Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-395/2023 27.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlhə Yusif qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Vəkil1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt şəhərində 27 fevral 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh, X11, X7 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə cavabdeh X11 arasında MAZDA-CX-7 minik markalı 2009-cu il buraxılışlı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və Cavabdeh ilə cavabdeh X7 arasında FORD FUSİON minik markalı **-GB-*** dövlət qeydiyyat nişanlı 2014-cü il istehsalı olan avtomaşına dair AR DİN-nin BDYPİ-də xx.xx.2021-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh onun həyat yoldaşıdır, belə ki, onlar xx.xx.2016-cı ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş və onların birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X9 adında bir övladı anadan olmuşdur. Birgə nikahda olduqları vaxt onların cavabdehin adına rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında xx.xx.2018-ci ildə MAZDA-CX-7 minik markalı 2009-cu il buraxılışlı **-BL-*** dövlət qeydiyyat nişanlı və xx.xx.2021-ci ildə FORD FUSİON minik markalı **-GB-*** dövlət qeydiyyat nişanlı 2014-cü il istehsalı olan avtomaşınlar almışdırlar. Lakin cavabdeh qeyd edilən maşınları onun xəbəri və razılığı olmadan özgəninkiləşdirmiş və bu barədə yalnız AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə vermiş olduğu sorğuya cavab alarkən bilmişdir. Onu da qeyd edir ki, cavabdeh bu işi planlı surətdə təşkil etmiş, MAZDA-CX-7 minik markalı 2009-cu il buraxılışlı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2021-ci ildə cavabdeh X4 da, bunu ondan gizlətmiş və maşının guya təmirdə olduğunu ona demişdir. Birgə nikah dövründə əldə etdiyikləri digər FORD FUSİON minik markalı **-GB-*** dövlət qeydiyyat nişanlı 2014-cü il istehsalı olan maşını isə artıq onlar faktiki olaraq ayrıldıqları vaxtdan (2021-ci ilin sentyabr ayından ayrı yaşayırlar) xx.xx.2021-ci il tarixdə digər cavabdeh X1. Bununla da cavabdeh birgə nikah dövründə aldıqları maşınları onun razılığı olmadan sataraq özgəninkiləşdirmişdir. Hər iki maşın onların birgə əmlakıdır, lakin həmin əmlakların satılmasına, alqı-satqı müqaviləsinin bağlanılmasına onun razılığı alınmamış və bu müqavilələr birgə əmlak hüququ olan əmlaklardan məhrum olmağına səbəb olmuşdur. Belə hesab edir ki, hər iki avtomaşına dair bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilməlidir. Ona görə də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə bir neçə ərizə təqdim edərək, X11, X7 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin cavabdehlər sırasından çıxarılmasını, Cavabdeh Rafıq oğlundan birgə nikah dövründə əldə etdikləri MAZDA-CX-7 minik markalı, 2009-cu il buraxılışlı **-BL-***9 dövlət qeydiyyat nişanlı avtomaşının və FORD FUSİON minik markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomaşının satışından əldə edilmiş vəsaitin 2/3 hissəsinin, yəni ümumilikdə 20660 ( iyirmi min altı yüz altmış) (9330+11330) manatın və uşağın müalicəsi ilə bağlı sərf edilmiş vəsaitin 2\3 hissəsinin, yəni 2080 manat pulun və tərəfindən ödənilmiş məhkəmə dövlət rüsumlarının və mediasiya xərcinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, o, məhkəmədə Cavabdeh Rafıq oğlu ilə cavabdeh X11 arasında MAZDA-CX-7 minik markalı 2009-cu il buraxılışlı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair xx.xx.2021- ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və Cavabdeh Rafıq oğlu ilə cavabdeh X7 arasmda FORD FUSİON minik markalı **-GB-*** dövlət qeydiyyat nişanlı 2014-cü il istehsalı olan avtomaşına dair AR DİN-nin BDYPİ-də xx.xx.2021-ci ildə bağlanmış alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi və hər iki əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi aralarında bölünməsi və onun payının 2/3 hissədə müəyyən olunması barədə iddia qaldırmışdır. Məhkəmə tərəfindən AR DİN BDYPİ-nə sorğu göndərilmiş, həmin maşınlara dair alqı-satqı sənədlərinin surəti tələb olunmuş və əldə edilmiş sənədlərdən də aydın olur ki, Cavabdeh MAZDA-CX-7 minik markalı 2009-cu il buraxılışlı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən 14000 manata, FORD FUSİON minik markalı **-GB-*** dövlət qeydiyyat nişanlı 2014-cü il istehsalı, AR DİN-nin BDYPİ-də xx.xx.2021-ci ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən 17000 manata satmışdır. Artıq hər iki avtomaşın özgəninkiləşdirilmiş və bütün bu əməliyyatlardan onun məlumatı və xəbəri olmamışdır. Belə hesab edir ki, avtomaşınlar özgəninkiləşdirildiyi üçün onların hər birinin dəyərinin 2/3 hissəsi Cavabdeh alınaraq ona verilməlidir. Bundan başqa o, cavabdehlə faktiki ayrıldıqdan sonra birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü qızı X6 xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixə kimi Belarusiya Respublikasının «Uşaq OHİ ETM» dövlət müəssisəsində müayinəsi məqsədi ilə 975 manat yol-gediş xərcinə və 1267 ABŞ dolları məbləğində, azərbacan manatı ilə 2153 manat müayinəsinə vəsait ödəmiş və həmin vəsaitin də 2/3 hissəsi cavabdehdən alınaraq ona qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, bildirmişdir ki, xx.xx.2016-cı ildə cavabdehlə ailə həyatı qurmuşdurlar. 2021-ci ilin sentyabr ayında isə faktiki olaraq ayrılmışdırlar. O, evdən 18 sentyabr 2021-ci ildə çıxmışdır. Həmin vaxtdan etibarən ata evində yaşayır. O vaxtdan etibarən cavabdehlə barışıq olmayıb, evdən çıxdıqdan bir gün sonra cavabdeh açarı qaytarmağı üçün ona zəng etmişdir. Bildirir ki, övladı onkoloji xəstədir, cavabdeh isə onunla maraqlanmır. Cavabdeh özəl şirkətdə işləyir və cavabdehin aylıq qazancı 1500 manat məbləğində olur. Elektron sistemdə cavabdehin əmək haqqı az görülsə də, onlara hər ay paket halında əlavə ödənişlər edilir. Cavabdeh “Mazda” markalı nəqliyyat vasitəsini 2017-ci ilin avqust ayında almışdır. Qəza baş verdiyindən maşın yararsız hala düşmüş və buna görə də cavabdeh həmin maşını 7000 manata almışdır. Cavabdeh xaricdən nəqliyyat vasitəsinin hissələrini gətirəcəyini bildirmişdir və həmin maşını təmir etdikdən sonra 2018-ci ildə öz adına rəsmiləşdirmişdir. Daha sonra övladının xəstəliyi ilə əlaqədar maşını satmasını cavabdehə bildmiş, cavabdeh isə maşını təmir etdirib satacağını demişdir. Hətta o, həmin maşının təmir edilib daha sonra satılması üçün atasından 4000-5000 manat pul alıb cavabdehə vermişdir. 2021-ci ilin mart ayından “Mazda” markalı nəqliyyat vasitəsini həyətdə görməmişdir. Həmin maşının satıldığı barədə ona məlumat verilməmişdir. Cavabdeh ona maşını satmaq üçün salona yerləşdirdiyini demişdir. Daha sonra isə cavabdeh Hyundai markalı maşını sürməyə başlamış, həmin maşın haqqında cavabdehdən soruşanda o, həmin maşını dostlarından alıb idarə etdiyini bildirmişdir. Amma əslində həmin maşını etibarnamə ilə almışdır. Onu da qeyd edir ki, cavabdehin bacısının övladı olmadığı üçün cavabdeh ondan boşanmamış, “Mazda” markalı maşını satdıqdan sonra bacısını suni mayalandırma etdirmiş, bacısının övladı olduqdan sonra ondan boşanmaq üçün vəkilə müraciət etmişdir. Lakin mediasiya prosesi qanunsuz aparıldığına görə məhkəmə cavabdehin iddia ərizəsini baxılmamış saxlamışdır. Bundan başqa cavabdeh digər - “Ford” markalı nəqliyyat vasitəsini isə 2021-ci ilin iyul ayında almışdır. Belə ki, uşağa yığılan puldan 8-9 min manat məbləğində vəsait qalmışdır və həmin pulun üstünü düzəldib iyul ayında sözügedən avtomobili almışdırlar. Cavabdeh “Ford” markalı nəqliyyat vasitəsini 8000 manata sifariş etdiyini və xarici ölkədən maşın sifariş edərəkən ucuz olduğunu demişdir. Hazırda onun tələb etdiyi pula ehtiyacı var. Belə ki, uşağı ağır xəstədir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, maşın başqa şəxslərə satıldığına görə iddia tələbinə dəqiqləşmə vermək qərarına gəlmişdirlər. Hazırda maşının satışından əldə edilmiş gəlirin birgə vəsait qismində bölünməsini xahiş edirlər. İddiaçının himayəsində ağır onkoloji xəstəlikdən əziyyət çəkən övladı var. Cavabdeh xəyanət etdiyinə görə tərəflər 2021-ci ildə faktiki olaraq ayrılıblar. Hətta birgə yaşadığları vaxt iddiaçının xəbəri olmadan “Mazda” markalı maşın satılmışdır. İddiaçı isə maşının salonda olduğunu düşünmüşdür. Cavabdeh Mazda markalı maşını 2021-ci ilin aprel ayında özgəninkiləşdirib. Daha sonra atasının adına “Hyundai” markalı maşın almışdır. Cavabdeh digər Ford markalı ikinci maşını isə 2021-ci ilin iyul ayında alıb dekabr ayında özgəninkiləşdirib. Həmin maşınlar iddiaçının razılığı və xəbəri olmadan satıldığından hər iki nəqliyyat vasitəsinin satışından əldə olunmuş gəliri istəyirlər. Bundan başqa iddiaçı uşağı müalicə üçün Belarusiyaya aparıb. Bu zaman iddiaçı təyyarə bileti və gediş-gəliş xərcləri çəkmişdir. Cavabdeh könüllü olaraq uşağın müalicəsində iştirak etmir. Uşağın xəstəliyi ilə bağlı sənədlər məhkəməyə də təqdim edilmişdir. Ona görə də onlar iddia tələbinin həcmini artıraraq həmin xərclərini də tələb edirlər. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil2 iddia tələbi ilə bağlı bildirdi ki, iddia tələbini qəbul etmirlər. Belə ki, 1-ci maşın 2021-ci ilin mart ayında, ikinci maşın isə 2021-ci ilin iyun ayında satılıb. Göründüyü kimi, maşınları birgə nikah dövründə satılmış və həmin əldə edilən vəsait elə birgə nikah dövründə də xərclənmişdir. Birgə nikah dövründə xərclənmiş vəsaitin hazırda tələb olunması absurddur. İddiaçı tərəf özü də hadisələrin birgə yaşadıqları dövrdə baş verdiyini bildirdi. Bundan başqa iddiaçı tərəfindən atası ilə bank arasında bağlanmış kredit müqviləsinin sübut kimi qəbul edilməsi mümkün deyil. Götürülən pulun cavabdeh tərəfindən maşınların alınması üçün istifadə edildiyini sübut edən heç nə yoxdur. Tərəflər arasında nikahın pozulmasına dair məhkəmə mübahisəsi zamanı uşağın saxlanması üçün aliment, eyni zamanda onun müalicəsi üçün cavabdehdən pul tutulması qət edilmişdir. Bu səbəbdən hazırda cavabdehin əlavə xərclərə cəlb edilməsi tələbini qəbul etmirlər. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin, maşınların birgə nikah dövründə alınıb-satılmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan AZ-T 014550 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh 10 dekabr 2016-cı il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində rəsmi nikaha girərək ailə qurmuşdur və bu nikah 127 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X9 anadan olmuşdur (iş materiallarına əlavə olunmuş AZ-İV 032869 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən) İşdə olan “MAZDA-CX-7” minik markalı 2009-cu il buraxılışlı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşının komputer çıxarışından görünür ki, MAZDA-CX-7 minik markalı 2009-cu il buraxılışlı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2018ci il tarixdə Cavabdeh adına şəhadətnamə verilmiş, xx.xx.2021-ci il tarixdən sözügedən avtomaşın alqı-satqı müqaviləsi əsasında Cavabdeh adından qeydiyyatdan çıxmışdır. İşdə olan “FORD FUSİON” minik markalı **-GB-*** dövlət qeydiyyat nişanlı komputer çıxarışından görünür ki, həmin avtomobilə dair xx.xx.2021-ci il tarixdə Cavabdeh adına şəhadətnamə verilmiş, xx.xx.2021-ci il tarixdən sözügedən avtomaşın alqı-satqı müqaviləsi əsasında Cavabdeh adından qeydiyyatdan çıxmışdır. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 tərəfindən ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh adına xx.xx.2018-ci il tarixdə «MAZDA CX-7» markalı **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir, Cavabdeh adına xx.xx.2021-ci il tarixdə «FORD FUSİON» markalı **-GB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Hal-hazırda Cavabdeh adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. İşdə olan xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh “MAZDA CX-7» markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili 14000 manata X3. İşdə olan xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müaviləsindən görünür ki, Cavabdeh “FORD FUSİON” minik markalı **-GB-*** dövlət nişanlı avtomobili 17000 manata X1. İşdə olan xx.xx.2022-ci il tarixli qonşuların iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Sumqayıt şəhəri, məhəllə 7-8-12 –ci məhəllə, ev 11A, mənzil 30-da yaşayan İddiaçı 2021ci ilin sentyabr ayından övladı X9 ilə birlikdə valideynlərininn yanında yaşayır, bu hazırkı vaxtadək onun ailə qurduğu Cavabdeh bu ünvana gəlib getməmiş, azyaşlı övladı ilə maraqlanmamış, onunla ünsiyyət saxlamamışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 126CLM********** saylı kredit müqaviləsindən görünür ki, "xxxx"ASC X8 48 ay müddətinə illik 25.34 faiz dərəcəsi ilə 20000 manat məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 33 nömrəli arayışdan görünür ki, İddiaçı Əziz əliyev adına Azərbaycan Dövlət Həkimləri X2 ixtisası üzrə həkim rezident vəzifəsində işləyir. İşdə olan Belarusiya Respublikası Səhiyyə Nazirliyi, “Respublika Uşaq onkologiyası, hematologiyası və immunologiyası elmi təcrübə mərkəzi” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xx.xx.2017ci il təvəllüdlü X6 müalicəsi üçün 1267,15 ABŞ dolları (2154 manat) xərc çəkilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, X9 və İddiaçı Belarusiya Respublikasına gediş-gəlişi üçün aviabiletlərə 975 (495,74+478.96) manat pul xərclənmişdir. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-414/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən çıxarışdan görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Sumqayıt “ASAN xidmət’’ mərkəzi qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə bağlanmış, 127 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2017-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalması, xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, xx.xx.2017-cı il təvəllüdlü X6 müalicəsi ilə əlaqədar olaraq hər ay 100 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan xx.xx.2017-ci il təvəllüdlü X9 adlı bir yetkinlik yaşına çatmayan bir uşaqları var. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-414/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Tərəflərin nikahda olduğu dövrdə onlar tərəfindən “MAZDA CX-7” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı və “FORD FUSİON” minik markalı **-GB-*** dövlət nişanlı avtomobillər əldə edilmişdir. Məhkəmə iddia tələbinin birgə nikah dövründə əldə edilmiş “MAZDA-CX-7” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı və “FORD FUSİON” minik markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomaşınların satışından əldə edilmiş vəsaitin 2/3 hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 34-cü maddəsində ər ilə arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olduqları müəyyən edilmişdir. Bir qayda olaraq bir əşya üzərində bir şəxsin mülkiyyət hüququ olur və bu fərdi mülkiyyət adlanır. Bir əşya üzərində birdən çox mülkiyyət hüququ olduqda ümumi mülkiyyət halı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 213-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi). Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, birgə nikah dövründə - xx.xx.2018-ci il tarixdə əldə edilmiş “MAZDA CX-7» markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə, yenə birgə nikah dövründə - xx.xx.2021-ci il tarixdə əldə edilmiş “FORD FUSİON minik markalı **-GB-*** dövlət nişanlı avtomobil isə xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən özgəninkiləşdirilmişdir. İddiaçı iddia ərizəsində və məhkəmə iclaslarında verdiyi izahatlarında 2021-ci ilin sentyabrın ayından etibarən cavabdehlə faktiki olaraq ayrıldığını bildirmişdir. Cavabdeh isə bunun əksinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi “MAZDA CX-7” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin münasibətlərinin faktiki olaraq pozulduğu vaxtdan təxminən 6 ay əvvəl, yəni tərəflərin ər-arvad münasibətlərinin normal olduğu vaxt satılmışdır. Bu səbəbdən məhkəmə iddiaçının sözügedən avtomaşının satılmasından məlumatlı olmaması barədə dəlillərini inandırıcı hesab etmir. Bu nəticəyə gələrkən məhkəmə cavabdehin iddiaçıya həmin maşını satmaq üçün avtosalona aparması barədə deməsi, bir müddət sonra cavabdehin istifadəsində başqa (Hyundai markalı) maşın olması barədə iddiaçının izahatlarını da nəzərə alır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin “MAZDA CX-7” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasından məlumatlı olmaması hissəsində iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən, həmin avtomobilin satılmasından əldə edilən gəlirlərin bölünməsi hissəsində iddia tələbi təmin edilməməlidir. Digər maşın - “FORD FUSİON” minik markalı **-GB-*** dövlət nişanlı avtomobilə gəldikdə isə məhkəmə hesab edir ki, həmin maşın tərəflərin münasibətləri faktiki olaraq pozulduqdan sonra özgəninkiləşdirilmiş, avtomobilin özgəninkiləşdirilməsi tərəflər arasında ailə mübahisələrinin yarandığı ərəfədə həyata keçirilmişdir. Bu halda isə, həmin avtomobilin satılmasına iddiaçının razılıq verməsi iş materialları ilə müəyyən olunmur. Ailə Məcəlləsinin 33.1-ci maddəsi isə tələb edir ki, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Məhkəmə hesab edir ki, sözügedən “FORD FUSİON” minik markalı **-GB-*** dövlət nişanlı avtomobil tərəflərin birgə əmlakı olduğundan, avtomobil isə artıq özgəninkiləşdirildiyindən onun satışından əldə edilmiş pul vəsatinin ½ hissəsinə iddiaçının mülkiyyət (pay) hüququ vardır. Avtomobilin dəyərinə gəldikdə isə, məhkəmə qeyd edir ki, Baş X17 tərəfindən məhkəməyə təqdim edilmiş avtomobilin alqı-satqı müqaviləsindən görünür ki, “FORD FUSİON” minik markalı **-GB-*** dövlət nişanlı avtomobil 17000 manata satılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, “FORD FUSİON” minik markalı **-GB-*** dövlət nişanlı avtomobil birgə nikah dövründə əldə edildiyindən, həmin avtomobil tərəflərin birgə əmlakı hesab edilməli, lakin avtomobil cavabdeh tərəfindən özgəninkiləşdirildiyindən, avtomobilin alqı-satqı müqaviləsindəki satış qiyməti nəzərə alınmaqla, əldə olunmuş pul vəsaitinin yarısı (1/2 hissəsi) cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən müddəalarına görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. (maddə 36.1, 36.2, 36.3) Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.1-37.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə birgə nikah dövründə əldə edilmiş “FORD FUSİON” minik markalı **-GB-*** dövlət nişanlı avtomobilin dəyərinin tərəflər arasında bərabər bölünməməsi üçün ailə qanunvericiliyində (Ailə Məcəlləsi, 37.2-ci maddə) nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, “FORD FUSİON” minik markalı **-GB-*** dövlət nişanlı avtomobilin satış qiymətinin (17.000 manat) ½ hissəsi olan 8.500 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin uşağın müalicəsi ilə bağlı sərf edilmiş vəsaitin 2/3 hissəsinin, yəni 2080 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Göründüyü kimi, Ailə Məcəlləsinin 81-ci maddəsində yetkinlik yaşına çatmayan uşaqların yalnız ağır xəstə və ya şikəst olduğu hallarda valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırda iddiaçı xx.xx.2017-ci il təvəllüdlü X6 xəstəliyi ilə əlaqədar 3128 (975+2153) manat xərc çəkdiyini sübut edə bilmişdir. Lakin uşağı saxlamağın hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, çəkilən xərcin yarısı – yəni 1564 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehin vəkilinin uşağın müalicəsi üçün məhkəmə qətnaməsi əsasında cavabdehdən hər ay 100 manat tutulması barədə etirazının dəlilləri ilə razılaşmır. Belə ki, Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-414/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə uşağın müalicəsi üçün cavabdehdən xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 100 manat tutulması qət edilmişdir. İddiaçı isə cavabdehdən həmin tarixədək (09-xx.xx.2022) yaranmış, artıq çəkilmiş xərclərə cəlb edilməsi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun (160 manat) yarısı – 80 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 tərəfindən ödənilmişdir. Cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci (50 manat) də Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Birgə nikah dövründə əldə olunmuş “FORD FUSİON” minik markalı **-GB-*** dövlət nişanlı avtomobilin dəyərinin ½ hissəsi olan 8.500 (səkkiz min beş yüz) manat və uşağın müalicəsi üçün çəkilmiş 1564 (bir min beş yüz altmış dörd) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 130 (bir yüz otuz) manat ödənilmiş dövlət rüsumu və mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-395/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-395/2023
27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver