Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4145/2022 23.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X16 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdehlər Cavabdeh1, onun nümayəndəsi Nümayəndə2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh1 qarşı “(ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 məxsus olan sürücü X14 tərəfindən idarə olunan **-BX-*** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış H029366 dövlət qeydiyyat nişanlı Mazda 2 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2020-ci il tarixli TP3823551 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü X14 təqsirli bilinmişdir. "xxxx" ASC tərəfindən müqavilə üzrə öhdəlikləri əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən H029366 dövlət qeydiyyat nişanlı Mazda 2 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 11457 manat manat müəyyən edilmişdir. Qeyd olunan qanunun tələbinə əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin qalıq dəyəri müəyyənləşdirilməsi üçün qiymətləndirilmə keçirilmiş və nəqliyyat vasitəsinin qalıq dəyəri 6700 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin əvəzi üçün ümumilikdə 100 manat azadolma, 6700 manat qalıq dəyəri çıxılmaqla 5200 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin sahibinə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətinin icbari sığortasının olmadığı müəyyən olunmuşdur. Sığorta ödənişi olan 5200 manat manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini cavabdehlərdən xahiş edilmiş, cavabdehlər tələb olunan məbləği ödəməkdən yayınmışlar. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh1 məxsus olan nəqliyyat vasitəsini etibarnaməsiz idarə edən X14 törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Beləliklə, "xxxx" ASC tərəfindən sığortalıya ödənilmiş 5200 manat məbləğində vəsaitin subroqasiya qaydasında Cavabdeh1 və X2 qaydasında tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən cavabdehlər Cavabdeh1 və X2 qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 5200 manat sığorta ödənişinin, ödənilmiş 72 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək iddia ərizəsinin xahiş etdim hissəsindən cavabdeh kimi qeyd olunmuş X12 çıxarılmasını, həmçinin Cavabdeh2 cavabdeh qismində işə cəlb olunması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 5200 manat sığorta ödənişinin və ödənilmiş 72,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə iddia tələbinə etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, o, **-BX-*** dövlət nömrə nişanlı VAZ 21074 minik avtomobili sataraq, 28 noyabr 2014-cü ildə baş etibarnamə əsasında X1 vermişdir. "xxxx" ASC-dən qeydiyyat ünvanına subroqasiya qaydasında ödənişin tələb olunması ilə bağlı daxil olduqdan sonra, tərəfindən "Mobil Notariat" tətbiqi vasitəsi ilə müəyyən olunmuşdur ki, **-BX-*** dövlət nömrə nişanlı VAZ2107 minik avtomobili baş etibarnamə əsasında əsasında Sahin Heybətağa oğlu tərəfindən Cavabdeh2 Əiiabbas oğlunun sərəncamına verilmişdir. X10 nəqliyyat vasitəsini Cavabdeh2 verərkən ona bu barədə məlumat verməmişdir. Bu hallar müəyyənləşən kimi 8 fevral 2021-ci il tarixli etiraz məktubu ilə "xxxx" ASC-ni bu barədə məlumatlandırmış və 5200 manat məbləğin ödənilməsi tələbinə etiraz etmişdir. Həmçinin 8 fevral 2021-ci il tarixində **-BX-*** dövlət nömrə nişanlı VAZ2107 minik avtomobilinin axtarışa verilməsi və duracağa yerləşdirilməsi barədə Bakı şəhər Baş X21 İdarəsinə müraciət etmişdir. Bakı şəhər X21 İdarəsinin ona ünvanladığı 19587Ş-3221 saylı, xx.xx.2021-ci il tarixli məlum olur ki, Baş Yol Polis İdarəsinin mərkəzi informasiya sistemində həmin avtomobilə dair verilmiş etibarnamənin müddətinin bitməsinə dair məlumatlar mövcuddur. Baş X21i İdarəsinin informasiya sisteminin məlumatlarına əsasən həmin avtomobilə dair sonuncu etibarnamənin Cavabdeh2 Əiiabbas oğluna verilməsinin nəzərə alnıraq, müraciət səlahiyyətləri daxilində baxılıb tədbir görülməsi üçün Sabunçu rayon Polis İdarəsinə göndərilmişdir. Sonra tərəfindən "xxxx" ASC-уə yenidən 7 mart 2021-ci il tarixli etiraz məktubu göndərilərək, qeyd olunan hallar barədə məlumatlandırılmış, habelə bildirilmişdir ki, sözügedən nəqliyyat vasitəsi ilə xx.xx.2020-ci il tarixində zərərvuran X14 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2 maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilərkən, avtomobil etibarnaməsiz idarə edilmişdir. Həmçinin "xxxx" ASC-уə təklif edilmişdir ki, 5200 manat məbləği Cavabdeh2 oğlundan və X9 tələb etsinlər. Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 24 mart 2021-ci il tarixli məktubundan məlum olur ki, VAZ21074 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair verdiyi etibarnamənin ləğv olunmasına baxmayaraq qanunsuz idarə olunduğu üçün həmin avtomobilin saxlanılmasına köməklik göstərilməsi məqsədilə BDYPİ-yə ünvanladığı müraciətə araşdırma aparılaraq baxılmışdır. Məktubda bildirilir ki, göstərilən avtomobilin sürücüsünün müəyyənləşməsi istiqamətində axtarışı keçirilmiş, sürücünün yaşadığı ünvana bildiriş və aiddiyati Polis Bölməsinə təlimatlandırıcı göndərilmiş, lakin heç bir nəticə əldə etmək mümkün olmamışdır. Məktubda o da qeyd edilir ki, avtomobilin axtarışı ilə bağlı keçirilmiş bütün axtarış tədbirlərinə baxmayaraq həmin avtomobili və sürücüsünü müəyyən etmək mümkün olmamışdır, avtomobilin saxlanılması barədə BDYPİ-nin mərkəzi informasiya sistemində müvafiq məlumatların yerləşdirilməsi təmin edilmişdir. "xxxx" ASC tərəfindən təqdim olunmuş inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, X5 nəqliyyat vasitəsi ilə xx.xx.2020-ci il tarixində İXM-nin 332.1, 327.2 maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətmişdir. "xxxx" ASC tərəfindən daxil olmuş məktubda sığorta hadisəsinin, X8 yol verdiyi inzibati xəta törətməsi nəticəsində vermiş yol nəqliyyat hadisəsi nəticəsində baş verdiyi əsas kimi göstərilir. "xxxx" ASC ərizəsində deliktin (mülki hüquq pozuntusunun) X14 tərəfindən törədildiyini təsdiqləyir. X12 təqsiri İnzibati Xəta haqqında protokolla və həmin protokol üzrə inzibati tənbeh vermə haqqında qərarla təsdiqlənir. X14 haqqında inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyinə görə, inzibati xəta hadisəsində və inzibati xəta hadisəsinə görə yaranmış sığorta hadisəsinə görə onun təqsiri sübuta yetirilmiş sayılır. İstər sığorta hadisəsi baş verdikdə, istərsə də bugün VAZ2107 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin formal olaraq mülkiyyətçisi o göstərilsə də, faktiki olaraq adıçəkilən nəqliyyat vasitəsinə sahib deyil və sığorta hadisəsi baş verəndə və hazırda həmin nəqliyyat vasitəsinin faktiki sahibi olmamış, onun harda olduğundan məlumatsız olmuşdur. VAZ2107 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi axtarışa verilməsinə baxmayaraq, bu gün də formal mülkiyyətində olan nəqliyyat vasitəsindən məlumatsızdır. Avtonəqliyyat hadisəsi baş verdikdə, habelə avtonəqliyyat vasitəsi etibarnaməsiz idarə olunduqda, sığorta hadisəsi sənədləşdirildikdə nə səlahiyyətli orqan, nə də "xxxx" ASC tərəfindən ona bu barədə heç bir məlumat verilməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən "xxxx" ASC-nin ona qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiasının təmin edilməməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılaraq iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, 28 noyabr 2014-cü il tarixində atası Yavər VAZ 21074 markalı, **-BX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini baş etibarnamə əsasında X3. X10 öz növbəsində maşını onlardan xəbərsiz X4 vermişdir. Lakin 2015-ci il tarixində baş etibarnamənin müddəti bitmişdir. Daha sonra Paşa Sığortadan məktub daxil olmuşdur. Bundan sonra onlar tərəfindən araşdırılmışdır. Mobil tətbiq vasitəsi ilə sonuncu etibarnamənin X13 verildiyi müəyyən edilmişdir. Gələcəkdə ola biləcək təhlükənin qarşısının alınması məqsədilə müraciətləri əsasında maşın axtarışa verilmişdir. Baş X21inə sorğu göndərilmişdir. Verilən cavabdan məlum olmuşdur ki, axtarış tədbirləri davam etdirilir. Araşdırılması üçün Sabunçu rayon Polis İdarəsinə göndərilmişdir. Lakin maşının axtarışının nəticələri barədə bu günədək onlara hər hansı məlumat daxil olmamışdır. Eyni zamanda bildirir ki, iddia ərizəsində qeyd etdikləri kimi maşın X14 tərəfindən idarə olunmuşdur. Bu inzibati xəta haqqında protokol və qərarla təsdiqlənmişdir. Onun sığorta hadisəsində təqsiri təsdiq edilmişdir. Sığorta haqqında Qanunun 25-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta hadisəsində təqsiri olan şəxsə qarşı yaranır. Belə hesab edir ki, burda mülkiyyətiçiyə qarşı subroqasiya hüququ yaranmamışdır. Eyni zamanda maşının etibarnaməsiz idarə olunması təsdiqlənir. İddiaçı tərəf Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə istinad edərək mülkiyyətçinin məsuliyyət daşıdığını bildirir. Qeyd olunanlara əsasən iddia tələbini əsassız hesab edərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsinin izahatına əlavəsinin olmadığını və iddia tələbini qəbul etmədiyini bildirərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, iddia ərizəsinində qeyd olunanları qəbul etmir. Mülkiyyətçinin heç bir günahı yoxdur. Sürücü əmisi oğludur, rəhmətə getmişdir. Avtomobilin bir qapısı əzilmişdir. Avtomobilə iddia ərizəsində qeyd olunan qədər ziyan dəyməmişdir. Maşının cəmi dəyəri 5000 manatdır. Tələb olunan ziyan məbləği gülüncdür. Ona görə də iddianı əsassız hesab edir və təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsindən görünür ki, H029366 dövlət qeydiyyat nişanlı, Mazda 2 markalı avtomobil "xxxx" ASC-də xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixə kimi sığortalanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, H029366 dövlət qeydiyyat nişanlı, Mazda 2 markalı avtomobilə dəymiş zərərin məbləği 11457 manat, sığorta ödənişi isə 5200 manat məbləğində müəyyən edilmişdir. Avtomobilin real bazar dəyərindən 6700 manat qalıq dəyəri və 100 manat azadolma çıxılmaqla 5200 manat sığorta ödənişi sığortalının hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 104850 №-li qiymətləndirməyə dair hesabatdan görünür ki, H029366 dövlət qeydiyyat nişanlı, Mazda 2 markalı avtomobilin ehtiyat hisələrinə qəza nəticəsində dəymiş zərərin həcmi 9962,28 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Sığorta hadisəsi nəticəsində tam itkiyə uğramış avtonəqliyyat vasitəsinin qalıq hissə dəyərinin məbləğinin qarşılıqlı razılaşdırılmasına dair” aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə qəzaya məruz qalmış H029366 dövlət qeydiyyat nişanlı, Mazda 2 mrkalı avtomobil tam itkiyə məruz qalmış və avtomobilin hadisədən sonrakı qalıq hissə dəyəri 6700 manat, bazar əyəri isə 12000 manat məbləğində müəyyənləşdirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 194ET №-li qiymətləndirməyə dair hesabatdan görünür ki, Mazda 2 markalı, H 029 366 DQN olan nəqliyyat vasitəsinin qalıq dəyəri 6000 manat təşkil edir. İş materiallarında olan Sabunçu DYPŞ-in xx.xx.2020-ci il tarixli, TP3823551 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X14 Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin İ hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə müdafiəsi hüququ müstəqil hüquq olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı kimi çıxış edir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələrinə müvafiq olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinin mahiyyətinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsindən görünür ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki Məcəllənin 560.3.2-ci maddəsində hüquqdan sui-istifadə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi kimi ifadə edilmişdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinin tələbinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “Sığorta fəaliyyəti haqqında" Qanunun 1.1.18-ci maddəsinə müvafiq olaraq, sığorta müqaviləsinin zəruri şərtlərindən olan sığorta riski sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlikdir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığorta ilə bağlı mübahisələri məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi öz səlahiyyətinə müvafiq surətdə həll edirlər. Məhkəmə qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, sığorta baş verməmiş riskin təminatıdır, artıq baş vermiş bir hadisəyə görə sığorta təminatının alınması sığorta institutunun mahiyyətinə və təyinatına uyğun deyildir. Sığorta hadisəsi baş verdiyi təqdirdə artıq sığortaçının sığorta ödənişini etmək öhdəliyi yaranır. Bu halda sığortalının sığorta haqqını ödəməsinə hər hansı hüquqi və ya faktiki ehtiyac qalmır. Belə ki, Mülki Məcəllənin 929-cu maddəsinə görə, sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir. Məhkəmə iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh1 məxsus olan sürücü X14 tərəfindən idarə olunan **-BX-*** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən sığortalanmış H029366 dövlət qeydiyyat nişanlı Mazda 2 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2020-ci il tarixli TP3823551 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü X14 təqsirli bilinmişdir. Nəqliyyat vasitəsinin qalıq dəyəri müəyyənləşdirilməsi üçün qiymətləndirilmə keçirilmiş və nəqliyyat vasitəsinin qalıq dəyəri 6700 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin əvəzi üçün ümumilikdə 100 manat azadolma, 6700 manat qalıq dəyəri çıxılmaqla 5200 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin sahibinə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuş hallara qiymət verərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 5200 (beş min iki yüz )manat sığorta ödənişi, 72 (yetmiş iki) manat ödənilmiş dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti xərci tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 5200 (beş min iki yüz) manat sığorta ödənişi, 72 (yetmiş iki) manat ödənilmiş dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti xərci tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-4145/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4145/2022
23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver