahisəsindən məlumatsız olması məntiqli və inandırıcı görünmür. Məhkəmə həmçinin qeyd edir ki, işin müəyyən edilmiş hallarına əsasən Zəfər Məmmədovdan iras qalmış və Cavabdeh1 adına olan ********** və ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış 0,08 hektar torpaq sahələri X1 adına özgəninkiləşdirilmişdir. Belə olan halda artıq başqa bir şəxsin mülkiyyətində olan əmlaka dair iddiaçının miras əmlakı qəbul etməsi müddətinin uzadılması və vərəsəlik hüququnun tanınması qanuni hesab edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddiaçının ünvan 3ində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış 0,08 hektar, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış 0,08 hektar həyətyanı torpaq sahələrinə, habelə JN-310F nömrəli şəhadətnamə ilə qeydə alınmış 0,12 hektar həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə qanun üzrə vərəsə kimi tanınması, miras əmlakın qəbul edilməsi müddətinin gecikdirilməsinin üzrlü sayılaraq uzadılması, miras əmlakın 1/3 hissəsinə payının tanınması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar