Məhkəmə qərarları › İş №e-2(060)-3884/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-3884/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-3884/2024 17.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh2la Cavabdeh1 arasında xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2008-ci il tarixində Cavabdeh2la nikah qeydiyyatından keçib ailə qurmuşdur. Birgə nigahdan övladları olmamışdır. Yoldaşı xəstə olmuş, o həmişə uşaq kimi onun qulluğunda durmuşdur. Həyat yoldaşı, cavabdeh Tumazov X1 Abşeron rayonu, Saray qəsəbəsində 0,04 hektar torpaq sahəsi almış, onlar həmin torpaq sahəsində ev tikmiş və orada yaşayırlar. Onlar ailə qurduqdan sonra həyat yoldaşının vəziyyəti ağırlaşmış, səhhətində problemlər yaranmışdır. Həmin vaxt Cavabdeh2 1-ci həyat yoldaşından olan, Rusiyada yaşayan oğlu gəlmiş, ona baş çəkmiş və onu həkimlərə aparmışdır. Ondan sonra isə gəlməmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, üstündə birgə nikah dövründə ev tikib yaşadığları torpaq həyat yoldaşı tərəfindən onun 1-ci həyat yoldaşından olan oğlunun təhdidi ilə oğlunun dostu Cavabdeh1 oğuna satılmışdır, lakin həyat yoldaşı bu barədə ona bildirməmiş və ondan gizlədilmişdir. O, vəkilə hüquqi yardım məqsədilə müraciət etmiş, vəkil DƏDRX-ə sorğu göndərmiş və məlum olmuşdur ki, həyat yoldaşı Cavabdeh2, yəni cavabdeh tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,04 hektar kənd təsərrüfatı təyinatlı torpaq üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixində 30801301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Sözügedən torpaq sahəsi Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2010-cu il tarixli 4Ə-1249 reyest nömrəli alqısatqı müqaviləsinə əsasən Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixində **********11 reyestr nömrəsi ilə qeydiyyata alınmış, hal-hazırda mülkiyyətindədir. Bütün bunlardan onun qətiyyən xəbəri olmamışdır. O, Cavabdeh2la nikah qeydiyyatından keçmək üçün VVAQ orqanında ərizə vermiş, 1 ay gözləmək məsləhət görülmüşdür. Həmin bir ay ərzində cavabdehin birinci həyat yoldaşından olan oğlu Rusiyadan Bakıya gəlmiş, atasını götürüb çıxmış, ona bildirmişdir ki, yoxlamağa həkimə aparır. Onlara inanmışdır. Nikahlarının rəsmiləşdirilməsinə 2 gün qalmış onu Notariat Kontoruna aparmış və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 hektar torpaq sahəsini oğlu təhdid edərək dostu Cavabdeh1 adına alqı-satqı müqaviləsi bağlatmış və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 çıxarış verilmişdir. Həyat yoldaşımın sözlərinə görə Cavabdeh1 tərəfindən ona 1 manat da olsa pul verilməyib. O heç nədən şübhələnməmişdir,çünki işıq, su və qaz həyat yoldaşının adına qeydiyyatdan keçmişdir və kommunal ödənişlərin hamısı onun tərəfindən həyat yoldaşının adından keçirilir. Qeyd etmək istəyir ki, həmin 0,04 hektar torpaq sahəsində birgə nikah dövründə ev tikilmiş, onun bütün əmlakı oradadır. Hesab edir ki, cavabdehin 1-ci həyat yoldaşından olan oğlu həyat yoldaşı Elmanı aldatmış, uydurma alqı-satqı müqaviləsi bağlamışdır, həyat yoldaşımın dediyinə görə ona 1 manat belə pul verilməmişdir. Bundan başqa 2008-ci ildən bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 1 saat belə orada yaşamamışdır. Məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş mülki işin hazırlıq iclasları xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərə təyin edilmişdir. Növbəti məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Təyin edilmiş, məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iştirak etmiş, iddiaçı isə iştirak etməmişdir. İddiaçı, onun nümayəndəsi və vəkilinə və digər cavabdehə məhkəmə bildirişi və SMS bildiriş göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə İddiaçı, onun nümayəndəsi və vəkilinin və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 5.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə hesab edir ki, İddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, tərəf məhkəmə iclasında iştirak etməyərək, iddia ərizəsinə münasibət bildirməmiş, onun iddia tələbini müdafiə etdiyini və yaxud etmədiyini isə müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia ərizəsi baxılmamış saxlanıldığından iş üzrə İddiaçı tərəfindən ödənilmiş 125 manat dövlət rüsumu geri qaytarılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri ekspertiza xərci üçün 125 manatdan ibarətdir. Ona görə də ekspertiza xərci olan 125 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlansın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumu qəbzinə əsasən ödənilmiş 100 (bir yüz) manat İddiaçı qaytarılsın. İddiaçı 125 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qərardadın “rüsumun qaytarılması hissədə” icrası Sumqayıt Şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar