Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3828/2024 10.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cu il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********35381 SAMSUNG GALAXY A24 MARKALİ TELEFO SAMSUNG CHARGER üçün 754, 92 manat ödənilməmiş hissə, 75,08 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********42899 SAMSUNG GALAXY A33 markalı telefon, VİNİL ŞƏFFAF, SAMSUNG CHARGER üçün 725,02 manat ödənilməmiş hissə, 72,98 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İMEİKOD **********39180 SAMSUNG GALAXY A23 MARKALİ TELEFON 537,9 manat ödənilməmiş hissə, 53,1 manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********68749 XİAOMİ REDMİ 10C markalı teleforüçün 172,64 manat ödənilməmiş hissə, 17,36 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********34383 XİAOMİ REDMİ 10C markalı telefon , PİKO GLASS üçün 113,08 manat ödənilməmiş hissə, 11,92 manat cərimə olmaqla, ümumilikdə 2534 manat borc və 45.34 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-cu il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ KOD **********35381 SAMSUNG GALAXY A24 MARKALİ TELEFON, SAMSUİ CHARGER, İmei kod **********42899 SAMSUNG GALAXY A33 markalı telefon, VİNİL ŞƏFFAF, SAMSUNG CHARGER İMEH **********39180 SAMSUNG GALAXY A23 MARKALİ TELEFON , İmei kod **********68749 XİAOMİ REDMİ 10C markalı telei İmei kod **********34383 XİAOMİ REDMİ 10C markalı telefon , PİKO GLASS almış və nəticədə 2534 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 754,92 manat (18 ay x 41,94 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********35381 SAMSUNG GALAXY A24 MARKALİ TELEFON, SAMSUNG CHARGER üçün 830 manat olmaqla ondan, üçün 754,92 manat ödənilməmiş hissə, 75,08 manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 822 manat (12 ay x 68,5 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********42899 SAMSUNG GALAXY A33 markalı telefon, VİNİL ŞƏFFAF, SAMSUNG CHARGE üçün 798 manat olmaqla ondan 725,02 manat ödənilməmiş hissə, 72,98 manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 807,3 manat (18 ay x 44.85 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********39180 SAMSUNG GALAXY A23 MARKALİ TELEFON üçün 591 manat olmaqla ondan 537,9 manat ödənilməmiş hissə, 53,1 manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 414,96 manat (12 ay x 34,58 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********68749 XİAOMİ REDMİ 10C markalı telefon üçün 190 manat olmaqla ondan 172,64 manat ödənilməmiş hissə, 17,36 manat cərimə pulu xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 453,96 manat (12 ay x 37.83 manat + 0 manat ilkin ödəniş) olan , İmei kod **********34383 XİAOMİ REDMİ 10C markalı telefon , PİKO GLASS üçün 125 manat olmaqla ondan 113,08 manat ödənilməmiş hissə, 11,92 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 949,58 manat təşkil edir.xx.xx.2023-ci il, xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 754,92 manat olan İMEİ KOD **********35381 SAMSUNG GALAXY A24 MARKALİ TELEFON, SAMSUNG CHARGER almışdır. - xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ KOD **********35381 SAMSUNG GALAXY A24 MARKALİ TELEFON, SAMSUNG CHARGER Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 41,94 manat olmaqla, İMEİ KOD **********35381 SAMSUNG GALAXY A24 MARKALİ TELEFON, SAMSUNG CHARGER almış və 0 manat ödəniş etmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 822 manat olan İmei kod **********42899 SAMSUNG GALAXY A33 markalı telefon, VİNİL ŞƏFFAF, SAMSUNG CHARGE almışdır. - xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İmei kod **********42899 SAMSUNG GALAXY A33 markalı telefon, VİNİL ŞƏFFAF, SAMSUNG CHARGE Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 ay müddətinə, ilkin 0 manat ödənişlə, aylıq ödəniş 68,5 manat olmaqla, İmei kod **********42899 SAMSUNG GALAXY A33 markalı telefon, VİNİL ŞƏFFAF, SAMSUNG CHARGE almış və 96,98 manat ödəniş etmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 807,3 manat olan İMEİ KOD **********39180 SAMSUNG GALAXY A23 markalı telefon almışdır. - xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ KOD **********39180 SAMSUNG GALAXY A23 markalı telefon Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 44,85 manat olmaqla, İMEİ KOD **********39180 SAMSUNG GALAXY A23 markalı telefon almış və 269,4 manat ödəniş etmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 414,96 manat olan İMEİ KOD **********68749 XİAOMİ REDMİ 10C markalı telefon almışdır. - xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ KOD **********68749 XİAOMİ REDMİ 10C markalı telefon Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 ay müddətinə, ilkin 0 manat ödənişlə, aylıq ödəniş 34,58 manat olmaqla, İMEİ KOD **********68749 XİAOMİ REDMİ 10C markalı telefon almış və 242,32 manat ödəniş etmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 453,96 manat olan İMEİ KOD **********34383 XİAOMİ REDMİ 10C markalı telefon , PİKO GLASS almışdır. - xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ KOD **********34383 XİAOMİ REDMİ 10C markalı telefon , PİKO GLASS Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 ay müddətinə, ilkin 0 manat ödənişlə, aylıq ödəniş 37,83 manat olmaqla, İMEİ KOD **********34383 XİAOMİ REDMİ 10C MARKALİ TELEFON , PİKO GLASS almış və 340,88 manat ödəniş etmişdir. -"xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən aldığı malın 3253,14 manat olan ümumi dəyərindən 949,58 manat ödəniş etmiş və nəticədə 2303,56 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, və xx.xx.2022-ci il tarixli əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malın 3253,14 manat olan ümumi dəyərindən 949,58 manat ödəniş etmiş və nəticədə 2303,56 manat borc yaranmışdır. Ona görə də iddia tələbi əsas borcun ödənilməsinə dair hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 75,08 manat, 72,98 manat, 53,1 manat, 17,36 manat və 11,92 manat dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə hesab edir ki, cavabdehdən 75,08 manat, 72,98 manat, 53,1 manat, 17,36 manat və 11,92 manat dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Ona görə də iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1%-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 2534 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 45,34 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 1053.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh;
1. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********35381 SAMSUNG GALAXY A24 markalı telefon, SAMSUNG CHARGER üçün 754,92 manat ödənilməmiş hissə, 75,08 manat cərimə pulu;
2. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********42899 SAMSUNG GALAXY A33 markalı telefon, VİNİL ŞƏFFAF, SAMSUNG CHARGE üçün 725,02 manat ödənilməmiş hissə, 72,98 manat cərimə pulu,
3. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ KOD **********39180 SAMSUNG GALAXY A23 markalı telefon üçün 537,9 manat ödənilməmiş hissə, 53,1 manat cərimə;
4. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********68749 XİAOMİ REDMİ 10C MARKALİ TELEFON üçün 172,64 manat ödənilməmiş hissə 17,36 manat cərimə pulu;
5. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********34383 XİAOMİ REDMİ 10C MARKALİ TELEFON , PİKO GLASS üçün 113,08 manat ödənilməmiş hissə, 11,92 manat cərimə pulu; ümumilikdə 2534 (iki min beş yüz otuz dörd) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 45 (qırx beş) manat 34 (otuz dörd) qəpik alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Elmir Hüseynov