Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4024/2022 21.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X13 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə, Cavabdeh "xxxx" ASC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdеhdən 500 manat məbləğində vurulmuş zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının hеsabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “VOLKSWAGEN TOUAREG” markalı, **- MO-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. 2019-cu il aprelin 09-da cavabdeh etibarnamə olmadan idarə etdiyi həmin avtomobillə Sumqayıt şəhəri, 17-ci mikrorayond “VOLKSWAGEN GOLF” markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Sumqayıt DYPŞ tərəfindən xx.xx.2019-cu il tarixində AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Sumqayıt DYPŞ-in TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “VOLKSWAGEN GOLF” markalı, **-FB- *** dövlət nömrə nişanlı avtomobilə 500 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2019-cu il tarixində həmin məbləği zərəçəkmiş şəxs Baxışov Həbib Ekçin oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. Cavabdeh tərəfindən məhkəməyə qarşılıqlı iddia ərizəsi və yazılı etiraz ünvanlanmışdır. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə avtomobilin matorunda nasazlığa görə 20 yanvar dairəsində Volkswagen servisdə Rəhman ustanın yanında təmirdə saxlamış və ustanın növbəsi çox olduğunda matorun təmiri 07 aprel 2019-a qədər uzanmışdır. O da ustanın yanına gedib-gəldiyindən avtomobili idarə edə bilmədiyindən vaxt etibarı ilə əlaqədər etibarnamənin vaxtını artıra bilməmiş, planında avtomobilini götürəndə etibarnaməni alacağını nəzərdə tutmuşdur. xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək “Volkswagen Touareq" markalı **-MO-*** qeydiyyat nişanlı avtomobilini PXA********** saylı icbari sığorta şəhadətnaməsilə sığortalamışdır. xx.xx.2019-cu il tarixdə avtomobili servisdən götürmüş və 08.04.019 -cu il tarixdə saat 15:31-də təzədən etibarnamə almaq üçün X3 zəng eləmiş və ona etibarnamə verməyini xahiş etmişdir. Etibarnamə verməyə həmin günü X2 vaxtı olmadığını bildirmiş, Bakı şəhərində işdə olduğunu demiş və sabah tezdən gəlib etibarnamə verib, oradan da işə gedəcəyini bildirmişdir. xx.xx.2018-ci tarixdə səhər saat 08:46 cavabdeh X3 zəng edərək görüşüb etibarnamə vermək üçün harda görüşəyəcəklərini dəqiqləşdirmiş və X6 ona saat 10:00-da Sumqayıt şəhəri, 13-cü mkr 3 saylı notariatın qabağında olacağını bildirmişdir. xx.xx.2019-cu il tarixdə cavabdehlə zəngləşib Sumqayıt şəhər 13-cü mkr 3 saylı notariatın qabağında görüşmüş və notariusa daxil olmuşlar. X3 məxsus şəxsiyyət vərəqəsi üstündə olmadığı üçün notariatda etibarnamə verə bilməmiş, şəxsiyyət vəsiqəsi Bakı şəhərində qızı gildə olduğunu bildirmiş və cavabdeh X4 Bakı şəhərinə qızının yaşadığı ünvana şəxsiyyət vərəqəsini gətirməyə yola salmışdır. X6 Bakı şəhərinə gedib Sumqayıt şəhərinə gələnə kimi nə vaxt Sumqayıta çatacağı haqqında məlumat almaq üçün saat 11:37 12:17 13:15 13:48 14:13 radələrində əlaqə saxlamışdır. Saat 14:16-da X6 ilə əlaqə saxlayanda Bakı şəhəri 20 yanvar dairəsində olduğunu bildirmiş taksiyə əyləşib Sumqayıt şəhərinə gələcəyini bildirmişdir. Saat 15:26-da Akif Hüseynovla əlaqə saxlayanda 5 saylı notariatın qabağında olacağını bildirmişdir. 5 saylı natoriatda sistem donduğundan, 3 saylı notariata getmiş, təxminən saat 15:45 saat 16:10 arası Sumqayıt şəhəri 3 saylı notariatda növbə tutub saat 16:10-da etibarnaməni almışlar. Saat 16:21-də cavabdeh həyətdə ona məxsus 90 –MO- 648 qeydiyyat nişanı Volkswagen Touareq avtomibili elektrik ustasının yanına aparmaq üçün avtomobilə əyləşmiş, həyətdən çıxmaq üçün arxa-arxaya verərkən həyətdə dayanmış Volkswagen Golf markalı 99 –FB- 445 dövlət qeydiyyat nişanlı X7 məxsus avtomillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi baş verən zaman Volskwagen Golf markalı **-FB-*** dövlət qeydiyyatlı avtomobilin sahibi X10 ilə əlaqə saxlayaraq bildirmişdir ki, avtomobili ilə toqquşmuşdur, avtomobilinin yanına yaxınlaşmağını xahiş etimişdir. Saat 16:22 də 994183 sığorta şirkətinin qaynar xəttinə zəng edərək yol-nəqliyyat hadisəsi etdiyini bildirmişdir. Hadisə baş verən zaman qonşusu Ruslan İdrisov, Sərxan Ağayev, Xalid Quliyev hadisənin şahidi olub. 10-15 dəq sonra xalq sığorta əməkdaşı Emil Məmmədov yaxınlaşıb hadisəni qeydə alıb avtomobillərin sürücülük vəsiqəsi texpasport, etibarnamə sənədlərini götürüb həkim müayinəsindən keçəndən sonra sabah Sumqayıt DYPŞ-nə yaxınlaşmaqlarını bildirmişdir. Törədilmiş yol-nəqliyyat hadisəsi saat 16:22 də olmasına baxmayaraq, saat 16:22 də 994183 qaynar xəttə zəng edib bildirməyimə baxmayaraq, Xalq Sığorta nümayəndəsi cavabdehin Sumqayıt dövlət yol polis idarəsindəki 1-ci izahatın saat 16:04-də götürərək əsassız ondan subroqasiya tələb edir . İddiaçının əlində heç bir sübutu olmaya-olmaya iddia qaldırır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, döbvlət yol polisi şöbəsinə gedərkən telefonu avtomobildə qoymuş və bu səbəbdən hadisənin baş vermə vaxtı və 102 xidmətinə zəng vurması vaxtını müəyyən edə bilməmişdir. Hadisənin vaxtı polis əməkdaşı tərəfindən onun təxmini dediyi vaxta uyğun yazılmışdır. Qeyd edilənlərə əsasən cavabdeh ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1986-cı ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. AD seriyalı, 031869 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VOLKSWAGEN TOUAREG” markalı, 90–MO–648 dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X5r. İddiaçı ilə Akif Hüseynov arasında xx.xx.2019-cu il tarixli, PXA********** saylı sığorta müqaviləsi bağlanaraq, VOLKSWAGEN TOUAREG” markalı, 90–MO–648 dövlət nömrə nişanlı avtomobil 1 il müddətinə avtomobil sahibinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmışdır. PXA46569 saylı sığorta aktında göstərilmişdir ki, xx.xx.2019-cu il tarixli sığorta hadisəsi nəticəsində “VOLKSWAGEN TOUAREG” markalı, 90–MO–648 dövlət nömrə nişanlı avtomobillə “VOLKSWAGEN GOLF” markalı, 99–FB–445 dövlət nömrə nişanlı avtomobil toqquşmuş və VOLKSWAGEN GOLF” markalı, 99–FB–445 dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanla bağlı X11 500 manat sığorta ödənişi edilmişdir. Sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışda göstərilmişdir ki, mülkiyyətçisi Akif Hüseynov, hadisə baş verən anda sürücüsü cavabdeh olan “VOLKSWAGEN TOUAREG” markalı, 90–MO–648 dövlət nömrə nişanlı avtomobillə “VOLKSWAGEN GOLF” markalı, 99–FB–445 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə “VOLKSWAGEN GOLF” markalı, 99–FB–445 dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir. Hadisə baş verən vaxt cavabdehin “VOLKSWAGEN GOLF” markalı, 99–FB–445 dövlət nömrə nişanlı avtomobillin idarə edilməsi üçün etibarnaməsi olmamışdır. Arayışda hadisənin baş vermə vaxt 16:04 kimi göstərilmişdir. İş materiallarında olan inzibati xəta haqqında ******* nömrəli protokola əsasən cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törətmişdir. xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddələri ilə təqsirli bilinərək 40 manar cərimə edilmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzinin xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən **-VV-*** dövlət qeydiyyat nişanlı “VOLKSWAGEN GOLF” markalı, 99–FB–445 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər 500 manat məbləğində müəyyən edilmişdir. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. İşdə şahid kimi ifadə vermiş X8 öz ifadəsində bildirmişdir ki, cavabdeh onun qonşusudur. Mağaza yaxınlığında qəzanın baş verdiyini görmüşdür. Qəza təxminən saat 5-ə işləmiş baş vermişdir. İşdə şahid kimi ifadə vermiş X6 öz ifadəsində bildirmişdir ki,cavabdehə etibarnaməni vermişdir. Həmin etibarnamə 2018-ci ildə 1 il müddətinə verilib. Etibarnaməni verərkən cavabdeh sakit idi və hər hansı yol-nəqliyyat hadisəsinin baş verməsini ona bildirməmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (883.1.). Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir (886.1.). Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir (888.1.). Mülki Məcəlləyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (936.5.). Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir (936.6.). Hazırkı işdə iddiaçının cavabdehə qarşı subroqasiya hüququnun yaranması üçün ilk öncə ziyanın cavabdeh tərəfindən vurulması müəyyən edilməlidir. Eyni zamanda Mülki Məcəllədə göstərilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (1108.1.). “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində göstərilmişdir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Hazırkı iş üzrə iddiaçı cavabdehin etirbarnamə olmadan avtomobili idarə etdiyinə görə ona qarşı subroqasiya qaydasında pul tələbi irəli sürmüşdür. Qeyd edilməlidir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi şöbəsi tərəfindən tərtib edilmiş Sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışda baş vermiş yol-nəqliyyat hadisəsinin vaxtı saat 16:04 kimi göstərilmişdir. X6 tərəfindən cavabdehə verilmiş xx.xx.2019-cu il tarixli etibarnaməni verilmə saatı kimi isə 16:10 göstərilmişdir. Belə olan halda yol-nəqliyyat hadisəsinin baş verməsindən sonra cavabdehin Akif Hüseynova görüşüb notariat orqanına getməsi, bütün zəruri sənədləşmənin aparılaraq etibarnamə əldə etməsi və bütün bunların 6 dəqiqə ərzində baş verməsi məntiqli və inandırıcı görünmür. Cavabdeh isə etibarnamə aldıqdan sonra avtomobili həyətdən götürərkən saat 16:21-də hadisənin baş verdiyini, polis əməkdaşları tərəfindən həmin vaxt sənədləşmə aparılmadığını, tibbi müayinədən sonra dövlət yol polisi şöbəsinə getdikdə protokolun tərtib edildiyini və hadisə vaxtının onun təxmini verdiyi məlumat əsasında yazıldığını bildirmişdir. Həmçinin iş üzrə şahid kimi ifadə vermiş Akif Hüseynov notariat orqanında cavabdehə etibarnamə verərkən cavabdehin ona hər hansı yol-nəqliyyat hadisəsi barədə məlumat vermədiyini bildirmişdir. Bütün bunlar isə cavabdehin hadisə vaxtı avtomobili etibarnaməsiz idarə etməsi barədə iddia ərizəsində göstərilənlərin əsaslı olmadığı qənaətinə gəlməyə imkan verir. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməməlidir. Cavabdeh qarşılıqlı iddia ərizsəində ona maddi və mənəvi ziyan dəydiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən qarşılıqlı iddia da əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" ASC-nin Cavabdeh qarşı cavabdеhdən 500 manat məbləğində vurulmuş zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının hеsabına köçürülməsi barədə ilkin iddiası təmin edilməsin. Cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" ASC tərəfindən onun sağlamlığına dəymiş mənəvi və maddi ziyana görə 1000 manat təzminatın ödənilməsi barədə qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-4024/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4024/2022
21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver