Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3778/2023 14.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə xx.xx.2021-ci il tarixli müqaviləsinin ləğv edilməsi, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG LED tvüçün 644.24 (altı yüz qırx dörd manat iyirmi dörd qəpik) manat ödənilməmiş hissə, 64.76 (altmış dörd manat yetmiş altı qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, paltaryuyan LG üçün 655.24 (altı yüz əlli beş manat iyirmi dörd qəpik) manat ödənilməmiş hissə, 65.76 (altmış beş manat yetmiş altı qəpik) manat cərimə, ümumilikdə, 1430 manat borc və 34.30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2020-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED tv, paltaryuyan LG almışdır. Cavabdehin xx.xx.2019-cu il, xx.xx.2020-cu il, tarixli müqaviləsinə xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, restrukturizasiya edilmişdir. Cavabdeh, "xxxx" MMC il xx.xx.2019-cu il, xx.xx.2020-cu -cu il tarixli müqaviləsinə 01 saylı əlavə olan xx.xx.2021- ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə 1430 (bir min dörd yüz otuz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1223.04 (bir min iki yüz iyirmi üç manat dörd qəpik) manat (23 ay x 50.96 manat + 50.96 manat ilkin ödəniş) SAMSUNG LED tv üçün ümumilikdə, 709 (yeddi yüz doqquz) manat olmaqla ondan, 644.24 (altı yüz qırx dörd manat iyirmi dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 64.76 (altmış dörd manat yetmiş altı qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1129.14 (bir min yüz iyirmi doqquz manat on dörd qəpik) manat (33 ay x 33.21 manat + 33.21 manat ilkin ödəniş) paltaryuyan LG üçün ümumilikdə, 721 (yeddi yüz iyirmi bir) manat olmaqla ondan, 655.24 (altı yüz əlli beş manat iyirmi dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 65.76 (altmış beş manat yetmiş altı qəpik) manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1052.7 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019cu il, xx.xx.2020-cu il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, № 20276511 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1129,14 manat olan LG markalı paltaryuyan almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, №00937578 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1223,04 manat olan Samsung markalı LED TV almışdır. İş materiallarında olan əşyaların təhvil-təslim aktından görünür ki Samsung LED tv, paltaryuyan LG Cavabdeh təhvil verilmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə xx.xx.2021-ci il tarixli 1 saylı əlavə üzrə 23 ay müddətinə, ilkin ödəniş 50,96 manat, aylıq ödəniş 50,96 manat olmaqla, Samsung LED TV almış və 578,8 manat ödəniş etmiş, xx.xx.2020-ci il tarixli müqavilə xx.xx.2021-ci il tarixli 1 saylı əlavə üzrə 33 ay müddətinə, ilkin ödəniş 33,21 manat, aylıq ödəniş 33,21 manat olmaqla, LG markalı Paltaryuyan almış və 473,9 manat ödəniş etmişdir. İşdə olan "xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən aldığı malın 1223,04 manat olan ümumi dəyərindən 578,8 manat ödəniş etmiş və nəticədə 709 manat borc və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən aldığı malın 1129,14 manat olan ümumi dəyərindən 473,9 manat ödəniş etmiş və nəticədə 721 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı "xxxx" MMC ilə Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə xx.xx.2021-ci il tarixli müqaviləsi ləğv edilməsi və Cavabdeh ümumilikdə 1430 (bir min dörd yüz otuz) manat borc, 34 (otuz dörd) manat 30 (otuz) qəpik dövlət rüsumu, cəmi 1464 (bir min dörd yüz altmış dörd) manat 30 (otuz) qəpik məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə xx.xx.2021-ci il tarixli müqaviləsi ləğv edilsin. Cavabdeh ümumilikdə 1430 (bir min dörd yüz otuz) manat borc, 34 (otuz dörd) manat 30 (otuz) qəpik dövlət rüsumu, cəmi 1464 (bir min dörd yüz altmış dörd) manat 30 (otuz) qəpik məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-3778/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3778/2023
14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver