Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4024/2024 24.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cu il tarixli müqaviləsinə əsasən, İmei kod **********39515 SAMSUNG GALAXY A23 markalı telefon üçün, 893.01 (səkkiz yüz doxsan üç manat bir qəpik) manat ödənilməmiş hissə, 89.99 (səksən doqquz manat doxsan doqquz qəpik) manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********90753 SAMSUNG GALAXY A33 markalı telefon üçün 864 (səkkiz yüz altmış dörd) manat ödənilməmiş hissə, 86 (səksən altı) manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, VELOSİPED BLACK ONE üçün 642.06 (altı yüz qırx iki manat altı qəpik) manat ödənilməmiş hissə, 64.94 (altmış dörd manat doxsan dörd qəpik) manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, UAWEİ WATCH FİT 2 CLASSİC qol saatı üçün 511.02 (beş yüz on bir manat iki qəpik) manat ödənilməmiş hissə, 51.98 (əlli bir manat doxsan səkkiz qəpik) manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, AİWA qulaqlıq üçün 69.99 (altmış doqquz manat doxsan doqquz qəpik) manat ödənilməmiş hissə, 6.01 (altı manat bir qəpik) manat cərimə, ümumilikdə 3279 manat borc və 52.79 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-cu il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixlərindəki müqavilələrinə əsasən, İmei kod **********39515 SAMSUNG GALAXY A23 markalı telefon, İmei kod **********90753 SAMSUNG GALAXY A33 markalı telefon, VELOSİPED BLACK ONE, UAWEİ WATCH FİT 2 CLASSİC qol saatı və AİWA qulaqlıq almış və nəticədə 3279 (üç min iki yüz yetmiş doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 945.54 (doqquz yüz qırx beş manat əlli dörd qəpik) manat (18 ay x 52.53 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********39515 SAMSUNG GALAXY A23 markalı telefon üçün 983 (doqquz yüz səksən üç) manat olmaqla ondan, 893.01 (səkkiz yüz doxsan üç manat bir qəpik) manat ödənilməmiş hissə, 89.99 (səksən doqquz manat doxsan doqquz qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 864 (səkkiz yüz altmış dörd) manat (12 ay x 72 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********90753 SAMSUNG GALAXY A33 markalı telefon üçün 950 (doqquz yüz əlli) manat olmaqla ondan 864 (səkkiz yüz altmış dörd) manat ödənilməmiş hissə, 86 (səksən altı) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 642.06 (altı yüz qırx iki manat altı qəpik) manat (18 ay x 35.67 manat + 0 manat ilkin ödəniş) olan VELOSİPED BLACK ONE üçün 707 (yeddi yüz yeddi) manat olmaqla ondan 642.06 (altı yüz qırx iki manat altı qəpik) manat ödənilməmiş hissə, 64.94 (altmış dörd manat doxsan dörd qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 511.02 (beş yüz on bir manat iki qəpik) manat (18 ay x 28.39 manat + 0 manat ilkin ödəniş) olan UAWEİ WATCH FİT 2 CLASSİC qol saatı üçün 563 (beş yüz altmış üç) manat olmaqla ondan 511.02 (beş yüz on bir manat iki qəpik) manat ödənilməmiş hissə, 51.98 (əlli bir manat doxsan səkkiz qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 73.49 (yetmiş üç manat qırx doqquz qəpik) manat (3 ay x 23.33 manat + 3.5 manat ilkin ödəniş) olan, AİWA qulaqlıq üçün 76 (yetmiş altı) manat olmaqla ondan 69.99 (altmış doqquz manat doxsan doqquz qəpik) manat ödənilməmiş hissə, 6.01 (altı manat bir qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 56.03 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cu il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin ünvanda yaşamadığına görə poçt müəssisəsi tərəfindən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № 02713639 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 511,02 manat olan UAWEİ WATCH FİT 2 CLASSİC qol saatı almışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № 02013792 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 642,06 manat olan VELOSİPED BLACK ONE almışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № 03244398 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 864 manat olan İmei kod **********90753 SAMSUNG GALAXY A33 markalı telefon almışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № 02733831 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 945,54 manat olan İmei kod **********39515 SAMSUNG GALAXY A23 markalı telefon almışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № 02003769 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 73,49 manat olan AİWA qulaqlıq almışdır. İş materiallarında olan əşyaların təhvil-təslim aktından görünür ki, İmei kod **********39515 SAMSUNG GALAXY A23 markalı telefon, İmei kod **********90753 SAMSUNG GALAXY A33 markalı telefon, VELOSİPED BLACK ONE, UAWEİ WATCH FİT 2 CLASSİC qol saatı və AİWA qulaqlıq cavabdehə təhvil verilmişdir. İşə əlavə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 manat, aylıq ödəniş 52,53 manat olmaqla, İmei kod **********39515 SAMSUNG GALAXY A23 markalı telefon almış və 52,53 manat ödəniş etmiş, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 12 ay müddətinə, ilkin ödəniş 0 manat, aylıq ödəniş 72 manat olmaqla , İmei kod **********90753 SAMSUNG GALAXY A33 markalı telefon almış və 0 manat ödəniş etmiş, xx.xx.2023-cü tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 manat, aylıq ödəniş 33,67 manat olmaqla, VELOSİPED BLACK ONE almış və 0 manat ödəniş etmiş, xx.xx.2023-cü tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 manat, aylıq ödəniş 28,39 manat olmaqla, UAWEİ WATCH FİT 2 CLASSİC qol saatı almış və 0 manat ödəniş etmiş və xx.xx.2023-cü tarixli müqavilə üzrə 3 ay müddətinə, ilkin ödəniş 3,5 manat, aylıq ödəniş 23,33 manat olmaqla, AİWA qulaqlıq almış və 3,5 manat ödəniş etmiş. İşdə olan "xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən aldığı malın 945,54 manat olan ümumi dəyərindən 52,53 manat ödəniş etmiş və nəticədə 983 manat borc, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən aldığı malın 864 manat olan ümumi dəyərindən 0 manat ödəniş etmiş və nəticədə 950 manat borc, xx.xx.2023-cü tarixli müqaviləyə əsasən aldığı malın 642,06 manat olan ümumi dəyərindən 0 manat ödəniş etmiş və nəticədə 707 manat, xx.xx.2023-cü tarixli müqaviləyə əsasən aldığı malın 511,02 manat olan ümumi dəyərindən 0 manat ödəniş etmiş və nəticədə 563 manat borc və xx.xx.2023-cü tarixli müqaviləyə əsasən aldığı malın 73,49 manat olan ümumi dəyərindən 3,5 manat ödəniş etmiş və nəticədə 76 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, ümumilikdə 298,98 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, cərimə pulu (penya) azaldılaraq 30 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh beş müqavilə üzrə ümumilikdə 2980 (iki min doqquz yüz səksən) manat 08 (səkkiz) qəpik ödənilməmiş borc, 30 (otuz) manat cərimə borcu, 52 (əlli iki) manat 79 (yetmiş doqquz) qəpik dövlət rüsumu, cəmi 3062 (üç min altmış iki) manat 87 (səksən yeddi) qəpik məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-4024/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4024/2024
24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver