Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3633/2023 18.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Samsung GalaxyA12” markalı telefon üçün 262,2 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Lenovo” notebook üçün 431,6 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “HOFFMANN” markalı mini soba üçün 52,6 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “Samsung” markalı soyuducu üçün 429 manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 1175,4 manat borc və 31,76 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən Samsung GalaxyA12” markalı telefon, “HOFFMANN” markalı mini soba, “Lenovo” notebook, “Samsung” markalı soyuducu iddiaçı tərəfindən cavabdehə satılmışdır. Cavabdeh öz öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçının cavabdehə qarşı 3538 manat borcun tutulması ilə bağlı iddia tələbi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2383/2022 saylı qətnaməsi ilə qismən təmin edilmiş və müqavilələrin müddəti bitmədiyi üçün cavabdehin iddiaçıya olan borcu məhkəməyə müraciət edilən xx.xx.2022-ci il tarixə kimi hesablanmış və əsas borca görə 2362,60 manat pulun tutulması qət edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, əvvəlki qətnaməyə əsasən cavabdehin məhkəməyə müraciət olunduğu vaxtadək olan borcu ondan iddiaçının xeyrinə tutulmuşdur. Hazırda müqavilələrin hamısının müddəti bitmişdir. Bu səbəbdən iddiaçı xx.xx.2022-ci ildən müqavilələrin müddətinin bitdiyi vaxtadək olan borcun cavabdehdən tutulmasını tələb edir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı ilə bağlı müvafiq qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1986-cı ildə, Zəngilan şəhərində anadan olmuş, hazırda Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 2, otaq 12 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış xx.xx.2021 il tarixli, 22375633 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə “Lenovo” markalı notebook satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 76,40 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh “Lenovo” markalı notebooku iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22258489 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə “Samsung” markalı soyuducu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 85,80 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh “Samsung” markalı soyuducunu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22270207 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə “Hoffman” markalı mini soba satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 10,60 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh “Hoffman” markalı mini sobanı iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22454196 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə “Samsung Galaxy A12” markalı telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh “Samsung Galaxy A12” markalı telefonu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2863/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 2362,6 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 524,4 manat olan «Samsung Galaxy A12» markalı telefon üçün 2(060)-2863/2022 saylı qətnamə üzrə xx.xx.2022-ci il tarixə qədər qət olan məbləğ 262,2 manat, xx.xx.2022-ci il tarixdən bu günə qədər olan borc 262,2 manat təşkil edir . Cavabdehin alqı-satqı qiyməti 1399,2 manat olan «Lenovo» markalı notebook üçün 2(060)-2863/2022 saylı qətnamə üzrə xx.xx.2022-ci il tarixə qədər qət olan məbləğ 943,6 manat, xx.xx.2022-ci il tarixdən bu günə qədər olan borc 431,6 manat təşkil edir. Cavabdehin alqı-satqı qiyməti 190,8 manat olan “HOFFMANN” markalı mini soba üçün 2(060)-2863/2022 saylı qətnamə üzrə xx.xx.2022-ci il tarixə qədər qət olan məbləğ 127,2 manat, xx.xx.2022-ci il tarixdən bu günə qədər olan borc 52,6 manat təşkil edir. Cavabdeh alqı-satqı qiyməti 1544,4 manat olan “Samsung” markalı soyuducu üçün 2(060)- 2863/2022 saylı qətnamə üzrə xx.xx.2022-ci il tarixə qədər qət olan məbləğ 1029,6 manat, xx.xx.2022-ci il tarixdən bu günə qədər olan borc 429 manat təşkil edir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 31,76 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçını nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2863/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehin iddiaçıya qarşı hazırkı müqavilələr üzrə pul tələbinə dair iddiası qismən təmin edilmiş, həmin müqavilələrin müddəti bitmədiyindən müqavilələr üzrə borcu məhkəməyə müraciət olunduğu xx.xx.2022-ci il tarixinədək hesablanıb cavabdehdən tutulması qət edilmişdir. Hazırda iddiaçı həmin tarixdən müqavilələrin müddəti bitənədək olan dövr üçün borcu cavabdehdən tələb edir. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı məbləği tələb etməkdə haqlı olmuşdur. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31,76 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 262,2 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 431,6 manat ödənilməmiş hiss, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 52,6 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 429 manat ödənilməmiş hissə olmaqla, ümumilikdə cəmi 1175 (min yüz yetmiş beş) manat 40 (qırx) qəpik borc və 31 (otuz bir) manat 76 (yetmiş altı) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-3633/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3633/2023
18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver