Məhkəmə qərarları › İş №e-2(060)-3863/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3863/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3863/2024 14.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin cavabdeh X1 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN SİAC kondisioner üçün 73,56 manat ödənilməmiş hissə, 7,44 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, MAŞA MOSER TİTANCURL üçün 52,2 manat ödənilməmiş hissə, 5,8 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********62748 SAMSUNG GALAXY A13 markalı telefon üçün 44,72 manat ödənilməmiş hissə, 4,28 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, ƏDYAL - TEKSTİL üçün 42 manat ödənilməmiş hissə, 4 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, SOLO SOBA HOFFMANN üçün 13 manat ödənilməmiş hissə, 1 manat cərimə olmaqla, ümumilikdə 248 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-cu il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərindəki müqavilələrinə əsasən HOFFMANN SİAC kondisioner, MAŞA MOSER TİTANCURL, İmei kod **********62748 SAMSUNG GALAXY A13 markalı telefon, SOLO SOBA HOFFMANN almış və nəticədə 248 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 856,8 manat (24 ay x 35.7 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN SİAC kondisioner üçün 81 manat olmaqla ondan 73,56 manat ödənilməmiş hissə, 7,44 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 160,2 manat (18 ay x 8,9 manat + 0 manat ilkin ödəniş) olan MAŞA MOSER TİTANCURL üçün 58 manat olmaqla ondan 52,2 manat ödənilməmiş hissə, 5,8 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 459,96 manat (12 ay x 38,33 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********62748 SAMSUNG GALAXY A13 markalı telefon üçün 49 manat olmaqla ondan 44,72 manat ödənilməmiş hissə, 4,28 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 90 manat (18 ay x 5 manat + 0 manat ilkin ödəniş) olan ƏDYAL - TEKSTİL üçün 46 manat olmaqla ondan 42 manat ödənilməmiş hissə, 4 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 602,7 manat (3 ay x 196 manat + 14,7 manat ilkin ödəniş) olan , SOLO SOBA HOFFMANN üçün 14 manat olmaqla ondan 13 manat ödənilməmiş hissə, 1 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2023-cü ildir. Cavabdehin cəmi ödədiyi məbləğ 1944,18 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022ci il, xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 856,8 manat olan HOFFMANN SİAC kondisioner almışdır. - xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, HOFFMANN SİAC kondisioner Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 35,7 manat olmaqla, HOFFMANN SİAC kondisioner almış və 783,24 manat ödəniş etmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 160,2 manat olan MAŞA MOSER TİTANCURL almışdır. - xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, MAŞA MOSER TİTANCURL Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 8,9 manat olmaqla, MAŞA MOSER TİTANCURL almış və 108 manat ödəniş etmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 459,96 manat olan İmei kod **********62748 SAMSUNG GALAXY A13 markalı telefon almışdır. - xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İmei kod **********62748 SAMSUNG GALAXY A13 markalı telefon Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 38,33 manat olmaqla, İmei kod **********62748 SAMSUNG GALAXY A13 markalı telefon almış və 415,24 manat ödəniş etmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 90 manat olan ƏDYAL - TEKSTİL almışdır. - xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, ƏDYAL - TEKSTİL Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 5 manat olmaqla, ƏDYAL - TEKSTİL almış və 48 manat ödəniş etmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 602,7 manat olan SOLO SOBA HOFFMANN almışdır. - xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, SOLO SOBA HOFFMANN Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 3 ay müddətinə, ilkin ödəniş 14,7 manat, aylıq ödəniş 196 manat olmaqla, SOLO SOBA HOFFMANN almış və 589,7 manat ödəniş etmişdir. -"xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən aldığı malın 2169,66 manat olan ümumi dəyərindən 1944,18 manat ödəniş etmiş və nəticədə 225,48 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, və xx.xx.2022-ci il tarixli əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malın 2169,66 manat ümumi dəyərindən 1944,18 manat ödəniş etmiş və nəticədə 225,48 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi əsas borcun ödənilməsinə dair hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 7,44 manat, 5,8 manat, 4,28 manat, 4 manat və 1 manat dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə hesab edir ki, cavabdehdən 7,44 manat, 5,8 manat, 4,28 manat, 4 manat və 1 manat dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Ona görə də iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 248 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 1053.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh;

1. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN SİAC kondisioner üçün 73,56 manat ödənilməmiş hissə, 7,44 manat cərimə pulu;

2. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, MAŞA MOSER TİTANCURL çün 52,2 manat ödənilməmiş hissə, 5,8 manat cərimə pulu,

3. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********62748 SAMSUNG GALAXY A13 markalı telefon üçün 44,72 manat ödənilməmiş hissə, 4,28 manat cərimə;

4. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, ƏDYAL - TEKSTİL üçün 42 manat ödənilməmiş hissə, 4 manat cərimə pulu;

5. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, SOLO SOBA HOFFMANN üçün 13 manat ödənilməmiş hissə, 1 manat cərimə pulu; ümumilikdə 248 (iki yüz qırx səkkiz) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (əlli otuz) manatın əvəzi alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar