Məhkəmə qərarları › İş №e-2(060)-412/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-412/2024

04.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-412/2024 04.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Behbudova Aynur Mirzalı qızı, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “su təchizatı vətullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 841,74 manat borcun tutularaq **********100 saylı abonent koduna və 30 manat dövlət rüsumu üzrə xərclərin '’Azərsu ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ”Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu: **********100) su təchizatı sistemindən suyunburaxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2023-cü il tarixinə 841,74 manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan 1 ünvanında, ona məxsus mənzildə xx/xx/2023-cü il tarixədək normativ qaydada, sonradan isə mənzilində quraşdırılmış SSS-15 tipli, ******* nömrəli, E052004 plomblu su sayğacının göstəricisinə uyğun olaraq hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıqməktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, aşağıda qeyd olunanlara əsasən İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsinə” dair iddia ərizəsi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, onlar tərəfindən Abşeron Gənclər Şəhərciyinin Komendatlığına verdikləri sorğuya cavab olaraq, “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Abşeron Gənclər Şəhərciyi”nin komendatı Cavabdeh 11 dekabr 2023-cü il tarixli, 3796 nömrəli arayışdan və xx.xx.2010-cu il tarixli, 12276 nömrəli mənzilin alqısatqı müqaviləsindən göründüyü kimi, "xxxx" ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km ünvanında yerləşən “ünvan 3ömrələnmə ilə mənzil 10) ünvanı X3 məxsusdur. Arayışdan və mənzilin alqı-satqı müqaviləsindən də göründüyü kimi qeyd olunan mənzil tamamilə başqa şəxsə məxsusdur. O həmin mənzildə heç vaxt yaşamamış və həmin mənzil onun heç vaxt mülkiyyətində olmamışdır. İddiaçının isə hansı səbəbdən onu bu işdə cavabdeh qoyması anlaşılmazdır. Bu səbəbdən də iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Yuxarıda qeyd olunanların nəzərə alınaraq, İddiaçı ASC-nin Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 841,74 manat borcun (abonent kodu: **********100) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsi barədə iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyi, ev 84, 10 nömrəli mənzilə görə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 841,74 manat borcun (abonent kodu: **********100) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda qeyd olunanlara əsasən İddiaçı ASCnin Cavabdeh qarşı “borcun ödənilməsinə” dair iddia ərizəsi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Aşağıda qeyd olunanlara əsasən İddiaçı ASC-nin iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, ilk öncə bildirmək istəyir ki, Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyi, ev 84, 10 nömrəli mənzilin ona heç bir aiddiyyəti yoxdur. Həmin mənzil X3 məxsusdur. Bundan başaq həmin mənzilə görə onunla İddiaçı ASC-nin arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə heç bir müqavilə olmamış, mənzilə görə müqavilə bağlanılması ilə bağlı iddiaçıya heç vaxt müraciət etməmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinə əsasən obyektlərin su ilə təchizatından əvvəl müvafiq normativ hüquqi aktlarla müəyyən edilən tələblərin yerinə yetirilməsini və xidmət haqqının ödənilməsini nəzərdə tutan lazımi müqavilələr bağlandıqda su təchizatı müəssisələri özünün xidməti zonasının konkret ərazisində məişət (təsərrüfat)-içməli su ehtiyaclarının ödənilməsi üçün obyektləri lazımi miqdarda su ilə təmin etməli, habelə su kəmərləri xətlərini quraşdırmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinin 4-cü bəndinə əsasən su təchizatı müəssisələri obyektləri məişət (təsərrüfat)-içməli məqsədlər üçün su ilə yuxarıda qeyd olunan tələblərin yerinə yetirildiyi təqdirdə və ancaq bu maddədə nəzərdə tutulan obyektlərin təchizi hallarında təmin etməyə borcludurlar. Həmin Qanunun 23-cü maddəsinə əsasən su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olduğu halda su təchizatı sisteminə qoşmalıdır. Həmin Qanunun 24-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçılar su təchizatı sisteminə qoşulmaq istəmələri barədə su təchizatı müəssisəsinə yazılı müraciət edə bilərlər. Su təchizatı müəssisəsi on gün müddətində müraciətə baxaraq obyektin su təchizatı sisteminə qoşulmasına razılıq verir və ya əsaslandırılmış qaydada burdan imtina edir. Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı “Sudan istifadə Qaydaları” haqqında Qərarının 1.6-cı maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. Beləliklə qanunvericiliyin istinad edilən normalarından göründüyü kimi suyun verilməsi ilə bağlı ilk öncə istehlakçı tərəfindən yazılı şəkildə müraciət edilməli, su təhcizatı müəssisəsi bu barədə razılıq verməli və bundan sonra isə su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qanunvericiliyin digər tələbinə görə isə su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu su təchizatı sisteminə qoşarkən istehlakçının mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olması tələbini qoymuşdur. Yəni hər hansı bir şəxsin ona aid olmayan obyektə su çəkilməsi ilə bağlı müraciət etmək hüququ olmadığı kimi su təhcizatı müəssisəsinin müraciət edən şəxsin obyektin sahibi olub olmamasını araşdırmalıdır. Qanunvericiliyin digər tələbi isə ondan ibarətdir ki, tərəflər arasında müqavilə olmadığı halda xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Beləliklə iş materiallarında iddiaçı ilə cavabdeh arasında heç bir müqavilə mövcud olmamış, Cavabdeh bununla bağlı qeyd olunan mənzilin su ilə təhciz olunmasına görə heç bir müraciət etməmiş, digər yandan qeyd olunan mənzilin Cavabdeh heç bir aidiyyəti olmamaqla yanaşı, onun həmin mənzildə yaşaması, mənzilin icarəçisi olması və ya onun tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə etməsi faktı mövcud olmamışdır. Məhkəmə maddi hüquq normalarının tələblərini pozaraq qanunla tələb olunan sənədlərə deyil abonent kartına, İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli məktuba istinad etmişdir ki, bununla kobud qanun pozuntusuna yol vermişdir. Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Beləliklə qanunvericiliyin sadalanan normalarına görə öhdəliyin yaranması üçün ilk öncə müqavilə bağlanmalı, həmin hər iki tərəfin iradə ifadəsi öz əksini tapmalı, müqavilə onu bağlayan şəxslər tərəfindən imzalanmalıdır ki, iş materiallarında tərəflər arasında imzalanmış hər hansı bir müqavilə olmadığından cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyi mövcud deyil. Bundan başqa onlar tərəfindən Abşeron Gənclər Şəhərciyinin Komendatlığına verdikləri sorğuya cavab olaraq, “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Abşeron Gənclər Şəhərciyi”nin komendatı Cavabdeh 11 dekabr 2023-cü il tarixli, 3796 nömrəli arayışdan və xx.xx.2010-cu il tarixli, 12276 nömrəli mənzilin alqı-satqı müqaviləsindən görünür kimi, "xxxx" ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km ünvanında yerləşən “ünvan 3ömrələnmə ilə mənzil 10) ünvanı X3 məxsusdur. Eyni zamanda onlar tərəfindən İddiaçı ASC-nə sorğu ilə Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyi, ev 84, 10 nömrəli mənzilə görə Cavabdeh adına abonent kodunun verilməsinə əsas olmuş sənədlərin, sayğacların quraşdırılmasına əsas olmuş sənədlərin, müqavilənin, ərizə və sair sənədərin surətinin verilməsi xahiş olunmuş, İddiaçı ASC-dən bununla bağlı yalnız 2 səhifədən ibarət xx.xx.2017-ci il tarixli, 34918082 nömrəli müqavilə təqdim olunmuşdur ki, həmin müqavilədə yalnız Abşeron Sukanal İdarəsinin möhürü və imzası mövcud olmuş, istehlakçı qrafası boş olmaqla heç kimin anket məlumatları göstərilməmiş və imzalanmamışdır. Beləliklə qeyd olunan mənzilin ona heç bir aidiyyəti olmadığından iddiaçının iddia tələbi əsassızdır, rədd olunmalıdır. Yuxarıda qeyd olunanların nəzərə alınaraq, İddiaçı ASC -nin Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 841,74 manat borcun (abonent kodu: **********100) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsi barədə iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatında bildirmişdir ki, həyət evlərindən və keçmişdə tikilmiş evlərdən fərqli olaraq yeni tikililərdə sayğacın quraşdırılması və kodların açılması MTKnın özü tərəfindən həyata keçirilir. Adətən mənzillər kodlaşdırılarkən MTK sədrinin adına kodlaşdırılır. Mənzillərin satışı isə müəyyən vaxtda həyata keçilir. Çünki, onların hamısı eyni zamanda satılmır. Ona görə də mənzilə əgər sayğac quraşdırılması tələb olunursa, əgər İddiaçı ASC tərəfindən qəbul olunursa ki, bu istismara yararlıdır, o zaman bütün mənzillər kodlaşdırılmalı və sayğaclaşdırılmalıdır. Ayrı-ayrı mənzillərə su çəkilmir. Həmin mənzilin Cavabdeh adına kodlaşdırılması hissəsinə münasibət olaraq bildirir ki, kodlaşdırma məktub əsasında olmuşdur. Həmin abonent kodları Cavabdeh adına olmuşdur. Əgər MTK tərəfindən mənzillərin satılması ilə bağlı məktub gəlirsə və əgər onların borcu olmursa o zaman addan ada keçirilmə prosesi avtomatik şəkildə baş verir. Mənzil sahibi onlara şəxsiyyət vəsiqəsi, çıxarış, olmadıqda isə maliyyə arayışı, MTK tərəfindən möhürlü şəkildə siyahı təqdim olunur. Bu abonentlərin hamısı demək olmasa da, sayğac mənzilin çölündə yerləşir. Həyət evlərində sudan qeyri qanuni istifadə olunduqda vaxtaşırı yoxlamalar olur. Hər ay evlərə bildiriş təqdim edilir. Bildirişlər qapıya qoyulur. Cavabdeh adına abonent kodu çox olduğu üçün, bəzi mənzillərdə ödənişlər vardır. Cavabdeh orada komendantdır. Komendant özü də idarədə olmuş və demişdir ki, hamısına gedib ödətdirəcəkdir. O da bildirmişdir ki, evlər onun adınadır. Ona görə də məcburdurlar ki, onu məhkəməyə versinlər. Abonent kodunun sonu 100 olan ünvanda 2023-cü il tarixə kimi ödənişlər olmamışdır. Avqust ayında 50, 20, 30 manat və oktyabr ayına kimi 200 manat ödənişlər olmuşdur. Azərsu inhisarçı qurumdur. Onun da gəlirləri sadəcə satılan pullar ilə bəhrələnir. Digər gəlirləri yoxdur. Belə ki, satılan suyun pulu ilə bütün işlər görülür. Cavabdeh gəlmiş və söz vermişdir ki, bütün mənzillərin pulunu ödətdirəcəkdir. Ona görə də bildirə bilmirlər ki, işığı və suyu kəsirlər. Belə bir irad bildirə bilmirlər. Binanın rəhbərliyi tərəfindən kodlar məcbur şəkildə bir nəfərin adına açılır. Onlara bir məktub və bir şəxsiyyət vəsiqəsi gəlmişdir. Ona görə də məcbur şəkildə məhkəməyə müraciət etmişlər. Binalarda bu problemlər vardır. Addan-ada keçirilmədiyi və mənzil sahibinin suyu kəsilmədiyi üçün qapıya sadəcə bir bildiriş qoyulur. Bundan başqa çıxış yolu qalmır. Ona görə də məhkəməyə müraciət etdikdə komendantı və yaxud sədri verirlər. Digər şəxsin onlarda şəxsiyyət vəsiqəsi yoxdur. Məbləğlər kiçik olduqda müəyyən güzəştlər olur. Ödənişlər məhkəməyə qədər olmuşdur. xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 30 manat məbləğində ödənişlər olmuşdur. Onlar komendantı və yaxud MTK sədrini günhlandırmırlar. Hansı ki, istehlakçılar vardır. Onların hər ay qapıları döyülür və bildirişlər təqdim edilir. Suyu isə kəsmək olmur. Suyu kəsdikdə isə İcra Hakimiyyətinə gedir və yolları kəsirlər. Orada da onlara təzyiqlər olunur ki, binanın suyunu buraxsınlar. Onlarda dəfələrlə olmuşdur ki, bütün bina su pulunu ödəmədiyi üçün suyu kəsmişlər. Onlara dedikdə isə deyirlər ki, onların adına abonent kodu yoxdur. Həyət evlərində suyu kəsmək olur. Qanunsuz qoşulma halları baş verdikdə cəriməni də tələb edə bilirlər. Tarif şurasının qərarına əsasən 4 nəfər abonentin adına hesabat açıldıqda, baza 4 nəfərdən götürülür. Əgər bir nəfərin adına arayış gətirilsə, o zaman hesabat bir nəfərin adına aparılır. Abonent kartı abonent bazası əsasında açılır. Bayramşərif ayrı, Eminalı isə ayrı adamdır. Abonent kartında şəxsin adı Eminalıdır. Abonent bazası avtomatik açılır. Abonent bazasında siyahı göndərilir və kod açılır, daha sonra isə bazaya yerləşdirilir. Əvvəlki illərdə kiçik bir vərəq olmuş və qol çəkilmişdir. Onların cəmi abonent sayı 42 min olmuşdur. İndi isə abonent sayları 200 minə yaxındır. Hər bir abonentə də müqavilə yazmaq alınmır. Əgər abonent narazı qalır və yaxud tələb edirsə, idarənin rəhbərliyi tərəfindən imzalanır, möhürlənir. Daha sonra isə abonent bazasında avtomatik olaraq həmin şəxs çıxır. Onlara verilən siyadıdakı adlara uyğun abonent kodu açmışlar. Əgər onlara başqa ad verilsə başqa adamın adına da abonent kodu açılar. Bina tikilməmişdən öncə mənzillərdə qaz xətti, işıq və su xətləri çəkilir. Onlara siyahı verildikə, həmin abonentin hesabına kodu açırlar. Daha sonra abonenti çağırır və borcu olduğu təqdirdə borcunun olduğunu bildirirlər. Bu hallar isə alğı-satqı zamanı baş verir. Həmin zaman isə şəxs borcunun olmadığı barədə arayış alır. Sayğacı onlar istismara qəbul edir və plomb vururlar. Sayğacı quraşdırarkən vətəndaşın kimliyini müəyyən etmək lazım olmur. Fiziki şəxslərə, əhali qrupuna aid olan şəxslərə pulsuz xidmət göstərilir. MTK tərəfindən isə 250 manat pul alınır və sayğac quraşdırılır. Ona görə də onlar tərəfindən quraşdırılan sayğac smart kart tiplidir. MTK isə özü mexaniki tipli, qiyməti 14 manat olan sayğac quraşdırır. Lakin onun istismarına onlar cavabdehlik daşıyır. Xarab olduqda, düzgün işləmədikdə sayğac onlar tərəfindən dəyişdirilir. Vətəndaş müraciət etsə ki, mənzili satmışlar, o zaman mənzili həmin şəxsin adına keçirdirlər. 2017-ci il tarixdən 2019-cu il tarixə kimi istehlakçı tərəfindən 100 manat məbləğində pul ödənilmişdir. 2020,2021,2022,2023-cü il tarixlərində cəmi 100 manat pul ödənilmişdir. Ümumillikdə 200 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirdi ki, mənzil 2010-cu il tarixdən X3 məxsusdur. Həmin müqavilənin Cavabdeh heç bir aidiyyatı yoxdur. Nümayəndənin şəxsən sorğuya cavab olaraq təqdim etdiyi müqavilədən görünür ki, həmin müqavilə Cavabdeh Bayramşərif oğluna məxsusdur. Digər tərəfdən həmin müqavilədə İddiaçı ASC-nin imzası və möhürü vardır. Lakin Cavabdeh ilə müqavilə bağlanması, mənzilin ona aid olması ilə bağlı heç bir sübut mövcud deyildir. Cavabdeh həmin binada komendant deyildir. Xidmət göstərən şirkətin nümayəndəsidir. Cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. Mənzil X3 məxsusdur. Pulları ödəmişdirsə həmin şəxs ödəmişdir. Əgər o ödəməmişdirsə başqa hansı bir şəxsin ödəməyi barədə onlarda məlumat yoxdur. İddiaçı ASC-nin əməkdaşları saxta sənədlər əsasında Cavabdeh, əslində heç ona da aid olmayan hesablar açaraq şəxsə qarşı iddia qaldırmışlar. Bununla bağlı Prokurorluq orqanlarına və Su ehtiyatlarına müraciət etmişlər. Şəxsən nümayəndənin hərəkətləri barəsində aidiyyatı orqanlara müraciət etmişlər. Bütün deyilənlərin heç birinin məntiqi əsası yoxdur. İddia tələbi tam əsassızdır. Ona görə də təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan abonent kartından (saldo) müəyyən edilir ki, 34918082 nömrəli müqavilə üzrə su və çirkab su xidmətlərindən istifadəyə görə 2017-ci il üzrə 50,5 manat, 2018-ci il üzrə 103,5 manat, 2019-cu il üzrə 62,5 manat, 2020-ci il üzrə 124 manat, 2021-ci il üzrə 202,24 manat, 2022-ci il üzrə 233 manat borc, 2023-cü il üzrə 66 manat borc hesablanmışdır. Cavabdeh 2017-2023-cü illər ərzində cəmi 841,74 manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçıçıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə su və çirkab su xidmətlərindən istifadəyə görə son ödəmə tarixi keçmiş, ödənilməmiş borcun 10 gün müddətində ödəməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Etiraz ərizəsinə qoşma olaraq cavabdehin nümayəndəsi və vəkili tərəfindən əlavə edilmiş, daha sonra isə iş materiallarına əlavə edilmiş xx.xx.2010-cu il tarixli, 12276 nömrəli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" ASC Abşeron rayonu, Xırdalan Sumgait şossesi 7km inşa etdirdiyi 1 saylı binanın, 84 blok, 8 saylı otaqdan ibarət, ümumi sahəsi 45.47 olan mənzili alıcı X1, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.1-ci maddəsində qeyd edilən mənzilin ümumi sahəsinə mənzilin divarlarının sahəsi, balkon və (və ya) eyvanların sahəsi, habelə yardımçı sahələr də daxildir. Satıcı satdığı mənzili tikinti işləri başa çatdıqdan sonra alıcıya təhvil verməyi, alıcı isə mənzili qəbul edib mənzilin razılaşdırılmış dəyərini müqaviləyə əlavə edilmiş cədvəl üzrə və ya birdəfəlik ödəniş şəklində ödəməyi öhdəsinə götürür. Etiraz ərizəsinə qoşma olaraq cavabdehin nümayəndəsi və vəkili tərəfindən əlavə edilmiş, daha sonra isə iş materiallarına əlavə edilmiş, “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Abşeron Gənclər Şəhərciyi”nin komendatı Cavabdeh 11 dekabr 2023-cü il tarixli, 3796 nömrəli arayışından görünür ki, "xxxx" ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km ünvanda yerləşən Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksində, mənzilin alqı-satqı müqaviləsinə əsasən blok 84 mənzil 8 (yenidən nömrələnmə ilə mənzil 10) ünvanı X3 məxsusdur. Etiraz ərizəsinə qoşma olaraq cavabdehin nümayəndəsi və vəkili tərəfindən əlavə edilmiş, daha sonra isə iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Abşeron rayonu, Vəkil Bürosunun vəkili Nümayəndə1 tərəfindən İddiaçı ASC-nə 440/1454 nömrəli, 12 fevral 2023-cü il tarixli soğudan görünür ki, Abşeron Gənclər Şəhərciyi, ev 46, 49 nömrəli mənzilinin, Abşeron Gənclər Şəhərciyi, ev 84, 10 nömrəli mənzilinin və Abşeron Gənclər Şəhərciyi, ev 64, 54 nömrəli mənzillərə Cavabdeh adına açılmış abonent kodunun verilməsinə əsas olmuş sənədlərin sürətini, sayğacların quraşdırılmasına əsas olmuş sənədlərin surətini, müqavilə, ərizə və sair sənədlərin surətinin ona təqdim edilməsini xahiş etmişdir. Həmin soğrulara cavab olaraq göndərilmiş, etiraz ərizəsinə qoşma olaraq cavabdehin nümayəndəsi və vəkili tərəfindən əlavə edilmiş, daha sonra isə iş materiallarına əlavə edilmiş, Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan 34923058 nömrəli, 06 yanvar 2017-ci il tarixli, xidməti ünvanı ünvan 67-ci il tarixli, xidməti ünvanı ünvan 76-cı il tarixli, xidməti ünvanı ünvan 8nür ki, bir tərəfdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Abşeron Sukanal İdarəsi (bundan sonra müəssisə) rəisi Fərmayıl Vəliyev şəxsində, digər tərəfdən (bundan sonra – istehlakçı) Cavabdeh, Bayram Şərif oğlu şəxsində Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli, 723-İQ nömrəli “Su təchizatı və tullantı suları haqqında” qanununa və sudan istifadə qaydalarına uyğun olaraq bu müqaviləni bağladılar. Bu müqavilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 nömrəli Dövlət Standartının tələbinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə vəxidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən su təchizatı müəssisələrindən alınan su həmin şəxslərin mülkiyyətidir və bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, bu sudan onlar tərəfindən istədikləri şəkildə istifadə olunur. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiqicra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. Həmin Qanunun 30-cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna əsasən hesablanır. Bundan başqa “Sudan istifadə” qaydalarının 2.1.5-ci maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazıngöstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir. Həmin qaydaların 7.2-ci maddəsinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinəəsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır. Azərbaycan Respublikası Tarif Şurasının "xxxx" ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Tarif(qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0.30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir. Tarif (Qiymət) Şurasının xx.xx.2021-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçılarınvəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsindən göründüyü kimi, qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarıilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3. bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. Məhkəmə araşdırmasında müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh (abonent kodu:**********100) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. 2017-ci il üzrə 50,5 manat, 2018-ci il üzrə 103,5 manat, 2019-cu il üzrə 62,5 manat, 2020-ci il üzrə 124 manat, 2021-ci il üzrə 202,24 manat, 2022-ci il üzrə 233 manat borc, 2023-cü il üzrə 66 manat borc hesablanmışdır. Cavabdeh 2017-2023-cü illər ərzində cəmi 841,74 manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətlərinə görə ödənişləri vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında sudan istifadə və xidmətlərin göstərilməsi ilə bağlı müqavilə bağlanmadığından, tərəflərin təqdim etdiyi müqavilənin tərəfi Elman X4 olduğundan, sudan istifadəyə görə borc məbləği yaranan mənzil X3 məxsus olması iş materiallarında olan sənədlərlə təsdiq olunduğundan cavabdehin etirazının dəlilləri əsaslıdır. Məhkəmə qeyd olunan xüsusatları nəzərə alaraq iddia tələbinin əsaslı olmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış vətədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363cümaddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar