Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4069/2022 05.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə 05 sentyabr 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia qaldıraraq, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 2 013,04 (iki min on üç manat dörd qəpik) manat sığorta ödənişinin, ödənilmiş 40,13 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** DP *** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** XT *** dövlət qeydiyyat nişanlı Volkswagen Jetta markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. Tərəflərindən müqavilə üzrə öhdəliyikləri əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** XT *** dövlət qeydiyyat nişanlı Volkswagen Jetta markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 5740,00 manat təmir edildiyi təqdirdə əlavə xərc (ƏDV) 1033,20 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə azadolma çıxılmaqla 7013,04 (yeddi min on üç manat dörd qəpik) manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC -nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətinin icbari sığorta üzrə sığorta edən şirkət olan “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən 5 000,00 (beş min) manat məbləğində vəsait "xxxx" ASC ödənilmiş, qalıq məbləğ olan 2 013,04 (ikimin on üç manat dörd qəpik) manat məbləğin isə 15 (on beş) təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini cavabdehdən xahiş etmiş lakin, cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. Yuxarıda qeyd etdiklərinə əsasən, nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə məktub göndərilsə də, məktub geri qaytarılmışdır. Maşına dəymiş ziyanın məbləği barədə qaimə ilə bağlı bildirir ki, ziyan dövlət qeydiyyatından keçmiş şirkətlərin ustaları tərəfindən müəyyən edilir. Belə ki, onlar ancaq qeydiyyatdan keçmiş təmir mərkəzləri ilə müqavilə əsasında əməkdaşlıq edirlər və hətta həmin şirkətlər dəymiş ziyanın məbləği barədə onlara güzəşt də edirlər. Göstərilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, qəza baş verən günü onun avtomobili 20 km/saat sürətlə hərəkət etmişdir. Zərərçəkən maşın isə dayanmışdır. Həmin sürətlə dayanmış maşınla toqquşan zaman avtomobilə qeyd edilən məbləğdə ziyan dəyməsi mümkün deyil. Onun maşının buferinin küncü qarşı tərəfin maşının təkərinə dəymişdir. Hesab edir ki, ümumilikdə həmin maşına dəymiş zərər 3000 manatdan artıq ola bilməz. Ola bilsin ki, iddiaçı ilə həmin şəxs dəymiş zərərin məbləği barədə razılaşıblar. Hesab edir ki, iş üzrə yenidən qiymətləndirilmə aparılmalıdır. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, ** XT *** dövlət qeydiyyat nişanlı Volkswagen Jetta markalı avtonəqliyyat vasitəsi "PAŞA Sığorta” ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "Avtonəqliyyat vasitələrinin tam sığortası" növü üzrə tam sığortalanmışdır. xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyatı hadisəsində ** XT *** dövlət qeydiyyat nişanlı Volkswagen Jetta markalı avtonəqliyyat vasitəsinə 7113,63 manat məbləğində ziyan dəymiş, 7113,04 manat "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Azadolma məbləği 100 manat təşkil etmişdir. İşdə olan 3506/1 nömrəli xx.xx.2020-ci il tarixi, 2760/1 nömrəli xx.xx.2020-ci il tarixli pretenziya məktublarından görünür ki, ödənilmiş sığorta ödənişinin sığorta şirkətinə ödənilməsinə dair cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli Euro Style LTD tərfindən verilmiş hesabdan görünür ki, 7113,04 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli təhvil təslim aktından görünür ki, ** XT *** dövlət qeydiyyat nişanlı Volkswagen Jetta markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 7113.04 manat zərər məbləği müqabilində təmir olunmuşdur. İşdə olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 18 yanvar 2020-ci il tarixdə idarə etdiyi ** DP *** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtonəqliyyat vasitəsi ilə ** XT *** dövlət qeydiyyat nişanlı Volkswagen Jetta markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuş, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt sürücü ayıq olmuş, avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli TP ******* nömrəli qərardan görünür ki, həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun barəsində 40 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. İşdə olan "xxxx" ASC tərəfindən “Azərsığorta Dövlət Sığorta” şirkətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubla xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı 5000 manat ödənilməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən idarə olunan ** DP *** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** XT *** dövlət qeydiyyat nişanlı Volkswagen Jetta markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində 7113.63 manat məbləğində zərər vurmuş, sığortalı tərəfindən 100 manat azadolma ödənildikdən sonra 7013.04 sığorta ödənişi iddiaçı tərəfindən ödənilmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 5000,00 (beş min) manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Sığorta ödənişindən qalıq məbləğ olan 2013.04 manat isə cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, sözügedən zərərin aradan qaldırılması üçün iddiaçının ödədiyi sığorta ödənişindən ödənilməyən 2013,07 (70xx.xx-5000) manat məbləğində pulu cavabdehdən tələb etmək hüququ vardır. Belə ki, Mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: - qanundan əmələ gəlməsi; - həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; - zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Bu Məcəllənin 1108.3-cü maddəsində yüksək təhlükə mənbələrinin (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) qarşılıqlı təsiri nəticəsində dəymiş zərərin əvəzinin ümumi əsaslarla onların sahiblərinə ödənilməsi nəzərdə tutulmuşdur. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi zərərçəkmişə dəymiş zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə ya mülkiyyət hüququ ilə sahiblik edən şəxsin, ya da nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləği üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manatdır. Mülki Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır (926.1). Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir (926.2). İşin hallarından göründüyü kimi ** DP *** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtomobillə xx.xx.2020-ci ildə baş vemiş yol-nəqliyyat hadisəsi Cavabdeh tərəfindən törədildiyindən və həmin hadisədə onun təqsirli olması öz təsdiqini tapdığından icbari sığorta müqaviləsində nəzərdə tutulan sığorta məbləğindən (5000 manatdan çox) artıq məbləğdə vurulmuş zərər Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2). Faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir (936.3). Beləliklə məhkəmə hesab edir ki, zərərçəkənə dəymiş zərərin əvəzini ödədiyindən və tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçdiyindən sözügedən zərərin aradan qaldırılması üçün iddiaçı sığorta şirkətinin ödədiyi sığorta ödənişindən qalan 2013.04 (iki min on üç manat dörd qəpik) manat sığorta ödənişini Cavabdeh tələb etməkdə haqlıdır. Ona görə də iddia tələbi təmin edilməlidir. Məhkəmə Cavabdeh vurulmuş zərərin məbləğinin az olması, yenidən qiymətləndirmə aparılmalı olması ilə bağlı etirazının dəlillərini qəbul etmir. Belə ki, sığorta şirkətinin zərərvurmuş şəxsə qarşı subroqasiya hüququ zərərçəkmiş şəxsə (şəxsən və ya avtomaşının təmirinə) ödənilmiş məbləğ həddində yaranır. Hazırda iddiaçı sığorta şirkətinin tələb etdiyi pul məbləği artıq zərərçəkmiş şəxsə (o cümlədən maşının təmirinə) ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, sözügedən məbləğin hazırki mərhələdə cavabdeh tərəfindən mübahisələndirilməsi əsassızdır. Məhkəmə həmçinin AR MPM-nin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 40,13 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 2013,04 (iki min on üç manat dörd qəpik) manat sığorta ödənişi məbləği və 40,13 (qırx manat on üç qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-4069/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4069/2022
05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver