Məhkəmə qərarları › İş №e-2(060)-4025/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4025/2024

12.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4025/2024 12.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X14 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2ndan miras qalmış Sumqayıt şəhəri, 17-ci mkr, 52 nömrəli evin 47 saylı mənzili və Qusar rayonu Hil kəndində yerlşən 0,15 ha torpaq sahəsi üzərində onun 1/3 hissədə, cavabdeh bacısı Cavabdeh1 1/3 hissədə və cavabdeh qardaşı Cavabdeh2 1/3 hissədə payların müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, X2 atası X10 ilə xx.xx.1970-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Həmin nikahdan xx.xx.1977-ci il təvəllüdlü İddiaçı, xx.xx.1972-ci il təvəllüdlü X11, xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh1 anadan olmuşlar. X2 xx.xx.2023-cü il tarixində ölmüşdür. X1 isə xx.xx.2005-ci ildə ölmüşdür. Halhazırda anasına məxsus Sumqayıt şəhəri, 17-ci mkr, 52 nömrəli evdə 47 saylı mənzil və Qusar rayonu Hil kəndində yerləşən 0,15 ha torpaq sahəsi miras qalmışdır. Bununla əlaqədar olaraq o, 1 saylı Sumqayıt Regional "Asan Xidmət" mərkəzinin notariat ofisinə rəsmi qaydada ərizə ilə mürcaiət edərək anasından miras qalmış daşınmaz əmlakların vərəsələrin paylarına uyğun bölüşdürülməsini xahiş etmişdir. Vərəsələr arasın da mirasın qəbulu ilə bağlı yaranmış zidiyyətlə əlaqədar olaraq notariat ofisi xx.xx.2024-cü il tarixli 1232 saylı məktubla ərizəsinin təmin olunmasında imtina edilmiş və ona ünvanlanmış məktubda qeyd olunmuşdur ki, "1 saylı Sumqayıt regional "ASAN xidmət mərkəzi notariat ofisinə xx.xx.2023-cü ildə vəfat etmiş X3 miras qalmış əmlaka dair vərəsəsi İddiaçı ərizəsi qəbul edilmiş və vərəsələr sırasına daxil edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiyini və məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirdib, iş materiallarını hərtərəfli tədqiq edərək belə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ № 201001 saylı, xx.xx.1970-ci il tarixli “evlənmək haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 ilə X5 xx.xx.1970-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.1974-cü il təvəllüdlü X7, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh2 və X9 adlı üç övladları var. İşdə olan AZ-İİ №334713 saylı, xx.xx.2023-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İşə əlavə olan AZ-İ № 170366 saylı, xx.xx.2005-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 xx.xx.2005-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 1 saylı Regional “ASAN Xidmət” mərkəzində notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzi notariat ofisinə xx.xx.2023-cü ildə vəfat etmiş X3 miras qalmış əmlaka dair vərəsəsi İddiaçı ərizəsi qəbul edilmiş və vərəsələr sırasına daxil edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmalakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, Quba rayonu, Hil kəndində yerləşən 0,15 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmalakın Dövlət reyestrindən MH seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 52 nömrəli evin, 47 saylı mənzili tam mülkiyyət hüququ üzrə X4 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının MM-nin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Qeyd olunan hüquqi normalardan çıxış edərək hesab edir ki, xx.xx.2023-cü il tarixdə ölmüş X3 miras qalmış Sumqayıt şəhəri, 17-ci mkr, 52 nömrəli evin 47 saylı mənzili və Qusar rayonu Hil kəndində yerlşən 0,15 ha torpaq sahəsi üzərində tərəflərin payları hər birinə 1/3 hissədə olmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Anaları xx.xx.2023-cü il tarixdə ölmüş X3 miras qalmış Sumqayıt şəhəri, 17-ci mikrorayon, 52 nömrəli evin 47 saylı mənzili və Qusar rayonu Hil kəndində yerlşən 0,15 ha torpaq sahəsi üzərində İddiaçı 1/3 hissədə, cavabdehlər Cavabdeh1 1/3 hissədə və Cavabdeh2 1/3 hissədə payları müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar