Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3571/2023 24.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Cavabdeh3 iştirakları ilə İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «baş etibarnamənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin geri qaytarılması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi Vəkil Allahverdi oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən ** DP *** dövlət qeydiyyat nişanlı RENAULT MEGANE MİNİK markalı nəqliyyat vasitəsinə dair Cavabdeh1 verilmiş ƏN – Vİİİ № 669036 saylı baş etibarnamənin və cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, hazırda Cavabdeh3 istifadəsində olan 2007-ci il buraxılış, qara metalik rəngli, (BAN: VF1KMSEB6********) RENAULT MEGANE MİNİK markalı nəqliyyat vasitəsinin İddiaçı qaytarılması, məhkəmə xərcləri və hüquqi yardımla bağlı ödənişlərin cavabdehlər tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini və Cavabdeh1 əməlində cinayət tərkibi olduğundan xüsusi qərardad çıxarıb prokurorluq orqanlarına göndərilməsini xahiş etmişdir. Məhkəmə hazırlrq iclası zamanı iş üzrə İddiaçı əsl iddiaçı ilə əvəz edilmişdir və X.T.Amaşov iş üzrə iddiaçı kimi cəlb edilmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı baş etibarnamə əsasında X3 məxsus 2007-ci il buraxılış, **-DP-*** dövlət qeydiyyat nişanlı RENAULT MEGANE MİNİK markalı nəqliyyat vasitəsini satmaq məqsədi ilə Sumqayıt şəhərində yerləşən avtomobil bazarına gətirmişdir. Həmin bazarda avtomobili satmaq istəyərkən Cavabdeh1 ona yaxınlaşmış və avtomobili almaq niyyətində olduğunu bildirmişdir. Cavabdeh1 ilə əldə olunmuş razırlaşmaya əsasən o, İddiaçı ilikin ödəniş qismində 1000 (min) manat, sonradan isə hər ay 1000 (min) manat olmaqla xx.xx.2023-cü il tarixinədək, yəni 10 ay müddətinə cəmi 11000 (on bir min) manat ödəməyi öz öhdəsinə götürmüşdür. Bu barədə notariat qaydasında xx.xx.2023-cü il tarixli ilkin müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Birinci tərəf” İddiaçı (etibarnaməyə əsasən çıxış edən) X3 məxsus 2007-ci il **-DP-*** dövlət qeydiyyat nişanlı RENAULT MEGANE MİNİK markalı nəqliyyat vasitəsini Cavabdeh1 10000 (on min) manata satmağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1. bəndində əsasən hesablaşma bu qaydada aparılmalıdır, “İkinci tərəf” bu müqavilənin 1-ci bəndində göstərilən avtomobilin alqı-satqısı ilə razılaşdırılmış 10000 (on min) manat pulu xx.xx.2023-cü il tarixinədək, yəni 10 (on) ay müddətində hər ay 1000 (min) manat ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən bütün işlər görüldükdən sonra müqavilə şərtləri gələcək əsas alqı-satqı müqaviləsi üçün əsas olacaqdır. Beləliklə müqavilə bağlandıqdan sonra İddiaçı **-DP-*** dövlət qeydiyyat nişanlı RENAULT MEGANE MİNİK markalı nəqliyyat vasitəsinə dair Cavabdeh1 mahiyyətini anlamayaraq baş etibarnamə verərək avtomobili onun istifadəsinə vermişdir. Lakin 1 ay müddət keçməsinə baxmayaraq Cavabdeh1 tərəfindən ödəniş həyata keçirilməmişdir. Ödənişin həyata keçirilmədiyini və gecikdiyini görən İddiaçı cavabdehlə əlaqə saxlamağa çalışsada buna nail olmamışdır. Müqavilə ilə nəzərdə tutulan hərəkətlərin həyata keçirilmədiyini görən İddiaçı verdiyi etibarnamənin ləğv etmək istədikdə ona məlum olmuşdur ki, Cavabdeh1 etibarnamə əsasında istifadəsində olan **-DP-*** dövlət qeydiyyat nişanlı RENAULT MEGANE MİNİK markalı nəqliyyat vasitəsini bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə qeydiyyatdan cıxararaq alqı-satqı müqaviləsinə əsasən digər Cavabdeh2 adına rəsmiləşdirmiş, sonradan isə həmin avtomobil xx.xx.2023-cü il tarixdə digər şəxsə Cavabdeh3 etibarnamə əsasında verilmişdir. Bu isə xx.xx.2023-cü il tarixli ilkin müqaviləyə zidd əməl hesab olunur. Belə ki, həmin müqavilənin 4-cü bəndində qeyd olunmuşdur ki, “İkinci tərəf” “Birinci tərəf”in razılığı olmadan nəqliyyat vasitəsini 3-cü şəxslərin istifadəsinə verməməyi öz öhdəsinə götürür. Həmçinin Cavabdeh1 həmin müqavilənin 2.1-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Həmin bənddə qeyd olunmuşdur ki, “İkinci tərəf” bu Müqavilənin 1-ci bəndində göstərilən avtomobilin alqısatqı ilə əlaqədar razılaşdırılmış 10000 (on min) manat pulu xx.xx.2023-cü il tarixinədək, yəni 10 (on) ay müddətində hər ay 1000 (min) manatı ödəməyi, “Birinci tərəf” isə əsas alqısatqı müqaviləsi bağlamağı öhdəsinə götürür. İddiaçı X.T.Amaşov məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh3 iddia tələbini qəbul etməyərək göstərdi ki, o, iddiaçı tərəfi tanımır. Maşını Cavabdeh2 adlı şəxsdən 8200 manat ödəməklə almışdır. Hazırda maşın onun istifadəsindədir. Onun pulunu qaytarsalar o, maşını geri qaytara bilər. Bu səbəbdən hazırda ona qarşı verilmiş iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul edərək bildirmişdir ki, o, İddiaçı etibarnamə əsasında **-DP-*** dövlət qeydiyyat nişanlı RENAULT MEGANE MİNİK markalı nəqliyyat vasitəsini 10000 manata almışdır. Aralarında olan razılaşma və notarial qaydada bağlanmış müqaviləyə əsasən o, hər ay avtomobilin dəyərindən hər ay 1000 manat iddiaçıya ödəməli idi. Lakin ailəsində problemlər olduğuna görə o, ödəniş edə bilməmişdir. Ona vaxt verilərsə, o, borcunu tam ödəməyə razıdır. Hazırda o, mülkiyyətində olan torpaq sahəsini satışa çıxarmışdır. Torpaq satılanda əldə olunan puldan iddiaçının borcunu ödəyəcəkdir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sözügedən avtomobil onun adına Anar adlı şəxsdən alınmışdır. O, alqısatqıda iştirak etməmişdir. Bu səbəbdən iddia tələbini əsassız hesab edir və təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan ƏN-Vİİİ № 669036 saylı, xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi” haqqında etibarnamənin surətindən görünür ki, X4 adından çıxış edərək İddiaçı “Renault Megane” minik markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomaşını 11 ay 7 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixədək Cavabdeh1 etibar etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli “İlkin müqavilə”nin surətindən görünür ki, “Birinci tərəf” İddiaçı (etibarnaməyə əsasən çıxış edən) X3 məxsus 2007-ci il **-DP-*** dövlət qeydiyyat nişanlı RENAULT MEGANE MİNİK markalı nəqliyyat vasitəsini Cavabdeh1 10000 (on min) manata satmağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1. bəndində əsasən hesablaşma bu qaydada aparılmalıdır, “İkinci tərəf” bu müqavilənin 1-ci bəndində göstərilən avtomobilin alqı-satqısı ilə razılaşdırılmış 10000 (on min) manat pulu xx.xx.2023-cü il tarixinədək, yəni 10 (on) ay müddətində hər ay 1000 (min) manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, DİN Baş X10 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “Renault Megane” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə 635218 nömrəli gömrük vəsiqəsi əsasında X2 adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və yeni **-EM-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq Cavabdeh2 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan AD №668383 saylı “Nəqliyyat vasitəsinin şəhadətnaməsinin surətindən görünür ki, “Renault Megane” minik markalı, ** DP *** dövlət nömrə nişanlı avtomobilin sahibi X5r. İş materiallarında olan “Nəqliyyat vasitəsinin şəhadətnaməsinin surətindən görünür ki, “Renault Megane” minik markalı, ** EM *** dövlət nömrə nişanlı avtomobilin sahibi Cavabdeh3dur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Maddə 390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Məhkəmə iclası müəyyən edildi ki, X.Amaşovun adından V.F.Əzizov tərəfindən cavabdeh A.Ə.Nagıyev arasında baglanmış müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş və X.T.Amaşovun mülkiyyətində olan ** DP *** dövlət qeydiyyat nişanlı RENAULT MEGANE MİNİK markalı nəqliyyat vasitəsi qanunsuz olaraq digər şəxslərə satılmışdır. Məhkəmə qeyd olunan hüquqi normalardan və Cavabdeh1 iddia tələbini qəbul etməsini və eyni zamanda iş materiallarında olan ilkin müqaviləni nəzərə alaraq, hesab edir ki, iddia tələbi İddiaçı tərəfindən ** DP *** dövlət qeydiyyat nişanlı RENAULT MEGANE MİNİK markalı nəqliyyat vasitəsinə dair Cavabdeh1 verilmiş ƏN-Vİİİ № 669036 saylı baş etibarnamənin və cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunmalı, Cavabdeh3 istifadəsində olan 2007-ci il buraxılış, qara metalik rəngli, (BAN: VF1KMSEB6********) RENAULT MEGANE MİNİK markalı nəqliyyat vasitəsi iddiaçı X6 qaytarılması hisəsində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alıqmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan ödəniş qəbzin surətindən görünür ki, İddiaçı hüquqi yardıma görə 120 manat ödəniş etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qayadada tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə iddiaçının cavabdehin Cavabdeh1 əməllərində cinayətin əlamətləri cinayət tərkibi olduğundan Azərbaycan Respublikası Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən bu barədə xüsusi qərardad qəbul edilərək araşdırılması üçün prokurorluğa göndərilməsi hissəsində məhkəmə qeyd edir ki, cavabdehin əməlində cinayət tərkibi aşkar olunmadıgı üçün və mübahisə mülki xarakter daşıdıgı üçün, iddia tələbi bu hissədə təmin edilməsi məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh3 gələcəkdə Cavabdeh2 qarşı pul tələbi barədə iddia sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məçəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı X9 oglu adından İddiaçı tərəfindən ** DP *** dövlət qeydiyyat nişanlı RENAULT MEGANE MİNİK markalı nəqliyyat vasitəsinə dair Cavabdeh1 verilmiş ƏN-Vİİİ № 669036 saylı baş etibarnamə və cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab olunsun. Hazırda Cavabdeh3 istifadəsində olan 2007-ci il buraxılış, qara metalik rəngli, (BAN: VF1KMSEB6********) RENAULT MEGANE MİNİK markalı nəqliyyat vasitəsinin iddiaçı X6 qaytarılsın. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 120 (bir yüz iyirmi) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub iddiaçı X9 ogluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-3571/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3571/2023
24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver