Məhkəmə qərarları › İş №e-2(060)-4184/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4184/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4184/2025 04.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kodu **********32525 olan “Samsung Galaxy A55” markalı telefon, “Hisense TV” markalı əşya, “Hisense TV” markalı əşya, “Apple Airpods 4” markalı qulaqlıq, İmei kodu **********79615 olan “Honor X6B” markalı telefon, “Apple Airpods 4” markalı qulaqlıq almış və nəticədə 3088,04 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1183,4 manat olan İmei kodu **********32525 olan “Samsung Galaxy A55” markalı telefon üçün ümumilikdə 765 manat olmaqla, ondan 674 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 67,40 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 702,4 manat olan “Hisense TV” markalı əşya üçün ümumilikdə 629,64 manat olmaqla, ondan 572,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 57,24 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 702,4 manat olan “Hisense TV” markalı əşya üçün ümumilikdə 629,64 manat olmaqla, ondan 572,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 57,24 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 571,6 manat olan “Apple Airpods 4” markalı qulaqlıq üçün ümumilikdə 518,76 manat olmaqla, ondan 471,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47,16 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 324 manat olan İmei kodu **********79615 olan “Honor X6B” markalı telefon üçün ümumilikdə 314 manat olmaqla, ondan 264 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 26,4 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 385 manat olan “Apple Airpods 4” markalı qulaqlıq üçün ümumilikdə 231 manat olmaqla, ondan 210 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1104,4 manat təşkil edir. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********32525 olan “Samsung Galaxy A55” markalı telefon üçün 674 manat ödənilməmiş hissə, innovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 67,40 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Hisense TV” markalı əşya üçün 572,4 manat ödənilməmiş hissə, müştəriyə 57,24 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən “Hisense TV” markalı əşya üçün 572,4 manat ödənilməmiş hissə, 57,24 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, “Apple Airpods 4” markalı qulaqlıq üçün 471,6 manat ödənilməmiş hissə, 47,16 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********79615 olan “HONOR X6B” markalı telefon üçün 264 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 26,4 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Apple Airpods 4” markalı qulaqlıq üçün 210 manat ödənilməmiş hissə, 21 manat cərimə olmaqla, ümumilikdə 3088,04 manat borc, 50,89 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 10651450 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC İmei kodu **********32525 olan “Samsung Galaxy A55” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 1183,4 manat pul məbləğini 242 manat ilkin ödəniş etməklə qalan məbləği hissə-hissə 18 ay müddətinə hər ay 52,3 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

8. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 10801836 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC “Hisense TV” markalı əşyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 702,4 manat pul məbləğini 130 manat ilkin ödəniş etməklə qalan məbləği hissə-hissə 18 ay müddətinə hər ay 31,8 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

9. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 19614658 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC “Hisense TV” markalı əşyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 702,4 manat pul məbləğini 130 manat ilkin ödəniş etməklə qalan məbləği hissə-hissə 18 ay müddətinə hər ay 31,8 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 10 . İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 19614650 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC “Apple Airpods 4” markalı qulaqlığı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 571,6 manat pul məbləğini 100 manat ilkin ödəniş etməklə qalan məbləği hissə-hissə 18 ay müddətinə hər ay 26,2 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 11 . İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02628651 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC İmei kodu **********79615 olan “Honor X6B” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 324 manat pul məbləğini 60 manat ilkin ödəniş etməklə qalan məbləği hissə-hissə 12 ay müddətinə hər ay 22 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 12 . İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC “Apple Airpods 4” markalı qulaqlığı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 385 manat pul məbləğini 175 manat ilkin ödəniş etməklə qalan məbləği hissə-hissə 12 ay müddətinə hər ay 17,5 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

13. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 19 may 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnın "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 674 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu, 23,6 manat innovativ layihələr mərkəzinə ödənilən rüsum olmaqla, cəmi 707,6 manat xx.xx.2024-cü il tarixli müqavilə üzrə 572,4 manat ödənilməmiş hissə, 57,24 manat cərimə pulu olmaqla, cəmi 629,64 manat, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 572,4 manat ödənilməmiş hissə, 57,24 manat cərimə borcu olmaqla, cəmi 629,64 manat, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 471,6 manat ödənilməmiş hissə, 47,16 manat cərimə borcu olmaqla, cəmi 518,76 manat, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 264 manat ödənilməmiş hissə, 26,4 manat cərimə borcu, 23,6 manat İnnovativ layihələr mərkəzinə ödənilən rüsum olmaqla, cəmi 314 manat, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 210 manat ödənilməmiş hissə, 21 manat cərimə borcu olmaqla, cəmi 231 manat, ümumilikdə 3088,04 manat ödənilməmiş borcu vardır.

14. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilələr əsasında müəyyənləşdirilmiş borc məbləğini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

17. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

18. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

19. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

20. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

21. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

22. Məhkəmə iddia tələbinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh məhkəmə xərci olaraq İnnovativ Layihələr Mərkəzi rüsumu 47,2 manatın cavabdehdən alınıb ona verilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 115.0 və 115.0.9-cu maddələrinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

23. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı sözügedən iş üzrə tələb etdiyi 47,2 manat İnnovativ Layihələr Mərkəzi rüsumunu malın istifadəsini mümkünsüz etdiyi və ya cihazın İmei kodunun deaktiv olunması ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyi, məhdudiyyətin aradan qaldırılması üçün ödənildiyi halda tələb edə bilər.

24. Hazırki vəziyyətdə isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin malın istifadəsini mümkünsüz etdiyini və ya cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir və iddiaçı sözügedən işlə bağlı həmin xərci çəkməmişdir. Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır.

25. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

26. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu ilə bağlı hissədə qismən təmin edilərək dəbbə pulu xx.xx.2024-cü il tarixli müqavilə üzrə cərimə borcu 20 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə cərimə borcu 20 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə cərimə borcu 20 manat, xx.xx.2024-ci il tarixli müqavilə üzrə cərimə borcu 20 manat, xx.xx.2024-ci il tarixli müqavilə müqavilə üzrə 10 manat, xx.xx.2024-ci il tarixli müqavilə müqavilə üzrə 10 manat məbləğində müəyyən edilməlidir.

27. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 48,65 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.

29. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, 10651450 saylı müqavilə üzrə 674 (altı yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 694 (altı yüz doxsan dörd) manat, xx.xx.2024-cü il tarixli, 10801836 saylı müqavilə üzrə 572,4 (beş yüz yetmiş iki manat, qırx qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 592,4 (beş yüz doxsan iki manat, qırx qəpik) manat, xx.xx.2024-cü il tarixli, 19614658 saylı müqavilə üzrə 572,4 (beş yüz yetmiş iki manat, qırx qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 592,4 (beş yüz doxsan iki manat, qırx qəpik) manat, xx.xx.2024-cü il tarixli, 19614650 saylı müqavilə üzrə 471,6 (dörd yüz yetmiş bir manat, altmış qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 491,6 (dörd yüz doxsan bir manat, altmış qəpik) manat, xx.xx.2024-cü il tarixli, 02628651 saylı müqavilə üzrə 264 (iki yüz altmış dörd) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 274 (iki yüz yetmiş dörd) manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 210 (iki yüz on) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat, ümumilikdə 2864,4 (iki min səkkiz yüz altmış dörd manat, qırx qəpik) manat məbləğində pul və 48,65 (qırx səkkiz manat, altmış beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 34 Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi:

36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 10651450 saylı müqavilə üzrə 674 (altı yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 694 (altı yüz doxsan dörd) manat, xx.xx.2024-cü il tarixli, 10801836 saylı müqavilə üzrə 572,4 (beş yüz yetmiş iki manat, qırx qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 592,4 (beş yüz doxsan iki manat, qırx qəpik) manat, xx.xx.2024-cü il tarixli, 19614658 saylı müqavilə üzrə 572,4 (beş yüz yetmiş iki manat, qırx qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 592,4 (beş yüz doxsan iki manat, qırx qəpik) manat, xx.xx.2024-cü il tarixli, 19614650 saylı müqavilə üzrə 471,6 (dörd yüz yetmiş bir manat, altmış qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 491,6 (dörd yüz doxsan bir manat, altmış qəpik) manat, xx.xx.2024-cü il tarixli, 02628651 saylı müqavilə üzrə 264 (iki yüz altmış dörd) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 274 (iki yüz yetmiş dörd) manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 210 (iki yüz on) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat, ümumilikdə 2864,4 (iki min səkkiz yüz altmış dörd manat, qırx qəpik) manat məbləğində pul və 48,65 (qırx səkkiz manat, altmış beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar