Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4148/2025 07.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx"ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx"ASC subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 1510 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 35 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 19:50-də Bakı şəhəri, Suraxanı rayonu ərazisində Cavabdeh1 məxsus, Cavabdeh2 idarə etdiyi və Şirkət tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “KİA Ceed” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Runna” markalı, **- GM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPİ əməkdaşı tərəfindən tərtib edilmiş TP5465504 saylı inzibati xəta haqqında qərara əsasən Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-sürücülük vəsiqəsi olmadan) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş qiymətləndirmə aktında göstərilmişdir ki, “Runna” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 1510 manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən PXA125874/23 saylı sığorta aktları tərtib edilməklə və nəzərə alınmaqla zərərçəkənə dəymiş zərərə görə 1510 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Sonradan iddiaçı MPM-nin 53-cü maddəsinə istinad etməklə, Cavabdeh3 da cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi göndərərək, göstərmişdir ki, o, "xxxx" MMCnin təsisçisi və direktorudur. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh3 Telman oğlu arasında TX220130-001 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Cavabdeh3 Telman oğlu tərəfindən müqavilənin 7.4-cü bəndi pozulmuş, nəqliyyatı idarə etmək hüququ olmayan üçüncü şəxs Cavabdeh2 ötürülmüşdür. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 tərəfindən qəza törədilmiş və nəqliyyat vasitəsinə külli miqdarda zərər dəymişdir. Nəticədə Cavabdeh2 qəzanın törədilməsində təqsirili bilinərək İnzibati Xətalar Məcəlləsinin 332.4, 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinmiş, barəsində inzibati tənbeh tətbiq edilmişdir. Bununla bağlı Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 3516/2023 saylı xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış qətnamə də vardır. "xxxx" ASC-nin iddiası ona olan hissədə əsassızdır, çünki nəqiiyyat vasitəsini idarə etmək hüququ otmayan şəxs Cavabdeh2 Xaqani oğluna o, yox, Cavabdeh3 Telman oğlu ötürmüşdür. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından olan: - icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, nəqliyyat vasitələrinin PXA********** saylı sığortası şəhadətnaməsinə əsasən “KİA Ceed” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci ildən 12 ay müddətinə "xxxx" ASCdə icbari sığorta növündə sığortalanmışdır - "xxxx" ASC tərəfindən verilmiş PXA125874 saylı sığorta aktından görünür ki, “Runna” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sahibi Ə.Ə.Səftərova dəymiş zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1510 manat təşkil edir. - AR DİN Suraxanı rayon Polis İdarəsi Dövlət X1 xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında İXP ******* saylı protokolun surətindən görünür ki, Cavabdeh2 Xaqani oğlu yolnəqliyyat hadisəsi törətmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4, 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “Runna” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün hesablanmış məbləğ 1510 manat təşkil edir. - xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 “KİA Ceed” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi 5 il müddətinə "xxxx" MMC-yə etibar etmişdir. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3516/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 Xaqani oğluna və Cavabdeh3 Telman oğluna qarşı pul tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 Xaqani oğlundan 2761,6 manat, Cavabdeh3 Telman oğlundan 1015,3 manat pulun "xxxx" MMC-nin xeyrinə tutulması qət olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə, saat 19:50-də Bakı şəhəri, Suraxanı rayonu ərazisində Cavabdeh1 məxsus, Cavabdeh2 idarə etdiyi və "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “KİA Ceed” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Runna” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPŞ əməkdaşı tərfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında İXP ******* saylı protokolla Cavabdeh2 Xaqani oğlu yol-nəqliyyat hadisəsi törətmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4, 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. Təqdim edilmiş qüsur aktında “Runna” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün hesablanmış məbləğ 1510 manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən PXA125874 saylı sığorta aktı tərtib edilməklə “Runna” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1510 manat sığorta ödənişi ödənilmişdir. Hazırda "xxxx"ASC subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1510 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 35 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsində sığortaçının hüquqlarından biri kimi sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşıAzərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsi və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ qeyd edilir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbarisığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli qərarı mövcuddur. Plenum qərarının təsviri hissəsində Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsinin (yüksək təhlükə mənbəyinin) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətini qanunvericilikdə nəzərdə tutulmuş təqsirsiz məsuliyyət növlərindən biri olduğunu hesab etmişdir. Plenum qeyd edir ki, yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Qərarın nəticə hissəsində isə yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslərin daşıdığı müəyyən edilmişdir. Bundan başqa, Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyi hallarda yüksək təhlükə mənbəyi sahibinin məsuliyyəti istisna edilmişdir. Bu cür hallarda mülki məsuliyyətin yaranması üçün zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmədiyi öz təsdiqini tapmalıdır. Konstitusiya Məhkəməsi öz mövqeyini aşağıdakı formada əsaslandırmışdır: “Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir.” İşdən görünür ki, inzibati xəta cavabdehlərdən yalnız Cavabdeh2 tərəfindən törədilmişdir. Bununla belə, işdə olan xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 “KİA Ceed” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi 5 il müddətinə "xxxx" MMC-yə etibar etmiş, lakin avtomobil Cavabdeh3 Telman oğlu tərəfindən Cavabdeh2 verilmişdir. Belə olan halda, baş vermiş yol-nəqliyyat hadisəsində cavabdehlərdən Cavabdeh1 məsuliyyəti iş materialları ilə müəyyən edilmir, lakin digər iki cavabdehin sığorta hadisəsi nəticəsində iddiaçı qarşısında maddi məsuliyyətləri yaranır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərdən yalnız Cavabdeh2 və Cavabdeh3 münasibətdə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. (Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 1510 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumunun əvəzi də həmin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdеhlər Cavabdeh2 və Cavabdeh3 1510 manat məbləğində vurulmuş zərər və 35 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1545 manat pul alınaraq, iddiaçı "xxxx"ASC-nin hеsabına köçürülməli, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdеhlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1510 manat məbləğində vurulmuş zərər və 35 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1545 manat pul alınaraq, iddiaçı "xxxx"ASC-nin hеsabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(060)-4148/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4148/2025
07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver