Məhkəmə qərarları › İş №e-2(060)-3987/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-3987/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-3987/2023 31.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 354,8 manat əsas, 53,2 manat cərimə olmaqla, cəmi 408 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli(Nisyə) alqı-satqımüqaviləsi üzrə 326,6 manat əsas, 48,9 manat cərimə olmaqla, cəmi 375,5 manat borc, ümumilikdə iki müqavilə üzrə 681,4 manat əsas, 102,1 manat cərimə olmaqla, 783,5 manat cəmi borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddia ərizəsi iddiaçının nümayəndəsi kimi Nümayəndə tərəfindən imzalanmışdır. İş materiallarında İddiaçı direktoru vəzifəsini icra edən Elvin Qəribli tərəfindən Nümayəndə verilmiş xx.xx.2023-cü il tarixli etibarnamə mövcuddur. X1 İddiaçı direktoru vəzifəsini icra etməsini təsdiq edən hər hansı sənəd iş materiallarında mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1.). İddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.2.). Məhkəmə hesab edir ki, iddia ərizəsi onu imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar