Məhkəmə qərarları › İş №e-2(060)-370/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-370/2024

12.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-370/2024 12.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Cavabdeh3 və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər 1 saylı Sumqayıt Regional Cavabdeh1ndə Notariat ofisinə, Cavabdeh3, Cavabdeh2, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri” X12 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, miras payın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər 1 saylı Sumqayıt Regional Cavabdeh1ndə Notariat ofisinə, Cavabdeh3, Cavabdeh2, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri” X12 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, miras payın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum arvadı X3 miras qalmış - ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 44 kv.m olan mənzil, ünvan 1da yerləşən ümumi sahəsi 0.14 ha olan torpaq sahəsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 78.4 kv.m olan fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi - ** GN *** dövlət nömrə nişanlı buraxılış ili 2008-ci il olan NİSSAN TİDA Minik markalı nəqliyyat vasitəsinə İddiaçı miras əmlakı faktiki qəbul etməsinin müəyyən edilməsi, 1 saylı Sumqayıt regional Cavabdeh1ndə notariat ofisinin xüsusi notariusu X5 tərəfindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 verilmiş 08 sentyabr 2022-ci il tarixli 2V-1569 reyestr nömrəli, 23 sentyabr 2022-ci il tarixli 2V-1668 reyestr nömrəli, 23 sentyabr 2022-ci il tarixli 2V-1669 reyestr nömrəli, 30 noyabr 2022-ci il tarixli 2V-2098 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, 09 sentyabr 2022-ci il tarixli 3M-676 nömrəli reyestrli, 23 sentyabr 2022-ci il tarixli, 3M-735 nömrəli reyestrli, 23 sentyabr 2022-ci il tarixli, 3M-736 nömrəli reyestrli, miras payın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi, ƏMDX DƏDKR X17 tərəfindən ünvan 3 ünvanına dair verilmiş ********* qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, miras əmlakı faktiki qəbul etməsinin müəyyən edilməsinə dair iddiası baxılması üçün məhkəmənin icraatındadır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17i 2 saylı Sumqayıt Ərazi İdarəsinin 27 noyabr 2023-cü il tarixli məktubundan məlum olur ki, ünvan 1da yerləşən 0.14 ha həyətyanı torpaq sahəsi üzərində 23 yanvar 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla ½ hissə Cavabdeh3 və ½ hissə Cavabdeh2 paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, ünvan 4 ünvanında 0.06 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi 23 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh2 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsini tələb etdiyindən, onun nəticələri əsasında qəbul edilmiş çıxarışların da ləğv edilməsi tələbi irəli sürülməlidir. Qeyd edilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddələrinə əsasən iddiaçının mərhum arvadı X3 miras qalmış ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 44 kv.m olan mənzil, ünvan 1da yerləşən ümumi sahəsi 0.14 ha olan torpaq sahəsi, - ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 78.4 kv.m olan fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi, ** GN *** dövlət nömrə nişanlı buraxılış ili 2008-ci il olan NİSSAN TİDA Minik markalı nəqliyyat vasitəsinə İddiaçı miras əmlakı faktiki qəbul etməsinin müəyyən edilməsi, 1 saylı Sumqayıt regional Cavabdeh1ndə notariat ofisinin xüsusi notariusu X5 tərəfindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 verilmiş 08 sentyabr 2022-ci il tarixli 2V-1569 reyestr nömrəli, 23 sentyabr 2022-ci il tarixli 2V-1668 reyestr nömrəli, 23 sentyabr 2022-ci il tarixli 2V-1669 reyestr nömrəli, 30 noyabr 2022-ci il tarixli 2V-2098 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, 09 sentyabr 2022-ci il tarixli 3M-676 nömrəli reyestrli, 23 sentyabr 2022-ci il tarixli, 3M-735 nömrəli reyestrli 23 sentyabr 2022-ci il tarixli, 3M-736 nömrəli reyestrli, miras payın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi, ƏMDX DƏDKR X17 tərəfindən ünvan 3 ünvanına dair verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi, ünvan 1da yerləşən 0.14 ha həyətyanı torpaq sahəsinə dair verilmiş 23 yanvar 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və ünvan 6 ünvanında 0.06 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair verilmiş 23 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1976-cı ildə anadan olub, ünvan 7 ünvanda passport qeydiyyatındadır, ünvan 3 ünvanda yaşayır. O, 26 mart 1999cu ildə X7 ilə rəsmi nikaha daxil olub. Cavabdeh3 Şəlalə Quliyevanın bacısı, Cavabdeh2 Ş.Quliyevanın bacısı qızıdır. X7 02 iyun 2016-cı ildə vəsiyyətnamə tərtib edib. Vəsiyyətnamədə göstərib ki, ölən günədək ona məxsus olan bütün əmlakını onun harada və nədən ibarət olmasından asılı olmayaraq bacısı Cavabdeh3 və bacısı qızı Cavabdeh2 hər birinə bərabər hissələrlə vəsiyyət edir. Qalan vərəsələri vərəsəlik hüququndan məhrum edir. X7 02 mart 2022-ci ildə vəfat edib. Şəlalə Quliyevanın adına aşağıdakı əmlaklar olub: ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 44 kv.m olan mənzil, ünvan 1da yerləşən ümumi sahəsi 0.14 ha olan torpaq sahəsi, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 78.4 kv.m olan fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi, ** GN *** dövlət nömrə nişanlı buraxılış ili 2008-ci il olan NİSSAN TİDA Minik markalı nəqliyyat vasitəsi. Şəlalə Quliyeva vəfat etməmişdən əvvəl iddiaçı ilə birlikdə ünvan 3 ünvanda yaşayıb. O, eyni zamanda nəqliyyat vasitəsini idarə etmək üçün ona etibarnamə verib. Şəlalə Quliyeva vəfat etdikdən sonra da o, həmin ünvanda yaşamağa davam edib. İddiaçı 2023-cü ildə həyat yoldaşının mülkiyyətində olan miras əmlakı əldə etmək üçün notariat ofisinə müraciət edib. 1 saylı Sumqayıt Regional Cavabdeh1ndə notariat ofisi 08 avqust 2023-cü il tarixli 1878 №-li cavabla onun müraciətini təmin etməkdən imtina edib. Cavabda qeyd edilib ki, “mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən hazırda Sizə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Odur ki, mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün Məhkəməyə müraciət etməyiniz tövsiyə olunur”. O, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edib. Burada məlum olub ki, mərhum arvadına məxsus olan miras əmlak onun xəbəri və razılığı olmadan mərhumun bacısı Cavabdeh3 və mərhumun bacısı qızı Cavabdeh2 adına rəsmiləşdirilib və onlara vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib. Ona görə də iddiaçı həmin şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edir. Onu da bildirir ki, həyat yoldaşı vəfat etməzdən əvvəl o, ünvan 3 ünvanda yaşayıb və hazırda da həmin mənzildə yaşayır, mənzildən istifadəyə dair kommunal ödənişləri o, ödəyir. Bundan əlavə, nəqliyyat vasitəsini əvvəllər idarə edib, hazırda Ş.Quliyeva vəfat etdiyinə görə etibarnamə ləğv edilmiş sayılır, buna görə nəqliyyat vasitəsini idarə edə bilmir. O, mənzili və nəqliyyat vasitəsini faktiki olaraq qəbul edib. İddiaçı miras qoyan şəxsin – Şəlalə Quliyevanın yeganə 1-ci növbə vərəsəsidir, ondan başqa 1-ci növbə vərəsə yoxdur. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 1 saylı Sumqayıt Regional Cavabdeh1ndə notariat ofisinə müraciət edib. O müraciətində ondan və Cavabdeh2 başqa vərəsənin olmadığını qeyd edib. Notariat ofisi tərəfindən aşağıdakı tarixlərdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib: - 08 sentyabr 2022-ci il tarixli (Xaçmaz şəhəri, M. F. Axundov küçəsi, ev 48 (X13 şəhəri, M.F. Axundov küçəsi ev 77) ünvanında yerləşən fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə münasibətdə); - 23 sentyabr 2022-ci il tarixli (2008-ci il buraxılışlı NİSSAN TİİDA minik markalı ** GN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə münasibətdə); - 23 sentyabr 2022-ci il tarixli (ünvan 3 ünvanında yerləşən mənzilə münasibətdə); - 30 noyabr 2022-ci il tarixli (ünvan 1da yerləşən torpaq sahəsinə münasibətdə). Cavabdeh2 NİSSAN TİİDA minik markalı ** GN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi, ünvan 3 ünvanında yerləşən mənzil və ünvan 11əhəri, M. F. Axundov küçəsi ev 77) ünvanında yerləşən fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi olan miras payını digər Cavabdeh3 bağışlayıb. Göründüyü kimi, hər iki cavabdeh notariat ofisində iddiaçının 1-ci növbə vərəsə kimi mövcudluğunu gizlədib. Notariat işindən görünür ki, vətəndaşlıq vəziyyəti aktları AQİS-dən çıxarışında mərhum Şəlalə Quliyeva evli kimi görünsə də, o nədənsə vərəsəlik işi barədə məlumatlandırılmayıb. Notariat ofisi ona çatası payı açıq saxlamayıb və ona miras payını qəbul etməsi barədə məktub göndərməyib. İddia ərizəsinə əlavə edilmiş qəbzlərdən və Aktdan görünür ki, o, miras əmlak olan mənzilə dair kommunal xidmətləri ödəyib və hazırda orada yaşayır. Eyni zamanda nəqliyyat vasitəsi də onun faktiki istifadəsi və sahibliyindədir. Bununla da o, miras əmlakı faktiki qəbul edib. Buna görə də onun miras əmlakı faktiki qəbul etmək faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. O, mərhum şəxsin birinci növbə vərəsəsidir. Mərhum Ş.Quliyevanın vəsiyyətnamədə digər vərəsələri vərəsəlik hüququndan məhrum etməsi şərti ona aid deyil. Çünki iddiaçı vəsiyyətnamənin məzmunundan asılı olmayaraq miras əmlakda məcburi pay hüququ var və onun bu hüququ yalnız miras qoyan şəxsin sağlığında məhkəməyə müraciət edilməklə xitam verilə bilərdi. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edildiyi halda onun əsasında verilən çıxarış da ləğv edilməlidir. İddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, Cavabdeh3 ünvan 3 ünvanına çıxarış alıb. Odur ki, həmin çıxarış da ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mərhum arvadı ilə 1998-ci ildən birlikdə yaşamışdırlar, 1999-cu ildə rəsmi nikaha daxil olmuşdurlar. Yoldaşı rəhmətə getməmişdən əvvəl də Sumqayıt şəhəri, 36-cı məhəllədə olan mənzildə birlikdə yaşayırdılar. Yoldaşı rəhmətə gedən gün və ondan sonra hal-hazıradək həmin mənzildə yaşayır. Əslində o yalnız hazırda yaşadığı ev və istifadəsində olan maşının ona verilməsini istəyir. Cavabdehlə Xaçmaz şəhərində olan əmlakların onlara, Sumqayıt şəhərində olan əmlakların isə ona qalması barədə razılaşmışdılar. Atası dünyasını dəyişdikdən sonra başı yas məclislərinə qarışdığı üçün bu məsələlərlə maraqlana bilməmiş və vaxtında notariusa müraciət etməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı mərhum Şəlalə Quliyeva ilə rəsmi nikahda olub. Şəlalə Quliyeva 2022-ci ildə rəhmətə gedib, Mərhumun adına müəyyən əmlaklar olub. Həmin əmlaklardan biri də Sumqayıt şəhəri, 36-cı məhəllədə olan evdir. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı hazırda məhz həmin evdə yaşayır. Miras əmlakların ikisi faktiki olaraq iddiaçının istifadəsində olub. Bundan başqa Şəlalə Quliyeva sağlığında maşınına dair iddiaçıya etibarnamə verib. X15 vəfat etdikdən sonra etibarnamənin müddəti bitdiyinə görə iddiaçı nəqliyyat vasitəsini idarə edə bilməyib. Miras əmlak məsələsi ilə əlaqədar iddiaçı notariusa müraciət edib, müddət ötürüldüyünə görə notarius tərəfindən imtina edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı mərhum Şəlalə Quliyevanın birinci dərəcəli vərəsəsidir, ondan başqa birinci növbə vərəsə yoxdur. Əlavə olaraq qeyd edir ki, notariat işində Şəlalə Quliyeva ailəli olduğu qeyd olunub, bu səbəbdən də yoldaşı çağırılmalı idi. Cavabdehlər isə notariusda yalnız iki vərəsə olduğunu bildiriblər. İddiaçının varlığı gizlədilib, bu səbəbdən də hesab edir ki, verilmiş şəhadətnamələr etibarsız hesab olunmalıdır. Əlavə olaraq onu da məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının atası arvadının ölümündən 3 ay sonra rəhmətə gedib. İddiaçının başı yas mərasiminə qarışdığı üçün vaxtında notariusa müraciət edə bilməyib. Bundan əlavə onu da bildirir ki, cavabdehin iddiaçının mirasın qəbulu müddətini ötürməsi barədə dedikləri həqiqətə uyğun deyil. Belə ki, onlar tərəfindən məhkəməyə mərhumun rəhmətə getdiyi vaxtdan sonrakı aylara aid mənzilə dair kommunal ödənişlərlə bağlı qəbzlər də məhkəməyə təqdim edilmişdir. Eyni zamanda hazırda Konstitusiya Məhkəməsinin qərarına əsasən notariat orqanına müraciət etmək üçün müəyyən edilmiş müddətlərlə bağlı müddəalar da ləğv olunub. Həmin qərar da tamamilə onların xeyrinədir. Bu səbəbdən onların iddiası tam əsaslıdır. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Bacısı 1997-ci ildə Zahirlə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdu. 1999-2000-ci illərdə iddiaçı 6-7 il müddətinə azadlıqdan məhrum edildi. Bacısı boşanmaq istədi, Zahir həbsxanada olanda başqa biri ilə faktiki nikaha daxil oldu. Zahir 2007-ci ildə həbsdən çıxdı, lakin 2010-cu ildə yenidən cinayət törətdi və 6 il müddətinə azadlıqdan məhrum edildi. İddiaçı həbsdən gələndən sonra başqa qadınla yaşayırdı, bacısı ilə yaşamırdı. Bacısının 2020-ci ildə faktiki nikahda olduğu yoldaşı rəhmətə getdi, daha sonra bacısı xərçəng xəstəliyinə tutuldu. Bildirir ki, iddiaçı heç bir yerdə işləməyib, qazanc gətirməyib. Bacısı xəstəliyə yoluxduqdan sonra sürücü axtarırdı, həmin vaxtlar Zahirin də işə ehtiyacı var idi. Bacısı ona gördüyü işin haqqını ödəyirdi, aralarında ailə münasibəti yox idi. Zahir sürücü olduğu üçün evə gedib gəlirdi, amma gün sonunda öz faktiki ailəsinin yanına gedirdi. 2016-cı ildə bacısı vəsiyyətnamə yazıb, onların isə bundan xəbəri olmayıb. Bacısı bu barədə rəhmətə getməzdən əvvəl ona bildirmişdi. Xanımnisə bacısının yanında olub qulluq etdiyi üçün onu çox istəyirdi. Bacısını o, özü dəfn etmişdir, iddiaçı heç birində iştirak etməyib. 6 ay sonra iddiaçı qalmağa yerinin olmadığını deyib maşının açarını istəmişdir. Onun da iddiaçıya yazığı gəldiyi üçün maşının açarını ona vermişdir. Daha sonra maşını ondan almaq istəyəndə iddiaçının qəza elədiyini və maşının əzildiyini öyrənmişdir. Hər zaman bacısının yanında onlar olmuşdurlar. Bacısının faktiki yoldaşı rəhmətə getdikdən 2 il sonra iddiaçı peyda olub bu məsələləri ortaya çıxartmışdır. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Miras əmlakı qəbul etmək üçün qanunvericilikdə 6 ay müddət nəzərdə tutulub. İddiaçı həmin müddəti ötürmüşdür. İddiaçının barəsində cinayət işi var, məlum olan sonuncu yaşayış yerində yaşamadığı üçün axtarışa verilib. İddiaçı əgər 36-cı məhəllədə yaşasaydı, barəsində axtarış elan edilməzdi. Bundan başqa iddiaçı miras əmlaklardan istifadə etməyib. Maşın və mənzil isə ona 6 aylıq müddət bitdikdən sonra verilib. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər 1 saylı Sumqayıt Regional Cavabdeh1ndə Notariat ofisinin, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri X17i 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndələri və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, cavabdeh 1 saylı Sumqayıt Regional Cavabdeh1ndə notariat ofisi məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər şəxslər isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlər 1 saylı Sumqayıt Regional Cavabdeh1ndə Notariat ofisinin, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri X17i 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndələrinin və Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan 1 saylı Sumqayıt Regional Cavabdeh1ndə Notariat ofisinin İddiaçı ünvanladığı 1878 saylı xx.xx.2023-cü il tarixli məkubundan görünür ki, mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən hal-hazırda vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Azərbayacan Respublasmm Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 (üç) ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 (altı) ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Odur ki, mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İşdə olan ƏN-V 462502 nöməli etibarnamənin surətindən görünür ki, X7 tərəfindən ** GN *** dövlət nömrə nişanlı buraxılış ili 2008-ci il olan NİSSAN TİDA Minik markalı nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2028-ci il tarixədək İddiaçı etibarnamə verilmişdir. İş materiallarına əlavə edilmiş AD 977711 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** GN *** dövlət nömrə, NİSSAN TİDA Minik markalı nəqliyyat vasitəsi X4 adına qeydiyyatdadır. İşdə olan qonşuların iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı bu günə kimi ünvan 15 ünvanında qeydiyyatsız yaşayır. İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 15 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. İşdə olan AZ-İİ 332632 nömrəli tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 xx.xx.2022-ci ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydində 160 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-T 041906 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı ilə X7 26 mart 1999-cu il tarixdə Xaçmaz Rayonu, Hülövlü İcra Nümayəndəliyində nikaha girərək ailə qurmuşlar və bu nikah 03 saylı akt qeydilə rəsmiləşdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X4 vərəsələri Cavabdeh3 və Cavabdeh2dır. Şəhadətnamə verilən miras əmlak ** GN *** dövlət nömrə nişanlı buraxılış ili 2008-ci il olan NİSSAN TİDA Minik markalı nəqliyyat vasitəsindən ibarətdir. İşdə olan xx.xx.2022-ci il tarixli miras payın bağışlanması haqqında müqavilədən görünür ki, Cavabdeh2 1 saylı Sumqayıt Regional Cavabdeh1ndə Notariat ofisinin xüsusi notariusu Ə.M.Əmirəliyev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-1668 N- reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən miras payı Cavabdeh3 bağışlamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X4 vərəsələri Cavabdeh3 və Cavabdeh2dır. Şəhadətnamə verilən miras ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X6 verilmiş **********69-05101-093044 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 15 ünvanında yerləşən ümumi sahəsi 44kv/m olan mənzildən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 15 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İşdə olan xx.xx.2022-ci il tarixli miras payın bağışlanması haqqında müqavilədən görünür ki, Cavabdeh2 1 saylı Sumqayıt Regional Cavabdeh1ndə Notariat ofisinin xüsusi notariusu Ə.M.Əmirəliyev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-1969 N- reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən miras payı Cavabdeh3 bağışlamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X4 vərəsələri Cavabdeh3 və Cavabdeh2dır. Şəhadətnamə verilən miras ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X6 verilmiş **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1da yerləşən torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********C032006 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1da yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X4 vərəsələri Cavabdeh3 və Cavabdeh2dır. Şəhadətnamə verilən miras ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X6 verilmiş **********76-10302 reyestr nömrəli, ********** qeydiyyat nömrıli dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhəri, M. F. Axundov küçəsi, ev 48 (X13 şəhəri, M.F. Axundov küçəsi ev 77) ünvanında yerləşən ümumi sahəsi 78.4 kv/m olan fərdi yaşayış evindən və 0.06 ha torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********PN32006 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Xaçmaz şəhəri, M. F. Axundov küçəsi, ev 48 (X13 şəhəri, M.F. Axundov küçəsi ev 77 ünvanında yerləşən ümumi sahəsi 78.4 kv/m olan fərdi yaşayış evindən və 0.06 ha torpaq sahəsin ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, **********604 nömrəli ərizədən görünür ki, Cavabdeh3 X4 mülkiyyətində olan Xaçmaz şəhəri, M. F. Axundov küçəsi, ev 48 (X13 şəhəri, M.F. Axundov küçəsi ev 77 ünvanında yerləşən fərdi yaşayış evin və 0.06 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Notariat ofisinə müraciət etmişdir. İşdə olan RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Xaçmaz şəhəri, M. F. Axundov küçəsi, ev 48 (X13 şəhəri, M.F. Axundov küçəsi ev 77) ünvanında yerləşən fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. İşdə olan 02 iyun 2016-cı il tarixli vəsiyyətnamədən görünür k, X7 ölən günədək ona məxsus olan bütün əmlakını onun harada və nədən ibarət olmasından asılı olmayaraq bacısı Cavabdeh3 və bacısı qızı Cavabdeh2 hər birinə bərabər hissələrlə vəsiyyət edir. Qalan vərəsələri vərəsəlik hüququndan məhrum edir. İşdə olan xx.xx.2022-ci il tarixli, **********705 və **********704 nömrəli ərizələrdən görünür ki, Cavabdeh3 X3 miras qalmış əmlakdan ona çatası hissəyə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Notariat ofisinə müraciət etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli miras payın bağışlanması haqqında müqavilədən görünür ki, Cavabdeh2 1 saylı Sumqayıt Regional Cavabdeh1ndə Notariat ofisinin xüsusi notariusu Ə.M.Əmirəliyev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-1569 N- reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən miras payı Cavabdeh3 bağışlamışdır. İşdə olan “Şəxsin şübhəli şəxs qismində tanıması, axtarış elan edilərək tutulması və cinayət işi üzrə icraatın dayandırılması” haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, həmin qərar ilə Qərarın təsviri hissəsində göstərilənlərə əsasən xx.xx.1976-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 16 ünvanında qeydiyyatda olan İddiaçı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan ona axtarış elan edilmiş, şübhəli şəxs kimi tutulub Sumqayıt ŞPİ-nin X11 təhvil verilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt ŞPİ-nin istintaq Şöbəsi tərəfindən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Resperblikası CM-nin 128-ci maddəsinə əsasən axtarış elan edilərək barəsində xx.xx.2023-cü il tarixli 734308 nömrəli axtarış işi açılmış, xx.xx.1976-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 16 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.2023-ci il tarixdə saat 12:10 radələrində Sumqayıt şəhəri 36-cı məhəllə ərazisində yaşadığı evin qarşısında saxlanılaraq aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə göndərilmiş və Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17i 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, respublika ərazisində mövcud olan arxiv materiallarına əsasən Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11 ünvanında yerləşən 48 saylı mənzil üzərində 1 saylı Sumqayıt regional “ASAN xidmət” notariat kontorunun 23 sentyabr 2022-ci il tarixli, 2V-1669 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və 23 sentyabr 2022-ci il tarixli 3M-716 miras payın bağışlanması müqaviləsinə əsasən 26 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh3 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əmlak üzərində qadağa qeydiyyata alınmışdır. ünvan 1da yerləşən 0.14 ha həyətyanı torpaq sahəsi üzərində 1 saylı Sumqayıt regional “ASAN xidmət” notariat kontorunun 30 noyabr 2022-ci il tarixli, 2V-2098 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 23 yanvar 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə 1/2 hissə Cavabdeh3 və 1/2 hissə X2 paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Xaçmaz şəhəri, X16 küçəsi 48 (Yeni qaydalarla X16 küçəsi 77) ünvanında 0.06 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi 1 saylı Sumqayıt regional “ASAN xidmət” notariat kontorunun 08 sentyabr 2022-ci il tarixli, 2V1569 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X4 vərəsələri Cavabdeh3 və Cavabdeh2 təyin olunmuş, Cavabdeh3 özünə düşən miras payını 09 sentyabr 2022-ci il tarixli 3M-676 miras payın bağışlanması müqaviləsinə əsasən 23 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh2 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəlı gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı X7 ilə 26 mart 1999-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Ş.Quliyeva 02 mart 2022-ci ildə vəfat etmişdir. 02 iyun 2016cı il tarixli vəsiyyətnamə ilə Şəlalə Quliyeva ona məxsus olan bütün əmlakını onun harada və nədən ibarət olmasından asılı olmayaraq bacısı Cavabdeh3 və bacısı qızı Cavabdeh2 hər birinə bərabər hissələrlə vəsiyyət etmişdir. Mərhum Ş.Quliyevadan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 44 kv.m olan mənzil, ünvan 1da yerləşən ümumi sahəsi 0.14 ha olan torpaq sahəsi, ünvan 18 ünvanında yerləşən ümumi sahəsi 78.4 kv.m olan fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi, ** GN *** dövlət nömrə nişanlı, buraxılış ili 2008-ci il olan NİSSAN TİDA Minik markalı nəqliyyat vasitəsindən ibarət miras əmlak qalmışdır. Həmin əmlaklara dair cavabdehlər Cavabdeh3, Cavabdeh2 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, nəticədə ünvan 1da yerləşən 0.14 ha həyətyanı torpaq sahəsi üzərində ½ hissə Cavabdeh3 və ½ hissə Cavabdeh2 paylı mülkiyyət hüququ, ünvan 4 ünvanında 0.06 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh2, Sumqayıt şəhəri, 36-cı məhəllə, bina 5/11, 48 saylı mənzil üzərində isə Cavabdeh3 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı sözügedən miras əmlakların onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, eyni zamanda cavabdehlərin adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələri, miras payın bağışlanma müqavilələrini və çıxarışları mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin mərhum arvadı X3 miras qalmış əmlakı faktiki qəbul etməsi hissəsində iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Q şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Vərəsəlik haqqında mülki qanunvericiliyin müddəalarına görə miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanılması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aid etmək olar. Nəzərə alınmalıdır ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə hesab edir ki, miras qoyanın miras əmlakına daxil olan əmlaklardan ** GN *** dövlət nömrə nişanlı, buraxılış ili 2008-ci il olan NİSSAN TİDA Minik markalı nəqliyyat vasitəsinin həm miras qoyan ölməzdən əvvəl, həm də öldükdən sonra İddiaçı istifadəsində olması və İddiaçı hal-hazıradək faktiki olaraq mirasa daxil olan digər əmlak - Sumqayıt şəhəri, 36-cı məhəllə, bina 5/11, 48 saylı mənzildə yaşaması işin mübahisələndirilməyən hallarıdır. Belə ki, cavabdeh tərəf mübahisəli maşının iddiaçının istifadəsində olmasını və iddiaçının hal-hazırda sözügedən mənzildə yaşamasını mübahisələndirməmiş, yalnız İddiaçı mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş 6 aylıq müddəti ötürdükdən sonra orada yaşamağa başladığını bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273- 1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarın 3-cü bəndinə əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Göründüyü kimi, Mülki Məcəllənin həm mirasın qəbul edilməsi müddətini tənzimləyən 1246-cı maddəsi, həm də miras sözügedən müddətlər daxilində qəbul edilmədikdə mirasdan imtina barədə qaydaların tətbiq edilməli olması barədə 1273-1-ci maddəsi Konstitusiya Məhkəməsinin müvafiq qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin iddiaçı tərəfindən mirasın qəbulu üçün müəyyənləşdirilmiş 6 aylıq müddəti ötürməsi barədə etirazının dəlilləri əsassızdır. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə sözügedən maddəyə istinad edərək hesab edir ki, miras əmlaka daxil olan əmlakların bir hissəsi (maşın və Sumqayıt şəhərində yerləşən mənzil) miras açıldığı gündən iddiaçının istifadəsində olduğundan İddiaçı X1 miras qalmış digər əmlakları da nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq faktiki olaraq tamamilə qəbul etmiş sayılır. Cavabdeh tərəf isə bunun əksinə dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının arvadı X3 miras qalmış əmlakın iddiaçı tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi 1 saylı Sumqayıt regional Cavabdeh1ndə notariat ofisinin xüsusi notariusu X5 tərəfindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 verilmiş 08 sentyabr 2022-ci il tarixli 2V-1569 reyestr nömrəli, 23 sentyabr 2022-ci il tarixli 2V-1668 reyestr nömrəli, 23 sentyabr 2022-ci il tarixli 2V-1669 reyestr nömrəli, 30 noyabr 2022-ci il tarixli 2V-2098 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və 09 sentyabr 2022-ci il tarixli 3M-676 nömrəli , 23 sentyabr 2022-ci il tarixli, 3M-715 nömrəli, 23 sentyabr 2022-ci il tarixli, 3M-716 nömrəli miras payın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi hissəsində də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq, bu hüququn həyata keçirilməsinə təminat verir. Bununla belə, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Göründüyü kimi, qanunverici qanun üzrə vərəsəliyin subsidiarlığı prinsipini qəbul edərək vəsiyyətnamə üzrə vərəsəliyin qanun üzrə vərəsəlikdən üstün qüvvəyə malik olduğunu müəyyən etmişdir. Bununla belə, qanun üzrə vərəsəliklə vəsiyyət üzrə vərəsəlik bir-birini tamamlaya da bilər. Məhkəmə xüsusilə vurğulayır ki, qanunverici tərəfindən vərəsəliyin qanun və vəsiyyət üzrə vərəsəlik formasında təsnif edilməsi məhz vərəsəlik institutu üçün səciyyəvi olan fərdilik və ailə-təminat prinsiplərindən irəli gəlir. Fərdilik prinsipi mülkiyyətçinin mənafeyini üstün tutur və vərəsəliyin tam olaraq miras qoyanın iradəsindən asılı olduğunu nəzərdə tutur. Bu prinsip fərdin yaşadığı dövrdə, eləcə də ölümündən sonra mülkiyyətinin (əmlak nemətlərinin) aqibətini müəyyən etmək səlahiyyətinə malik olmasını ehtiva edir. Beləliklə, mülkiyyət hüququnun əsas şərtləri təmin olunmuş olur. Vərəsəlik hüququnda ailə- təminatı prinsipi vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Bu prinsipə əsasən yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə, miras qoyanın iradəsindən asılı olmayaraq mirasdan məcburi pay ayrılır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il tarixli qərarı). Mirasda məcburi pay – sosial-iqtisadi və əxlaqi yükü (əhəmiyyəti) olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Vəsiyyət azadlığını məhdudlaşdıran hal kimi çıxış edən mirasda məcburi pay hüququ ailə maraqlarının qorunmasına xidmət edir. Bu hüquq məcburi pay almağa səlahiyyəti olan şəxsin mirasda minimal iştirakını təmin edir. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Göründüyü kimi, qanunverici məcburi pay almaq hüququ olan şəxslərin dairəsini məhdud şəkildə müəyyən edərək buraya vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) daxil olduğunu göstərmişdir. “Notariat haqqında” qanunun müddəalarına görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür (55-ci maddə). Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər (59-cu maddə). Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır (60-cı maddə). Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi mübahisəli şəhadətnamələri verən notarius qanunvericiliyin sözügedən tələblərinə əməl etməmiş, miras qoyanın cavabdehlərdən başqa digər vərəsələrinin olub-olmadığını müəyyən etməmiş, iddiaçının mirasda məcburi payını nəzərə almadan cavabdehlərə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr vermişdir. Əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələr) Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.1, 337.3, 337.4). Əqdlərin etibarsızlığı haqqında mülki qanunvericiliyi analoji qaydada hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, iddia tələbi 1 saylı Sumqayıt regional Cavabdeh1ndə notariat ofisinin xüsusi notariusu X5 tərəfindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 verilmiş 08 sentyabr 2022-ci il tarixli 2V-1569 reyestr nömrəli, 23 sentyabr 2022-ci il tarixli 2V-1668 reyestr nömrəli, 23 sentyabr 2022-ci il tarixli 2V-1669 reyestr nömrəli, 30 noyabr 2022-ci il tarixli 2V-2098 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi hissələrində əsaslıdır və təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, sözügedən şəhadətnamələrin etibarsız hesab edilməsi 09 sentyabr 2022-ci il tarixli 3M-676 nömrəli, 23 sentyabr 2022-ci il tarixli, 3M-715 nömrəli, 23 sentyabr 2022-ci il tarixli, 3M-716 nömrəli miras payın bağışlanması müqavilələrinin də etibarsızlığına səbəb olur. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsində 23 sentyabr 2022-ci il tarixli, 3M-715 və 3M-716 nömrəli miras payın bağışlanması müqavilələrinin reyestrdə qeydə alınma nömrələri səhvən 3M-735 və 3M-736 kimi qeyd edilmişdir. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə hesab edir ki, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və miras payın bağışlanması müqavilələri etibarsız hesab edildiyindən iddia tələbi ünvan 3 ünvanına dair verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarış, ünvan 1da yerləşən 0.14 ha həyətyanı torpaq sahəsinə dair verilmiş 23 yanvar 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və ünvan 4 ünvanında 0.06 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair verilmiş 23 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi hissəsində də əsaslıdır və təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat da cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. X1 miras qalmış ünvan 3, ünvan 1da yerləşən 0.14 ha həyətyanı torpaq sahəsi, ünvan 4 ünvanında 0.06 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi və ** GN *** dövlət nömrə nişanlı, buraxılış ili 2008-ci il olan NİSSAN TİDA Minik markalı nəqliyyat vasitəsindən ibarət miras əmlakın İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi müəyyən edilsin. 1 saylı Sumqayıt regional Cavabdeh1ndə notariat ofisinin xüsusi notariusu X5 tərəfindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 verilmiş 08 sentyabr 2022-ci il tarixli 2V-1569 reyestr nömrəli, 23 sentyabr 2022-ci il tarixli 2V-1668 reyestr nömrəli, 23 sentyabr 2022-ci il tarixli 2V-1669 reyestr nömrəli, 30 noyabr 2022-ci il tarixli 2V-2098 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və 09 sentyabr 2022-ci il tarixli 3M-676 nömrəli, 23 sentyabr 2022-ci il tarixli, 3M-715 nömrəli, 23 sentyabr 2022-ci il tarixli, 3M-716 nömrəli miras payın bağışlanması müqavilələri etibarsız hesab edilsin. ünvan 3 ünvanına dair verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli, ünvan 1da yerləşən 0.14 ha həyətyanı torpaq sahəsinə dair verilmiş 23 yanvar 2023-cü il tarixli ********** qeydiyyat nömrəli və ünvan 4 ünvanında 0.06 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair verilmiş 23 sentyabr 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar