Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3659/2022 14.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə S18K4550992 saylı müqavilə üzrə 1090 (bir min doxsan) manat əsas borc, 326 (üç yüz iyirmi altı) manat faiz borcu, 35 (otuz beş) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 1451 (bir min dörd yüz əlli bir) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 08 iyul 2017-ci il tarixində “Alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh 08 iyul 2017-ci il tarixli S18K4550992 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 2782 (iki min yeddi yüz səksən iki) manat olan 1 ədəd “Grundig” markalı toster almış, 1 ədəd “Beko” markalı soyuducu və 1 ədəd “LG” markalı televizor almış, ilkin ödəniş olaraq 202 (iki yüz iki) manar ödəniş etmiş, nəticədə 2580 (iki min beş yüz səksən) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 08 iyul 2017-ci il tarixli S18K4550992 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 100 (bir yüz) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş alqı-satqı qiyməti ümumi 2782 (iki min yeddi yüz səksən iki) manat olan 1 ədəd “Grundig” markalı toster, 1 ədəd “Beko” markalı soyuducu və 1 ədəd “LG” markalı televizor üçün ümumilikdə 1090 (bir min doxsan) manat ödənilməmiş hissə, 326 (üç yüz iyirmi altı) manat faiz borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh İddiaçı xeyrinə S18K4550992 saylı müqavilə üzrə 1090 (bir min doxsan) manat əsas borc, 326 (üç yüz iyirmi altı) manat faiz borcu, 35 (otuz beş) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 1451 (bir min dörd yüz əlli bir) manat tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək səhhətində olan probləmlərlə bağlı olaraq məhkəmə iclasında iştirak etməyi mümkün olmayacaqdır. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsasldır və təmin edilməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli № S18K45500992 saylı, Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) qiyməti 2782 manat olan 1 ədəd “Grundig” markalı toster, 1 ədəd “Beko” markalı soyuducu və 1 ədəd “LG” markalı televizoru Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı soyuducunun qiymətini 12 ay müddətinə ayda 215 manat olmaqla ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Maliyyə Arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli S18K4550992 nömrəli alqı-satqı müqaviləsinə əsasən 1090 (bir min doxsan) manat əsas, 326 (üç yüz iyirmi altı) manat faiz borcu olmaqla, cəmi 1416 (bir min dörd yüz on altı) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1090 (bir min doxsan) manat əsas borc, 326 (üç yüz iyirmi altı) manat faiz borcu, 35 (otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 1451 (bir min dörd yüz əlli bir) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1090 (bir min doxsan) manat əsas borc, 326 (üç yüz iyirmi altı) manat faiz borcu, 35 (otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 1451 (bir min dörd yüz əlli bir) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(060)-3659/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3659/2022
14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver