Məhkəmə qərarları › İş №e-2(060)-3648/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3648/2022

04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3648/2022 04.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh RSK5646488 saylı müqavilə üzrə 155(bir yüz əlli beş) manat əsas borc, 47(qırx yeddi) manat faiz borcu, S3K4552744 saylı müqavilə üzrə 492(dörd yüz doxsan iki) manat əsas borc, 148(bir yüz qırx səkkiz) manat faiz borcu və 30(otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 872(səkkiz yüz. yetmiş iki) manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən "Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 06 oktyabr 2018-ci il və 24 oktyabr 2018-ci il tarixlərində "Alqı-satqı" müqaviləsi bağlanmışdır.Cavabdeh 06 oktyabr 2018-ci il tarixli RSK5646488 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 372(üç yüz yetmiş iki) manat olan 1 ədəd "Samsung Galaxy J2" markalı telefon almış, ilkin ödəniş etməmiş, nəticədə 372(üç yüz yetmiş iki) manat borc yaranmış və 24 oktyabr 2018-ci il tarixli S3K4552744 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 807(səkkiz yüz yeddi) manat olan 1 ədəd "Samsung Galaxy A6” markalı telefon almış, ilkin ödəniş etməmiş, nəticədə 807(səkkiz yüz yeddi) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 06 oktyabr 2018-ci il tarixli RSK5646488 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 54(əlli dörd) manat ödəniş edilmiş və 24 oktyabr 2018-ci il tarixli S3K4552744 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 34 (otuz dörd) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə edilən yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti RSK5646488 saylı müqavilə üzrə 372(üç yüz yetmiş iki) manat olan 1 ədəd “Samsung Galaxy J2” markalı telefon üçün ümumilikdə 155(biryüz əlli beş) manat ödənilməmiş hissə, 47(qırx yeddi) manat faiz borcu yaranmış və alqı-satqı qiyməti S3K4552744 saylı müqavilə üzrə 807(səkkiz yüz yeddi) manat olan 1 ədəd “Samsung Galaxy A6" markalı telefon üçün ümumilikdə 492(dörd yüz doxsan iki) manat ödənilməmiş hissə, 148(bir yüz qırx səkkiz) manat faiz borcu yaranmışdır. Məhkəmə iclasında İddiaçı iştirak etməmişdir. 27 iyul 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiyini, Cavabdeh cəmi 872 manat pulun iddiaçının xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh ümumi dəyəri 372(üç yüz yetmiş iki) manat olan 1 ədəd "Samsung Galaxy J2" markalı telefon almışdır. - ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh üçuçi dəyəri 807(səkkiz yüz yeddi) manat olan 1 ədəd "Samsung Galaxy A6” markalı telefon almışdır. - ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı tərəfindən cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh alqı-satqı qiyməti RSK5646488 saylı müqavilə üzrə 372(üç yüz yetmiş iki) manat olan 1 ədəd “Samsung Galaxy J2” markalı telefon üçün ümumilikdə 155(biryüz əlli beş) manat ödənilməmiş hissə, 47(qırx yeddi) manat faiz borcu yaranmış və alqı-satqı qiyməti S3K4552744 saylı müqavilə üzrə 807(səkkiz yüz yeddi) manat olan 1 ədəd “Samsung Galaxy A6" markalı telefon üçün ümumilikdə 492(dörd yüz doxsan iki) manat ödənilməmiş hissə, 148(bir yüz qırx səkkiz) manat faiz borcu yaranmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən "Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 06 oktyabr 2018-ci il və 24 oktyabr 2018-ci il tarixlərində "Alqı-satqı" müqaviləsi bağlanmışdır.Cavabdeh 06 oktyabr 2018-ci il tarixli RSK5646488 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 372(üç yüz yetmiş iki) manat olan 1 ədəd "Samsung Galaxy J2" markalı telefon almış, ilkin ödəniş etməmiş, nəticədə 372(üç yüz yetmiş iki) manat borc yaranmış və 24 oktyabr 2018-ci il tarixli S3K4552744 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 807(səkkiz yüz yeddi) manat olan 1 ədəd "Samsung Galaxy A6” markalı telefon almış, ilkin ödəniş etməmiş, nəticədə 807(səkkiz yüz yeddi) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 06 oktyabr 2018-ci il tarixli RSK5646488 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 54(əlli dörd) manat ödəniş edilmiş və 24 oktyabr 2018-ci il tarixli S3K4552744 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 34 (otuz dörd) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə edilən yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti RSK5646488 saylı müqavilə üzrə 372(üç yüz yetmiş iki) manat olan 1 ədəd “Samsung Galaxy J2” markalı telefon üçün ümumilikdə 155(biryüz əlli beş) manat ödənilməmiş hissə, 47(qırx yeddi) manat faiz borcu yaranmış və alqı-satqı qiyməti S3K4552744 saylı müqavilə üzrə 807(səkkiz yüz yeddi) manat olan 1 ədəd “Samsung Galaxy A6" markalı telefon üçün ümumilikdə 492 (dörd yüz doxsan iki) manat ödənilməmiş hissə, 148(bir yüz qırx səkkiz) manat faiz borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan nisyə alqı-satqı müqavilələrinə əsasən aldığı məhsul üzrə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən öhdəliklərini icra etməyərək həmin müqavilənin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının həmin müqavilələr üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat məbləğində olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 842 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh RSK5646488 saylı müqavilə üzrə 155 (bir yüz əlli beş) manat əsas borc, 47(qırx yeddi) manat faiz borcu, S3K4552744 saylı müqavilə üzrə 492(dörd yüz doxsan iki) manat əsas borc, 148(bir yüz qırx səkkiz) manat faiz borcu və 30(otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 872(səkkiz yüz. yetmiş iki) manat pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh RSK5646488 saylı müqavilə üzrə 155 (bir yüz əlli beş) manat əsas borc, 47(qırx yeddi) manat faiz borcu, S3K4552744 saylı müqavilə üzrə 492 (dörd yüz doxsan iki) manat əsas borc, 148 (bir yüz qırx səkkiz) manat faiz borcu və 30(otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 872 (səkkiz yüz yetmiş iki) manat pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar