Məhkəmə qərarları › İş №e-2(060)-3761/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3761/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3761/2024 28.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********18127 SAMSUNG GALAXY A80 markalı telefon, soyuducu samsung almış və nəticədə 1834 (bir min səkkiz yüz otuz dörd) manat borc yaranmışdır.

2. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1365 (bir min üç yüz altmışbeş) manat (12 ay x 108 manat + 69 manat ilkin ödəniş) olan İmei kod **********18127 SAMSUNG GALAXY A80 markalı telefon üçün ümumilikdə, 743 (yeddi yüz qırx üç) manat olmaqla ondan, 675.94 (altı yüz yetmiş beş manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 67.06 (altmış yeddi manat altı qəpik) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1404 (bir min dörd yüz dörd) manat (18 ay x 78 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU SAMSUNG üçün ümumilikdə, 1091 (bir min doxsan bir) manat olmaqla ondan, 992 (doqquz yüz doxsan iki) manat ödənilməmiş hissə, güzəşt olunaraq 99 (doxsan doqquz) manat cərimə miqdarında borc yaranmışdır.

3. Cavabdehin xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələr üzrə son ödəniş tarixi xx.xx.2021-ci il və xx.xx.2021-ci il olmaqla cəmi ödədiyi məbləğ 1101.06 manat təşkil edir.

İddiaçının tələbi:

4. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********18127 SAMSUNG GALAXY A80 markalı telefon üçün 675.94 (altı yüz yetmiş beş manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 67.06 (altmış yeddi manat altı qəpik) manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, SOYUDUCU SAMSUNG üçün, 992 (doqquz yüz doxsan iki) manat ödənilməmiş hissə, 99 (doxsan doqquz) manat dəbbə borcu ümumilikdə, 1834 manat borc, 38.34 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə dəqiqləşdirmə ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********18127 SAMSUNG GALAXY A80 markalı telefon üçün 675.94 (altı yüz yetmiş beş manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 67.06 (altmış yeddi manat altı qəpik) manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, SOYUDUCU SAMSUNG üçün, 992 (doqquz yüz doxsan iki) manat ödənilməmiş hissə, 99 (doxsan doqquz) manat dəbbə borcu ümumilikdə, 1834 manat borc, 38.34 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı: 6.Cavabdeh məhkəməyə etirazı daxil olmamışdır.

Tərəflərin izahatı:

7. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməyin mümkün olmadığına görə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. 12 iyun 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X1 izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. Cavabdeh İddiaçı MMC ilə xx.xx.2019-ci il tarixdə bağladığı müqaviləyə əsasən alqı-satqı qiyməti 1365 manat olan telefon, xx.xx.2019-ci il tarixdə bağladığı müqaviləyə əsasən alqı-satqı qiyməti 1404 manat olan soyuducu almış, lakin müqavilələrə əsasən qrafiklər üzrə ödənişləri tam etməmişdir. Hazırda cavabdehin 2 müqavilə üzrə ümumilikdə 1834 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəmir. İddia tələbini əsaslı hesab edir və təmin edilməsini xahiş etdi.

9. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir.

10. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdehnın iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.

İş materiallarına əlavə edilmiş sənədlər:

11. xx.xx.2019-cu il tarixli 00895072 saylı alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən Cavabdeh iddiaçıdan Samsung Galaxy A80 markalı telefon almışdır. Satılan malın qiyməti 1365 manat təşkil etmişdir.

12. xx.xx.2019-cu il tarixli 00895072 saylı alqı-satqı müqaviləsinə əlavə olunmuş Satılmış əşyaların təhvil verilməsi haqqında akta əsasən cavabdeh Samsung Galaxy A80 markalı telefon qüsursuz halda təhvil alınmışdır.

13. Cavabdeh xx.xx.2019-cu il tarixli 00895072 saylı alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətinə hər ay 108 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür. 14.xx.xx.2019-cu il tarixli bildirişə əsasən, xx.xx.2019-cu il tarixli 00895072 saylı müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. 15.xx.xx.2019-cu il tarixli 00968104 saylı alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən Cavabdeh iddiaçıdan Samsung markalı soyuducu almışdır. Satılan malın qiyməti 1404 manat təşkil etmişdir.

16. xx.xx.2019-cu il tarixli 00968104 saylı alqı-satqı müqaviləsinə əlavə olunmuş Satılmış əşyaların təhvil verilməsi haqqında akta əsasən cavabdeh Samsung markalı soyuducu qüsursuz halda təhvil alınmışdır. 17.Cavabdeh xx.xx.2019-cu il tarixli 00968104 saylı alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətinə hər ay 78 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür. 18.xx.xx.2019-cu il tarixli bildirişə əsasən, xx.xx.2019-cu il tarixli 00968104 saylı müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.

19. 01.05.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş məbləğ 675.94 manat, dəbbə borcu 67.06 manat olmaqla, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş məbləğ 992 manat, dəbbə borcu 99 manat olmaqla, ümumilikdə 1834 manat borcu vardır.

20. 19.02.2024-cü il tarixli xəbərdarlıq məktubuna (xx.xx.2024-cü il tarixli poçt qəbzinə) əsasən, Cavabdeh xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacaqdır.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələbetmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatlarını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. 17.Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd edilənlər məhkəmə araşdırması zamanı iddiaçı və cavabdehin məhkəmə iclaslarında verdikləri izahlarla da öz təsdiqini tapır.

18. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4) 19.Məhkəmə həmçinin iddia tələbinin cərimənin (dəbbə pulu) ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. İşin hallarını nəzərə alınmaqla, məhkəmə cəriməni azaldaraq iddia ərizəsində göstərilən cərimənin 67.06 manat məbləğində deyil, 10 manat məbləğində, 99 manat məbləğində deyil, 20 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. (MM m.467)

20. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 675,94 manat, dəbbə borcu 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 992 manat, dəbbə borcu 20 manat olmaqla, ümumilikdə 1697,94 manat pul məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38,34 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia tələbi qismən təmin edilsin.

2. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 675,94 manat, dəbbə borcu 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 992 manat, dəbbə borcu 20 manat olmaqla, ümumilikdə 1697,94 (bir min altı yüz doxsan yeddi manat doxsan dörd qəpik) manat pul məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin.

3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38,34 (otuz səkkiz manat otuz dörd qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin.

4. İddia qalan hissədə təmin edilməsin.

5. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar