Məhkəmə qərarları › İş №e-2(060)-4052/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4052/2025

06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4052/2025 06.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: X2) qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” barədə kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3642,00 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 56,00 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində saat 09:30 radələrində Sumqayıt şəhəri ərazisində Cavabdeh idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Chevrolet Cruze” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobil “Nissan Sunny” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP5245119 İnzibati xəta haqqında protokola əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddəsi (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş qüsur aktında göstərilmişdir ki, “Nissan Sunny” markalı, **-AD- *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 3642,00 manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA111412/22 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 3642,00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı qaldırdığı sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə dair iddiasının təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil etirazı onunla əsaslandırmışdır ki, Cavabdeh hadisə baş verən zaman hadisə yerindən yayınmamışdır. Belə ki, o hadisə ilə əlaqədar iddiaçıya müraciət etmiş, iddiaçının operatoru ona səhvən sığorta müqaviləsinin qüvvədə olmadığını bildirmişdir. Cavabdeh bu səbəbdən hadisənin baş verdiyi yolun hərəkət hissəsində tıxac yaranmaması üçün nəqliyyat vasitəmi hadisə yerindən kənarlaşdırmışdır. Beləliklə, Cavabdeh vətəndaş olaraq sığorta şirkətinə olan etimad hüququ pozulmuşdur. Hadisə baş verən zaman iddiaçının sığorta xidməti tərəfindən hadisə sığorta hadisəsi kimi qiymətləndirilərək qarşı tərəfə ödəniş həyata keçirilmişdir. İddiaçının iddianın əsası kimi qeyd etdiyi inziabti xəta haqqında protokol və qərar həmin dövrdə tərtib edilmişdir. Əgər həmin qərara əsasən qeyd edilən hadisə sığorta hadisəsi hesab edilmirdisə və ödəniş Cavabdeh tələb ediləcəkdisə, ödənişi edilməməli idi. İddiaçının sığorta xidməti tərəfindən qarşı tərəfə hər hansı ödəniş edilməsi Cavabdeh öhdəliyinin yaranmasına əsas vermir. Dəymiş zərərin məbləği iddaçı tərəfindən süni şəkildə artırılmışdır. Belə ki, hadisə baş verdikdən sonra servis müəssisəsinə müraciət edilmişdir. Servis müəssisəsindən dəymiş zərərin məbləği 1000-1500 manat aralığında olduğu bildirmişdir. Buna baxmayaraq sığorta şirkəti qiymətləndirməni Cavabdeh iştirakı olmadan öz mülahizəsinə əsasən müəyyən etmişdir. Nəqliyyat vasitəsinin təmiri onların öhdəliyində olsa idi, daha real məbləğə başa gələrdi. Hazırda isə iddiaçının qiymətləndirməni hansı şəkildə apardığı məlum olmadığı üçün qeyd etdiyi sığorta ödənişinin məbləği də reallığa uyğun deyildir. Bundan əlavə ödənişi təsdiqləyən sənədlər də iş materiallarında mövcud deyildir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4052/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən işin iddia icraatına keçirilməsi qərara alınmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 işə cəlb edilmişdir. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatında qeyd etdi ki, iddianın təsvir hissəsində qeyd etdikləri kimi yol nəqliyyat hadisəsi baş vermişdir. Vəsatətdə də vurğulamışdır ki, nəqliyyat vasitəsinin zərərinin qiymətləndirilməsindən sonra şikayət edilirlər. Ona görə də müstəqil qiymətləndirici rəyi almışdırlar. Burda da iş təmirə gedib. Sığorta qarşısında 2 yol var. Ya pul təklif edir, ya da maşını təmir edir. Əvvəl ki vəziyyətinə çatdırılıb təhvil verilir. Mülki Məcəllədə də əsassız varlanma var. Burda əsassız varlanmadan söhbət gedə bilməz. Onlar sığorta şirkətlərinə deyə bilməz ki, vergi ödəməyin . Bu gün vergi ödəyən orqan tərəfindən başqa qiymət, ödəməyən yerlər də isə aşağı məbləğ hesablanır. Cavabdeh heç bu işə qoşulmamışdır. Onun bir işi var idi, 142 min manatdan 50 min manata endirilmişdir. Zərərçəkənin hər bir halda hüququ vardır. Hadisə nəticəsində 10 min manatlıq maşın 8 min manata düşür. Onlar tərəfləri tanımırlar. Onlar maraqlı deyil ki, artıq pul ödəsinlər. Xalq sığorta zərəri ən aşağı qiymətləndirən sığorta şirkətidir. Vizual görüntü ilə təmir zamanı olan xərc eyni olmur. Onsuz da həmin adam cavabdehi məhkəməyə verib pulunu tələb edəcək. Onlar qiymətləndirir, sonra məhkəmə qiymətləndirməyə göndərir, başqa qiymət çıxarır. Hazırda bu işdə başqa şəxsə iddiaları yoxdur. Məhkəmə qətnaməsinə bağlıdır. Təmir mərkəzini seçən onlar deyil ki, təmir mərkəzindən məhkəməyə müraciət etsinlər. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında qeyd etdi ki, iddiaçının nümayəndəsinin çıxışı ziddiyyət daşıyır. Dəyanətə pul ödənilmişdir. Sığorta ona zəng edib bildirmişdir ki, 1400 manat ilkin baxışda təmirlə 1600-1800 manata qədər çıxa bilər. Hazırda 3000 tələb olunması ağlabatan deyildir. Sığorta ondan polisə şikayət vermişdir. O sığortaya zəng etmiş, ona bildirmişdirlər ki, sığorta aktiv deyildir, halbuki, aktiv idi. Məhkəmə, məhkəmə baxışında tərəflərin izahatları və tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “CHEVROLET CRUZE MİNİK” markalı, **-UK-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC-də xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixə kimi sığortalanmışdır. xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmiş, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayışdan görünür ki, 2022-06-04-cu il tarixdə, saat 09:30 radələrində Sahil küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “CHEVROLET CRUZE MİNİK” markalı, **-UK-*** dövlət nömrə nişanlı avtomobil toqquşma nəticəsində əzilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 90 nömrəli hesab-fakturasından görünür ki, “NİSSAN SUNNY” markalı, **-AD-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 1815.5 manat hesablanmışdır Carpoint Autoservice tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktın surətindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “NİSSAN SUNNY” markalı, **-AD-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 3642 manat hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinin mahiyyətinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsindən görünür ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə görə isə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci bəndindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsi sahibinin, yaxud onun sürücüsünün üçüncü şəxsin əmlakına və səhhətinə vurduğu zərərin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir. Həmin Qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən, üçüncü şəxs ona vurulan zərərin ödənilməsini nəqliyyat vasitəsinin sahibindən, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçısından tələb edə bilər. Onlardan biri zərəri tam ödədikdə üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinin tələbinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, mülki hüqüq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş, təqsirli və hüquqazidd əməl nəticəsində X1 məxsus “NİSSAN SUNNY” markalı, **-AD-*** dövlət nömrə nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılmasına görə 3642 manat məbləğində pul hesablanmış, zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən X1 3642 manat məbləğində sığorta ödənişi edilmiş və həmin ödəniş üzrə tələb hüququ subroqasiya qaydasında "xxxx" ASC-nə keçmişdir. Məhkəmə qeyd edir ki, hesablanmış 3642 manat dəymiş zərər şişirdilmiş dərəcədə çoxdur. Müstəqil qiymətləndirici tərəfindən dəymiş zərər hesablanmış və 1815.5 manat müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuş hallara qiymət verərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə ziyanın əvəzi olaraq 1815.5 manat və 38.15 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən cavabdeh 38.15 manat ödənilmiş dövlət rüsumunu iddiaçıya ödəməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul vəsaiti 75 manat iddiaçı "xxxx" ASC-dən, 75 manatı isə Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 1815.5 (bir min səkkiz yüz on beş manat əlli qəpik) manat vurulmuş ziyanın əvəzi və 38.15 (otuz səkkiz manat on beş qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. İddiaçı "xxxx" ASC-dən ekspertiza tədqiqatının dəyəri qismində 75 (yetmiş beş) manat, Cavabdeh isə 75 (yetmiş beş) manat tutularaq "xxxx" MMC-nin (H/h:AZ66AİİB********************, Kapital Bank ASC-nin Nərimanov filialı, KOD 200093, icraçının VÖENi **********, S.W.İ.F.T AİİBAZ2X, VÖEN **********, Hesab AZ37NABZ********************) hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar