Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3544/2022 03.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə Luna Bar , Kamod,Venetsıya, 01368 X4 , İmei **********77873 X6 A 7.0 Markalı Telefon , Alyans Tv- Altı ,X7, X5 , Goodram Microsd , İmei **********47628 Hoffmann T110, İMEİ **********63758 XİAOMl REDMl 7, Tava Hascevher, Qazan Mehtap , X1 , Qazar Mehtap , X9 , X8 üçün ümumilikdə 3985 manat ödənilməmiş hissə və 59,85 manat dövlət rüsumu olmaqla, cəmi 4044,85 manat pulun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı satqı qiyməti 1972 manat olan Luna Bar, Kamod, Venetsıya üçün 24 ay müddətinə, ilkin ödəniş 4 manat olmaqla və aylıq 82 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 1261 manat borcu yaranmışdır. Cavabdehə 393 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı satqı qiyməti 1610 manat olan 01368 X3 23 ay müddətinə, ilkin ödənişsiz və aylıq 70 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 1222 manat borcu yaranmışdır. Cavabdehə 378 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 513 manat olan İmei **********77873 X6 A 7.0 markalı telefonu 18 ay müddətinə, ilkin ödəniş 9 manat olmaqla və aylıq 28 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 448 manat borcu yaranmışdır. Cavabdehə 134 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 552 manat olan Alyans Tv-Altını 24 ay müddətinə, ilkin ödənişsiz və aylıq 23 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 345 manat borcu yaranmışdır. Cavabdehə 103 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 460 manat olan İmei **********28927 Samsung J2 2018 markalı telefonu 20 ay müddətinə, ilkin ödənişsiz və aylıq 20 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 253 manat borcu yaranmışdır. Cavabdehə 75 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 314 manat olan X7, X5 , Goodram Microsd , İmei **********47628 Hoffmann T110 markalı telefonu 12 ay müddətinə, ilkin ödəniş 2 manat olmaqla və aylıq 26 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 164 manat borcu yaranmışdır. Cavabdehə 54 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 404 manat olan İMEİ **********63758 XİAOMl REDMl 7 markalı telefonu 12 ay müddətinə, ilkin ödəniş 104 manat olmaqla və aylıq 22 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 132 manat borcu yaranmışdır. Cavabdehə 39 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 312 manat olan Tava Hascevher, Qazan Mehtap , X1 , Qazar Mehtap , X9 üçün 12 ay müddətinə, ilkin ödənişsiz və aylıq 26 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 104 manat borcu yaranmışdır. Cavabdehə 31 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 88 manat olan X8 üçün 11 ay müddətinə, ilkin ödənişsiz və aylıq 8 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 56 manat borcu yaranmışdır. Cavabdehə cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. Cavabdehin hər 9 müqavilə üzrə cəmi ödədiyi məbləğ 2240 manat təşkil edir. Cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilsə də, o, həmin borcu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi xx.xx.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iş materiallarında olan ünvanına göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1969-cu ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ********* saylı müqaviləyə əsasən iddiaçı cavabdehə X8 satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2018-ci il tarixli, 00365568 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə Tava Hascevher, Qazan Mehtap, X1, Qazar Mehtap, X9 satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixli, 00631228 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə « İMEİ **********63758 XİAOMl REDMl 7 markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixli 00485694 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə «Samsung J2» markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixli 00518524 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə «Samsung Galaxy J4» markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixli 00584039 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə X7, X5 , Goodram Microsd , İmei **********47628 Hoffmann T110 markalı telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2018-ci il tarixli 00363514 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə İmei **********28927 Samsung J2 2018 markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixli 00531941 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə Alyans Tv-Altını satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixli 00699107 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə İmei **********77873 X6 A 7.0 markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 11 ay müddətində hər ay 8 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 26 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 22 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 26 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 20 ay müddətində hər ay 23 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay müddətində hər ay 23 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 28 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 23 ay müddətində hər ay 70 manat iddiaçıya ödəməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 1972 manat olan Luna Bar , Kamod,Venetsıya üçün hazırda ümumilikdə 1261 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ 711 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 1610 manat olan 01368 X4 üçün hazırda ümumilikdə 1222 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 388 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 513 manat olan İmei **********77873 X6 A 7.0 Markalı Telefon üçün hazırda ümumilikdə 448 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 65 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 552 manat olan Alyans Tv-Altın üçün hazırda ümumilikdə 345 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 207 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 460 manat olan İmei **********28927 Samsung J2 2018 Markalı Telefon üçün hazırda ümumilikdə 253 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 207 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 314 manat olan X7, X5 , Goodram Microsd , İmei **********47628 Hoffmann T110 üçün hazırda ümumilikdə 164 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 150 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 404 manat olan İMEİ **********63758 XİAOMl REDMl 7 üçün hazırda ümumilikdə 132 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 272 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 208 manat olan X9 üçün hazırda ümumilikdə 104 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 208 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 88 manat olan X8 üçün hazırda ümumilikdə 56 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 32 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən Luna Bar , Kamod,Venetsıya, 01368 X4 , İmei **********77873 X6 A 7.0 Markalı Telefon , Alyans Tv-Altı , X7, X5 , Goodram Microsd , İmei **********47628 Hoffmann T110, İMEİ **********63758 XİAOMl REDMl 7, Tava Hascevher, Qazan Mehtap, X1 , Qazar Mehtap , X9 , X8 iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İşdə olan xx.xx.23019-cu tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair bildiriş göndərmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 37,38 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 3985 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı 3985 manatı tələb etməkdə haqlı olmuşdur. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 59,85 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 3985 (üç min doqquz yüz səksən beş) manat ödənilməmiş hissə və 59 (əlli doqquz) manat 85 (səksən beş) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-3544/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3544/2022
03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver