Məhkəmə qərarları › İş №e-2(060)-4068/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4068/2022

06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4068/2022 06.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4, Cavabdeh2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasına üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5750 (beş min yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 77,90 (yetmiş yeddi manat, 90 qəpik) manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 5827,90 (beş min səkkiz yüz iyirmi yeddi manat, 90 qəpik) manat vəsaitin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində, saat 23:00-da Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Cavabdeh1 məxsus və etibarnamə olmadan Cavabdeh2 tərəfindən idarə olunan “TOYOTA PRİUS MİNİK” markalı, 99VA350 d.q.n.-lı avtomobillə X3 məxsus və onun tərəfindən idarə olunan “MERCEDES BENZ C230 MİNİK” markalı, 90FL384 d.q.n.-lı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymiş, sürücüsü isə yüngül dərəcəli bədən xəsarəti almışdır. “TOYOTA PRİUS MİNİK” markalı, 99VA350 d.q.n.-lı avtomobil xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci ilədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra – Şirkət) sığortalanmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar BİTİ-yə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə İTŞ tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərara əsasən, hadisədə “TOYOTA PRİUS MİNİK” markalı, 99VA350 d.q.n.-lı avtomobilin sürücüsü Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.8 və 332.1-ci maddəsi (nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) ilə müəyyən edilmiş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək barəsində inzibati tənbeh tədbirinin görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(012)-602/2021 nömrəli Qərarına əsasən, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 09 ay müddətinə məqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi ilə bağlı tərtib olunmuş qüsur aktına əsasən, “MERCEDES BENZ C230 MİNİK” markalı, 90FL384 d.q.n.-lı avtomobilə 5260 manat məbləğində maddi zərər dəydiyi müəyyən edilmişdir. Həmçinin iş üzrə MTE və PAB publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 252 nömrəli rəyə əsasən, 1991-ci il təvəllüdlü X2 aldığı xəsarətlər xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, habelə dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Bununla əlaqədar olaraq, iş üzrə 1118 və 2995 nömrəli sığorta aktları tərtib edilməklə sığorta müqaviləsində və qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Şirkət tərəfindən zərərçəkən X3 ona məxsus nəqliyyat vasitəsinə dəyən zərərə görə 5000 manat, sağlamlığına dəyən zərərə görə 750 manat olmaqla cəmi 5750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd ediləsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə zamanı Cavabdeh2 “Toyota Prius” markalı, ** VA *** dövlət qeydiyyat markalı avtomobili idarə etməyə səlahiyyəti olmadan qanunsuz olaraq istifadə etmişdir və buna görə də iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişi (5750 manat) məbləği cavabdehlərdən onun xeyrinə tutulmalıdır. Halbuki, iddia ərizəsində göstərilənin əksinə xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə zamanı Cavabdeh2 doğma oğlu Yaşar Qəniyevə məxsus “Toyota Prius” markalı, ** VA *** dövlət qeydiyyat markalı avtomobili idarə etmək hüququ olmuşdur. Onun həmin avtomobili onu idarə etmək hüququ olmadan qanunsuz olaraq istifadə etməsindən söhbət gedə bilməz. Çünki əvvəla Cavabdeh2 sürücülük vəsiqəsi olmaqla nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs olmuşdur, ikincisi onun həmin hüquqdan məhrum olunması və ya bu hüququnun müvəqqəti məhdudlaşdırılması da iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə bikəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 4-cü bəndində də göstərilmişdir ki, “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür”. Digər tərəfdən, Cavabdeh2 “Toyota Prius” markalı, ** VA *** dövlət qeydiyyat markalı avtomobili Yaşar Qəniyevin iradəsinə zidd olaraq idarə etmiş olması da müəyyən olunmur. Belə ki, Cavabdeh2 həmin avtomobili Yaşar Qəniyevdən xəbərsiz və onun iradəsinə zidd olaraq götürməsi, qaçırması, oğurlaması və s. qanunsuz olaraq götürməsindən söhbət belə gedə bilməz. Əksinə cavabdehlər ata və oğuldur, bir yerdə yaşamaqla birgə təsərrüfat aparırlar. Onlar “Toyota Prius” markalı, ** VA *** dövlət qeydiyyat markalı avtomobili də birlikdə istifadə etmişlər; hətta Yaşar Qəniyev atası Cavabdeh2 həmin avtomobilə dair etibarnamə də vermiş, lakin xx.xx.2021-ci il tarixdə baş vermiş hadisədən bir neçə gün əvvəl bitmiş, Qəniyevlər isə onun müddətinin bitməsindən xəbərsiz olmuşlar. Bununla belə, etibarnamənin müddətinin bitməsi də fərqli (iddianın əsaslı olduğu) qənaətə gəlmək üçün əsas deyildir. Nəzərə almaq lazımdır ki, Yaşar Qəniyev ilə Cavabdeh2 arasında onsuz da həmin avtomobildən istifadəyə dair “əvəzsiz istifadə” müqaviləsi olmuşdur. Xüsusilə nəzərə alınmalıdır ki, əvəzsiz istifadə müqaviləsi xüsusi forma şərtinə tabe də deyildir. Nəticə olaraq Cavabdeh2 həmin maşından istifadə etməsi həmin maşının əsl sahibi olan Cavabdeh1 iradəsi daxilində aralarında bağlanmış əvəzsiz istifadə müqaviləsi əsasında olmuşdur. İddia ərizəsində göstərilənin əksinə xx.xx.2021 -ci il tarixdə baş vermiş hadisə zamanı Cavabdeh2 doğma oğlu Yaşar Qəniyevə məxsus “Toyota Prius” markalı, ** VA *** dövlət qeydiyyat markalı avtomobili qanunsuz olaraq - cinayət xarakterli əməllər törətməklə (oğurluluq, soyğunçuluq, quldurluq yolu ilə və sair cinayətlər), habelə talama məqsədi olmadan nəqliyyat vasitəsini ələ keçirdikdən sonra idarə etməsi və məhz bu zaman yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını əozması müəyyən olunmur. Bu mənada Azərbaycan Respublikası Dövlət Sığorta kommersiya Şirkətinin hazırkı iddia tələbi əsaslı olmamaqla yanaşı, mülki məsuliyyətin cbari sığortası institutu ilə, həmin institutun məqsəd və qayəsi ilə də qəti şəkildə uzlaşmır, ən azından ona görə ki, yuxarıda şərh edilənlərdən də açıq şəkildə göründüyü kimi, iddia ərizəsində göstərilənlərin əksinə Cavabdeh2 xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə zamanı “Toyota Prius” markalı, ** VA *** dövlət qeydiyyat markalı tomobili qanunsuz olaraq deyil, tam tərsinə qanuni əsaslarla idarə etmişdir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsində isə göstərilir ki, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi da, sığorta olunan hesab edilir. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X6 iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd olunanları təsdiq etdi. İddia tləbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Cavabdeh2 iddia tələbini qəbul etmədi. Etiraza uyğun izahat verərək iddia tələbinin rədd edilməsi bardə qətnamə qət edilməsini xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından olan: - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsindən görünür ki, “TOYOTA PRİUS” markalı, 99–VA–350 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-cİ ildən xx.xx.2021-ci ilədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində icbari sığorta növündə sığortalanmışdır. - Sığorta ödənişi ilə bağlı xx.xx.2021-ci il tarixli, 1118 saylı aktın surətindən görünür ki, zərərlə bağlı avtomobilə dəymiş maddi ziyanın ümumi məbləği 5000 manat təşkil edir. - Sığorta ödənişi ilə bağlı xx.xx.2021-ci il tarixli, 2995 saylı aktın surətindən görünür ki, zərərlə bağlı X1 dəymiş maddi ziyanın ümumi məbləği 750 manat təşkil edir. - Abşeron Rayon Məhkəməsinin 3(012)-602/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X5 Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 09 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3cü maddələrinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmçinin, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 14.2 və 14.2.5-ci maddələrinə uyğun olaraq, sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi onun yüngül xəsarət alması halında sığorta məbləğinin 15 faizi nisbətində ödənilir. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun Xİİİ-cu bəndinə əsasən Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir. Həmin Qanunun Xİİİ-İ-ci bəndinə əsasən- Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı, habelə bu Qanunun 27-ci maddəsinin Vİ-İ hissəsində nəzərdə tutulmuş məlumatları dərhal müvafiq icra hakimiyyəti orqanına göndərir. Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinə əsasən - Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə,mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə,ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən ... istifadə edilməsi ...) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (... nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə ...) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə görə,başqa şəxsin (… nəqliyyat vasitəsini idarə edən şəxsin …) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəzmiqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, xx.xx.2021-ci il tarixində, saat 23:00-da Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Cavabdeh1 məxsus və etibarnamə olmadan Cavabdeh2 tərəfindən idarə olunan “TOYOTA PRİUS MİNİK” markalı, ** VA *** d.q.n.-lı avtomobillə X3 məxsus və onun tərəfindən idarə olunan “MERCEDES BENZ C230 MİNİK” markalı, ** FL *** d.q.n.-lı avtomobil toqquşmuş, nəticədə avtomobiilə maddi ziyan dəymiş, sürücüsü isə yüngül dərəcəli bədən xəsarəti almışdır. “TOYOTA PRİUS MİNİK” markalı, 99VA350 d.q.n.-lı avtomobil xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci ilədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra – Şirkət) sığortalanmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar BİTİ-yə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə İTŞ tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərara əsasən, hadisədə “TOYOTA PRİUS MİNİK” markalı, 99VA350 d.q.n.-lı avtomobilin sürücüsü Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.8 və 332.1-ci maddəsi (nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) ilə müəyyən edilmiş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək barəsində inzibati tənbeh tədbirinin görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(012)-602/2021 nömrəli Qərarına əsasən, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 09 ay müddətinə məqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi ilə bağlı tərtib olunmuş qüsur aktına əsasən, “MERCEDES BENZ C230 MİNİK” markalı, 90FL384 d.q.n.-lı avtomobilə 5260 manat məbləğində maddi zərər dəydiyi müəyyən edilmişdir. Həmçinin iş üzrə MTE və PAB publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 252 nömrəli rəyə əsasən, 1991-ci il təvəllüdlü X2 aldığı xəsarətlər xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, habelə dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Bununla əlaqədar olaraq, iş üzrə 1118 və 2995 nömrəli sığorta aktları tərtib edilməklə sığorta müqaviləsində və qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Şirkət tərəfindən zərərçəkən X3 ona məxsus nəqliyyat vasitəsinə dəyən zərərə görə 5000 manat, sağlamlığına dəyən zərərə görə 750 manat olmaqla cəmi 5750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin etirazına münasibətdə məhkəmə qeyd edir ki, avtomobili etibarnamə olmadan idarə etmək inzibati xəta tərkibi yaradır və qanuna ziddir, avtomobilin əvvəzsiz istifadəyə verilməsinə gəlincə isə Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi əşya hüquqlarına dair müqavilə əsasında başqa şəxsə verildikdə müvafiq orqanlarda dövlət qeydiyyatından keçirilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsini nəzərdə tutur. Hazırki haldada, Cavabdeh2 sığortalanmış avtomobili istismar etmək hüququ olmamışdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. (Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 5750 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 77,90 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5750 (beş min yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 77,90 (yetmiş yeddi manat, 90 qəpik) manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 5827,90 (beş min səkkiz yüz iyirmi yeddi manat, 90 qəpik) manat vəsaitin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5750 (beş min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 77,90 (yetmiş yeddi manat, 90 qəpik) manat dövlət rüsumunun əvəzi, ümumilikdə 5827,90 (beş min səkkiz yüz iyirmi yeddi manat, 90 qəpik) manat vəsait Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar